Məhkəmə qərarları › İş №2(010)-1209/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1209/2025

30.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1209/2025 30.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X6 iclas katibliyi ilə İddiaçı cavabdeh Bakı şəhəri 37 saylı Notariat Ofisinə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi, X26 və X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakda açıq saxlanılan pay hüququnun tanınması və çıxarış qeydinin ləğv edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Bakı şəhəri 24 saylı Notariat Ofisinə qarşı (bundan sonra – cavabdeh) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakda açıq saxlanılan pay hüququnun tanınması və çıxarış qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il tarixdə vəfat etmiş X15 miras qalmış ünvan 1 ünvanında yerləşən 87 nömrəli mənzilə dair X10 və X13 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, X16 adına açıq saxlanılmış 2/6 hissədə pay hüququnun tanınması və ünvana dair çıxarış qeydinin X16 adına açıq saxlanılmış 2/6 hissədə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X27 ilə xx.xx.1992-ci il tarixdə nikaha daxil olmuşdur. X27 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Mərhumdan ünvan 1 ünvanında yerləşən 87 nömrəli mənzil miras olaraq qalmışdır. Hazırda o, həmin ünvanda qeydiyyatda olmaqla yaşayır və həmin mülkiyyətdə onun 1/6 hissədə payı vardır. Təqdim edilən çıxarışdan görünür ki, X20 dair 2/6 hissə açıq saxlanılmış, 1/6 hissə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X12, X28 və X3 adına qeydə alınmışdır. İbrahimova Gülnarə X31nin gəlini, Şərifova Pikə qızı, Hacıbala oğlu, Xəqani və Tofiq də oğlanlarıdır. X2 ölümündən sonra vərəsəliyə dair müraciət olunmuş və müvafiq ərizə cavabdehə təqdim edilmişdir. Cavabdehdə olan iş materiallarına ilkin baxışda Xəqani və Tofiqin miras əmlakdan imtina etmələrinə baxmayaraq, məlum olmuşdur ki, miras payların açıq qalan hissəsi onlara keçmişdir. xx.xx.2024-cü il tarixdə cavabdehdən vərəsəlik hüququ haqqında şəhadətnaməyə dair notariat işinin təsdiq edilmiş surətinin verilməsi xahiş edilmiş, notariat işinin Dövlət Notariat Arxivində olması səbəbi ilə xx.xx.2024-cü il tarixdə aidiyyəti üzrə göndərildiyi cavabı alındıqdan sonra məlumat verildiyi bildirilsə də, bu günə qədər məlumat təqdim edilməmişdir. Əsl olmayan tərəfin əvəz edilməsi İddiaçının nümayəndəsi (vəkili) Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, iddiaya cavab verməli olan şəxsin (cavabdehin) iddia ərizəsində yanlış qeyd olunduğunu bildirmiş və əsl olmayan cavabdehin (Bakı şəhəri 24 saylı Notariat Ofisinin) əsl cavabdehlə (Bakı şəhəri 37 saylı Notariat Ofisi) əvəz olunmasını məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmənin əvvəlki baxış iclasında iştirak etmiş iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək bildirmişdir ki, hazırkı iş üzrə iddiaçı miras qoyan X27 ilə 1992-ci il tarixdən sonuncunun vəfat etdiyi 2007-ci il tarixinədək ailə münasibətlərində olmuşdur. Belə ki, iddiaçı miras qoyanın sayca ikinci arvadıdır. Miras qoyanın birinci ailə münasibətindən uşaqları vardır. İddiaçının mərhum əri vəfat etdikdən sonra ondan qalmış miras əmlaka dair vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyən edilmiş, lakin miras əmlakda 2/6 hissə açıq saxlanılmışdır. Həmin hissələr İbrahimov Xəqani və İbrahimov Tofiq adlı şəxslərə aid olan hissələrdir. Onda olan məlumata görə İbrahimov Tofiq Azərbaycan Respublikası ərazisində yaşamır və hazırda Rusiya Federasiyasında məskunlaşmışdır. Onların olduğu yeri müəyyənləşdirmək mümkün olmadığından hazırkı iş üzrə mübahisə də onların hüquqlarına və maraqlarına toxunmur. Onlara aid olan hissələr isə iddiaçıya məxsus payın üzərinə əlavə edilməlidir. Belə ki, iddiaçı mərhum ərindən miras qalmış mənzildə uzun illər yaşamışdır. İddiaçı da həmin hissələrin ona məxsus paya əlavə edilməsinin zəruri olmasını məhz bu mövqedən əsaslandırır. İddiaçı hazırda yaşı və qulluğa ehtiyacı olması ilə əlaqədar olaraq mərhum ərindən miras qalmış və Bakı şəhəri ərazisində yerləşən mənzildə yaşaya bilmir. Həmin mənzil hazırda istifadə olunmur və bağlı vəziyyətdə saxlanılır. İddia tələbinin qanuni əsasına gəldikdə isə tərəflər arasında münasibətlərin yarandığı zaman qüvvədə olan mülki qanunvericiliyə əsasən vərəsənin susması adlanan maddi hüquq normasının dispozisiya şərtləri rəhbər tutulmalı və vərəsəlik zamanı susmuş hər iki şəxsin payları iddiaçının payına əlavə edilməlidir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmənin əvvəlki baxış iclasında iştirak etmiş üçüncü şəxs X12 izahatında bildirmişdir ki, o, miras qoyan X16 gəlinidir. Miras qoyan X16 qızı, yəni Şarifova Pikə və oğlu İbrahimov Hacıbala miras əmlakda özlərinə məxsus olan hissələrdən onun xeyrinə imtina etmişlər. Həmin imtina məktubları notariat ofisində rəsmiləşdirilmişdir və hazırda ondadır. Açıq qalan hissələrə münasibətdə qeyd edir ki, həmin hissələr Tofiq və Xəqani adlı şəxslərə məxsusdur. Tofiq ümumiyyətlə 25 ilə yaxındır ki, Rusiya Federasiyasında yaşayır və onun həyatda olub-olmaması ilə bağlı onlarda hər hansı məlumat mövcud deyil. Xəqani isə bu tip mübahisələr başlanandan bəri heç bir orqana müraciət etməmiş, məhkəmə proseslərində isə iştirak etməmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Vİ-JQ seriyalı, 300953 nömrəli, xx.xx.1992-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X27 və X17 arasında xx.xx.1992-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 54 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə İbrahimov, arvada İbrahimova soyadı verilmişdir. AZ-İ seriyalı, 268689 nömrəli, xx.xx.2007-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X27 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində “ürək-damar çatışmazlığı” səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarixdə 1239 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri 37 saylı Notariat Ofisi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş 2V-1/33 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2007-ci il tarixdə vəfat etmiş X16 vərəsəsi – ünvan 1 ünvanında yerləşən 87 nömrəli mənzildə yaşayan həyat yoldaşı İddiaçıdır və o, 1/6 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak – Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, 11/15207 nömrəli (Forma 1) arayışa və Bakı şəhəri, Tİ və MHQİ tərəfindən verilmiş 29 nömrəli reyestr kitabının, 4631-ci səhifəsində 30/7250 nömrəli qeydlə xx.xx.1993-cü il tarixli qeydiyyat vəsiqəsi əsasında mərhuma məxsus ünvan 1, mənzil 87 ünvanında yerləşən, yaşayış sahəsi 16.59 m2, ümumi sahəsi 28.16 m2 olan, 1 otaqlı şəxsi mənzilin 1/6 hissəsindən ibarətdir. Bakı şəhəri 37 saylı Notariat Ofisi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş 2V-1/36 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2007-ci il tarixdə vəfat etmiş X16 vərəsəsi – ünvan 3 ünvanında yerləşən 10 nömrəli mənzildə yaşayan oğlu X11 və ünvan 4 ünvanında yerləşən 184 nömrəli mənzildə yaşayan qızı X21r və onlar miras əmlakdan 1/6 hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak – Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin Bakı şəhər ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, 11/15207 nömrəli (Forma 1) arayışa və Bakı şəhəri, Tİ və MHQİ tərəfindən verilmiş 29 nömrəli reyestr kitabının, 4631-ci səhifəsində 30/7250 nömrəli qeydlə xx.xx.1993-cü il tarixli qeydiyyat vəsiqəsi əsasında mərhuma məxsus ünvan 1, mənzil 87 ünvanında yerləşən, yaşayış sahəsi 16.59 m2, ümumi sahəsi 28.16 m2 olan, 1 otaqlı şəxsi mənzilin 2/6 hissəsindən ibarətdir. Bakı şəhəri 37 saylı Notariat Ofisi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş 2V-1/40 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2007-ci il tarixdə vəfat etmiş X16 vərəsəsi – ünvan 1 ünvanında yerləşən 87 nömrəli mənzildə yaşayan oğlu X7r və o, 1/6 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak – Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin Bakı şəhər ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, 11/15207 nömrəli (Forma 1) arayışa və Bakı şəhəri, Tİ və MHQİ tərəfindən verilmiş 29 nömrəli reyestr kitabının, 4631-ci səhifəsində 30/7250 nömrəli qeydlə xx.xx.1993-cü il tarixli qeydiyyat vəsiqəsi əsasında mərhuma məxsus ünvan 1, mənzil 87 ünvanında yerləşən, yaşayış sahəsi 16.59 m2, ümumi sahəsi 28.16 m2 olan, 1 otaqlı şəxsi mənzilin 1/6 hissəsindən ibarətdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, **********42-05101-093046 reyestr nömrəli, ünvan 1 ünvanında yerləşən 87 nömrəli mənzil ümumi paylı mülkiyyətdədir və həmin mənzil üzərində İddiaçı 1/6 hissədə (xx.xx.2011-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə), X4 1/6 hissədə (xx.xx.2016-cı il tarixdə, ********** qeydiyyat nömrəsi ilə), X18 1/6 hissədə (xx.xx.2016-cı il tarixdə, ********** qeydiyyat nömrəsi ilə) və X3 1/6 hissədə (xx.xx.2016-cı il tarixdə, ********** qeydiyyat nömrəsi ilə) payları müəyyən edilmiş və X20 məxsus 2/6 hissə açıq saxlanılmışdır. xx.xx.2024-cü il tarixli, **********02 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1262. Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Maddə 1263. Əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Maddə 1273-1. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. Məhkəmənin mövqeyi Məhkəmə işin faktiki hallarını və işə əlavə edilən sənədləri araşdıraraq, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının tələbi 3 hissədən – 1) X22 və X10 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, 2) miras qoyan X16 adına açıq saxlanılan 2/6 hissədə paya dair iddiaçının hüququnun tanınması və 3) miras qoyan X16 adına açıq saxlanılan 2/6 hissədə paya dair verilən çıxarışın ləğv edilməsindən ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə mərhum X27 arasında xx.xx.1992-ci il tarixdə rəsmi nikah münasibətləri qurulmuş, bu münasibətlər miras qoyanın ölümünədək, yəni xx.xx.2007-ci il tarixinədək davam etmişdir. Miras qoyanın ölümündən sonra ondan miras qalmış əmlaka dair Bakı şəhəri 37 saylı Notariat Ofisində vərəsəlik işi açılmış, qanun üzrə vərəsələr qismində - İddiaçı (arvadı), X11 (oğlu), X28 (qızı) və X14 (oğlu) müəyyən edilmişdir. Miras qoyanın qanun üzrə qeyd edilən vərəsələrindən İddiaçı, X28 və X8 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmiş, X11 vərəsə qismində müəyyən edilsə də, onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi notariat işində aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərin “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlarla əlaqəli şəkildə tədqiqi nəticəsində miras qoyan X16 qanun üzrə vərəsəsi – X5 çatası payın arvadı (hazırkı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) X1 və vərəsəlik payına mütənasib olaraq mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı aşkar edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 87 nömrəli mənzil ümumi paylı mülkiyyətdədir və həmin mənzil üzərində İddiaçı 1/6 hissədə (xx.xx.2011-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə), X4 1/6 hissədə (xx.xx.2016-cı il tarixdə, ********** qeydiyyat nömrəsi ilə), X18 1/6 hissədə (xx.xx.2016-cı il tarixdə, ********** qeydiyyat nömrəsi ilə) və X3 1/6 hissədə (xx.xx.2016-cı il tarixdə, ********** qeydiyyat nömrəsi ilə) payları müəyyən edilmiş və X20 məxsus 2/6 hissə açıq saxlanılmışdır. İddia tələbinin birinci hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı X19 və X13 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi ilə bağlı mövqeyini sonuncu şəxslərin miras əmlakdan imtina etmələrinə baxmayaraq, adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə əsaslandırmışdır. Məhkəmənin sorğusuna əsasən, Bakı şəhəri 37 saylı Notariat Ofisi tərəfindən miras qoyan X16 adına açılmış notariat işi məhkəməyə təqdim edilmiş, notariat işi və ona əlavə edilmiş sənədlərin araşdırılması zamanı qeyd edilən şəxslərin - X19 və X13 ümumiyyətlə miras qoyanın vərəsələri kimi müəyyən edilməmələri, həmçinin adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməməsi və onların miras əmlakdan pay almamaları müəyyən edilmişdir. Odur ki, qeyd edilən şəhadətnamələr mövcud olmadığından mövcud olmayan şəhadətnamələrin etibarsız hesab edilməsi mümkün deyil. İddia tələbinin ikinci hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə iclasında izahat vermiş iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin qanuni əsası qismində vərəsənin susması adlanan maddi hüquq normasının çıxış etdiyini bildirmiş və mübahisənin ədalətli və qanuni həlli baxımından müvafiq maddi hüquq normasının dispozisiya şərtlərinin rəhbər tutulmalı olduğunu qeyd etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Hazırkı iş üzrə miras qoyan olan fiziki şəxs – X27 xx.xx.2007-ci il tarixdə vəfat etdiyindən artıq miras həmin tarixdən açılmış və miras qoyanın qanun üzrə vərəsələrinin vərəsəlik hüquqları həmin tarixdən etibarən yaranmışdır. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Miras qoyanın vəfatı anında qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1273-1-ci maddəsinə əsasən, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin maddədə qeyd olunan normalar isə mirasdan imtinanın nəticələri ilə bağlıdır. Belə ki, həmin məcəllənin 1262-ci maddəsinə əsasən, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Göründüyü kimi, qanunvericiliklə vərəsənin mirası qəbul etməkdən imtinası ehtimal olunduğu halda (vərəsənin susması) onun payının qanun üzrə vərəsəliyə çağırılmış bütün vərəsələrin payına əlavə edilməsi imkanı nəzərdə tutulmuş və üçüncü qaydanın tətbiqi imkanı istisna edilmişdir. Yəni, miras qoyanın adına açıq saxlanılmış 2/6 hissədə payın bütünlüklə iddiaçının payına əlavə edilməsinin heç bir qanuni əsası olmamaqla, qanunvericiliyin imperativ göstərişlərinə ziddir. İddia tələbinin üçüncü hissəsi - miras qoyan X16 adına açıq saxlanılan 2/6 hissədə paya dair verilən çıxarışın ləğv edilməsi iddia tələbinin ikinci hissəsi ilə birbaşa əlaqəli olduğundan və iddia tələbi bütünlüklə təmin olunmadığından rədd edilməli və əlavə araşdırma aparılmamalıdır. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri 37 saylı Notariat Ofisinə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi, X26 və X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) X19 və X13 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, miras qoyan X16 adında açıq saxlanılan 2/6 hissədə pay hüququnun tanınması və açıq saxlanılan paya dair verilən çıxarış qeydinin ləğv edilməsinə dair iddia tələbi təmin edilməməli və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Bakı şəhəri 37 saylı Notariat Ofisinə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi, X26 və X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) X19 və X13 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, miras qoyan X16 adında açıq saxlanılan 2/6 hissədə iddiaçının pay hüququnun tanınması və açıq saxlanılan paya dair verilən çıxarış qeydinin ləğv edilməsinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar