Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-132/2022 04.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh Rufullayev Ramiz Həmzə oğlunın iştirakları ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdeh Rufullayev Ramiz Həmzə oğluna qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: AqrarKredit” QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə 1755,96 manat əsas, faiz borcu üzrə 695,88 manat olmaqla, cəmi 2415,84 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Azəraycan Respublikası Prezdentinin 15 iyul 2015-ci il tarixli 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış Tələb hüququnun güzəşt edilməsinə dair 11 avqust 2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər 28 sentyabr 2017-ci il tarixli S-FK-384 saylı təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC-nin İslam Bankçılıq Departamenti ilə cavabdeh X3 arasında 12.03.2014-cü il tarixdə, 101/14 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 24% tətbiq edilməklə, 24 ay müddətinə 3000 (üç min) manat məbləğində pul vəsaiti verilmişdir. Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank borc alana yaşayış şəraitini yaxşılaşdırmaq məqsədi ilə 3000 (üç min) manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən borc vəsaitindən istifadə müddətinin axımı “Borcalarf’ın ssuda hesabına borc vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. (4.3 bəndi) “Borcalan”a verilən borc vəsaitindən istifadə müddəti 24 (iyirmi dörd) aydır. Qeyd olunan Borc müqaviləsinin 5.1 -ci bəndinə əsasən borc üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün avadanlıqdan istifadə edilmiş günlərinin faktiki sayma görə hər gün illik 24 %-lə hesablanır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdeh X2 banka hazırda əsas borcu üzrə 1755.96 (bir min yeddi yüz əlli beş manat, 96 qəpik) manat, faiz borcu üzrə 695.88 (altı yüz doxsan beş manat, 88 qəpik) manat, cəmi 2415.84 (iki min dörd yüz on beş manat, 84 qəpik) manat məbləğində təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan borc müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, cavabdeh X1 əsas borcu üzrə 1755.96 (bir min yeddi yüz əlli beş manat, 96 qəpik) manat, faiz borcu üzrə 695.88 (altı yüz doxsan beş manat, 88 qəpik) manat, cəmi 2415.84 ( iki min dörd yüz on beş manat, 84 qəpik) manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, onun adına olan sənədlərdən istifadə edərək qonşusu X5 "xxxx" ASC-dən 3000 manat kredit götürmüş və özünün kreditlərini ödəmişdir. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ona qarşı iki əvvəldə iddia qaldırmışlar. Lakin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidenti tərəfindən 28 fevral 2019-cu il tarixli 551 saylı Fərman vermişdir. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı fərmanın icrası ilə bağlı iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB tərəfindən onun Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanın təsiri altına düşüb –düşməməsi barədə isə heç bir məlumat verilməmişdir. Ona görədə məhkəmədə iş baxılmamış saxlanıldı və İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindəndə yenə ona heç bir məlumat verilmədi. Müqavilənin bağlanması üzərindən 10 il keçir hələdə ondan pul tələb edirlər. Eyni zamanda 04 fevral 2022-ci il tarixdə məhkəməyə poçt vasitəsi ilə iddia müddətinin tətbiq olunması barədə ərizə göndərmiş və iddia müddətinin tətbiq edilməsini xahiş edir. Odur ki, iddianın rədd olunmasını xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan 26 sentyabr 2013-ci il tarixli 639 №-li Kredit Müqaviləsindən görünür ki, borcverən "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən məişət avadanlıqlarının almaq məqsədi ilə ona 24 ay müddətinə illik 24 % olmaqla 3000 manat məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən, Borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borcverənə qaytarmağı öhdəsinə götürür. İş materiallarından görünür ki, cavabdeh X4 Banka 26 sentyabr 2013-cü il tarixli Kredit müqaviləsi üzrə 1755,96 manat məbləğində əsas borcu və 695,88 manat məbləğində faiz borcu vardır. İş materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının 24 dekabr 2020-ci tarixli 4/1486 №-li Rəyi ilə Ekspertizaya təqdim olunmuş, "xxxx" ASC-nin Xətai fililalı ilə Cavabdeh arasında bağlanmış 639 nömrəli 26 sentyabr 2013-ci il tarixli kredit müqaviləsinin kserosurətində “Borcalan” qrafalarında əks olunmuş imzalar ;Cavabdeh oğlunun adına olan 26.09.2013-cü il tarixli məxaric orderində “Musterinin imzası” qrafasındakı imza –Cavabdeh tərəfindən icra olunması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Təsvir olunanlarla müəyyən edilir ki, cavabdeh X7 26 sentyabr 2013-cü il tarixli 639 №-li Kredit Müqaviləsi ilə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş və "xxxx" ASC-yə ödənilməli olan əsas borcu, əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, o, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında bağlanmış 26 sentyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia tələbi iddiaçı tərəfindən məhkəməyə tərəflər arasında mövcüd münasibətlərin yarandığı vaxtdan 36 aydan çox vaxt keçdikdən sonra müraciət etmiş, cavabdeh isə ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məsəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Həmin Məcəllənin 373.3.-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd olunan qanunvericiliyin tələbinə əsasən qeyd edir ki, tərəflər arasında bağlanmış 26 sentyabr 2013-cü il tarixli Kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair iddia tələbi ilə məhkəməyə tərəflər arasında mövcud münasibətlərin yarandığı vaxtdan 36 aydan artıq müddət keçdikdən sonra müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı müqavilə tələbləri üzrə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini keçirmişdir. Bu baxımdan iddiaçının nümayəndəsi cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə etiraz edərək cavabdehə qarşı hələ 2016-cı ildə məhkəməyə müraciət olunduğunu və kredit müqaviləsi üzrə borcun tutulması barədə məhkəmə əmri çıxarıldığını, bununla da iddiaçı tərəfindən müddətin ötürülməməsi barədə dəlilləri ilə razılaşmayaraq məhkəmə qeyd edir ki, "xxxx" ASC-nin borclu Cavabdeh qarşı 26 sentyabr 2013-cü il tarixli kredit müqaviləsinə görə borcun tutulması barədə 26 aprel 2016-cı il tarixdə məhkəmə əmri qəbul edilsə də, borclunun ərizəsinə əsasən 13 mart 2019-cu il tarixdə qeyd olunan məhkəmə əmri ləğv olunmuş və məkəmənin 30 oktyabr 2019-cu il tarixli qərardadı ilə iddiaçı tərəfindən mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində qaydaya əməl eedilmədiyinə görə tələb baxılmamış saxlanılmışdır. Bütün bunlar isə ona dəlalət edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 381.1-ci maddəsinin tələblərinə görə iddia məhkəmə tərəfindən baxılmamış saxlanıldığına görə, hazırki iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam etmişdir. Beləliklə də, son nəticədə məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən öhdəliyin icrasını tələb etmək üçün subyektiv hüquqa malikdir, lakin cavabdehin müddətin tətbiqinə dair ərizəsi qəbul edilməli və iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəllənin 373cü maddəsinin tələblərinə əsasən rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizəsinə əsasən təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-132/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-132/2022
04.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver