Məhkəmə qərarları › İş №2(010)-1376/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1376/2024

25.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1376/2024 25.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X* iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. *. İddiаçı İddiaçı cаvаbdeh Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi 68* saylı evə dair qanunsuz hesablanmış 02*8*00000*97 saylı koda əsasən 240.0 manat, 02034*73000*0 saylı koda əsasən 240.0 manat, **********000 saylı koda əsasən 240.0 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi ev 68* ünvanda yaşayır. Həmin ünvana su xətti çəkdirmiş və Cavabdeh2 ASC ilə müqavilə bağlamışdır. Həmin ünvanda yaşamaqla işlətdiyi suyun dəyərini hər ay ödəmişdir. 26 oktyabr 2023-cü il tarixdə özünü Suraxanı Su kanal idarəsinin əməkdaşları kimi təqdim edən Qadir və Əli adlı şəxslər su xətlərinə və su sayğaclarına baxış keçirmiş və ünvanda sayğaclardan kənar istifadə olunduğunu, halbuki fakt öz təsdini tapmamış və qeyri-peşəkar video çəkiliş edərək, onu çoxlu miqdarda cərimə yazılacağını bildirib ondan *500 manat pul tələb etmişlər. Onların bu qanunsuz hərəkətləri barədə X4 Agentliyinə və Suraxanı Sukanal İdarəsinin rəisinə şikayət ərizələri yazmışdır. İşlətdiyi suyun pulunu ödəməsinə baxmayaraq, cavabdeh tərəfindən əsassız olaraq **0607 saylı, **966* və **06*3 saylı 02 noyabr 2023-cü il tarixli aktlara əsasən cərimə borcları yazılmışdır. Bununla əlaqədar bildirir ki, həmin ünvanda sudan istifadə edərək, orada su pulunu ödəyir. Adına olan 02*8*00000*97 saylı koda əsasən 240.00 manat, 02034*73000*0 saylı koda əsasən 240.0 manat, **********000 saylı koda əsasən 240,0 manat əsassız borc yazılmışdır. Belə olduqda isə cavabdeh tərəfindən ona hesablanmış borc məbləği əsassızdır və həmin məbləğ silinməlidir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının abonent olduğu ünvana baxışda özü də nümayəndə kimi iştirak etmiş, orada qanunsuz çəkilən borunun sonradan kəsilib bağlanmasını özü aşkar etmişdir.

İş materialları.

5. 02.**.2023-cü il tarixli, **0607 №-li aktdan görünür ki, istehlakçı İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Zeytun Sovxozu ünvanında yerləşən sayğaca Cavabdeh2 ASC-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, 02*9*00000*97 abonent kodu üzrə sudan qeyri-qanuni istifadə halı aşkar edilmişdir.

6. 02.**.2023-cü il tarixli, **066* №-li aktdan görünür ki, istehlakçı İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Zeytun Sovxozu ünvanında yerləşən sayğaca Cavabdeh2 ASC-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, 02034*73000*0 abonent kodu üzrə sudan qeyri-qanuni istifadə halı aşkar edilmişdir.

7. 02.**.2023-cü il tarixli, **06*3 №-li aktdan görünür ki, istehlakçı İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Zeytun Sovxozu ünvanında yerləşən sayğaca Cavabdeh2 ASC-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, **********000 abonent kodu üzrə sudan qeyri-qanuni istifadə halı aşkar edilmişdir.

8. Cavabdeh2 ASC tərəfindən İddiaçı ünvanlanmış **.*2.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı (abonent kodları: **********037, **********000, ***********89, 02*8*00000*87, 02*8*00*00003, 02034*73000*0, 02064*5320000, 02*8*00000*97, ***********88, **********236) su təchizatına baxış keçirilən zaman su təchizatı xidmətindən qanunsuz (özbaşına) qoşulma və istifadə olunduğu aşkar edilmiş və bu səbəbdən əməkdaşları tərəfindən 02.**.2023-cü il tarixində AKT-**0666, AKT-**06*3, AKT-**0672, AKT-**0625, AKT-**0623, AKT-**067*, AKT-**0622, AKT-**0663, AKT-**066*, AKT- **06676, AKT-**0607 saylı aktlar tərtib olunaraq, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 240,0 manat (240 m3) məbləğində dəymiş ziyan hesablanmışdır.

İşin faktiki halları.

9. Cavabdeh2 ASC-nin əməkdaşları tərəfindən İddiaçı abonent olduğu ünvanda sudan qeyri-qanuni istifadə halı müəyyən edilmiş, 02*8*00000*97; 02034*73000*0 və **********000 nömrəli abonent kodları üzrə müvafiq aktlar tərtib edilmiş, hər bir akt əsasında abonent İddiaçı 240 manat məbləğində borc hesablanmışdır.

Tətbiq edilən hüquq.

*0. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 3. İstehlakçıların hüquqları. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə. Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

**. Azərbaycan Respublikasının Su Məcəlləsi. Maddə 97. Sudan ödənişli istifadə. Bu Məcəllənin *8-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikasında sudan ödənişli istifadə edilir. Sudan ödənişli istifadənin məqsədi su təminatına yönəldilmiş dövlət xərclərini ödəmək, su təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərməsini təmin etmək, su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunmasına və suların mühafizəsinin yaxşılaşdırılmasına maddi maraq yaratmaq, suyun dəqiq uçotunu aparmaq və su təsərrüfatı sahəsinə investisiya qoyuluşunu stimullaşdırmaqdan ibarətdir. Azərbaycan Respublikasında sudan ödənişli istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Bələdiyyələrin su təsərrüfatı obyektlərində sudan ödənişli istifadə qaydaları və şərtləri bu Məcəllə, digər müvafiq qanunvericilik aktları, habelə bələdiyyə aktları ilə müəyyən edilir.

*2. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu.

Maddə 62. Xidmətlərə görə borcların alınması. İstehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər görməlidir.

*3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20*4-cü il *7 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”.

3.*. STKM-in hüquqları aşağıdakılardır: 3.*.*. STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək. 3.*.2. smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış və ya suölçən cihaz quraşdırılmamış istehlakçıdan verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq təqdim edilmiş hesabın ödənilməsini tələb etmək.

4. İstehlakçıların vəzifələri. 4.*. İstehlakçıların vəzifələri aşağıdakılardır: Bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifəsidir.

*4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı. 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

*5. Yuxarıda qeyd edilmiş normalardan göründüyü kimi, istehlakçı tərəfindən sudan istifadə qaydalarının pozulması nəticəsində su təchizatı və kanalizasiya müəssisəsi (STKM) zərər dəyibsə, müəssisə (Cavabdeh2 ASC) həmin zərəri istehlakçıdan (İddiaçı) tələb etməkdə haqlıdır. Lakin bunun üçün ilk növbədə, bu zərərin həqiqətən iddiaçının təqsirli hərəkətləri nəticəsində dəymiş olduğu sübut edilməlidir. Bu halı sübut etmək isə hər bir halda cavabdehin üzərinə düşür. *6. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *4.2 və 77.*-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *4.2, 2*7.3 və 2*7.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. *7. İş materiallarından görünür ki, iddiaçının təqsirli hərəkətləri nəticəsində dəymiş zərəri sübut etmək üçün iddiaçı tərəfindən məhkəməyə iddia edilən pozuntuların (sudan qeyri-qanunu istifadə) aşkar edilməsi barədə aktlar və abonent kartları kimi sübutlar təqdim edilmişdir. Lakin məhkəmə hesab edir ki, bu sübutlar əsasında iddiaçının abonent olduğu ünvanda sudan qeyri-qanuni istifadə edildiyi nəticəsinə gəlmək mümkün deyil. Ona görə ki, cavabdeh tərəfindən bu halı təsdiq edəcək hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. *8. İş materiallarından görünür ki, tərtib edilmiş aktların heç biri istehlakçı tərəfindən imzalanmamış, istehlakçının akta imza etməkdən imtina etməsi ilə bağlı da aktda heç bir qeyd edilməmişdir. Bundan əlavə, aktların heç biri sudan istifadə qaydalarında pozuntu aşkarlayan Cavabdeh2 ASC-nin əməkdaşları tərəfindən də imzalanmamış, aktlardan ikisində yalnız Cavabdeh2 ASC-nin Suraxanı Sukanal İdarəsinin şöbə rəisinin, birində isə əlavə olaraq A.Əli adlı şəxsin adının qarşısından imza çəkilmiş, lakin bu imzaların kimə məxsus olması, müvafiq aktların hansı vəzifəli şəxs tərəfindən imzalanması barədə heç bir qeyd edilməmişdir. Həmçinin aktlar baxışda iştirak edən hər hansı hal şahidi tərəfindən də imzalanmamış, baxış zamanı videoçəkiliş aparılmasını təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir (Cavabdehin nümayəndəsi pozuntular aşkar edilərkən video çəkiliş aparıldığını bildirsə də müvafiq görüntülərin hazırda mövcud olmadığını qeyd etmişdir). Məhkəmə tərəfindən müvafiq aktların tərtib edildiyi sayğaclara cavabdeh orqanın nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş, həmin vaxt da ünvanda sudan istifadə qaydalarının hər hansı pozuntusu aşkarlanmamışdır. *9. İddiaçının sudan qeyri-qanuni istifadə etməsini təsdiq edən sübut kimi məhkəməyə yalnız müvafiq aktlar təqdim edildiyindən məhkəmə belə nəticəyə gəlir ki, iş materialları əsasında İddiaçı abonent olduğu ünvanda sudan qeyri-qanuni istifadə edildiyi sübuta yetirilməmişdir. Bu səbəbdən müvafiq aktlar əsasında iddiaçıdan pul tələb edilə bilməz. Odur ki, iddia təmin edilməli, hər üç akta əsasən iddiaçıya hesablanmış borc onun hesabından silinməlidir.

Məhkəmənin gəldiyi nəticə.

20. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı 02.**.2023-cü il tarixli aktlar əsasında 02*8*00000*97; 02034*73000*0 və **********000 nömrəli abonent kodlarının hər biri üzrə hesablanmış 240 manat, cəmi 720 manat məbləğində borc onun hesabından silinməlidir. 2*. Şərh olunanlara əsasən və MPM-in 2*4, 2*6-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı 02.**.2023-cü il tarixli aktlar əsasında 02*8*00000*97; 02034*73000*0 və **********000 nömrəli abonent kodlarının hər biri üzrə hesablanmış 240 (iki yüz qırx) manat, cəmi 720 (yeddi yüz iyirmi) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar