Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1204/2025 22.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiаçı İddiaçı cаvаbdeh Cavabdehnə (bundan sonra – Cavabdeh İB) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh İB tərəfindən qanunsuz hesablanmış 2911.68 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil ona Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş, lakin orada yaşamamışdır. O və ailəsi 2022-ci ilin iyul ayından o mənzildə yaşamışdır. Həmin evdə yaşayış olmadığından həmin mənzilə kommunal xəttlər çəkilməmişdir. Lakin xx.xx.2022-ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları heç bir xəbərdarlıq etmədən onun mənzilinə gələrək baxış keçirmişlər. Bu barədə akt tərtib edilmiş və aktda aşağıdakılar qeyd olunmuşdur - “baxış zamanı mənzildə qaz sayğacı olmadan təbii qazdan qeyriqanuni istifadə edildiyi aşkarlanmışdır”. Həmin aktda onun, yəni İddiaçı akta imza etməkdən imtina etdiyi qeyd edilmişdir. Bundan əlavə, Cavabdeh İB-nin əməkdaşları yenidən xx.xx.2022-ci il tarixdə heç bir xəbərdarlıq etmədən onun mənzilinə gələrək baxış keçirmişlər. Bu zaman da bu barədə akt tərtib tərtib edilərək qeyd edilmişdir ki, baxış zamanı abonent təbii qazdan sayğacsız kənar qeyri-qanuni istifadə edir. Hər iki akt əsasında onun barəsində 2911.68 manat məbləğində cərimə tətbiq edilmişdir. İlk olaraq qeyd edilməlidir ki, onun evinə baxış keçirilən zaman mənzildə nə qaz xətti, nə də ki sayğac olmamışdır. Həmçinin o, həmin akt tərtib edildiyi anda nə həmin mənzildə, nə də ki Azərbaycan Respublikasının ərazisində olmamışdır. O, respublika hüdudlarından kənarda olmuşdur. Barəsində tətbiq edilmiş cərimə barəsində mənzilinə qaz sayğacı quraşdırıldıqdan sonra məlumatı olmuşdur. Bu zaman qaz kartına məbləğ mədaxil olduqda, həmin məbləğin 50% tətbiq edilmiş cəriməyə silinmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, mənzilinə qaz xətti və sayğac quraşdırılmadığı dövrdə əməkdaşlar barəsində cərimə tətbiq etmişlər. xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən, ona itirilmiş qazın həcmi 10584 m3 hesablanmışdır. xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən, ona itirilmiş qazın həcmi 13680 m3 hesablanmışdır. Hesab edir ki, barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli və xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktlar və həmin tarixli tələbnamələr tamamilə əsassızdır. Həmçinin həmin əraziyə baxan idarənin əməkdaşları hər ay vaxtlıvaxtında ərazidə sayğaclara baxış keçirirlər və sayğacın göstəricilərinin qeydiyyatını aparırlar. Əgər mənzilində qazdan qeyri-qanuni istifadə olunsa idi, mənzilinə həmçinin sayğac quraşdırıldığı zaman da idarənin əməkdaşları ilk öncə bunu onlar aşkar edə bilərdilər. Vətəndaşların qazla təmin edilməsi, sayğacın qorunması Cavabdeh İB-nin öhdəsinə düşür və onun səlahiyyətindədir.
İddia tələbinə etiraz.
3. Cavabdeh İB-nin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinə etirazın əsaslandırıldığı hallar.
4. Cavabdeh İB-nin əməkdaşları tərəfindən qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə etməsi aşkar olunmuş, həmin faktlar fotoşəkilləri çəkilməklə və yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Cavabdeh İB-nin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmiş, xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt üzrə 1270.08 manat, xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt üzrə 1641.60 manat olmaqla, ümumilikdə 2911.68 manat Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuş və istehlakçı bu müddət ərzində qeydiyyatsız istifadə etdiyi üçün dəymiş ziyana görə hesablanan borcun əlavə edilməsi üçün elektrik sayğacı əsasında adı müəyyənləşdirilən İddiaçı Həsənxan oğlunun adına **********01072 nömrəli istehlakçı hesabı açılmışdır. Daha sonra əraziyə təkrar baxış zamanı məlum olmuşdur ki, həmin ünvana xx.xx.2022-ci il tarixdə “Zenner G4T Smart” markalı, **********202 nömrəli sayğac quraşdırılmış və eyni ünvan üzrə **********20032 istehlakçı hesabı açılmışdır. Bundan sonra istehlakçının borcu ödəməkdən yayınmasının qarşısının alınması üçün **********01072 nömrəli istehlakçı hesabı passiv statusa keçirilmiş və 2376 manat borc **********20032 nömrəli istehlakçı hesabına əlavə edilmişdir. İşdə olan X2 (GPS) vasitəsi ilə çəkilmiş fotoşəkillərdən qaz xəttinə rezin boru vasitəsi ilə qanunsuz qoşulma olduğu aydın görünür. Beləliklə, müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozularaq qaz xətti üzrə sayğacdan kənar qazdan istifadə etməsi nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı borcun silinməsi barədə iddia tələbi əsassızdır.
Tərəflərin izahatları.
5. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi X5 iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
İş materialları.
7. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən sayğaca Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, mənzildə qaz sayğacı olmadan təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmiş, dəymiş ziyanın hesablabması və ödənilməsi qərara alınmışdır.
8. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən sayğaca Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi aşkar edilmiş, dəymiş ziyanın hesablabması və ödənilməsi qərara alınmışdır.
9. xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 150 gün, kombinin maksimal qaz sərfi 2.6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 150 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması qərara alınmış, istehlakçı İddiaçı məxsus (abonent kodu – **********01072) ünvan 2 ünvanında “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilmiş və 13680 m3 həcmində dəymiş zərər hesablanmışdır.
10. xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSQ-nın maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, kombinin maksimal qaz sərfi 2.6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması qərara alınmış, istehlakçı İddiaçı məxsus (abonent kodu – **********01072) ünvan 2 ünvanında “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilmiş və 10584 m3 həcmində dəymiş zərər hesablanmışdır.
11. xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən, "xxxx" MTK-ya məxsus yaşayış binasında 3B nömrəli mənzilə təbii qazın verilməsi barədə "xxxx" QSC-nin müraciətinə Cavabdeh İB tərəfindən bildirilmişdir ki, texniki-icra sənədləri nəzərə alınaraq, istehlakçı ilə təbii qazın alğı-satqısı barədə müqavilə bağlandıqdan, abonent bazasında qeydiyyatda alındıqdan sonra “X4 Təhlükəsizlik Qaydaları”na tam riayət etmək şərti ilə 3B nömrəli mənzilə təbii qazın verilməsinə etiraz edilmir.
12. Cavabdeh İB (Paylayıcı) və İddiaçı (İstehlakçı) arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 130010 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilədən görünür ki, “Paylayıcı” bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq, “İstehlakçı”nı keyfiyyətli qazla təmin edir, “İstehlakçı” isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq “Paylayıcı” tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.
13. xx.xx.2022-ci il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, istehlakçı İddiaçı məxsus, ünvan 2 ünvanına təbii qazın istifadəsi və istismarı məqsədi ilə “Zenner G4” markalı, **********202 nömrəli qaz sayğacı quraşdırılmışdır.
14. xx.xx.2024-cü il tarixli abonentin saldosundan görünür ki, istehlakçı İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 3B nömrəli mənzildə istehlak edilən təbii qaza görə 2022-ci ilin yanvar ayında 1270.08 manat, 2022-ci ilin iyun ayında 1641.6 manat olmaqla, cəmi 2911.68 manat məbləğində borc hesablanmışdır.
İşin faktiki halları.
15. Cavabdeh İB-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanında qaz sayğacından kənar, qeyri-qanuni istifadə aşkarlanması barədə xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında iki akt tərtib edilmişdir. Bu aktlara görə, müvafiq olaraq, 10584 m3 və 13680 m3 itirilmiş qaz hesablanmış, buna uyğun olaraq abonentin hesabına 2022-ci ilin yanvar ayında 1270.08 manat, 2022-ci ilin iyun ayında 1641.6 manat olmaqla, cəmi 2911.68 manat məbləğində borc yazılmışdır.
16. İddiaçı (İstehlakçı) və Cavabdeh İB (Paylayıcı) arasında xx.xx.2022-ci il tarixli qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən, Paylayıcı öz öhdəsinə götürmüşdür ki, İstehlakçını keyfiyyətli qazla təmin etsin. İstehlakçı isə öz öhdəsinə götürmüşdür ki, aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba uyğun olaraq ödəsin.
17. xx.xx.2022-ci il tarixdə İddiaçı məxsus ünvanda qaz sayğacı quraşdırılmış, abonentə **********20032 kodu verilmişdir.
Tətbiq edilən hüquq.
18. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 3. İstehlakçıların hüquqları. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə. Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.
19. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 6. Qaz qurğularına ziyan vuran dəyişmələr.
2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. (“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2022ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən, xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir).
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”.
4. Qaz sayğaclarının quraşdırılması və istismarı. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi. 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda dəyişiklik edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarı ilə dəyişdirilmişməzdən əvvəlki variant).
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
22. İşin yuxarıda istinad edilmiş faktiki hallarından göründüyü kimi, Cavabdeh İB tərəfindən İddiaçı abonent olduğu ünvan üzrə xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulmasına dair aktlar tərtib edilmiş, bu aktlar əsasında itirilmiş qazın həcmi hesablanmış və bu hesaba görə abonentə müvafiq olaraq 1270.08 manat və 1641.6 manat olmaqla, cəmi 2911.68 manat məbləğində borc hesablanmışdır. İddia tələbindən görünür ki, İddiaçı hər iki aktın qanunsuz olduğunu iddia edir və bu aktlar əsasında hesablanmış cəmi 2911.68 manat məbləğində borcun silinməsini xahiş edir.
23. Məhkəmə ilk növbədə xx.xx.2022-ci il tarixli akt əsasında hesablanmış borca münasibət bildirərək qeyd edir ki, istehlakçı tərəfindən təbii qazdan sayğacdankənar, qaz xəttinə qanunsuz qoşulma edilməklə, haqqı ödənilmədən istifadə edilmişdirsə, qazunsuz istehlak edilən qazın dəyəri ödənilməlidir. Lakin bunun üçün ilk növbədə, istehlakçının həqiqətən təbii qazdan qanunsuz qoşulma edərək istifadə etdiyi sübuta yetirilməlidir. Bu halı sübut etmək isə hər bir halda cavabdehin üzərinə düşür.
24. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri).
25. İş materiallarından görünür ki, iddiaçının təbii qazdan qanunsuz istifadə etdiyini sübut etmək üçün cavabdeh tərəfindən məhkəməyə iddia edilən pozuntunun (qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma) aşkar edilməsi barədə akt, abonentin saldosu, bir neçə fotoşəkil kimi sübutlar təqdim edilmişdir. Lakin məhkəmə hesab edir ki, bu sübutlar əsasında iddiaçının təbii qazdan qanunsuz istifadə etdiyi nəticəsinə gəlmək mümkün deyil.
26. İlk növbədə ona görə ki, təbii qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt istehlakçı tərəfindən imzalanmamış, aktda istehlakçının adının qarşısına “imtina etdi” yazılmışdır. Bundan əlavə, akt tərtib edilərkən hal şahidlərinin iştirakı təmin edilməmişdir.
27. İş materiallarına əlavə edilmiş fotoşəkillərə münasibətdə məhkəmə qeyd edir ki, bu fotoşəkillər də iddiaçının ünvanında sayğacdankənar təbii qazdan istifadə edildiyini sübut etmir. Məhkəmə qeyd edir ki, cavabdeh orqanın əməkdaşları aşkar etdikləri pozuntunu təsdiq edə biləcək daha mötəbər sübutları (məsələn, videoyazı) məhkəmə təqdim edə biləcəkləri halda, bunu etməmiş, yalnız bir neçə fotoşəkil təqdim etmişlər ki, bu fotolar əsasında da qanunsuz qoşulma faktı təsdiq edilmir.
28. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli aktın tərtib edildiyi dövrdə iddiaçının təbii qazdan qanunsuz istifadə etdiyi mötəbər sübutlarla müəyyən edilmir. Odur ki, Cavabdeh İB tərəfindən iddiaçı istehlakçıya təbii qazdan istifadə qaydalarının pozulmasına dair həmin akt əsasında hesablanmış 1270.08 manat məbləğində borc silinməlidir.
29. xx.xx.2022-ci il tarixli akt əsasında hesablanmış borca münasibətdə məhkəmə qeyd edir ki, yuxarıda istinad edilmiş “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci bəndində qeyd edilir ki, ... . Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir...
30. Göründüyü kimi, qaz paylayıcısı (Cavabdeh İB) tərəfindən sayğaca müdaxilə, yaxud qanunsuz qoşulma hallarının aşkar edilməsi qaz paylayıcısına vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ vermir. Cavabdeh qaz paylayıcısının təbii qazdan istifadə qaydalarının pozulmasına dair akta əsasən dəymiş zərər kimi iddiaçı istehlakçıdan pul tələb edə bilməsi üçün istehlakçının qazın talanmasında təqsirli olması yuxarıda qeyd edilmiş qərarlar əsasında müəyyən edilməlidir. Yalnız bundan sonra məhkəmə qanunsuz qoşulma etməklə qazın talanmasında istehlakçının təqsirli olduğu, dolayısıyla dəymiş zərərin məhz istehlakçıdan tutulmalı olduğu nəticəsinə gələ bilər. Hazırkı işdə isə məhkəməyə iddiaçının təqsirini təsdiq edən belə bir sübut təqdim edilməmişdir.
31. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh İB tərəfindən iddiaçı istehlakçıya təbii qazdan istifadə qaydalarının pozulmasına dair xx.xx.2022-ci il tarixli akt əsasında hesablanmış 1641.6 manat məbləğində borc silinməlidir.
Məhkəmə xərcləri.
32. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Bu qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda – 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir.
33. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçının bu iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən ödəməkdən azad olduğuna görə ödəmədiyi 49.12 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
34. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı xx.xx.2022 və xx.xx.2022-ci il tarixli aktlar əsasında hesablanmış cəmi 2911.68 manat məbləğində borc silinməli, Cavabdehndən 49.12 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin.
35. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (abonent kodu – **********20032) xx.xx.2022 və xx.xx.2022-ci il tarixli aktlar əsasında hesablanmış cəmi 2911.68 manat (iki min doqquz yüz on bir manat altmış səkkiz qəpik) məbləğində borc silinsin. Cavabdehndən 49.12 manat (qırx doqquz manat on iki qəpik) məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva