Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1190/2025 10.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X5 və Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiаçı İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10rşı “borcun silinməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiаçı İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X11 (bundan sonra – “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən suyun verilişi və çirkab sularının axıdılmasına görə cavabdeh tərəfindən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 6 nömrəli fərdi yaşayış evinə (B tikilisi) 221 manat məbləğin tələb edilməsinin cavabdehə qadağan edilməsi, 221 manat borc məbləğinin **********0010 nömrəli abonent kodundan silinməsinin və təbii suyun verilişinin həcminin smart sayğacda ölçülməklə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1, ev 6, B tikilisinin mülkiyyətçisidir və həmin ev 1965-ci ildən onun mülkiyyətindədir. Su sayğacının quraşdırılması zamanı yaranmış problem barədə İqtisadiyyat Nazirliyinin çağrı mərkəzinə müraciət edilmiş, xx.xx.2024-cü il tarixli müraciətə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq aidiyyəti üzrə baxılmışdır. Müraciətlə əlaqədar “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-dən alınmış məlumatda xx.xx.2024-cü il tarixdə yaşadığı ünvanın su xətti üzərində CSS-20 markalı, 24020818 nömrəli mexaniki tipli su sayğacının quraşdırıldığı bildirilmişdir. Məlumatda, eləcə də hazırda sayğac göstəricisi 1 m3 olmaqla, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabda borcun olmadığı qeyd edilmişdir. Lakin bunun üzərindən 1 həftə keçdikdən sonra İİ dəfə cavabdeh ona əsassız olaraq 221 manat borc yazmışdır. Bununla da cavabdeh əsassız su borcu hesablamaqla, onun istehlakçı hüquqlarını pozmuşdur. Odur ki, hazırda hesab edir ki, 221 manat borcun ondan tələb edilməsi cavabdehə qadağan edilməli, mülkiyyətində olan evin ünvanına aid abunə haqqında sənəddən göstərilən borc silinməli və suyu smart sayğac vasitəsilə həcmi ölçülməsi təmin edilməklə verilməsi təmin edilməlidir.
İddia tələbinin həcminin azaldılması.
3. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “təbii suyun verilişinin həcminin smart sayğacda ölçülməklə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində nəzərə alınmamasını məhkəmədən xahiş etmişdir.
Tərəflərin izahatları.
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddianı qəbul etməyərək, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi.
İş materialları.
6. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nın Suraxanı rayonu üzrə Sukanal idarəsi tərəfindən tərtib edilmiş hesab fakturanın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 6 nömrəli fərdi yaşayış evinin abonenti X4 (abonent kodu – **********001) 21012020 nömrəli müqavilə üzrə göstərilən xidmətlərə görə 189 manat məbləğində borc hesablanmışdır.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən X4 ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubunun surətindən görünür ki, müraciətlə əlaqədar “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-dən alınmış məlumatda xx.xx.2024-cü il tarixdə ərizəçinin yaşadığı ünvanın (abonent kodu – **********001) su xətti üzərində CSS-20 markalı, 24020818 nömrəli mexaniki tipli su sayğacının quraşdırıldığı bildirilmişdir. Məlumatda, eləcə də hazırda sayğac göstəricisi 1 m3 olmaqla su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabda borcun olmadığı qeyd edilmişdir.
8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)- 693/2024 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, ünvan 1, ev 6 (B tikilisi) (abunə kodu **********001) ünvanına hesablanmış 502.87 manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdeh "xxxx" ASC-dən 30 manat məbləğində dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-3666/2024 nömrəli qətnaməsindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-693/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, müvafiq qətnamə dəyişdirilmədən saxlanılmışdır.
10. xx.xx.2025-ci il tarixli abonent kartından görünür ki, ünvan 1 ünvanında yerləşən 6 nömrəli fərdi yaşayış evinin abonenti X3 (abonent kodu – **********001) 21012020 nömrəli müqavilə üzrə ona göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə xx.xx.2025-ci il tarixə 224 manat məbləğində borcu vardır.
İşin faktiki halları.
11. ünvan 1, ev 6 (B tikilisi) İddiaçı mülkiyyətindədir.
12. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ tərəfindən həmin ünvana **********001 abonent kodu ilə su təchizatı sistemindən suyun buraxılması və tullantı suyunun axıdılması xidmətləri göstərilir.
13. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ tərəfindən həmin ünvana xx.xx.2024-xx.xx.2024; xx.xx.2024-xx.xx.2025-ci il dövrləri üçün müvafiq olaraq 184 manat (128.8 manat su+55.2 manat çirkab su) və 40 manat (28 manat su+12 manat çirkab su) məbləğində sərfiyyat hesablanmışdır.
Tətbiq edilən hüquq.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 560. Hüquqdan sui-istifadənin qadağan edilməsi. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi.
15. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu.
Maddə 30. Verilən suyun həcminin hesablanması.
1. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Maddə 59. Su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrlə bağlı hüquqları.
3. Su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği aşağıdakılara əsasən hesablanır: a) suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna; b) müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara. Maddə 62. Xidmətlərə görə borcların alınması. Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”.
2. STKM-in (su təchizatı və kanalizasiya müəssisəsinin) vəzifələri. 2.1. STKM-in vəzifələri aşağıdakılardır: 2.1.5. istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək; 2.1.7. istehlakçının suölçən cihazını onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlamasından keçirmək; 2.1.8. istehlakçının təqsiri olmadan zədələnən suölçən cihazı ödənişsiz qaydada təmir etmək və dövlət yoxlamasından keçirmək, həmin suölçən cihazı təmir etmək mümkün olmadıqda isə onu ödənişsiz qaydada başqası ilə dəyişdirmək.
5. İstehlakçıların hüquqları. 5.1.5. verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək.
7. Suyun və kanalizasiya sisteminə axıdılan tullantı sularının uçotu və ödəmə şərtləri. 7.2. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
18. İş materiallarında olan abonent kartı məlumatlarından görünür ki, xx.xx.2024 – xx.xx.2025-ci il tarixləri arasındakı hesabat dövrü üçün cavabdeh su təchizatçısı tərəfindən ünvan 2 ünvanına (abonent kodu: **********001) su təchizatı və tullantı suların axıdılması xidmətlərinə görə 184 manat və 40 manat olmaqla, cəmi 224 manat məbləğində sərfiyyat hesablanmışdır. Müəyyən edilmişdir ki, həmin sərfiyyat hesabatın aparıldığı dövr üçün yox, əvvəlki dövlərdən qalıq borc kimi keçirilmiş borcdur.
19. Hansı ki, yenə iş materiallarından görünür ki, vətəndaş Baxışov Abdullanın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciəti əsasında Xidmət tərəfindən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-dən alınmış məlumat əsasında vətəndaşa məlumat verilmişdir ki, **********001 abunə kodu üzrə ünvanda xx.xx.2024-cü il tarixdə mexaniki tipli su sayğacı quraşdırılmışdır və sayğacın hazırda göstəricisi 1 m3 olmaqla su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabda borc yoxdur. Buna baxmayaraq, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli hesab fakturada qalıq borcun 183 manat məbləğində olduğu qeyd edilmişdir. Eyni fakturada, həmçinin göstərilmişdir ki, xx.xx.2024 – xx.xx.2024-cü il tarixləri arasında sərfiyyat 6 m3 olmuşdur. Buna baxmayaraq, fakturada dövr borcu kimi 6 manat, qalıq borc kimi isə 183 manat göstərilmişdir.
20. Üstəlik, hazırkı işin xüsusi halı ondan ibarətdir ki, cavabdeh su təchizatçısı daha əvvəl də iddiaçının ünvanı üzrə 502.87 manat qalıq qorc hesablamış, iddiaçının məhkəməyə müraciəti əsasında məhkəmə qətnaməsi ilə həmin borc silinmiş, bu qətnamədən cavabdeh təchizatçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, bununla da borcun silinməsinə dair məhkəmə qətnaməsi qanuni qüvvəyə minmişdir. Həmin iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. İş materiallarında olan abonent kartından görünür ki, bundan iki həftə sonra - xx.xx.2024-cü il tarixdə abonentin hesabından "xxxx"nun qərarı ilə” təyinatı ilə 502.87 manat məbləğində borc silinmişdir. Bundan sonra, növbəti hesabat dövrü üçün hazırkı iddianın predmetini təşkil edən qalıqlar – 184 manat və 40 manat borc kimi abonentin hesabına yazılmışdır.
21. Halbuki yuxarıda da istinad edilmiş əlaqəli qanunvericilik aktlarından görünür ki, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
22. Bu baxımdan əgər cavabdeh su təchizatçısı abonentin hansısa dövr üçün sərfiyyata görə ödənilməmiş borcunun olduğunu iddia edərək həmin borcu tələb edirsə, sübut etməlidir ki, həmin sərfiyyat məhz müvafiq dövr üçün hesablanmışdır və hesablandığı dövrdə də abonentdən tələb edilmişdir. Su təchizatçısının vəzifəsidir ki, hər ay müvafiq dövr üçün sərfiyyat borcunu hesablayaraq istehlakçıdan bu borcu tələb etsin. Hazırkı işdə isə bunun əksi müəyyən edilir. Belə ki, su təchizatçısı olan cavabdeh istehlakçıya cari ay üçün sərfiyyat hesablayarkən əvvəlki dövr üçün sərfiyyata görə qalıq borc hesablamış və bu borcu istehlakçıdan tələb etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh istehlakçının sərf olunmuş suyun dəyərinin hesablanması ilə bağlı vəzifəsini yerinə yetirmədən istehlakçıdan sərf edilmiş (sərf edildiyi iddia edilən) suya görə ödəniş tələb etməsi hüquqdan sui-istifadə xarakteri daşıyır və yolverilməzdir.
23. Bundan əlavə, cavabdeh su təchizatçısı sübut edə bilməmişdir ki, həmin borc hansı dövr üzrə sərfiyyata görə hesablanmış qalıq borcdur. Əksinə, iş materiallarından görünür ki, mübahisəli borcun yazıldığı dövrdən əvvəlki dövrlərdə ünvan üzrə qalıq borc olmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, ünvan üzrə istehlakçı olan iddiaçı həmin borcun silinməsini tələb etməkdə haqlı olmuşdur.
24. Bu hissədə məhkəmə qeyd edir ki, cavabdeh təzhizatçı tərəfindən yuxarıda qeyd edilmiş təyinatla ümumilikdə 224 manat məbləğində qalıq borc hesablansa da, iddiaçı bu borcun 221 manatının silinməsini tələb etdiyindən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin tələbləri üzrə qətnamə çıxardığından məhz 221 manat məbləğində borc hesabdan silinməlidir.
25. Lakin iddia tələbinin bu borcun iddiaçıdan tələb edilməsinin cavabdehə qadağan edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, bu borcun müvafiq hesabdan silinməsinə dair hazırkı qətnamənin qanuni qüvvəyə minməsinin təbii nəticəsi cavabdeh su təchizatçısı tərəfindən həmin borcun bir daha iddiaçıdan tələb edilə bilməməsi olduğundan məhkəmə hesab edir ki, həmin hissədə iddianın ayrıca təmin edilməsinə lüzum yoxdur.
Məhkəmə xərcləri.
26. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Bu qanunun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda – 30 manat məbləğində dövlət rüsumu ödənilir.
27. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçının bu iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən ödəməkdən azad olduğuna görə ödəmədiyi 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
28. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 1, ev 6 (B tikilisi) (abunə kodu: **********001) ünvanına hesablanmış 221 manat məbləğində borc silinməli, iddia qalan hissədə təmin edilməməli, ödənilməmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
29. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. ünvan 1, ev 6 (B tikilisi) (abunə kodu: **********001) ünvanına hesablanmış 221 (iki yüz iyirmi bir) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva