Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1362/2021 01.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstelsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə (bundan sonra mətndə “Cavabdeh” İB) qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehlakçı hüquqlarının bərpa olunaraq xx.xx.2019-cu il tarixli aktın ləğv edilməsinə, 486 manat hesablanmış borcun silinməsinə və tərəfindən ödənilmiş 13,20 manat artıq ödəmənin geri qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ******* saylı xx.xx.2019-cu il tarixli aktına əsasında ünvan 1 ünvanına hesablanmış 486 manat məbləğində borcun ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, o, ünvan 1 ünvanında yaşayır. Qeyd edilən yaşayış evinə cavabdeh «Cavabdeh» İstehsalat Birliyi tərəfindən qaz xətti çəkilmiş və ünvanda Smart-kart tipli sayğac quraşdırılmışdır. O, hər ay mütəmadi olaraq işlətdikləri qazın dəyərini ödəmiş, cavabdehə bununla əlaqədar heç bir məbləğdə borcu qalmamışdır. Lakin xx.xx.2019-cu il tarixdə cavabdeh «Cavabdeh» İstehsalat Birliyinin əməkdaşları tərəfindən həmin sayğac çıxardılaraq, yerinə yeni sayğac quraşdırılmışdır. Bundan sonra o, sayğacın hara aparılmasını bilməmiş, bu barədə onlara hər hansı bir məlumat verilməmişdir. Lakin ona məxsus köhnə sayğac aparılandan sonra «Cavabdeh» İstehsalat Birliyinin əməkdaşları ünvana gələrək, həmin sayğacda zədənin aşkar edilməsini bildirmiş və cavabdeh tərəfindən ona əlavə qaz sərfi hesablanmışdır. Halbuki, qeyd olunan borc əsassızdır. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh “Cavabdeh” İB-nin nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməyərək, göstərdi ki, “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanında təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğac smart kartla əvəzlənmiş, bu barədə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” və “Təbii X2nın pozulması haqqında” ******* saylı xx.xx.2019cu il tarixli akt tərtib olunmuşdur. Buna görə də qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, tərəflərin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. İş materiallarında olan “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanına dair tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı xx.xx.2019-cu il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQna riayət olunması yoxlanılmış və sayğac smart kartla əvəzlənmişdir. “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanına dair tərtib edilmiş Təbii X2nın pozulması haqqında ******* saylı xx.xx.2019-cu il tarixli aktdan görünür ki, sayğacda ALARM-1 rejimi aşkar olundu. Dəymiş ziyan hesablansın. Abonentin saldosundan müəyyən olunur ki, ******* saylı akta əsasən iddiaçıya 486 manat məbləğində əlavə qaz sərfiyyatı hesablanmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq olunmuş “X2”nın 1.3-cü bəndində göstərilmişdir ki, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Qaydaların 3.1.5-ci bəndinə görə qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Qaydaların 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 6.5-ci bəndinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, “Cavabdeh” İB-nin “Təbii X2nın pozulması haqqında” ******* saylı xx.xx.2019-cu il tarixli aktına əsasən ünvan 1 ünvanına hesablanmış 486 manat məbləğində borc ləğv olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin “Təbii X2nın pozulması haqqında” ******* saylı xx.xx.2019-cu il tarixli aktına əsasən ünvan 1 ünvanına hesablanmış 486 (dörd yüz səksən altı) manat məbləğində borc ləğv olunsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-1362/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1362/2021
01.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver