Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1270/2024 25.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu, Ərizəçi maraqlı şəxs AR Baş Prokurorluğu olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Müəyyən etdim: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1991-1993-cü illər ərzində Şuşa rayonunda və Qarabağın başqa ərazilərində Qarabağ uğrunda erməni qəsbkarları ilə döyüşlərdə iştirak etməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan SSR Prokurorluğunun xx.xx.1991-ci il tarixli, 26 nömrəli əmrindən görünür ki, kiçik hüquqşünas Ərizəçi yaradılmış əməliyyat istintaq qrupunun tərkibinə daxil edilmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən Ərizəçi verilmiş xx.xx.2006-cı il tarixli, 260 nömrəli arayışından görünür ki, Ərizəçi AR Prokurorluğunun xx.xx.1991-ci il tarixli, 26 saylı əmri ilə AR Dağlıq Qarabağ bölgəsinə vahid əməliyyat istintaq qrupunun tərkibində ezam olunması, Şuşa rayonunun işğalına kimi (xx.xx.1992-ci ilə qədər) Şuşa şəhərində və Dağlıq Qarabağın ayrı-ayrı yerlərində öz xidməti vəzifəsini icra etdiyi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, Ərizəçi ərizədə qeyd etdiyi tarixdə Şuşa rayonuna və Qarabağın başqa ərazilərinə öz xidməti vəzifəsinin icrası ilə əlaqədar ezam olunması və həmin ərazilərdə xidməti vəzifəsini yerinə yetirməsi ilə bağlı müvafiq məlumatlar iş materiallarına əlavə edilmiş xx.xx.1991-ci il tarixli, 26 nömrəli əmrdə və Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən Ərizəçi verilmiş xx.xx.2006-cı il tarixli, 260 nömrəli arayışda əks olunmuşdur. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 1.2-ci bəndində qeyd edilmişdir ki, Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 14-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Məhkəmə hesab edir ki, ərizəçi ərizədə qeyd etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı müvafiq inzibati orqana müraciət etməli, müraciət təmin edilmədiyi yaxud cavabsız qoyulduğu təqdirdə isə həmin inzibati orqanın qərarından Bakı İnzibati Məhkəməsinə şikayət verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, maddənin məzmunu özündə mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti” barədə 10 aprel 2015-ci il tarixli qərarında da ifadə olunmuşdur. Belə ki, həmin qərarın 15.4-cü bəndində göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq, Qərara aldım: Ərizəçi maraqlı şəxs AR Baş Prokurorluğu olmaqla 1991-1993-cü illər ərzində Şuşa rayonunda və Qarabağın başqa ərazilərində Qarabağ uğrunda erməni qəsbkarları ilə döyüşlərdə iştirak etmə barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, mübahisə predmeti olan məsələ ilə bağlı müvafiq inzibati orqana müraciət etməli, müraciət təmin edilmədiyi və ya cavabsız qoyulduğu təqdirdə isə inzibati orqanın qərarı ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardaddan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-1270/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1270/2024
25.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver