Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1373/2025 06.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X4 Qusar rayonu Köhnə Xudat kəndində yerləşən 0,15 ha torpaq sahəsinə dair bağladığı xx.xx.2023-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə və hüquqi nəticələrinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun anasıdır. Cavabdehlə X11 xx.xx.1969-cu ildə rəsmi nikaha girərək ailə qurmuşlar. Nikahları Bakı Nikah evində 1239 saylı aktla rəsmiləşdirilmişdir. Birgə nikahlarından dörd övladları anadan olmuşdur, X28, X24, X25 və o, İddiaçı. Bağışlama müqaviləsi əsasında özgəninkiləşdirilən ünvan 3i ərazisində 0,15 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixli Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin seiya RX ******* saylı çıxarışla anası X2 mülkiyyətində olmuşdur. Torpaq sahəsi anası ilə X11nun birgə nikah dövründə əldə edilmiş əmlakları olmuşdur. X11 xx.xx.2019-cu ildə vəfat etmişdir. Bir müddət bundan öncə təsadüfən ona məlum oldu ki, anası X23 rayonu Köhnə Xudat kəndində yerləşən 0,15 ha torpaq sahəsini Cavabdeh2 bağışlamışdır. Bağışlama müqaviləsi Bakı şəhəri 23 saylı DNK-nin xx.xx.2023-cü il tarixli 4Ə-2475 reyestr nömrəli bağışlama müqaviləsi əsasında rəsmiləşdirilmişdir. Həmin əmlakın ½ hissəsi X11nun haqqıdır. Rəhmətə getdikdən sonra onların, yəni övladlarının həmin hissədə vərəsəsi kimi hüquqları var. Cavabdeh isə əmlakı bütöv şəkildə öz əmlakı hesab edərək onlara heç bir məlumat vermədən bağışlamışdır. Qeyd edilənlərə əsasən hesab edilir ki, bağışlama müqaviləsi qanunun tələbini pozmaqla bağlandığından etibarsız hesab edilməlidir. Cavabdehin nümayəndəsinin ərizəsi. Cavabdeh X2 nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, İddiaçı cavabdeh X5 və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, bağışlanma müqaviləsinin etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Nümayəndə bildirmişdir ki, hərbi xidmət dövründə öz puluna almışdır. Sadəcə anasının adına rəsmiləşdirmişdir. O evi alanda heç ailəsinin xəbəri olmayıb. Onun şəxsi mülkü olub. Cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X14 və X15 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 12 saylı Notariat ofisi məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materialları. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ünvan 1 ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.2023-cü il tarixində Cavabdeh1 və Cavabdeh2 arasında 4Ə-2475 reyestrli daşınmaz əmlakın bağışlanma müqaviləsi rəsmiləşdirilmişdir. Suraxanı rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-İİ № 310438 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 28 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışın surətindən görünür ki, X27 və X3 nikahı haqqında xx.xx.1969-cu il tarixdə 1239 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada Atamova soyadı verilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsi tərəfindən AA № 104372 seriya nömrəli xx.xx.2005-ci il tarixdə verilmiş məcburi köçkün vəsiqəsinə əsasən İddiaçı 1988-ci il tarixdə Xankəndi rayonundan məcburi köçkün kimi dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanmış məlumatın verilməsi haqqında xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Cavabdeh1 adına Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsi, 98V saylı fərdi yaşayış evi, xx.xx.2020-ci il tarixdə və evin yerləşdiyi 0.015 ha torpaq sahəsi xx.xx.2006-cı il tarixdə qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 12 saylı DNK-nın 4Ə-80 reyestr nömrəli xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Cavabdeh1 adına ünvan 3ində yerləşən 0.15 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixdə qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 23 saylı notariat ofisinin 4Ə- 2475 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. və s. Xankəndi (Stepanakert) Azərbaycan SSR Qeydiyyat Şöbəsi tərəfindən verilmiş İV-ЖГ seriyalı, 268880 nömrəli, xx.xx.1976-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı (X11, anası Cavabdeh1) xx.xx.1976-cı ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1976-cı il tarixdə 284 nömrə ilə qeyd edilmişdir. Suraxanı Rayon Məhkəməsinin e-2(010)-394/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 (üçüncü şəxs X21 və Bakı şəhəri 12 saylı notariat ofisi) qarşı “müqavilənın etibarsız hesab edilməsi” tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3315/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-394/2024 saylı, 13 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsindəki, 0.0150 ha. torpaq sahəsində yerləşən 98V saylı fərdi yaşayış evinə dair Cavabdeh1 ilə X21 arasında bağlanmış xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilməsi və həmin evin X10 adına mülkiyyət hüququ əsasında aparılmış xx.xx.2020-ci il tarixli qeydiyyat və vahid əmlak kimi xx.xx.2020-ci il tarixdə Cavabdeh1 adına mülkiyyət hüququ əsasında aparılmış qeydiyyatın ləğv edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsindəki, 0.0150 ha. torpaq sahəsində yerləşən 98V saylı fərdi yaşayış evinin üzərində X3 6/10 hissədə (1/2, yəni 5/10 hissədə birgə nikah dövründə əldə olunmuş əmlak kimi, 1/5 hissədə isə X20 vərəsəsi kimi), İddiaçı, Nümayəndə, X22 və X12 isə hər birinin 1/10 hissədə miras payı müəyyən edilməsi və bu barədə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri 12 saylı Notariat Ofisinə həvalə edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən, hədiyyə verən – Cavabdeh1 ünvan 3i ünvanında yerləşən, ümumi sahəsi 0.15 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən tam hissəni (0.15 ha) hədiyyə alanın - Cavabdeh2 mülkiyyətinə verir. AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX№0711657 Çıxarışından görünür ki, ünvan 3i ünvanında yerləşən torpaq sahəsinin ölçüsü 0.15 olan xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan - yaşayış məntəqələrinin torpaqlarına tam pay olmaqla Cavabdeh1 hüquq sahibidir. Həmin mənzil və yaşayış məntəqələrinin torpaqları tam pay olmaqla Cavabdeh1 adına xx.xx.2015-ci il tarixində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışdan görünür ki, ƏMDK-nin yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh1 torpaq üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 85 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan SSR Qeydiyyat Şöbəsi tərəfindən verilmiş АЗБ seriyalı, 028255 nömrəli, xx.xx.1971-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı (X11, anası Cavabdeh1) xx.xx.1971-ci il ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1971-ci il tarixdə 451 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Nəsimi rayon VVADQ Şöbəsi tərəfindən verilmiş İ-AZ seriyalı, 041820 nömrəli, xx.xx.1999-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 (atası Nümayəndə Eldar oğlu, anası X13) xx.xx.1999-cu ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1999-cu il tarixdə 439 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 3 aprel 2025-ci il tarixli Məlumatın təqdim edilməsi barədə cavab məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən ünvan 3ində yerləşən 0,15 ha torpaq sahəsi Qusar Rayon Notariat Kontorunun xx.xx.2015-ci il tarixli, 4Ə-667 nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına qeydiyyata alınmış, lakin Bakı şəhəri 23 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 4Ə-2475 nömrəli bağışlanma müqaviləsi əsasında Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 3i ünvanında yerləşən torpaq sahəsinin ölçüsü 0.15 olan xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan - yaşayış məntəqələrinin torpaqlarına tam pay olmaqla Cavabdeh2 hüquq sahibidir. Həmin mənzil və yaşayış məntəqələrinin torpaqları tam pay olmaqla Cavabdeh2 adına xx.xx.2023-ci il tarixində qeydiyyata alınmışdır. xx.xx.2015-ci il tarixli, AN-İ № ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, satıcı X1 rayonu, Köhnə Xudat kəndi ünvanında yerləşən 0,15 ha torpaq sahəsini alıcının, yəni Cavabdeh1 mülkiyyətinə verir. Həmin müqavilənin 4-cü bəndinə əsasən, satıcı daşınmaz əmlakı 3000 manata satdı, alıcı isə həmin qiymətə aldı. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 37.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 666. Bağışlama müqaviləsi. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Maddə 668. Bağışlama forması. Bağışlama vədi 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə;... Maddə 1133. Vərəsəlik anlayışı. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1145. Mirasın açılması Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1159. Qanun üzrə vərəsələr. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243. Mirasın qəbul edilməsi. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Mirasın qəbul edildiyi müddət (hazırki mülki iş üzrə vərəsəlik münasibətləri yaranan zaman qüvvədə olan) Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1248. Mirasın qəbul edilməsi vaxtının uzadılması 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər Maddə 1254. Mirasın siyahısı Vərəsə mirasın siyahıya alınmasını tələb edə bilər. Bunun üçün iki aylıq müddət verilir və bu müddət mirasın qəbulu üçün ümumi müddətə daxil olur. Maddə 1256. Mirasın qəbulundan imtina müddəti Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Maddə 1272. Mirasın qəbulu və ya ondan imtina barəsində mübahisə açılması müddəti Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi ...124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
3. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarı.
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər....
4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir.
5. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir.
6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir.
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakılarının izahatlarını və iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh1 oğludur. Cavabdeh1 xx.xx.1969cu il tarixdə iddiaçının X11 ilə rəsmi nikaha daxil olmuşdur. Qusar rayonu Köhnə Xudat kəndində yerləşən 0,15 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, xx.xx.2015-ci il tarixdə Cavabdeh1 adına, o, X27 ilə rəsmi nikahda olan zaman qeydiyyata alınmışdır. İddiaçının atası, cavabdehin əri – X27 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İddiaçı Cavabdeh1 Qusar rayonu Köhnə Xudat kəndində yerləşən 0,15 ha torpaq sahəsini xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, digər cavabdeh nəvəsi Cavabdeh2 bağışlamışdır. Sonuncunun əmlak üzərində mülkiyyət hüququ xx.xx.2023ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı cavabdeh X4 Qusar rayonu Köhnə Xudat kəndində yerləşən 0,15 ha torpaq sahəsinə dair bağladığı xx.xx.2023-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı bağışlama müqaviləsinin etibarsızlığını tələb etməklə əslində bağışlanan ev üzərində mirasdan imtina etmədiyi üçün vərəsə kimi mülkiyyət payının müəyyən edilməsinə çalışıb. Yuxarıda qeyd edilmiş Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən, AR Mülki Məcəlləsinin 1246-cı maddəsinin qüvvədən düşməsi – yalnız Qərar qüvvəyə mindikdən (26 dekabr 2023-cü il tarixdən) sonra yaranacaq vərəsəlik münasibətlərinə və həmin vaxtda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilir. Məlumdur ki, iddiaçının atası 2019-cu il tarixdə vəfat etdiyindən, vərəsəlik münasibətləri də həmin vaxt yaranmışdır. Həmçinin, İddiaçı iddia tələbi üzrə hazırki mülki iş məhkəmənin icraatına xx.xx.2025-ci il tarixdə daxil olmuş, qərarın qüvvəyə mindiyi vaxtda – 26 dekabr 2023-cü il tarixdə bu əmlakla bağlı mülki iş məhkəmənin icraatında olmamışdır. Bununla qərarda nəzərdə tutulan hüquqi mövqe bu mübahisəyə şamil edilmir və hazırki mülki iş üzrə, miras açıldığı vaxtda, yəni 2019-cu il tarixdə qüvvədə olan qanunvericilik tətbiq edilməlidir. Belə ki, həmin maddənin məzmununa əsasən, İddiaçı vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilərdi. Bununla yanaşı, həmin maddənin tələbləri baxımından, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın iddiaçı tərəfindən qəbuluna yol verilmir. Həmçinin, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə, İddiaçı bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilərdi, lakin bunu etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının atası öldüyü vaxtda – xx.xx.2019-cu il tarixdə sözügedən miras əmlak və iddiaçının atasının həmin əmlak üzərində payı barədə məlumatlı olub olmaması iş materialları ilə müəyyən olunmamışdır. Lakin, hər bir halda, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda – Cavabdeh1 adına ünvan 3ində yerləşən 0.15 ha torpaq sahəsinin xx.xx.2015-ci il tarixdə qeydiyyatdan keçməsinin qeyd olunduğu nəzərə alındıqda, iddiaçının ən azı 2023-cü ilin dekabr ayından əmlakdan məlumatlı olması qənaətinə gəlmək olar. Lakin, müvafiq vaxtda iddiaçı tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq, mirasdan ona düşən payın qəbul edilməsi ilə bağlı notariusa müraciət edilməmiş, bununla yanaşı miras əmlakın iddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsinə dair sübutlar da məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən, iddiaçının qeyd etdiyi əsaslar öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hal cavabdehlər arasında bağlanmış bağışlama müqaviləsinin etibarsızlığı üçün əsas təşkil etmir. Eyni zamanda, müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericilikdə müəyyən əsas və şərtlər göstərilmişdir. Yuxarıda qeyd edilmiş X6 göstərilmiş hüquqi mövqeyinə əsasən, arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Hazırki işdən görünür ki, iddiaçı tərəfindən mübahisələndirilən bağışlama müqaviləsinin etibarsız sayılması üçün yuxarıda qeyd edilmiş imperativ şərtlərdən heç biri mövcud deyil. Belə ki, əqdin subyekti olan tərəflər (iş üzrə iddiaçı və üçüncü şəxs) yetkinlik yaşına çatmış, tam fəaliyyət qabiliyyətli fiziki şəxslərdir. Əqdin bağlandığı zaman tərəflərin iradə ifadələrinin zədələndiyi müəyyən edilməmiş, iddiaçının da belə bir iddiası olmamışdır. Eyni zamanda əqd bu cür əqdlərin bağlanması üçün müəyyən edilmiş formada (yazılı notarial) bağlanmışdır. Əqdin məzmununa aid edilən şərtlərlə bağlı da hər hansı pozuntu aşkar edilməmişdir. Həmçinin, Mülki Məcəllənin 667.1-ci maddəsinin baxımından, ünvan 3ində yerləşən 0.15 ha torpaq sahəsi vərəsəlik hüququ ilə məhdudlaşmış olmadıqdan, yuxarıda qeyd edilən mülki qanunvericiliyə əsasən, torpaq sahəsinə dair onun mülkiyyətçisi olan Cavabdeh1 bağışlama yolu ilə sərəncam verməkdə haqlı olmuşdur. Tələbin Qusar rayonu Köhnə Xudat kəndində yerləşən 0,15 ha torpaq sahəsinə dair bağlanılmış xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinin hüquqi nəticələrinin ləğv edilməsi hissəsinə gəldikdə, burada torpaq sahəsinin bağışlama müqaviləsi əsasında dövlət reyestrindəki qeydiyyatının ləğv edilməsinin nəzərdə tutulduğu başa düşülür. Lakin, məhkəmə hesab edir ki, iddia tələbi həmin müqavilənin etibarsız hesab edilməsi hissəsində təmin edilmədikdən, iddia tələbi bu hissədə də əsassızdır və təmin edilmir. Bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə iddia müddətinin tətbiq edilməsi barədə cavabdehin nümayəndəsinin ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, burada dəqiq hansı əsaslarla iddia müddətinin tətbiqindən söhbət getdiyi qeyd edilməmişdir. İddia tələbi rədd edildikdən və bu məsələsinin yoxlanılmasına ümumiyyətlə əsas və zərurət aradan qalxdığından məhkəmə bu istiqamətdə hər hansı bir hüquqi dəyərləndirmə aparılmasına lüzum görmür. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X4 Qusar rayonu Köhnə Xudat kəndində yerləşən 0,15 ha torpaq sahəsinə dair bağladığı xx.xx.2023-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsi”-nə dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə xərci. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumunun ödənilməsindən azad olunmuşdur. Məhkəmə iddianı təmin etməmək qənaətinə gəldiyindən, hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən, iddia tələbi üzrə dövlət rüsumu ödənilməməlidir. Bununla da, məhkəmə xərclərini aid etməyə şəxsin olmadığı görünür. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
İddiaçı “cavabdeh X4 Qusar rayonu Köhnə Xudat kəndində yerləşən 0,15 ha torpaq sahəsinə dair bağladığı xx.xx.2023-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsi”-nə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva