Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1414/2025 17.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə*, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 6* saylı Mənzil Kommunal İstismar sahəsinə və Bakı şəhəri Suraxanı rayon "xxxx" ASC-yə qarşı "istehlakçı hüququnun müdafiəsi və əsassız borcun silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdehlər Bakı şəhəri Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 6* saylı Mənzil Kommunal İstismar sahəsi və Bakı şəhəri Suraxanı rayon "xxxx" ASC-nin üzərinə iddiaçının kommunal xidmətlər borcunun olmadığını tanımaları öhdəliyinin qoyulması. İddia tələbinin dəlilləri Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestri tərəfindən *5.**.****-ci ildə İddiaçı verilmiş Çıxarışa əsasən Bakı şəhəri Suraxanı rayonu, “V” yaşayış sahəsi, ev 3*, 35 saylı mənzilin mülkiyyətçisidir. "xxxx" ASC-nin **.*8.***4-cü il tarixli Bildiriş-Xəbərdarlığına görə əvvəlki mülkiyyətçidən 334,** manat istilik borcu yaranmışdır. Təqdim etdiyi qəbzdə müəyyən edilmiş 3* manat məbləğində pulu **.**.***4- cü il tarixdə ödəmişdir. İddiaçının cavabdeh "xxxx" ASC-yə borcu yoxdur. Yuxarıda göstərilənlərə baxmayaraq, cavabdehlər iddiaçıdan əvvəlki mülkiyyətçinin borclarını ödəməyini təkidlə tələb edirlər. Bununla bağlı, o, *3.*9.***4-cü ildə cavabdehlərə yazılı surətdə müraciət edib, kommunal xidmətlərə görə borcunun olmaması barədə arayış vermələrini xahiş etmişdir. Cavabdeh- Bakı şəhəri Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 6* saylı Mənzil- Kommunal İstismar sahəsi onun ərizəsinə cavab verməmişdir. "xxxx" ASC-nin *8.*9.***4cü il tarixli cavabından görünür ki, “...alqı-satqı müqaviləsi bağlanılarkən mənzilin əvvəıki sahibindən kommunal xidmətlərə görə yaranmış borclarla bağlı münasibətlərə aydınlıq gətirilməli idi. Lakin, tərəfinizdən bununla bağlı heç bir zəruri tətbir görülməmiş və əvvəlki sakinlə aranızda alqı-satqı müqaviləsi bağlanan zaman "xxxx" ASC-yə bu barədə müvafiq məlumat verilmədiyi üçün mənzildə istifadə olunmuş istilik təchizatı xidmətlərinə görə ödənilməmiş borc qalmışdır”. İddiaçı Bakı şəhəri Suraxanı rayonu, “V” yaşayış sahəsi, ev 3*, 35 saylı mənzilin dövlət reyestrinin çıxarışına əsasən *5.**.****-ci ildən mülkiyyətçisi olmuş, buna görə də mənzilin saxlanmasına görə və kommunal xidmətlərə görə ödənişlər üzrə həmin tarixdən məsul şəxsdir. Kommunal xidmətlərə görə bocları mənzilin əvvəlki mülkiyyətçisi ödəməlidir. Cavabdehlər Bakı şəhəri Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 6* saylı Mənzil-Kommunal İstismar sahəsi, Bakı şəhəri Suraxanı rayon "xxxx" ASC uzun müddət ərzində mənzilin əvvəlki müılkiyyətçisinə qarşı kommunal xidmətlərə görə yaranmış borcları ödəmədiyinə görə heç bir qanunla nəzərdə tutulmuş tədbir görmürlər. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı nümayəndəsi Nümayəndə* iddia tələbini müdafiə edərək izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən cavabdeh Bakı şəhəri Suraxanı rayon "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, "xxxx" ASC Azərbaycan Respublikası Prezidentinin *8 iyun ***5-ci il tarixli 847 saylı “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” sərəncamına əsasən yaradılmışdır və başlıca vəzifəsi tərkibinə daxil olan strukturlar vasitəsi ilə istilik enerjisinin istehsalı ötürülməsi, paylanması, satışı və servis xidmətlərinin yerinə yetirilməsi funksiyalarını həyata keçirməklə Bakı şəhərində və respublikanın regionlarında yaşayış evlərinin və binalarının, təhsil səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin istilik təchizatım təmin təmin etməkdən ibarətdir. Suraxanı rayonu Yem Günəşli qəsəoəs V yaşayış sahəsi 3* saylı yaşayış binası 9 saylı X* Sahəsi tərəfindən istilik enerjisi ilə təchiz edilir. Həmin yaşayış binasının 35 saylı mənzili istilik enerjisi ilə təchiz olunmasına baxmayaraq kommunal xidmətə gorə 334.** manat məbləğində borc bu günə kimi ödənilməmişdir. İddiaçı Abdullayevanın özünün etiraf etdiyi kimi Suraxanı rayonu “V" yaşayış sahəsi 3* saylı yaşayış binasının 35 saylı mənzili ****-cı ildə keçmiş mülkiyyətçi Kənan Muxtarov arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanaraq mənzili almışdır. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin **-cu bəndinə əsasən Alıcının sahibliyinə verilənədək mənzilə dair əmlakın vergisi telefon, qaz elektrik enerjisi və digər xidmətlər uzrə yaranmış borcların ödənilməsi satıcının üzərinə düşür. Eyni zamanda da müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilərək notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. Müqavilənin şərtlərinə gorə iddiaçının daşınmaz əmlakı əldə etmədən öncə mənzilin kommunal borclarının olubolmaması barədə Satıcıdan tələb etmək hüququ olmuş, lakin İddiaçı Abdullayevə tərəfindən hüquqlarına laqeyd münasibət bəslənərək kommunal xidmətlərə gorə borcun olub-olmamasına dair hər hansı bir arayış tələb olunmamışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş edir. Cavabdeh Bakı şəhəri Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 6* saylı Mənzil Kommunal İstismar sahəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materialları **.**.****-ci il tarixli **86*8* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X3 alıcı İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, “V" yaşayış sahəsi 3* saylı yaşayış binasının 35 saylı mənzilini satmışdır. *5.**.****-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, “V" yaşayış sahəsi 3* saylı yaşayış binasının 35 saylı mənzil *5.**.****-ci il tarixdən İddiaçı mülkiyyətindədir. *4.*9.***4-cü il tarixli *3-**/*-9-4*5-5-354/***4 saylı "xxxx" ASC-nin İddiaçı ünvanlanmış məktubundan görünür ki, mənzilin mülkiyyətçisinin dəyişməsi zamanı alqısatqı müqaviləsi bağlanılarkən mənzilin əvvəlki sahibindən kommunal xidmətlərə görə yaranmış borclarla bağlı münasibətə aydınlıq gətirilməli idiş Lakin tərəfinizdən bununla bağlı heç bir zəruri tədbir görülməmiş və əvvəlki sakinlə aranızda alqı-satqı müqaviləsi bağlanan zaman "xxxx" ASC-yə bu barədə müvafiq məlumat verilmədiyi üçün mənzildə istifadə olunmuş istilik təchizatı xidmətlərinə görə ödənilməmiş borc qalmışdır. *7.*3.***5-ci il tarixli "xxxx" ASC-nin bildiriş-xəbərdarlıq məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, “V" yaşayış sahəsi 3* saylı yaşayış binasının 35 saylı mənzilin istilik enerjisi ilə təchiz olunmasına görə 3*.**.***5-ci il tarixinə kimi yaranmış borc 334.89 manat məbləğində borc bu günə kimi ödənilməmişdir. İşin faktiki halları İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, Bakı şəhəri, Suraxanı rayonu, “V" yaşayış sahəsi 3* saylı yaşayış binasının 35 saylı mənzil X* mülkiyyətində olmuş, **.**.****-ci il tarixdə həmin mənzil İddiaçı alqı-satqı müqaviləsi əsasında satılmışdır. Mənzil X* mülkiyyətində olduğu dövrdə "xxxx" ASC tərəfindən mənzilin istilik təchizatına görə 334.** manat borc hesablanmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.*. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.*. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 44*. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.*. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.*. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri *4.*. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.* Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə **7. Qətnamənin qanuniliyi və əsaslılığı **7.*. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. **7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “İstilik enerjisindən istifadə” Qaydaları 6.*.4 İstilik və isti su təchizatı xidmətlərindən istifadə etmək üçün Müəssisə ilə müqavilə bağlamaq və bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək, 6.*.5 İstilik və isti su təchizatı xidmətlərinin hesabı Müəssisə tərəfindən istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsaiti * (bir) ay müddətində tam məbləğdə ödəmək istehlakçının vəzifələrinə aiddir. Məhkəmənin mövqeyi Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, iş materiallarını, sübutları müqayisəli şəkildə tədqiq edərək belə hesab edir ki, hazırda Bakı şəhəri, Suraxanı rayonu, “V" yaşayış sahəsi 3* saylı yaşayış binasının mənzil 35 ünvanında yerləşən mənzilin istilik təchizatına görə hesablanmış borcun ödənilməsi öz təsdiqini tapmır. Halbuki, iş materiallarına əlavə edilmiş **.**.****-ci il tarixli **86*8* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X3 Bakı şəhəri, Suraxanı rayonu, “V" yaşayış sahəsi 3* saylı yaşayış binasının 35 saylı mənzili alıcı İddiaçı mülkiyyətinə vermişdir. Həmin müqavilənin **-cu bəndində qeyd edilmişdir ki, alıcının sahbliyinə verilənədək əmlakın vergi, telefon, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borclarının ödənilməsi vəzifəsi satıcının üzərinə düşür. Göründüyü kimi satıcı X3 istilik enerjisindən istifadəyə nəticəsində yaranmış borcu ödəmək vəzifəsi daşığıdı halda borcu ödəməmiş, ödəmişdirsə də buna dair sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək tələbinin əsası kimi mənzilin artıq onun mülkiyyətində olmasına istinad etmişdir. Məhkəmə hesab edir ki, mülkiyyətçinin dəyişilməsi istilik təchizatına görə yaranmış borcun silinməsinə əsas ola bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlə yeni mülkiyyətçi kimi müqavilə bağlanmasına qanunvericilikdə nəzərdə tutulmuş qaydada nail ola bilmədiyi halda, (keçmiş mülkiyyətçinin yaranmış borcunun silinməsi üçün deyil) məhz öz hüquqlarının müdafiəsi istiqamətində məhkəmə hüququndan istifadə edə bilər. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Bakı şəhəri Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 6* saylı Mənzil Kommunal İstismar sahəsinə və Bakı şəhəri Suraxanı rayon "xxxx" ASC-yə qarşı "istehlakçı hüququnun müdafiəsi və əsassız borcun silinməsi" tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin **6-***-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 6* saylı Mənzil Kommunal İstismar sahəsinə və Bakı şəhəri Suraxanı rayon "xxxx" ASC-yə qarşı "istehlakçı hüququnun müdafiəsi və əsassız borcun silinməsi" tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən * ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-1414/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1414/2025
17.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver