Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1316/2021 02.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi ilə İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı «pul tələbi» barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı «xxxx» MMC Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İMEİ kodu **********84488 HOFFMANN X Ultra, Headphones Samsung, Piko Glass for Hoffmann X-Ultra, Piko cover case for Hoffmann X-Ultra üçün 38.40 manat ödənilməmiş hissə, 0 manat cərimə, İMEİ kodu **********61569 HOFFMANN X Ultra, Piko Glass for Hoffmann X-Ultra, Piko cover case for Hoffmann X- Ultra, Headphones Samsung üçün 52.80 manat ödənilməmiş hissə, 0 manat cərimə, İMEİ kodu **********54872 Xiaomi Redmi 8A, 4D X1 Redmi 8A, Earphones Huawei üçün 408 manat ödənilməmiş hissə, 40 manat cərimə, İMEİ kodu **********90291 Xiaomi Redmi 8A, 4D X1 Redmi 8A üçün 388.80 manat ödənilməmiş hissə, 38.20 manat cərimə olmaqla cəmi 966.20 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «xxxx» MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “xxxx” MMC ilə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrinə əsasən İMEİ kodu **********84488 HOFFMANN X Ultra, Headphones Samsung, Piko Glass for Hoffmann X-Ultra, Piko cover case for Hoffmann X-Ultra, İMEİ kodu **********61569 HOFFMANN X Ultra, Piko Glass for Hoffmann X-Ultra, Piko cover case for Hoffmann X-Ultra, Headphones Samsung, İMEİ kodu **********54872 Xiaomi Redmi 8A, 4D X1 Redmi 8A, Earphones Huawei, İMEİ kodu **********90291 Xiaomi Redmi 8A, 4D X1 Redmi 8A almış və nəticədə 966.20 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 360 manat İMEİ kodu **********84488 olan HOFFMANN X Ultra, Headphones Samsung, Piko Glass for Hoffmann X-Ultra, Piko cover case for Hoffmann X-Ultra, üçün 38.40 manat olmaqla ondan, 38.40 manat ödənilməmiş hissə, 0 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 374.40 manat İMEİ kodu **********61569 HOFFMANN X Ultra, Piko Glass for Hoffmann X-Ultra, Piko cover case for Hoffmann X-Ultra, Headphones Samsung üçün 52.80 manat olmaqla ondan, 52.80 manat ödənilməmiş hissə, 0 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 408 manat İMEİ kodu **********54872 Xiaomi Redmi 8A, 4D X1 Redmi 8A, Earphones Huawei, üçün 448 manat olmaqla ondan, 408 manat ödənilməmiş hissə, 40 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 388.80 manat İMEİ kodu **********90291 Xiaomi Redmi 8A, 4D X1 Redmi 8A üçün 427 manat olmaqla ondan, 388.80 manat ödənilməmiş hissə, 38.20 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə aldığı İMEİ kodu **********84488 FİOFFMANN X Ultra markalı telefon 10 gün istifadə etdikdən sonra geri qaytarmış və 321.60 manat, İMEİ kodu **********61569 HOFFMANN X Ultra markalı telefon 9 gün istifadə etdikdən sonra geri qaytarmış və 321.60 manat qiymətləndirilib borcundan silinərək geri alınmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 643.20 manat təşkil edir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 10026395 saylı Müqaviləyə əsasən «xxxx» MMC cavabdehə 12 ay müddətinə hər ay 30 manat olmaqla, cəmi qiyməti 360 manat olan mobil telefon satmış, Cavabdeh isə onu qəbul edib, mobil telefonun qiymətini «xxxx» MMC-nə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20028323 saylı Müqaviləyə əsasən «xxxx» MMC cavabdehə 12 ay müddətinə hər ay 31.20 manat olmaqla, cəmi qiyməti 374.40 manat olan telefon satmış, Cavabdeh isə onu qəbul edib, telefonun qiymətini «xxxx» MMC-nə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20049340 saylı Müqaviləyə əsasən «xxxx» MMC cavabdehə 12 ay müddətinə hər ay 32.40 manat olmaqla, cəmi qiyməti 388.80 manat mobil telefon satmış, Cavabdeh isə onu qəbul edib, qiymətini «xxxx» MMC-nə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20049529 saylı Müqaviləyə əsasən «xxxx» MMC cavabdehə 12 ay müddətinə hər ay 34 manat olmaqla, cəmi qiyməti 408 manat mobil telefon satmış, Cavabdeh isə onu qəbul edib, qiymətini «xxxx» MMC-nə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş «xxxx» MMC-nin xx.xx.2020-ci il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh «xxxx» MMC-yə xx.xx.2020-ci il tarixli 10026395 saylı Müqaviləyə əsasən 38.40 manat ödənilməmiş məbləğ, 0 manat cərimə borcu olmaqla, cəmi 38.40 manat, xx.xx.2020-ci il tarixli 20028323 saylı Müqaviləyə əsasən 52.80 manat ödənilməmiş məbləğ, 0 manat cərimə borcu olmaqla, cəmi 52.80 manat, xx.xx.2020-ci il tarixli 20049340 saylı Müqaviləyə əsasən 408 manat ödənilməmiş məbləğ, 40 manat cərimə borcu olmaqla, cəmi 448 manat və xx.xx.2020-ci il tarixli 20049529 saylı Müqaviləyə əsasən 388.80 manat ödənilməmiş məbləğ, 38.20 manat cərimə borcu olmaqla, cəmi 427 manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, «xxxx» MMC Cavabdeh yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir. İş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1.-ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh «xxxx» MMC ilə bağladığı xx.xx.2020-ci il tarixli 10026395 saylı, xx.xx.2020-ci il tarixli 20028323 saylı, xx.xx.2020-ci il tarixli 20049340 saylı və xx.xx.2020-ci il tarixli 20049529 saylı Müqavilələrinə əsasən nisyə mobil telefonlar və məişət avadanlığı almış və nəticədə borc yaranmışdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan nisyə mal almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında əşyanın dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan əşyanı almasına dair hüququndan istifadə etmiş, əşyanın dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, mövcud iddia əsaslıdır. Buna görə də, iddia təmin edilməlidir. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməs(lər)i nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdeh(lər)dən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdeh(lər)ə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tuturaq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrinə əsasən 888 manat ödənilməmiş məbləğ, 78.20 manat cərimə borcu, cəmi 966.20 (doqquz yüz almış altı manat, iyirmi qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq «xxxx» MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-1316/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1316/2021
02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver