Məhkəmə qərarları › İş №2(010)-1284/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1284/2024

12.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1284/2024 12.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X4 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Kadastrı və Reyestri Publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən hüququ sahibi kimi ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə dair texniki pasportun X2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair miras qoyan X* adına arayışın verilməsi ilə bağlı **23*86745 qeydiyyat nömrəli, 24.**.2023-cü il tarixli ərizəsinə baxılaraq, onun həmin torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina edilmişdir. İmtinanın əsası kimi qeyd edilmişdir ki, texniki pasportda ad “X7” kimi, vərəsəlik məktubunda isə “X3” kimi qeyd edildiyi üçün hüquq sahibinin adında uyğunsuzluq mövcuddur və bu baxımdan hüquqlarının qeydiyyata alınmasından imtina edilir. Hesab edir ki, həmin imtina məktubunda qeyd edilən ziddiyyətlərə aydınlıq gətirilməli, texniki pasportda olan X5 əslində elə X3 olması faktı müəyyənləşməlidir, çünki mərhum X3 onun anasıdır. Bütün rəsmi sənədlərdə əslində Sonaxanım kimi qeyd edilsə də, bəzən qohumlar arasında qısaca olaraq Sona kimi müraciət edilmiş, ona görə də texniki yanlışlıq səhvən baş vermişdir. Tərəflərin izahatları Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, Quliyeva Sonaxanım anasının dayısı arvadıdır. Onun adı Sonaxanım olmuşdur. Nəsildə qadınların adının sonluğunda xanım, kişilərdə isə ağa olmuşdur. Sonaxanımı məhz Sona adı ilə də çağırsalar da, onun əsl adı Sonaxanım olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, Sonaxanım kənd sovetində deputat olmuşdur. Sonaxanım onun bacısının qayınanasıdır. Onlar həmişə Sonaxanımı məhz adı ilə “Sonaxanım” kimi çağırmışlar. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən *9.04.20**-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 466203 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X3 **.04.20**-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında *9.04.20**-ci il tarixdə 395 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən 02.08.20*2-ci il tarixdə verilmiş, AZ-İİ seriyalı, 9*9798 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi (atası qeyd edilməyib, anası X3) xx.xx.*950-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə 08.09.*950-ci il tarixdə 98* nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti Başçısının Bülbülə Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 22.**.2023-cü il tarixdə verilmiş, *907 nömrəli arayışdan müəyyən olunur ki, ünvan 2 ünvanı mərhumə X5 adına verilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport”da qeyd edilən Pravda küçəsi, dalan 2, ev 6 ilə eyni ünvandır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri *0 saylı Notariat Ofisi tərəfindən 22.**.2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış, 439 nömrəli məktubdan müəyyən olunur ki, Bakı şəhəri *0 saylı notariat ofisində qanun üzrə vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan – Ərizəçi (Ş/V AZE 0*******, Suraxanı RPİ, FİN xxxxxxx) müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən həmçinin mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında **.04.20**-ci ildə ölmüş – X* mirası üzrə vərəsəlik işi açılmışdır. Miras qoyanın miras əmlakına Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov (keçmiş Pravda) küçəsi, dalan 2, ev 6 (5) ünvanında yerləşən fərdi yaşayış evindən ibarət daşınmaz əmlak daxildir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən 08.0*.2024-cü il tarixdə verilmiş 3-2*-3-30/2-203/2024 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair miras qoyan X* adına arayışın verilməsi ilə bağlı **23*86745 qeydiyyat nömrəli, 24.**.2023-cü il tarixli ərizəyə baxılmış, təqdim edilmiş texniki pasportla vərəsəlik məktubu arasında hüquq sahibinin adında uyğunsuzluğun mövcud olması (texniki pasportda ad “X7” kimi, vərəsəlik məktubunda isə “X3” kimi qeyd edilmişdir) bildirilmiş və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun *5-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilən şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndrilməsinə aid pasportdan və evlər idarəsi üzrə texniki inventarizasiyanın ev sahibliyinin kartoçkasından görünür ki, Bülbülə qəsəbəsi, Pravda, 6 nömrəli evin sahibinin soyadı, adı və atasının adı hissəsində X7 qeyd edilmişdir. *8.0*.2024-cü il tarixli, 00088*777*5 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət etmək üçün *00 (yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 2*7.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 307.*. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı.

6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.*.Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.3.Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.

Məhkəmənin mövqeyi Məhkəmə ərizəçinin izahatını və şahidləri dinləyib, ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı şəhəri Ərazi İdarəsinin 08.0*.2024-cü il tarixli məktubundan görünür ki, təqdim edilmiş texniki pasportla vərəsəlik məktubu arasında hüquq sahibinin adında uyğunsuzluq mövcuddur. Belə ki, texniki pasportda ad “X7” kimi, vərəsəlik məktubunda isə “X3” kimi qeyd edilmişdir. Məhkəmə iclasında ərizəçinin izahatı və iş materialları ilə təsdiq olundu ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilən şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport **.04.20**-ci il tarixdə vəfat etmiş X2 verilmiş və sonuncuya məxsus olmuşdur. Eyni zamanda, nəzərə alınmalıdır ki, bu sənəd hüquq müəyyən edən sənəddir. Belə ki, bu sənəd əsasında ərizəçi torpaq sahəsi və fərdi yaşayış evi üzərində hüquqlarını dövlət qeydiyyatına aldıra bilər. Hətta ərizəçi bunun üçün daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparan orqana müraciət etmiş, siyahıdakı bu ad uyğunsuzluğuna görə onun müraciətindən imtina edilmişdir. Bu səbəbdən məhkəmə hazırda təsdiq edilməsi xahiş edilən faktı hüquqi əhəmiyyəti olan fakt kimi qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, bu hüquqi əhəmiyyətli faktın təsdiq edilməməsi üçün heç bir əsas yoxdur. Odur ki, ərizə təmin edilməlidir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri, ünvan 7 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə dair evinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilən şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun **.04.20**-ci il tarixdə vəfat etmiş X2 məxsus olması faktı təsdiq edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Bakı şəhəri, ünvan 7 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə dair evinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilən şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun **.04.20**-ci il tarixdə vəfat etmiş X2 məxsus olması faktı təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar