Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1235/2023 09.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Məhkəmə iclas katibi X* qızının katibliyi, Ərizəçi Çı̇ ngiz qızının iştirakı ilə, Ərizəçi Çı̇ ngiz qızının "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi"nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Çı̇ ngiz qızının "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi"nə dair ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. İş üzrə məhkəmə hazırlıq iclası 09 mart 2023-cü il tarixə, saat *2:*5-ə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxs rəsmi bildiriş vasitəsi ilə məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Ərizəçi Çı̇ ngiz qızı məhkəmə iclasında ərizə təqdim edərək, ərizə və ona əlavə edilmiş sənədlərin əsllərinin və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *70.*-ci maddəsinə bu Məcəllənin 254, 255, 26*.0.*-26*.0.3 və 26*.0.6-26*.0.8-cı maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin **4.*.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarından görünür ki, ərizəçi tərəfindən ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilməsi üçün *00,00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *70-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi Çı̇ ngiz qızının "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi"nə dair ərizəsi baxılmadan sənədlər ərizəçiyə geri qaytarılsın Ərizəçi Çı̇ ngiz qızının ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilməsi üçün ödədiyi *00,00 (bir yüz bir) manat məbləğində dövlət rüsumu ona tam qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(010)-1235/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1235/2023
09.03.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver