Məhkəmə qərarları › İş №2(010)-1285/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1285/2020

23.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1285/2020 23.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “qanunsuz hesablanımış borc pulun silinməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “qanunsuz hesablanımış borc pulun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şimal y/s, döngə 16, ev 11 ünvanında yaşayan **********300 saylı abonent İddiaçı hesablanımış su borcunun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, o, ünvan 1 ünvanda ailəsi ilə yaşayır. Cavabdeh Suraxanı Rayon Sukanal İdarəsi tərəfindən əsassız olaraq ona 120 (yüz iyirmi) manat məbləğində borc hesablanmış və ona bu barədə hesab faktura təqdim edilmişdir. O, qeyd edilən borcun ona hansı əsasla hesablanmasını soruşduqda isə ona heç bir əsaslı cavab verilməmişdir. O, işlətdiyi suyun pulunu həmişə ödəmiş, cavabdehə borclu qalmamışdır. O, Suraxanı Rayon Sukanal İdarəsinə və qaynar xəttə dəfələrlə müraciət etmiş, lakin Suraxanı Rayon Sukanal İdarəsində nəzarətçi işləyən Quliyev Sadıq ona bu borcun ümumi olaraq 2018-cı ildə yarandığını bildirilmişdir. 2019-cu il noyabr ayında ona verdikləri qəbzdə dövrün əvvəlinə heç bir qalığının olmaması (dövrün əvvəlinə qalıq məbləği -0 manat) göstərilsə də, 2020-ci ilin yanvar ayının 07-si ona təqdim olunmuş qəbzdə dövrün əvvəlinə 120 (yüz iyirmi) manat qalığının olması qeyd olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 2.1 A-cü bəndinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Qeyd edilənləri nəzərə alaraq ünvan 1 evə dair artıq hesablanmış su pulunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddianı qəbul etməyərək, izahatında göstərdi ki, iddiaçının mübahisələndirdiyi məbləğ suyun istifadə edilməsi nəticəsində yaranmış borc olduğuna görə iddiaçının həmin öhdəliyin yaranmamasına dair dəlilləri əsassız hesab edilməlidilər. Belə ki, idiidaçının adəna olan ətraflı abonent kartının göstəriciləri ona dəlalət edir ki, mübahisələndirildiyi borc suyun istifadəsi nəticəsində yaranmış borcdur. İddiaçı ödənişi ödədiyi zaman ona verilmiş qəbzdə əvvəlki dövr üçün borcun müvcüd olmamasına dair qeyd isə əhəmiyyət kəsb etmir, çünki həmin qəbzi əməkdaşın borun mövcudluğunu bilməyə bilər. Odur ki, iddia əsassız olduğuna görə rədd edilməlidir. Məhkəmə proses iştirakçısınıdinləyib, iddia ərizəsinivə işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş müqavilə № 21080704, abonent kodu **********300 olan İddiaçı adına Cavabdeh ASC Suraxanı rayon Sukanal İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli hesab fakturadan müəyyən olunur ki, “Dövrün əvvəlinə olan borc” qrafada “0.00” qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş müqavilə № 21080704, abonent kodu **********300 olan İddiaçı adına Cavabdeh ASC Suraxanı rayon Sukanal İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli hesab fakturadan müəyyən olunur ki, “Dövrün əvvəlinə olan borc” qrafada “121.00” qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin su təchizatı və çirkab sularının axıdılması xidməti üzrə abonenti İddiaçı (müqavilə № 21080704, abonent kodu **********300) adına olan X3 görünür ki, abonent tərəfindən xx xxxxxx 2019cu il tarixdə edilmiş ödənişdən sonra borcun qalıqı qalmadığı qeyd olunmuş, xx xxxxxx 2019-cu ilə isə borcun 121 manat təşkil edilməsi qeyd olunmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş iddiaçının borcun açıqlaması ilə bağlı müraciətlərinə Cavabdeh ASC tərəfindən verilən 02/2/02-3/12902 saylı xx xxxx 2020-ci il tarixli məktubda qeyd edilir ki, xx.xx.2018-ci il tarixdə mənzilində olan smart kart tipli su sayğacının (Alfasu-15 (49997093) elektron hissəsinin işləməməsi səbəbindən mexaniki hissəyə keçirilmişdir. Qeyd olunan tarixə sayğacın mexaniki hissəsinin göstəricisinə (1304 m2)) əsasən müəyyən edilmiş sərfiyyatın dəyəri ödənilmiş sərfiyyatdan 142 m 23 artıq olduğu məlum olmuşdur. “Sudan istifadə qaydaları”nın 6.12-ci bəndinə əsasən dəyəri ödənilməmiş sərfiyyat borc olaraq hesabına əlavə edilmişdir. xx.xx.2019-cu il tarixində 49997093 nömrəli sayğac mexaniki göstəricisi 1617m3 olmaqla dəyişilərək yerinə 17087364 nömrəli mexaniki tipli su sayğacı quraşdırılmış, yeni sayğacın göstəricisi 249m3 olmaqla su təchizatə və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabında 110.50 manat borc vardır. Beləliklə də, məhkəmə iclasında araşdırılmış sənədlər və tərəflərin izahatları ilə müəyyən olunmuş hallar ondan ibarətdir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti müqavilə № 21080704 əsasında abonent kodu **********300 olan İddiaçı su təchizatı və çirkab sularının axıdılması üzrə xidmət göstərir. xx.xx.2018-ci il tarixdə İddiaçı mənzilində olan smart kart su sayğacının elektron hissəsinin işləməməsi səbəbindən mexaniki hissəyə keçirildikdən sonra abonent Cavabdeh ASC Suraxanı rayon Sukanal İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli hesab faktura əsasında hesablanmış borcunu ödədikdən sonra “Dövrün əvvəlinə olan borc” qrafada “0.00” qeyd olunmuşdur. Bundan sonra abonentin adına olan “X4” 121 manat borc qalıqının mövcüd olması göstərilmişdir. Beləliklə də, işin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh ASC abonent İddiaçı Balaəhməd qızında göstərilən borcun yaranma mənbəyi kimi özünün birtərəfli qaydada tərtib etdiyi “Abonent haqqında məlumat”a əsaslanır. Məhkəmə bununla bağlı onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş Cavabdeh ASC Suraxanı rayon Sukanal İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli hesab fakturadan abonentin əvvəlki dövr üçün borcun olmaması göstərildiyi halda “Abonent haqqında məlumat” cavabdehin müvafiq məlumat-baza sistemindən çıxarış olmaqla cavabdehin daxil etdiyi informasiya əsasında formalaşmış və onun tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Bu mənada cavabdehin birtərəfli qaydada tərtib etdiyi sözügedən sənədin iddiaçı üçün hər hansı öhdəlik yaratması mümkün deyildir. Belə ki, öhdəliyin əmələ gəlmə əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “Su təchizatı və tullantı suları haqqında” qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçıdan tələb edə bilməz. “Sudan istifadə” qaydalarının 2.1.6-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir;. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda təsvir olunanlar nəzərə alınmaqla, məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə aparılan məhkəmə araşdırması zamanı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti müqavilə № 21080704 əsasında abonent kodu **********300 olan İddiaçı X4 əks etdirilmiş xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixinə olan dövr üçün su təchizatı və çirkab sularının axıdılmasına görə 121 manat su təchizatının sərfiyyatının hesablanmasının əsaslılığı müəyyən olunmur. Halbuki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin tələblərinə görə bu halları sübut etmək vəzifəsi cavabdeh «Cavabdeh” Açıq Səhmdar Cəmiyyətinin üzərinə düşür. Cavabdeh tərəfin dəlilləri ilə razılaşmayaraq məhkəmə qeyd edir ki, məhkəməyə təqdim edilmiş X4 abonentin borcu 121 manat göstərildiyi halda iddiaçının borcun açıqlaması ilə bağlı müraciətlərinə Cavabdeh ASC tərəfindən verilən 02/2/02-3/12902 saylı xx xxxx 2020-ci il tarixli məktubda bu borc 110 manat qeyd edilmişdir. Bu isə bir daha ona dəlalət edir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı Balaəhməd qızına 121 manat məbləğində dəymiş zərər qismində borcun hesablanmasının əsaslılığını əsaslandırmamış və məhkəmədə sübuta yetirə bilməmişdir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı və Cavabdeh Açıq Səhmdar Cəmiyyəti müqavilə № 21080704 əsasında abonent kodu **********300 olan İddiaçı X4 əks etdirilmiş xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixinə olan dövr üçün su təchizatı və çirkab sularının axıdılmasına görə 121 manat su təchizatının sərfiyyatına hesablanmış cəmi 121 manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinin Suraxanı rayon Sukanal İdarəsi tərəfindən İddiaçı (abonent kodu **********300) hesablanmış 121 manat məbləğində pul silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar