Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1304/2025 07.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, Ərizəçi və Maraqlı şəxsin nümayəndəsi X3 iştirakları ilə Ərizəçi (Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi.
1. Ərizəçi (Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.1963-cü il təvəllüdlü anası Zeynalova Sima Həbib qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar.
2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olan anası xx.xx.1963-cü il təvəllüdlü Zeynalova Sima Həbib qızı uzun müddətdir ki, “Altsheymer xəstəliyi nəticəsində yaranmış demensiya F00.0” diaqnozlu kobud davranış və psixi pozuntulu xəstədir, onun kənar şəxsin qulluğuna ehtiyacı var, əmək qabiliyyətsizdir və müddətsiz ikinci dərəcəli əlildir. Anası xx.xx.1963-cü il təvəllüdlü Zeynalova Sima Həbib qızı üzərində qəyyum təyin edilməsi ilə bağlı Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmiş, lakin xx.xx.2024-cü il tarixli, 5-20/2-C-47-099/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317 və 321-ci maddələrinə əsasən, qəyyum psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilir. Odur ki, onun fəaliyyət qabiliyyəti olmamasının müəyyən edilməsi zəruridir. Bu səbəbdən də məhkəməyə müraciət edir. Göründüyü kimi xx.xx.1963-cü il təvəllüdlü Zeynalova Sima Həbib qızında əqli pozuntu diaqnozu vardır. Anasının şəxsi təmizliyinə və gigiyenasına o nəzarət edir. Bundan əlavə, anası xəstəliyi ilə əlaqədar özünü idarə və ifadə edə bilmir. Məhz sadalanan bu səbəblərə görə Zeynalova Sima Həbib qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi X5 ərizənin təmin olunmasına etirazı olmadığını bildirdi.
İş materialları.
5. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, ərizəçiyə qanunvericiliyin tələbləri izah edilmiş və şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mərkəzləşdirilmiş elektron informasiya sistemindən xx.xx.2024-cü il tarixli elektron çıxarışdan (Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə) görünür ki, xx.xx.1963-cü il təvəllüdlü Zeynalova Sima Həbib qızının sağlamlıq vəziyyəti xx.xx.2024-cü il tarixdə müayinə edilmiş, sonuncuya orqanizmin funksiyalarının 70% pozulmasına görə (dəqiqləşdirilməmiş demensiya, kobud davranış və psixi pozuntularla, kənar şəxslərin himayəsinə ehtiyacı var, MMSE-15) ikinci dərəcə əlillik təyin edilmişdir.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X7 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 6535 nömrəli cavab məktubunun surətindən görünür ki, xx.xx.1963-cü il təvəllüdlü Zeynalova Sima Həbib qızı xx.xx.2023-cü il tarixdə t.e.d Fuad İsmayılov tərəfindən müayinə olunmuş və “Altsheymer xəstəliyi nəticəsində yaranmış demensiya F00.0, Kənar şəxslərin nəzarəti və qulluğuna ehtiyacı var” diaqnozu təyin edilmişdir.
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1477 nömrəli ekspert rəyindən görünür ki, Zeynalova Sima Həbib qızında Altsheymer xəstəliyi nəticəsində dərin demensiya (ağıl zəifliyi) (F 00) müəyyən edilir. Bunu anamnestik məlumatlar – psixi pozuntularının özünü büruzə verməsi, 2 saylı X1 müalicə olunmasına baxmayaraq, psixi vəziyyətinin pisləşməkdə davam etməsi, “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-də t.e.d. professor Fuad İsmayılov tərəfindən müayinə olunaraq “Althseymer xəstəliyi nəticəsində yaranmış demensiya” diaqnozunun təyin edilməsi, həmçinin hazırkı müayinə zamanı kobud yaddaş pozuntuları aşkar etməsi, təfəkkürünün az produktivliyi, intellektinin zəifləməsi, maraq dairəsinin məhdudluğu, emosional iradi sferasının enməsi, tənqidinin olmaması və s. sübut edir. Zeynalova Sima Həbib qızı öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətinə malik deyil. Zeynalova Sima Həbib qızını öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. Zeynalova Sima Həbib qızının məhkəmə iclasında iştirakı mümkün deyill.
İşin faktiki halları.
9. xx.xx.1963-cü il təvəllüdlü Zeynalova Sima Həbib qızı Ərizəçi anasıdır. Belə ki, ərizəçi anası xx.xx.1963-cü il təvəllüdlü Zeynalova Sima Həbib qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi ilə bağlı əvvəlcə ərazi üzrə yerli icra hakimiyyəti orqanına müraciət etmiş, lakin müraciəti müsbət nəticələnmədiyi üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.
10. Şəxsin tam fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilib-edilməməsi məsələsinin həlli baxımından psixi vəziyyətinin müəyyən edilməsi üçün məhkəməpsixiatriya ekspertizası təyin edilmiş və müvafiq rəy məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1477 nömrəli ekspert rəyindən görünür ki, Zeynalova Sima Həbib qızında Altsheymer xəstəliyi nəticəsində dərin demensiya (ağıl zəifliyi) (F 00) müəyyən edilir.
11. Zeynalova Sima Həbib qızı öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də Zeynalova Sima Həbib qızı tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Zeynalova Sima Həbib qızında müəyyən edilmiş Altsheymer xəstəliyi nəticəsində dərin demensiya (ağıl zəifliyi) (F 00) ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir.
Tətbiq edilən hüquq.
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti. 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında. Maddə 317. Ərizənin verilməsi. 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Maddə 321. Məhkəmənin ərizə üzrə qətnaməsi. 321.1. Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır. 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
Məhkəmənin mövqeyi.
14. Psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmayan Zeynalova Sima Həbib qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş onun qızının ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi vəziyyətini müəyyən etmək üçün keçirilmiş psixiatrik ekspertiza nəticəsində fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilməsi üşün əsaslar olduğuna dair müvafiq rəy verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır.
Məhkəmənin gəldiyi nəticə.
15. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1963-cü il təvəllüdlü Zeynalova Sima Həbib qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
16. Şərh оlunаnlаrа əsаsən və MPM-in 216-220, 335-338, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1963-cü il təvəllüdlü Zeynalova Sima Həbib qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva