Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1404/2025 24.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas kаtibliyi ilə İddiaçı Cavabdeh qarşı (Maraqlı şəxs1 və X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) pul tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı (Maraqlı şəxs1 və X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşayan, xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh 60000 manat məbləğində pul və ödənilmiş 270 manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı mülki işin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan e-2(010)-3816/2024 nömrəli mülki işə birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ardınca Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)- 1404/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı (Maraqlı şəxs1 və X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) pul tələbinə dair 2(010)-1404/2025 nömrəli mülki iş üzrə icraatın iddiaçı Cavabdeh İddiaçı qarşı (Maraqlı şəxs1 və Maraqlı şəxs2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qanunsuz zəbt edilmiş fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması tələbinə dair e-2(010)-184/2025 nömrəli mülki iş üzrə icraat təzələnənədək dayandırılması qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-1404/2025 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə iddiaçı tərəfindən verilmiş vəsatəti iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, vəsatət əsaslıdır və təmin edilməlidir. Belə ki, eyni məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü iki iş mövcud olduğu üçün bu işlərə bir icraatda baxılması prosessual qənaət və səmərəlilik prinsiplərinin tələbləri ilə uyğunluq təşkil etdiyindən hər iki iddia tələbinin bir-biri ilə qarşılıqlı əlaqəsi, birinin digərinə təsir imkanları, eləcə də ədalət mühakiməsinin çəkişmə, tərəflərin hüquq bərabərliyi, faktlara əsasən və qərərsiz həyata keçirilməli olması kimi imperativ göstərişlər nəzərə alınmalı, həmin işlərin icraatı vahid statik nömrə - e-2(010)-184/2025 nömrəsi altında birləşdirilməli və həmin işlərə eyni icraat daxilində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. 169.4. Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, İddiaçı Cavabdeh qarşı (Maraqlı şəxs1 və X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) pul tələbinə dair 2(010)-1404/2025 nömrəli mülki iş iddiaçı Cavabdeh İddiaçı qarşı (Maraqlı şəxs1 və Maraqlı şəxs2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qanunsuz zəbt edilmiş fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması tələbinə dair e-2(010)-184/2025 nömrəli mülki işə birləşdirilməli və iddia tələblərinə bir icraatda baxılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 169, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. İddiaçı Cavabdeh qarşı (Maraqlı şəxs1 və X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) pul tələbinə dair 2(010)- 1404/2025 nömrəli mülki iş iddiaçı Cavabdeh İddiaçı qarşı (Maraqlı şəxs1 və Maraqlı şəxs2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qanunsuz zəbt edilmiş fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması tələbinə dair e-2(010)-184/2025 nömrəli mülki işə birləşdirilsin və iddia tələblərinə bir icraatda baxılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-1404/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1404/2025
24.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver