Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1248/2022 29.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X18 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri X15 İcraiyyə Komitəsi tərəfindən verilmiş 22.04.1970-ci il tarixli, 78500 saylı orderin, həmin orderdə göstərilən digər səxslərlə birlikdə ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki: “Bakı şəhəri, Suraxanı Rayonu, Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsi, 29 saylı evin, 13 saylı mənzili Bakı şəhəri X15 İcraiyyə Komitəsi tərəfindən verilmiş 22.04.1970-ci il tarixli, 78500 saylı orderə əsasən atam X8 ayrılmış, həmin orderdə ailə üzvləri kimi bizim adlarımız da qeyd edilmişdir. Lakin orderin 4-cü hissəsində mənim adım qeydə edilən zaman ata adım səhvən “Balakərim oğlu” kimi göstərilmişdir. Bununla əlaqədar mən Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə müraciət edərək, Bakı şəhəri X15 İcraiyyə Komitəsi tərəfindən verilmiş 22.04.1970-ci il tarixli, 78500 saylı orderdə mənim ata adımda düzəliş edilməsini xahiş etmiş, lakin Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin 30.12.2019-cu il tarixli məktubu ilə mənim müraciətimdən imtina edilmişdir. Halbuki, mənə məxsus AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinə və doğum haqqında şəhadətnaməmə əsasən mənim ata adım “Kərim”dir. Göründüyü kimi məhz Bakı şəhəri X15 İcraiyyə Komitəsi tərəfindən verilmiş 22.04.1970-ci il tarixli, 78500 saylı orderdə mənim ata adımın “Kərim” yox, “Balakərim” kimi göstərilməsi məni həmin mənzilin özəlləşdirilməsində iştirak etmək hüququmdan məhrum etmişdir. Əslində isə mən həmin mənzili atamın vərəsəsi kimi özəlləşdirə bilərəm, lakin bunun üçün orderin 4-cü hissəsində göstərilən “Ərizəçi Balakərim oğlu” adlı şəxsin buna razılıq verməsi gərəkdir ki, həmin şəxs mən özüm olduğuma görə bu fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Göründüyü kimi, Bakı şəhəri X15 İcraiyyə Komitəsi tərəfindən verilmiş 22.04.1970-ci il tarixli, 78500 saylı orderə əsasən verilən hüquq atam X8 və həmin orderdə göstərilən digər şəxslərə məxsus olmuş, atam 06.01.2007-ci ildə ölmüşdür. Həmin orderin 4-cü hissəsində mənim adımın yazılması isə mənə həmin mənzilin özəlləşdirilməsində iştirak etmək hüququ vermişdir. Bakı şəhəri X15 İcraiyyə Komitəsi tərəfindən verilmiş 22.04.1970-ci il tarixli, 78500 saylı orderi atama məxsus olduğundan mən həmin orderin 4-cü hissəsində göstərilən Ərizəçi Balakərim oğlunun mənimlə eyni şəxs olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşam. Bakı şəhəri X15 İcraiyyə Komitəsi tərəfindən verilmiş 22.04.1970-ci il tarixli, 78500 saylı order atama məxsus olduğundan və həmin orderin 4-cü hissəsində mənim adım səhvən “Ərizəçi Balakərim oğlu” kimi göstərildiyindən, Bakı şəhəri X15 İcraiyyə Komitəsi tərəfindən verilmiş 22.04.1970-ci il tarixli, 78500 saylı orderin, həmin orderdə göstərilən digər şəxslərlə birlikdə mənə məxsus olması faktının müəyyən edilməsi mənə həmin mənzilin özəlləşdirilməsində iştirak etmək üçün xüsusi ilə zəruridir. Məhkəmənin nəzərinə bir halı da çatdırmaq istəyirəm ki, həmin orderdə digər şəxslərin adlarında səhv olmadığına görə, onların məhkəməyə ərizə ilə müraciət etmək zərurəti olmamış, ona görə də həmin orderin mənə aid hissədə mənə məxsus olması faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Mən qeyd edilən faktın müəyyən edilməsi üçün lazım olan sənədləri başqa qaydada ala bilmədiyimə görə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etməyə məcbur olmuşam”. Tərəflərin izahatları. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, Bakı şəhəri X15 İcraiyyə Komitəsi tərəfindən verilmiş 22.04.1970-ci il tarixli, 78500 saylı orderdə onun ata adı “Kərim” əvəzinə, “Balakərim” kimi qeyd edilmişdir. Halbuki, ona məxsus bütün sənədlərdə ata adı Kərimdir. Hazırda bu səhvin aradan qaldırılması, sənədin ona məxsus olmasının təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Çünki mənzili özəlləşdirmək istəyir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci ildə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. 22.04.1970-ci il tarixli, 78500 saylı orderin notariat qaydasında təsdiq edilmiş surətindən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ünvanında yerləşən mənzil X8, X3, X4, Ərizəçi Balakərim oğluna, X1 və X2 verilmişdir. Bakı şəhəri Suraxanı rayon VVAQ Şöbəsi tərəfindən 30.07.1980-ci il tarixdə verilmiş İİ-JQ seriyalı, 373656 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 və X5 arasında 30.07.1980-cı il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 262 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Babayeva soyadı verilmişdir. Bakı şəhəri Suraxanı rayon VVAQ Şöbəsi tərəfindən 07.09.1974-cü il tarixdə verilmiş İİ-JQ seriyalı, 411774 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi (atası X14, anası Əliyeva Xannənə Hacəli qızı) xx.xx.1961-ci il tarixdə Bakı şəhəri, Hövsan qəsəbəsində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 06.02.1961-ci il tarixdə 6 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 05.12.2019-cu il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, ünvan 1 ünvanında Ərizəçi, X19, X12, X13, X10, X6 qeydiyyatdadırlar. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin Ərizəçi ünvanlandığı 30.12.2019-cu il tarixli məktubda qeyd edilir: “Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsində yerləşən 29 saylı evin 13 saylı mənzilinə dair verilmiş 22.04.1970-cı il tarixli, 78500 nömrəli orderdə düzəliş olunmasına dair məktubunuza Suraxanı Rayon İcra hakimiyyətində baxılmışdır. Bildiririk ki, RİH-in sənədləri 2014-cu il də daxil olmaqla Dövlət Arxivinin Bakı filialına təhvil verilmişdir. Həmçinin, nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci və 307.2.11-ci maddələrinə görə məhkəmə hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının və hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və 01.10.2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsində dövlət mənzil fondunun yaşayış sahələrinin order əsasında verilməsi və bu orderlərdə hər hansı bir düzəlişin edilməsi nəzərdə tutulmadığından müraciətinizdə qaldırdığınız məsələnin həlli məqsədi ilə aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur”. Bakı şəhəri Suraxanı rayon VVADQ Şöbəsi tərəfindən 19.01.2007-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 234247 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 06.01.2007-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 19.01.2007-ci il tarixdə 72 nömrə ilə qeyd edilmişdir. İşin faktiki halları. Bakı şəhəri X15 İcraiyyə Komitəsi tərəfindən verilmiş 22.04.1970-ci il tarixli, 78500 saylı orderə əsasən X8 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən bir mənzil ayrılmışdır. Bu orderdə X7 beş nəfər ailə üzvünün də adı qeyd edilmişdir. X14 hazırkı iş üzrə Ərizəçi atasıdır və onun da adı həmin orderdə qeyd edilmişdir. Lakin orderdə onun ata adı “Kərim” olduğu halda “Balakərim” kimi qeyd edilmişdir. Halbuki, onun şəxsiyyət vəsiqəsində, doğum haqqında şəhadətnaməsində ata adı Kərim kimi qeyd olunmuşdur. Elə atası X8 məxsus olmuş nikah haqqında şəhadətnamə, ölüm haqqında şəhadətnamə kimi sənədlərdə də atasının adı X14 kimi qeyd edilmişdir. Bu səbəbdən ərizəçi 22.04.1970-ci il tarixli orderdə ata adının “Balakərim” kimi qeyd edilməsinin yanlışlıq nəticəsinə baş verdiyini bildirərək, məhkəmədən həmin sənədin özünə məxsus olması faktının təsdiq edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının;. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli, 03 saylı Qərarı:
6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1.Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.2.Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3.Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.
Məhkəmənin mövqeyi.
İş materialları və işin faktiki hallarından göründüyü kimi, Ərizəçi atası X9r. Yəni, ərizəçinin ata adı Kərimdir. Hansı ki, ərizəçiyə məxsus doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi kimi sənədlərdə ata adı Kərim kimi qeyd edilmişdir. Eləcə də ərizəçinin mərhum atasına məxsus olmuş sənədlərdə də atasının adı X14 kimi qeyd edilmişdir. Elə Bakı şəhəri X15 İcraiyyə Komitəsi tərəfindən verilmiş 22.04.1970-ci il tarixli, 78500 saylı orderdə də order sahibinin - ərizəçinin atasının adı X14 kimi qeyd edilmişdir. Lakin orderdə order sahibinin ailə üzvü kimi adı qeyd edilmiş ərizəçinin ata adı “Balakərim” kimi qeyd edilmişdir. Halbuki, artıq yuxarıda qeyd edildiyi kimi ərizəçinin ata adının “Balakərim” yox, “Kərim” olduğu iş materiallarından aşkar görünür. Belə olan halda məhkəmədə sözügedən orderdə ərizəçinin ata adının düzgün qeyd edilmədiyi nəticəsinə gəlir. Üstəlik, bu səhvin aradan qaldırılması üçün ərizəçi tərəfindən Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə müraciət edilsə də onun müraciətinin təmin edilməsindən imtina edilmiş, ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Eyni zamanda, nəzərə alınmalıdır ki, bu order hüquq müəyyən edən sənəddir. Belə ki, bu order əsasında ərizəçi əmlak hüquqları əldə edə bilər. Hansı ki, ərizədə də məhz bu hala – orderdə göstərilən mənzilin özəlləşdirilməsinə istinad edilmişdir. Bu səbəbdən məhkəmə hazırda təsdiq edilməsi xahiş edilən faktı hüquqi əhəmiyyəti olan fakt kimi qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, bu hüquqi əhəmiyyətli faktın təsdiq edilməməsi üçün heç bir əsas yoxdur. Odur ki, ərizə təmin edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri X15 İcraiyyə Komitəsi tərəfindən verilmiş 22.04.1970-ci il tarixli, 78500 saylı orderin (orderdə adları qeyd edilən digər şəxslərlə birlikdə) Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Şərh оlunаnlаrа əsаsən və MPM-in 216-220, 335-338, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Bakı şəhəri X15 İcraiyyə Komitəsi tərəfindən verilmiş 22.04.1970-ci il tarixli, 78500 saylı orderin (orderdə adları qeyd edilən digər şəxslərlə birlikdə) Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva