Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1375/2024 01.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndələri X2 və X*, Cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi. *.İddiaçı cavabdeh "xxxx" ASC X*0 İdarəsinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi 68* saylı evə dair qanunsuz hesablanmış **********237 saylı koda əsasən 240 manat, ***********88 koda əsasən 240 manat və 02*8*00000*87 saylı koda əsasən 240 manat əsassız hesablanmış pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.İddiaçı daha sonra iddia ərizəsinə dəqiqləşmə təqdim edərək Bakı şəhəri, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi 68* saylı evə dair qanunsuz hesablanmış **********237 saylı koda əsasən 240 manat, ***********88 koda əsasən 240 manat və 02*8*00000*87 saylı koda əsasən 240 manat və 02064*5320000 saylı koda əsasən 240 manat əsassız hesablanmış pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(0*0)- *375/2024 nömrəli qərardadı ilə cavabdeh "xxxx" ASC X*0 İdarəsi əsl cavabdeh "xxxx" ASC ilə əvəz edilmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Hövsan qəsəbəsi Dənizkənarı küçəsi ev 68* ünvanda yaşayır və həmin ünvana su xətti çəkdirərək "xxxx" ASC ilə müqavilə bağlamışdır. Həmin ünvanda yaşamaqla işlətdiyi suyun dəyərini hər ay ödəmişdir. 26 oktyabr 2023-cü il tarixdə özünü X*0 İdarəsnin əməkdaşları kimi təqdim edən Qadir və Əli adlı şəxslər su xəttlərinə və su sayğaclarına baxış keçirmiş və ünvanda sayğaclardan kənar istifadə olunduğunu bildirərək ondan *500 manat pul tələb etmişlər. Onların bu qanunsuz hərəkətləri barədə X7 Agentliyinə və Suraxanı Sukanal İdarəsinin rəisinə şikayət ərizələri yazmışdır. O, işlətdiyi suyun pulunu ödəməsinə baxmayaraq, cavabdeh tərəfındən əsassız olaraq ona **0625 saylı, **0623 saylı, **0667 saylı və **067* saylı 02 noyabr 2023-cü il tarixli Aktlara əsasən cərimə borcları yazılmışdır. Onun adına olan **********237 saylı koda əsasən 240 manat, ***********88 saylı koda əsasən 240 manat, 02*8*00000*87 saylı koda əsasən 240 manat və 02064*5320000 saylı koda əsasən 240 manat əsassız borc yazılmışdır. Belə olduqda isə cavabdeh tərəfındən ona hesablanmış borc məbləği əsassızdır və həmin məbləğlər silinməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
5. İddiaçı etibarnamə üzrə nümayəndələri X4 izahat verərək bildirmişdir ki, 26 oktyabr 2023-cü il tarixdə özünü X*0 İdarəsinin əməkdaşları kimi təqdim edən Qadir və Əli adlı şəxslər su xəttlərinə və su sayğaclarına baxış keçirmiş və ünvanda sayğaclardan kənar istifadə olunduğunu bildirərək orada mövcud olan bütün saygaclara dair akt yazmışlar. Halbuki həmin evdə ümumilikdə 8 ailə yaşayır və hər birinin özünə məxsus olan su saygacı vardır. Bundan başqa onların həyətində istifadə olunan çənə saygacdan çıxan boru vasitəsilə su doldurulmuşdur və həmin suyun pulu da saygaca uyğun olaraq ödənilmişdir. Hal-hazırda X*0 İdarəsinin əməkdaşları iki saygaca görə həmin boruların qanunsuz çəkildiyini qeyd edərək həyətdə olan bütün saygaclara cərimə hesablamışlar. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
6. İddiaçı etibarnamə üzrə nümayəndəsi X5 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
7. Cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, hazırkı mübahisə ilə bağlı X*0 İdarəsinin əməkdaşları tərəfindən qanunsuz qoşulma barədə video çəkiliş aparılsa da, hazırda həmin video çəkiliş mövcud deyildir. Lakin məhkəmə tərəfindən yerli baxış keçirilən zaman divarın dibində yerləşən saygacla bağlı su borularının kəsildiyini görmüşlər. Həmin izlər artıq təsdiq edir ki, saygacla bağlı qanunsuz qoşulma olmuşdur. Həmin mənzildə 8 saygac quraşdırılmasına baxmayaraq, iki saygacda qanunsuz qoşulma izləri mövcud olduğundan həyətdə yerləşən bütün saygaclara dair akt tərtib olunmuşdur. Buna görə qanunsuz qoşulma aşkar olunduğundan və onun tarixini müəyyən etmək mümkün olmadığından həyətdə yerləşən bütün saygaclara dair akt tərtib olunmuş və bütün abonent kodları üzrə ailə tərkibi 4 nəfər 5m3olmaqla *2 aya 240 manat cərimə hesablanmışdır.
İş materialları.
8. **0625 saylı aktın surətindən müəyyən olunur ki, "xxxx" ASC X*0 İdarəsinin əməkdaşları tərəfindən 02.**.2023-cü il tarixdə Dənişkənarı ünvanında yerləşən evə baxış keçirilmiş və baxış zamanı ***********88 saylı abonent kodu üzrə abonentin sudan qeyri-qanuni istifadə halı aşkar olunmuşdur. 9.**0623 saylı aktın surətindən müəyyən olunur ki, "xxxx" ASC X*0 İdarəsinin əməkdaşları tərəfindən 02.**.2023-cü il tarixdə Dənişkənarı ünvanında yerləşən evə baxış keçirilmiş və baxış zamanı 02064*5320000 saylı abonent kodu üzrə abonentin sudan qeyriqanuni istifadə halı aşkar olunmuşdur. *0. **067* saylı aktın surətindən müəyyən olunur ki, "xxxx" ASC X*0 İdarəsinin əməkdaşları tərəfindən 27.*0.2023-cü il tarixdə Dənişkənarı ünvanında yerləşən evə baxış keçirilmiş və baxış zamanı **********237 saylı abonent kodu üzrə abonentin sudan qeyri-qanuni istifadə halı aşkar olunmuşdur. **. **0667 saylı aktın surətindən müəyyən olunur ki, "xxxx" ASC X*0 İdarəsinin əməkdaşları tərəfindən 3*.*0.2023-cü il tarixdə Dənişkənarı ünvanında yerləşən evə baxış keçirilmiş və baxış zamanı 02*8*00000*87 saylı abonent kodu üzrə abonentin sudan qeyriqanuni istifadə halı aşkar olunmuşdur. *2. Ətraflı abonent kartından görünür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi ev 90 /*4 ünvanında **********237 saylı abonent İddiaçı 26.**.2023-cü il tarixdə 240 manat cərimə hesablanmışdır. *3. Ətraflı abonent kartından görünür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi ev 90 /*4 ünvanında ***********88 saylı abonent İddiaçı 26.**.2023-cü il tarixdə 240 manat cərimə hesablanmışdır. *4. Ətraflı abonent kartından görünür ki, Suraxanı rayonu, Nizami küçəsi ev *53/B ünvanında 02064*5320000 saylı abonent İddiaçı 27.*0.2023-cü il tarixdə 240 manat cərimə hesablanmışdır. İşin faktiki halları.
*5."xxxx" ASC ilə cavabdeh İddiaçı arasında 0*.*2.20*3-cü il tarixli müqavilə bağlanmış və müqaviləyə əsasən abonent su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərmişdir. *6. Abonent İddiaçı əhali qrupuna aid olmaqla yaşadığı mənzildə 8 saygac quraşdırılmış və abonent kodu 02064*5320000/20863978 saylı kod üzrə 240 manat, **********237/2*003762 saylı kod üzrə 240 manat, ***********88/2**50950 saylı kod üzrə 240 manat qanunsuz qoşulma üzrə cərimə hesablanmışdır. *7. Yerində müayinə zamanı təqdim olunmuş saygaclara baxış keçirilən zaman müəyyən olunmuşdur ki, yalnız ***********88/2**50950 saylı kod üzrə saygacdan sonra qanunsuz qoşulma izləri mövcuddur. Həmin izlər artıq təsdiq edir ki, həmin saygacla bağlı qanunsuz qoşulma olmuşdur. Həmçinin abonent kodu 02064*5320000/20863978 saylı kod üzrə saygacdan və **********237/2*003762 saylı kod üzrə saygacdan qanunsuz qoşulma izləri aşkar olunmadı. 02*8*00000*87 saylı abonent kodu üzrə abonentə ümumiyyətlə cərimə hesablanmamışdır. *8. "xxxx" ASC-nin nümayəndələri tərəfindən həmin ünvana baxış keçirilən zaman bir saygaca görə qanunsuz qoşulma aşkar olunduğundan və onun tarixini müəyyən etmək mümkün olmadığından həyətdə yerləşən bütün saygaclara dair akt tərtib olunmuş və bütün abonent kodları üzrə ailə tərkibi 4 nəfər 5m3olmaqla *2 aya 240 manat cərimə hesablanmaşdır.
*9.Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı 385.*. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.*. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20.Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 24. Su təchizatı sisteminə qoşulmağa qoyulan tələblər *. Su təchizatı müəssisələri öz xidməti zonası hüdudlarındakı istehlakçılardan aşağıdakıları rəsmi qaydada tələb edə bilər: a) su təchizatı sisteminə qanuni əsaslarla qoşulmalarını; b) hər hansı qanunsuz və ya müəyyən olunmuş norma, qayda və tələblərə uyğun gəlməyən qoşulmanın ləğv olunmasını; Maddə 67. Qanunsuz qoşulma *. Bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır.
2*.“Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
3. STKM-in hüquqları 3.*. STKM-in hüquqları aşağıdakılardır: 3.*.*. STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək; 3.*.2. smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış və ya suölçən cihaz quraşdırılmamış istehlakçıdan verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq təqdim edilmiş hesabın ödənilməsini tələb etmək.
5. İstehlakçıların hüquqları 5.*. İstehlakçıların hüquqları aşağıdakılardır: 5.*.*. qanunsuz qoşulma ilə əlaqədar tərtib olunmuş akt və onun məzmunu barədə öz mülahizələrini, izahatlarını təqdim etmək, habelə aktı imzalamaqdan imtina etmək;
8. İstehlakçıya suyun verilməsinin dayandırılmasının əsasları və müqavilənin ləğv edilməsi 8.6. Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. 8.7. Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən * (bir) il müddətinədək hesablanır.
22.İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə *07. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə **9. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. **9.*. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı. 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
24. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.*.2. iddia qiyməti *.000 manatdan *0.000 manatadək olduqda - 30 manat + *.000 manatdan yuxarı olan iddia qiymətinin * faizi. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.*. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.*.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar.
Məhkəmənin mövqeyi.
25. İşin faktiki hallarından görünür ki, "xxxx" ASC ilə cavabdeh İddiaçı arasında müqavilə bağlanmış və müqaviləyə əsasən abonent suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılması xidmətindən istifadə etmişdir. Abonent İddiaçı yaşadığı mənzilə X*0 İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilmiş və orada mövcud olan bütün saygaclara görə akt tərtib olunmuşdur. X*0 İdarəsinin əməkdaşları tərəfindən qanunsuz qoşulma barədə video çəkiliş aparılsa da, hazırda həmin video çəkiliş mövcud deyildir. Lakin məhkəmə tərəfindən yerli baxış keçirilən zaman həyətdə divarın dibində yerləşən saygacdan sonra su borusundan ayrıca xəttin ayrılması və sonradan kəsilməsi müəyyən olunmuşdur. Həmin su borusu sayğacdan sonra torpaq sahəsinin altında basdırılmış və iddiaçının deməsinə görə həmin borunun evi su ilə təchiz etdiyini qeyd etsə də, onun qanunsuz qoşulma olmaması ilə bağlı heç bir sübut təqdim etməmişdir. Cavabdeh tərəfin verdiyi izahata görə həmin mənzildə 8 saygac quraşdırılmasına baxmayaraq, iki saygacda qanunsuz qoşulma izləri mövcud olduğundan həyətdə yerləşən bütün saygaclara dair akt tərtib olunmuşdur.
26. Yerində müayinə zamanı təqdim olunmuş saygaclara baxış keçirilən zaman müəyyən olunmuşdur ki, yalnız ***********88/2**50950 saylı kod üzrə saygacdan sonra qanunsuz qoşulma izləri mövcuddur. Həmin izlər artıq təsdiq edir ki, həmin saygacla bağlı qanunsuz qoşulma olmuşdur. Lakin iddiaçı tərəf borunu torpağın altında basdıraraq həmin boru vasitəsilə sudan qanunsuz istifadə etmədiyini sübut etməmişdir.
27. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilində quraşdırılan bütün saygacdan su xəttinə qanunsuz qoşulduğunu iddia edən cavabdeh "xxxx" ASC iddiaçının təqsirini tam sübuta yetirmədən ondan suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılması xidmətindən qanunsuz istifadəsinə görə bir neçə akt tərtib etmişdir.
28. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, ***********88/2**50950 saylı kod üzrə saygacdan qanunsuz qoşulma izləri mövcud olduğundan, yerdə qalan 480 manat "xxxx" Acıq Səhmdar Cəmiyyəti tərəfindən silinməlidir.
Məhkəmə xərcləri.
29. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməmişdir. Lakin hazırkı iş üzrə İddiaçı istehlakçı olduğundan və iddia tələbi qismən təmin olunduğundan dövlət rüsumu "xxxx" ASC-yə aid olmalıdır.
Məhkəmənin gəldiyi nəticə.
30. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə tələb olunan 480 manat "xxxx" Acıq Səhmdar Cəmiyyəti tərəfindən silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 2*6-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ :
İddia qismən təmin edilsin. İddiaçı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə tələb olunan 480 (dörd yüz səksən) manat "xxxx" Acıq Səhmdar Cəmiyyəti tərəfindən silinsin. İddia qalan hissədə təmin olunmasın. İş üzrə - 30 (otuz) manat dövlət rüsumu "xxxx" Acıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova