Məhkəmə qərarları › İş №2(010)-1302/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1302/2022

29.06.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1302/2022 29.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 09.03.*999-cu il təvəllüdlü X* fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Ərizəçi ərizə tələbini müdafiə edib izahatında bildirdi ki, o, ailə üzvləri və oğlu X6 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi, ev *6E iinvamndakı evdə birlikdə yaşayır. 09.03.*999-cu il təvəllüdlü oğlu X6 birinci dərəcəli əlildir. Belə ki, oğlu uşaqlıqdan ağır dərəcəli əqli gerilikdən, ağır kəmağıllıqdan əziyyət çəkir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatda *2.05.20*7-ci ildə müddətsiz olaraq ona birinci dərəcə əlillik verilmiş, diaqnoz: ağır dərəcəli əqli gerilik, ağır kəmağıllıq müəyyən edilmişdir. Uşaq vaxtından oğluna özü baxır, belə ki. onun kənar şəxsin qulluğuna ehtiyacı vardır, tək harasa çıxmağa qoymur, oğlu özünün sanitariya ehtiyaclarını ödəyə bilmir. Onun sanitariya məsələlərini də özü həll edir. Oğlu öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilmir, yaddaşı yoxdur, öz fikirlərini izah etmək qabiliyyəti yoxdur, evdən tək buraxmaq mümkün deyildir, belə ki, itə bilər. O, oğlunun üzərində qəyyum təyin olunması məqsədi ilə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmiş, Suraxanı rayonu İcra Hakimiyyəti özünün H-l86- 099 nömrəli, **.*0.202* -ci il tarixli məktubu ilə X* "fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı" məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. X* psixi qüsurlarına görə məhkəmə qətnaməsinə əsasən "fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" və oğlu üzərində onun qəyyum təyin edilməsi barədə məhkəməyə müraciət etmişdir. Odur ki, ərizəsinin təmin olunmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə hazırlıq iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Sabunçu rayon VVADQ şöbəsi tərəfindən *2.03.*999-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X6 09.03.*999-cu ildə doğulmuş və valideynləri Ərizəçi və X2r. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatlardan müəyyən olunur ki, 09.03.*999-cu il təvəllüdlü oğlu X6 ümumi xəstlikdən (Diaqnoz: ağır dərəcəli əqli gerilik, ağır kəmağıllılıq) müddətsiz birinci dərəcəli əlildir. Suraxanı rayon İcra Hakimiyyətinin **.*0.202*-ci il tarixli Ərizəçi ünvanladığı məktubundan müəyyən olunur ki, 09.03.*999-cu il təvəllüdlü X* üzərində qəyyum təyin edilməsi ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə-psixiatrik ekspertizasının *8.04.2022-ci il tarixli 97* saylı rəyinə əsasən müəyyən olunur ki, X4 “AGİR DƏRƏCƏLİ ƏQLİ GERİLİK (İMBESİLLİK DƏRƏCƏSİNDƏ), DAVRANİŞ POZUNTULARİ İLƏ” (F72) qeyd olunur. Bunu anamnestik məlumatlar (doğuş zədəsi ilə doğulması, erkən psixofiziki inkişafının həmyaşıdlarından geri qalması, ağıl zəifliyi ilə əlaqədar təhsil ala bilməməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının arayışında “Ağır dərəcəli əqli gerilik, ağır kəmağıllıq” diaqnozu ilə İ qrup əlil olması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat və gərgin olması, ünsiyyətə çətinliklə daxil olması, verilən sualları başa düşməməsi, anlaşılmaz sözlərlə cavab verməsi, anamnestik məlumatları açıqlaya bilməməsi, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair əlamətlə?) sübut edir. 09.03.*999-cu il təvəllüdlü X4 ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) qeyd olunur. 09.03.*999-cu il təvəllüdlü X4 müəyyən edilən ağır dərəcəli ağıl zəifliyi müəyyən edilir. 09.03.*999-cu il təvəllüdlü X6 psixi vəziyyətinə görə öz hərəkətlərini dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. Buna görə də M.Hüseynovu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardı. 09.03.*999-cu il təvəllüdlü X6 psixi vəziyyətinə görə məhkəmə iclasına gəlmək və iş üzrə izahat vermək iqtidarında deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3*7.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 3*7.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 32*.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə müəyyən edir ki, 09.03.*999-cu il təvəllüdlü X6 Ərizəçi övladıdır. Ərizəçinin oğlu 09.03.*999-cu il təvəllüdlü X4 “AGİR DƏRƏCƏLİ ƏQLİ GERİLİK (İMBESİLLİK DƏRƏCƏSİNDƏ), DAVRANİŞ POZUNTULARİ İLƏ” (F72) qeyd olunur. X6 psixi vəziyyətinə görə öz hərəkətlərini dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı və 09.03.*999-cu il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 09.03.*999-cu il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən * ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar