Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-120/2020 13.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Rüstəmova Zərqələm Yasin qızının katibliyi, Әrizəçi Әrizəçi və maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X6 iştirakı ilə, Әrizəçi Maraqlı şəxsnə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜӘYYӘN ETDİ: Әrizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1980-cı ildə Bakı şəhəri, Suraxanı rayonunda anadan olmuş hal-hazırda ünvan 1 ünvanında onunla birlikdə yaşayan X2 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Әrizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.1980-cı il tarixdə Bakı şəhəri, Suraxanı rayonunda anadan olmuş, hal-hazırda Suraxanı rayonu, Y/Suraxanı qəsəbəsi, T.Nərimanov küçəsi, ev 20 ünvanında yaşayan X4 onun qızıdır. X4 psixi qusurlu xəstədir, müddətsiz İ- ci qrup əlildir və subaydır. O, öz etdiyi hərəkətlərini anlamır. O, daima onun (iddiaçının) himayəsində yaşayır. Bununla belə o, ömürlük əlildir, işləyə bilmir, daima kənar şəxsin yardımına ehtiyacı vardır. Son illər qızının vəziyyəti daha da ağırlaşmışdır. O, öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərinin idarə edə bilmir. Qızı onun köməyi olmadan həkimə müraciət edə bilmir. Müstəqil olaraq nəqliyyat vasitələrindən istifadə edə bilmir. Özünü ərzaq və yeməklə təmin edə bilmir. Müstəqil olaraq pensiyasını alaraq xərcləyə bilmir. Ona görə də qızının qəyyuma ehtiyacı vardır. Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasına xəstə qızına qəyyum olmaq barədə müraciət etmiş və Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyası müraciətinin onlar tərəfindən həll edilməsinin mümkünsüz olduğunu, xx.xx.2019-cu il tarixli imtina məktubunda xəstə qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə məhkəmə qətnaməsi olarsa müraciətinə yenidən baxılmasının mümkün olması cavabını vermişdir. Ona görə də məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Maraqlı şəxs yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X7 məhkəmə iclasında ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 ünvan 1 ünvanında pasport qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş ӘӘSMN-nin Suraxanı rayon şöbəsi tərəfindən verilmiş 074921 nömrəli vəsiqənin təsdiq olunmuş surətindən görünür ki, X4 müddətsiz İ qrup əlildir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs Әrizəçi ünvanlandığı xx.xx.2019-cu il tarixli məktubunda bildirilir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 317-ci və 321-ci maddələrinə əsasən qəyyum psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1980-cı ildə Bakı şəhərində anadan olmuşdur. X1, anası Әrizəçidır. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-120/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 1830 saylı rəyi xx.xx.2020-ci il tarixində məhkəməyə daxil olmuşdur. Rəydən görünür ki, X3 orta kəmağıllıq davranış pozuntuları aşkar olunur. X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcələsinin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Normanın məzmunundan müəyyən olunur ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərindən yaxın qohumların valideynlərin, uşaqların, qardaş-bacıların ərizəsi üzrə qaldırıla bilər. Bundan başqa normadan müəyyən olunur ki, həmin ərizə müvafiq icra hakimiyyəti orqanının və psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə də qaldırıla bilər. Beləliklə, iş materiallarından müəyyən edildi ki, Әrizəçi xx.xx.1980-cı il təvəllüdlü X4 üzərində qəyyum təyin olunması üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs xx.xx.2019-cu il tarixli məktubu ilə ərizəçiyə bildirilmişdir ki, məhkəmənin qərarı olduqdan sonra o, qızı X4 üzərində qəyyum təyin oluna bilər. Әrizəçinin qızı X4 müddətsiz İ qrup əlildir.Belə ki, X4 öz hərəkətləri üzərində nəzarəti həyata keçirə bilmir. Tibbi rəyə əsasən kənar şəxsin qulluğuna ehtiyacı vardır. Buna görə də onun üzərində qəyyum təyin olunması zəruridir. Odur ki, ərizəçi qızı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün rayon məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 1830 saylı rəyi ilə X2 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi nəticəsinə gəlmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QӘT ETDİ: Әrizə təmin edilsin. xx.xx.1980-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən bir ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-120/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-120/2020
13.11.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver