Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1394/2020 20.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyəti X8 Təşkilatının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyəti X8 Təşkilatının Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC X8 Təşkilatı məhkəmədə Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tutmanın ipoteka premetinin yönəldilməsi tələbinə dair iddia qaldırıb, Cavabdeh əsas borc üzrə 9998,81 manat, faiz borcu üzrə 4279,77 manat olmaqla, cəmi 14278,58 manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC X8 Təşkilatının xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **-DU-*** dövlət qeydiyyat nişanlı, “X10 С50” markalı minik avtomobilinə (buraxılış ili 2012, Ban – GWEF3K58CF671889, rəngi – boz metal) yönəldərək açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC X8 Təşkilatının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC X8 Təşkilatı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş xx.xx.2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən AZərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum vasitəsilə həyata keçirilir. Qeyd edilmiş dəyişikliyə əsasən “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarəsini “X6 Edilməsi Agentliyi” MMC həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-1889 saylı, xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. “xxxx” ASCnin Nizami filialı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə, 153/01G saylı kredit müqaviləsi bağlanıb. Müqaviləyə əsasən cavabdehə illik 19 faiz tətbiq edilməklə, 48 ay müddətinə 11645 manat məbləğində pul vəsaiti verilmişdir. xx.xx.2013-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi Cavabdeh ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-DU-*** dövlət qeydiyyat nişanlı, “X10 С50” markalı minik avtomobili (buraxılış ili 2012, Ban – GWEF3K58CF671889, rəngi – boz metal) ipteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2013-cü il tarixli, AA seriyalı, 072252 nömrəli “İpoteka müqaviləsinin qeydiyyatı haqqında” şəhadətnamə verilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh banka hazırda 9998,81 manat, faiz borcu üzrə 4279,77 manat olmaqla, cəmi 14278,58 manat məbləğində kredit borcu vardır. Bank tərəfindən pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi və yazılı formada xəbərdarlıq edilmiş və qeyd edilən kredit müqaviləsi üzrə əsas və faiz borcunun geri qaytarılması tələb olunmuş, lakin cavabdeh öz öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbini müdafiə edərək yuxarıda göstərilənlərə uyğun izahat verib, ipoteka predmetinin müqavilə bağlanarkən 13700 manat dəyərində qiymətləndirildiyini, lakin hazırda avtomobil bazarında qiymətlərin kəskin şəkildə aşağı düşdüyünü bildirib, ipoteka predmeti olan avtomobilin müstəqil qiymətləndirici tərəfindən yenidən qiymətləndirilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyindən və bunun səbəbləri barədə məlumat vermədiyindən, onun ipoteka predmetinin qiymətləndirilməsinə münasibətini öyrənmək mümkün olmamışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı QSC X8 Təşkilatının Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə ipoteka predmetini təşkil edən avtomobilin yenidən qiymətləndirilməsi, qiymətləndirilmənin aparılması “Fame Pro” Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılmışdır, rəy alınanadək iş üzrə icraat dayandırılmışdır. “Fame Pro” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iş üzrə qiymətləndirilmənin aparılmasının mümkün olmaması barədə məlumat daxil olduğundan onun icraatı təzələnmişdir. İşin icraatı təzələndikdən sonra məhkəmə iclasında iştirak edən iddiaçı «X6 Edilməsi Agentliyi» MMC-nin nümayəndəsi X2 hazırda onların avtomobilin tapılması yönündə tədbirlər gördüklərini,yenidən qiymətləndirilmə təyin edilərsə qərardadın icra mərhələsinə kimi avtomobilin tapılacağını bildirib, bu səbəbdən yenidən qiymətləndirilmə təyin edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə teleqram göndərərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, məhkəmə iclasına gəlmədiyindən onun ipoteka predmetinin qiymətləndirilməsinə münasibətini öyrənmək mümkün olmamışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ciil tarixli qərardadı ilə İddiaçı QSC X8 Təşkilatının Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə ipoteka predmetini təşkil edən avtomobil yenidən qiymətləndirilməsi, qiymətləndirilmənin aparılması “Patron L” Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılmış, rəy alınanadək iş üzrə icraat dayandırılmışdır. “Patron L” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2020-ci il PL/G- 57 nömrəli hesabata əsasən ipoteka predmetini təşkil edən avtomobillə analoji xüsusiyyətlərə malik olan avtomobillərin bazar dəyərinin 10000 manat, likvid dəyərinin 8000 manat təşkil etdiyi bildirilmişdir. İşin icraatı təzələndikdən sonra məhkəmə iclasında iddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyəti X8 Təşkilatının nümayəndəsi X5, verilmiş rəyə etiraz etməyərək, iddia tələbinə uyğun izahat verib tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: - X7 ilə “Azərbaycan Respublikası Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin “Nizami” filialı arasında xx xxxxxx 2013-cü il tarixli, 153/01 G № li kredit müqaviləsinə əsasən borc verən nəqliyyat vasitəsinin alınması məqsədi ilə borc alana 48 ay müddətinə, illik 19 % şərtilə 11645 manat verməyi öhdəsinə götürmüşdür. - Cavabdeh ilə “Azərbaycan Respublikası Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin “Nizami” filialı arasında xx xxxxxx 2013-cü il tarixli, 153 G № li ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanla ipoteka verən arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 153/01 G № li kredit müqaviləsinə əsasən 11645 manat məbləğində 48 ay müddətinə, illik 19 faizlə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi **-DU-*** dövlət qeydiyyat nişanlı, “X10 С50” markalı minik markalı minik avtomobil ipoteka ilə yüklü edilmişdir. - xx xxxxxx 2015-ci il tarixli, İddiaçı QSC ilə “xxxx” ASC arasında bağlanmış müqavilədən görünür ki, “xxxx” ASC problemli krditlərlə bağlı öz tələbetmə hüququnu İddiaçı QSC-nə güzəşt etmişdir. - İş üzrə ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı “xxxx” MMC tərəfindən aparılmış əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən Cavabdeh məxsus **-DU- *** dövlət qeydiyyat nişanlı, “X10 С50” markalı minik avtomobilinin xx.xx.2020-ci ci tarixinə analoji bazar dəyəri 10000 manat, likvid dəyəri isə 8000 manat təşkil edir. - Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AB-941430 nömrəli Azərbaycan Respublikası Nəqliyyat X1 əsasən 2012-ci il buraxılışlı, boz metal rəngli, **-DU-*** dövlət qeydiyyat nişanlı, “X10 С50” markalı minik avtomobili Cavabdeh məxsusdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə, işin hallarından məlum olur ki, “xxxx” ASC ilə Cavabdeh arasında avtomobillərin alınması üçün kredit müqaviləsi bağlanmış, kreditin təminatı şəklində kreditə alınmış avtomobil ipoteka ilə yüklü edilmişdir. Bank müqavilə ilə üzərinə düşən öhtəliyi yerinə yetirsə də, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Sonradan, Bankın qeyd edilən kredit müqaviləsi əsasında Cavabdeh qarşı yaranan tələb hüququ İddiaçı QSC-yə ötürülmüşdür. Məhkəmə hesab edir ki İddiaçı QSC-nin qeyd edilən kredit müqaviləsi üzrə Cavabdeh 9998,81 manat məbləğində əsas borc, 4279,77 manat məbləğində faiz borcu, ümumilikdə 14278,58 manat şəklində tələb etməsi qanuni və əsaslıdır. Məhkəmə iddia tələbinin tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsi hissəsini də əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Girov və ipoteka hüququ başqasına verilə bilən bütün əşyalar və hüquqlar üçün verilir. Girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir. Həmin Məcəllənin 270-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 273-cü maddəsinə əsasən girov saxlayana və ya ipoteka saxlayana girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanı mənimsəmək hüququ verən hər cür razılaşma etibarsızdır. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri, ipotekanın predmeti, ipoteka ilə təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilməlidir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən ipotekanın predmeti müqavilədə onun adı, olduğu yer göstərilməklə və eyniləşdirilməsi üçün yetərli olan təsviri verməklə müəyyənləşdirilir. Həmin Məcəllənin 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilmişdir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetiriliməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə ipoteka predmetinin 8000 manat qiymətləndirilməsi barədə hesabatı mötəbər sübut kimi qəbul edir və hesab edir ki, ipoteka predmeti olan Cavabdeh məxsus **-DU-*** dövlət qeydiyyat nişanlı,“X10 С50” markalı minik avtomobilin likvid dəyəri 8000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə uyğun olaraq borçlu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Ona görə də, məhkəmə hesab edir ki ,ipoteka predmeti olan avtomobil müəyyən edilmiş likvid dəyərlə açıq hərracda satışa çıxarılmalı, satışda əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsi cavabdehə ödənilməlidir. İddia tələbinin avtomobilin satışından əldə olunan vəsaitin cavabdehdən tutulması hissəsində idia tələbini məhkəmə qanuni hesab etmir və qeyd edir ki, iddia tələbinin həmin hissəsi icra qaydasında həll olunmalıdır və avtomobilin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etməzsə icra məmuru tərəfindən qalıq borc məbləği cavabdehdən ümumi qaydada tutulmalıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının Milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, Cavabdeh 200 manat məbləğində qiymətləndirmə xərci tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 9998,81 manat, faiz borcu üzrə 4279,77 manat olmaqla, cəmi 14278,58 (on dörd min iki yüz yetmiş səkkiz manat əlli səkkiz qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyəti X8 Təşkilatının hesabına ödənilsin. Tutma Cavabdeh mülkiyyətində olan **-DU-*** dövlət qeydiyyat nişanlı "X10 C50" markalı minik avtomobilinə (buraxılış ili 2012, ban- GWEF3K58CF671889, rəngi - boz metal) yönəldilərək, açıq hərracdan satılsın və satışdan əldə edilən vəsait "İddiaçı" Qapalı Səhmdar Cəmiyyəti X8 Təşkilatının hesabına ödənilsin. Satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsi Cavabdeh qaytarılsın. İpoteka predmetinin likvid dəyəri 8000 (səkkiz min) manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qiymətləndirmə xərci olan 200 (iki yüz) manat Cavabdeh tutularaq, "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-1394/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1394/2020
20.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver