Məhkəmə qərarları › İş №2(010)-143/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-143/2021

11.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-143/2021 11.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçının nümayəndəsi X14, Cavabdeh1 və üçüncü şəxs X4 nümayəndəsi və vəkili X5, Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili X3, Üçüncü şəxs X8 və Üçüncü şəxsin nümayəndəsi və vəkili X9 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə (üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Əmlak Məsələlər Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, X21, X17 və X26) qarşı “bağışlama və alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və daşınmaz əmlak üzərində yüklülüyün bərpa edilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və daşınmaz əmlak üzərində yüklülüyün bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi, 5E saylı fərdi yaşayış evinə dair 24 saylı notariat ofisində 4ə-109 reyestr nömrə ilə qeydə alınmış Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinin və Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4057-ci məhəllə, R.Əlicanov küçəsi, 5F ünvanında yerləşən qeyri yaşayış binasına dair 9 saylı notariat ofisində 4ə-1057 reyestr nömrə ilə qeydə alınmış Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və hər iki daşınmaz əmlak üzərində yüklülüyün bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə (bundan sonra Cavabdeh3 MMC) qarşı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi, 5E saylı fərdi yaşayış evinə dair 24 saylı notariat ofisində 4ə-109 reyestr nömrə ilə qeydə alınmış Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinin, Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4057ci məhəllə, R.Əlicanov küçəsi, 5F ünvanında yerləşən qeyri yaşayış binasına dair 9 saylı notariat ofisində 4ə-1057 reyestr nömrə ilə qeydə alınmış Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli bağışlanma müqaviləsinin, eyni zamanda Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4057-ci məhəllə, R.Əlicanov küçəsi, 5F ünvanında yerləşən qeyri yaşayış binasına dair 9 saylı notariat ofisində 4ə-119 reyestr nömrəsi ilə qeydə alınmış, Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və hər iki daşınmaz əmlak üzərində yüklülüyün bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlı olduğundan ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC-nin 3 saylı filalı ilə X30 arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli kredit müqaviləsinə əsasən ona 20% dərcəsi ilə 60 ay müddətində 835.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq X18 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 4057-ci məhəllədə yerləşən ümumi sahəsi 1208,3 kv.m. olan 2 mərtəbəli qeyri-yaşayış binası (ofis və məişət xidməti binası) və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 3 otaqlı, 728,1 kv.m. ümumi, 151.7 kv.m. yaşayış, 576,4 kv.m. yardımçı sahədən ibarət 5E nömrəli fərdi yaşayış evi xx xxxxxx 2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. Borcun təminatı olaraq Cavabdeh1 xx xxxxxx 2011-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə Bankın iddiası qismən təmin edilərək cavabdehlər X30 və Cavabdeh1 müştərk qaydada 500 (beş yüz) ABŞ dolları məbləğində cərimə borcunun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Bankın kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsinə izah verilərək borcun təminatı olaraq yüklü edilmiş X18 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 4057-ci məhəllə yerləşən ümumi sahəsi 1208,3 kv.m. olan 2 mərtəbəli qeyri-yaşayış binası (ofis və məişət xidməti binası) və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 3 otaqlı, 728,1 kv.m. ümumi, 151.7 kv.m. yaşayış, 576,4 kv.m. yardımçı sahədən ibarət 5E nömrəli fərdi yaşayış evi ipotekadan azad edilmişdir. Qeyd olunan qərardad icra olunması üçün ƏMDK-nin yanında DƏDRX-ə göndərilmiş və qərardad icra olunaraq yuxarıda qeyd olunan hər iki əmlak üzərindən yüklülük tam götürülmüşdür. Lakin ƏMDK-nin yanında DƏDRX nəzərə almamışdır ki, qeyd olunan əmlaklar Bankda başqa kredit müqaviləsinin təminatı olaraq da yüklüdür. Belə ki, "xxxx" İKB ASC-nin 3 saylı filalı ilə X26 arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli, 3-G2Zl-l-0-137-llsaylı kredit müqaviləsinə əsasən ona 60 ay müddətində 835.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq X18 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 4057-ci məhəllə yerləşən ümumi sahəsi 1208,3 kv.m. olan 2 mərtəbəli qeyri-yaşayış binası (ofis və məişət xidməti binası) və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 3 otaqlı, 728,1 kv.m. ümumi, 151.7 kv.m. yaşayış, 576,4 kv.m. yardımçı sahədən ibarət 5E nömrəli fərdi yaşayış evi xx xxxxxx 2011ci il tarixli ipteka müqaviləsinə əsasən yüklü edilmişdir. Borcun təminatı olaraq Cavabdeh1 xx xxxxxx 2011-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Bankın iddiası qismən təmin edilərək X10 189.801,48 ABŞ dolları faiz borcunun və 1000 ABŞ dolları cərimə borcunun, ümumilikdə cəmi 190.801,48 ABŞ dolları məbləğində borcun Bankın xeyrinə tutulması, tələbin ilkin satış qiymətinin 1.800.000 manat müəyyən edilməklə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 4057-ci məhəllə yerləşən ümumi sahəsi 1208,3 kv.m. olan 2 mərtəbəli qeyri-yaşayış binasına (ofis və məişət xidməti binası) və ilkin satış qiymətinin 600.000 manat müəyyən edilməklə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 3 otaqlı, 728,1 kv.m. ümumi, 151.7 kv.m. yaşayış, 576,4 kv.m. yardımçı sahədən, ibarət 5E nömrəli fərdi yaşayış evinə yöəldilməsi, tutma yönəldikdən və ipoteka predmetləri satıldıqdan sonra onların boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə hər iki tərəfin apellyasiya şikayətləri təmin edilməyərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Göründüyü kimi ƏMDK-nin yanında DƏDRX-nin səhvi nəticəsində əmlaklar yüklülükdən tam azad edilmiş və nəticədə həmin əmlaklar mülkiyyətçi tərəfindən oğluna bağışlanmışdır. Halbuki, bunun üçün ipoteka saxlayanın razılığı tələb olunur. Qeyd olunan hal onlara məlum olan kimi bununla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə verdikləri vəkil sorğusuna verilmiş xx.xx.2020-ci il tarixli cavab məktubundan onlara aydın olmuşdur ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur Qəsəbəsi, Rafiq Alıcanov küçəsi, 5E saylı fərdi yaşayış evi Bakı şəhərinin notariusu T.H.Kərimova tərəfindən təsdiq edilmiş 4ə-109 reyestr nömrəli, xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinə, "xxxx" İKB-nin 02-2094 saylı, xx.xx.2011-ci il tarixli razılıq məktubuna əsasən X11 adma xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhərinin notariusu Т.Н.Kərimova tərəfindən təsdiq edilmiş 4ə/766 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən fərdi yaşayış evi üzərində Cavabdeh1 mülkiyyət hüquqları xx.xx.2013-cü il tarixdə tanınmışdır. Sözügedən əmlak 24 saylı NK-nın 4ə-109 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli bağışlanma müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adma qeydiyyata alınmışdır vö hazırda mülkiyyətindədir. Məlumat üçün bildirilir ki, dövlət reyestrində olan məlumatlara əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi, 5E saylı fərdi yaşayış evi ilə əlaqədar Cavabdeh2 ilə X22 arasında bağlanmış 24 saylı DNK-nın xx.xx.2019-cu il tarixli 4ə-148 reyestr nömrəli alqı-satqı müqaviləsi ləğv edilmişdir. X18 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Oaraçuxur qəsəbəsi, 4057-ci məhəllə, R.Əlicanov küçəsi, 5F ünvanında yerləşən qeyri yaşayış binası Bakı şəhərinin notariusu Т.Н.Kərimova tərəfindən təsdiq edilmiş 4ə-110 reyestr nömrəli, xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinə və "xxxx" İKB-nin 02-2095 saylı, xx.xx.2011-ci il tarixli razılıq məktubuna əsasən X11 adma xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. 46 saylı NK-nın 4ə-767 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli alqısatqı müqaviləsi və "xxxx" İKB-nin 338 saylı, xx.xx.2013-cü il tarixli razılıq məktubuna əsasən sözügedən qeyri-yaşayış binası Cavabdeh1 adına qeydiyyata alınmışdır. 9 saylı NK-nm 4ə-1057 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli bağışlanma müqaviləsinə əsasən əmlak Cavabdeh2 adına xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Daha sonra onlara məlum olmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4057-ci məhəllə , R.Əlicanov küçəsi, 5F ünvanında yerləşən qeyriyaşayış binası Cavabdeh2 mülkiyyətinə keçdikdən sonra onun tərəfindən xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən "Cavabdeh3" MMC-yə atılmışdır. Bundan sonra bununla bağlı Bakı şəhəri 9 saylı notariat ofisinə sorğu ilə müraciət edilmiş və bu hal təsdiqini tapmışdır. Qeyd olunan müqavilə də Bankın maraqlarına toxunur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X27 iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili X6 iddianı müdafiə edərək qeyd etmişdir ki, hər iki obyektin alğı-satqısı və bağışlanması üzrə bağlanmış müqavilələr mahiyyət etibarilə uydurma əqdlərdir. Xüsusən nəzərə alınmalıdır ki, alğı-satqı müqaviləsi üzrə satılan əmlak bazar dəyərindən çox aşağı qiymətə satılmışdır. Bu hal özü müqavilənin etibarlılığı ilə bağlı şübhə yaradır. Yəni, bu müqavilələr cavabdehlər tərəfindən formal olaraq əmlakların özgəninkiləşdirilməsi məqsədilə bağlanmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili X19 iddianı qəbul etməyərək bildirdi ki, əmlaklar üzərində olan yüklülük məhkəmə qərardadına əsasən götürülmüşdür və bu zaman hər hansı qanun pozuntusuna yol verilməmişdir. Həmin əmlaklar yüklülükdən azad olunduqdan sonra qanunla müəyyən edilmiş qaydada əvvəlcə bağışlama, sonra alğı-satqı müqavilələri əsasında özgəninkiləşdirilmişdir. Bu müqavilələrin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Əgər müqavilələr etibarsız hesab edilərsə həmin əmlakları qanunla müəyyənləşdirilmiş qaydada öz mülkiyyətinə keçirtmiş şəxslərin də hüquqları əhəmiyyətli dərəcədə pozulmuş olacaq. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili X12 iddianı qəbul etməyərək bildirdi ki, iddia tələbi ilə yüklülüyün bərpa edilməsi tələb edilən əmlaklardan biri – qeyri yaşayış binası hazırda Cavabdeh3 MMC-nin mülkiyyətindədir. Belə ki, Cavabdeh3 MMC həmin əmlakı 700000 manata X13 lizinqə vermək üçün almışdır və tərəflər arasında daxili lizinq müqaviləsi bağlanmışdır. Cavabdeh3 MMC həmin əmlakı satıcı Cavabdeh2 aldığı zaman əmlak üzərində heç bir yüklülük olmamış, daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında, tam qanunauyğun şəkildə alğı-satqı reallaşdırılmış, dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. Beləliklə, iddianın təmin edilməsi həm Cavabdeh3 MMC-nin, həm də lizinq alanın hüquqlarının əhəmiyyətli dərəcədə pozulması deməkdir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X4 nümayəndəsi və vəkili X19 iddianı qəbul etməyərək bildirdi ki, X17 iddia tələbində üzərinə yüklülük qoyulması tələb edilən əmlaklardan birini – qeyri-yaşayış binasını Cavabdeh3 MMC-dən lizinq müqaviləsi əsasında almışdır və hazırda istifadə edir. Lizinq alan kimi heç bir qanun pozuntusuna yol verməməsinə baxmayaraq, iddianın təmin edilməsi ilə onun hüquqları pozulacaqdır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. (X19 eyni iş üzrə Cavabdeh1 da nümayəndəsi və vəkili olsa da Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlərinin Konfransı tərəfindən xx.xx.2017-ci il tarixdə qəbul olunmuş “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 3.8-ci bəndinə əsasən təmsil etdiyi iki tərəfin mənafeləri arasında ziddiyyət olmadığından onun iki tərəfi də təmsil etməsi mümkün hesab edilmişdir). İş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X21 iddianı qəbul etməyərək bildirdi ki, o, Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2019cu il tarixli kredit müqaviləsinə əsasən, xx.xx.2019-cu il tarixdə qaytarmaq şərti ilə Cavabdeh2 əvvəlcə 300000 manat, daha sonra xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, yenə eyni tarixdə qaytarmaq şərtilə 100000 manat məbləğində olmaqla, cəmi 400000 (dörd yüz min) manat məbləğində borc pul vermiş, aralarında notariat qaydasında təsdiq edilmiş kredit müqavilələri bağlanılmış, müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə iddia tələbi ilə üzərinə yüklülük qoyulması tələb edilən fərdi yaşayış evi onun xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin Cavabdeh2 borcunu qaytarmamış, öhdəliklərini icra etməmişdir. Bu səbəbdən də məhkəmədə Cavabdeh2 qarşı iddia qaldıraraq 400000 manat pul məbləğinin cavabdehdən tutulmasını, tələbin ipoteka predmetinə yönəldilməsini xahiş etmişdir. Müvafiq fərdi yaşayış evi onun xeyrinə ipoteka ilə yüklü edilərkən üzərində heç bir yüklülük olmamış, bu barədə dövlət reyestrində heç bir məlumat olmamış, o da bu səbəbdən müqaviləni bağlamışdır. Onun bunda heç bir təqsiri yoxdur. Hazırda isə bankın iddia tələbinin təmin edilməsi onun iddiasının təmin edilməsini mümkünsüz edərək hüquqlarının pozulmasına gətirib çıxara bilər. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X8 nümayəndəsi və vəkili X23 iddianı qəbul etməyərək bildirdi ki, bankın tələbi əsassızdır. Belə ki, hər iki əmlak üzərində olan yüklülük Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərardadına əsasən götürülmüş olduğundan bu zaman heç bir qanun pozuntusuna yol verilməmişdir. Ola bilər ki, iddiaçı Bank hansısa səhlənkarlığa yol verərək reyestr xidmətinə sonrakı ipoteka ilə bağlı tam məlumat verməmişdir. Hər bir halda bunu sübut etmək vəzifəsi Bankın üzərinə düşür. Çünki, əmlaklar üzərində olan yüklülüklər götürüldükdən sonra bu əmlakların qanuni mülkiyyətçiləri əmlakların özgəninkiləşdirilməsi ilə bağlı istənilən müqaviləni bağlamaqda müstəqildirlər və bankın bu müqavilələrin etibarsız hesab edilməsini tələb etməsi əsassızdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Digər üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, həmin şəxslər məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə həmin şəxslərin və nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-2392/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdehlər X15 və Cavabdeh1 müştərək qaydada 500 ABŞ dolları məbləğində cərimə borcu ödənilən gün ABŞ dollarının AZN-ə məzənnəsi nəzərə alınmaqla AZN-lə tutularaq iddiaçı “xxxx” ASCnin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-8696/2018 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-2392/2018 saylı qətnaməsindən “xxxx” İKB ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-8637/2018 saylı qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən “xxxx” İKB ASC-nin şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-2392/2018 saylı qərardadının surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-2392/2018 saylı qətnaməsinə izah verilmiş: həmin qətnamə ilə müəyyən edilən 500 ABŞ dolları məbləğində borc ödənildiyi təqdirdə, “xxxx” İKB ilə X31, X26 və X30 arasında bağlanmış 3-G2Z1-1-0-137-11 (İ) nömrəli, xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş və X18 mülkiyyətində olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 4057-ci məhəllədə yerləşən, ümumi sahəsi 1208.3 m2 olan 2 mərtəbəli qeyri yaşayış binası, həmçinin, “xxxx” İKB ilə Cavabdeh1, X26 və X30 arasında bağlanmış 3-G2Z1-1-0-138-11 (İ) nömrəli, xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Alıcanov küçəsində yerləşən 5e nömrəli fərdi yaşayış evinin ipotekadan azad edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-4884/2019 saylı qərardadının surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-2392/2018 saylı qərardadından iddiaçı “xxxx” İKB tərəfindən verilmiş şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-3094/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, ödəniş gününə qüvvədə olan məzənnə ilə X10 189801.48 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 190801.48 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı, 30 manat məbləğində dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqının alınaraq “xxxx” İKB ASC-yə ödənilməsi, tələbin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 4057-ci məhəllədə yerləşən qeyri-yaşayış binasına və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsində yerləşən 5E nömrəli fərdi yaşayış evinə yönəldilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 4057-ci məhəllədə yerləşən qeyri-yaşayış binasının ilkin satış qiymətinin ******* (bir milyon səkkiz yüz min) manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən “xxxx” İKB ASC-yə olan borcun ödənilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsində yerləşən 5E nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 600000 (altı yüz min) manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən “xxxx” İKB ASC-yə olan borcun ödənilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 4057-ci məhəllədə yerləşən qeyri-yaşayış binasına tutma yönəldikdən və o, satıldıqdan bir ay sonra həmin qeyri-yaşayış sahəsinin boşaldılması, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsində yerləşən 5E nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o, satıldıqdan bir ay sonra Cavabdeh1 həmin fərdi yaşayış evindən çıxarılması və həmin fərdi yaşayış evinin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-3854/2019 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-3094/2018 saylı qətnaməsindən iddiaçı “xxxx” İKB ASC-nin, cavabdehlər X16 və Cavabdeh1 apelyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-3094/2018 saylı qətnaməsinin mübahisələndirilən hissələrdə - iddianın təmin olunmayan, faiz borcunun tutulması və ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sorğusuna verilmiş xx.xx.2020-ci il tarixli cavabdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsində yerləşən 5E nömrəli fərdi yaşayış evi “xxxx” İKB ASC-nin (İddiaçı) müraciətləri əsasında ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsində yerləşən 5E nömrəli fərdi yaşayış evi üzərində olan ipoteka yüklülüyü Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-2392/2018 saylı qərardadına əsasən xx.xx.2019-cu il tarixində ləğv olunmuşdur. İpoteka yüklülüyü ləğv olunduqdan sonra əmlak xx.xx.2019-cu il tarixli, 4Ə-109 saylı bağışlama müqaviləsinə və xx.xx.2019-cu il tarixli müraciətə əsasən Cavabdeh2 mülkiyyətinə keçmişdir. Hazırda əmlak 3M/817 saylı kredit müqaviləsi və xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əlavəyə əsasən yaranmış öhdəliklərin təminatı olaraq X8 xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4057-ci məhəllə, R.Əlicanov küçəsi, 5F ünvanında yerləşən qeyri yaşayış binası “xxxx” İKB ASC-nin (İddiaçı) müraciətləri əsasında ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4057-ci məhəllə, R.Əlicanov küçəsi, 5F ünvanında yerləşən qeyri yaşayış binası üzərində olan ipoteka yüklülüyü Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-2392/2018 saylı qərardadına əsasən xx.xx.2019-cu il tarixində ləğv olunmuşdur. İpoteka yüklülüyü ləğv olunduqdan sonra əmlak xx.xx.2019-cu il tarixli, 4Ə-1057 saylı bağışlama müqaviləsinə və xx.xx.2019-cu il tarixli müraciətinə əsasən Cavabdeh2 mülkiyyətinə keçmişdir. Əmlak Cavabdeh2 tərəfindən özgəninkiləşdirilib, hazırda Cavabdeh3 MMC-nin mülkiyyətindədir, üzərində yüklülük aşkar edilməmişdir. xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsində yerləşən 5E nömrəli fərdi yaşayış evi 3M/817 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə X8 xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2020-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 5F, 4057-ci məhəllə ünvanında yerləşən qeyri yaşayış binası satıcı Cavabdeh2 tərəfindən alıcı Cavabdeh3 MMC-yə satılmışdır. xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən X1 Kamran Rauf oğluna 300000 (üç yüz min) manat məbləğində borc verir, borcverən nəzərdə tutulan pul məbləğini borcalana notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Borc alan krediti xx.xx.2019-cu il tarixədək Borc verənə qaytarmağı öhdəsinə götürür. xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X1 Kamran Rauf oğluna 100000 (yüz min) manat məbləğində borc verir. Borc alan krediti xx.xx.2019-cu il tarixədək Borc verənə qaytarmağı öhdəsinə götürür. xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 5F, 4057-ci məhəllədə yerləşən qeyri yaşayış binasını Cavabdeh2 bağışlamışdır. Məhkəmə tərəfindən izahatlar və yuxarıda qeyd edilən iş materialları əsasında müəyyən edilmişdir ki, “xxxx” İKB ASC ilə X30 arasında xx.xx.2011-ci il tarixli kredit müqaviləsi bağlanmış, borcalana 835000 ABŞ dolları məbləğində kredit verilmiş, təminat olaraq X18 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 4057-ci məhəllədə yerləşən qeyri yaşayış binası və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsində yerləşən 5E nömrəli fərdi yaşayış evi xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. Sonradan borcalan tərəfindən kredit müqaviləsi üzrə əsas və faiz borcu tam ödənilsə də Bank ödənilməmiş cərimə borcu ilə bağlı məhkəməyə müraciət etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Bankın iddiası qismən təmin edilərək cavabdehlərdən müştərək qaydada 500 ABŞ dolları məbləğində cərimə borcunun tutulması qət edilmiş, qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə ilə müəyyən edilmiş cərimə məbləği tam ödənilmişdir. Beləliklə, müvafiq borc borcalan tərəfindən tam ödənilmişdir. Bundan başqa, “xxxx” İKB ASC ilə X26 arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən borcalana 835000 ABŞ dolları məbləğində kredit verilmiş, borcun təminatı olaraq yuxarıda göstərilən əmlaklar bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bu müqavilə üzrə əsas borc ödənilmiş, bankın iddiası əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ödənilməmiş faiz və cərimə borcunun (cəmi 190801.48 ABŞ dolları) borcalandan Bankın xeyrinə tutulması, tələbin ipoteka predmetlərinə yönəldilməsi qət edilmişdir. Bundan sonra, X31 və Cavabdeh1 müraciəti əsasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qərardadı ilə izah verilmiş, qətnamə ilə müəyyən edilmiş 500 ABŞ dolları məbləğində borc ödənildiyi təqdirdə “xxxx” İKB ASC ilə X31, X26 və X30 arasında bağlanmış xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş qeyriyaşayış binası və “xxxx” İKB ASC ilə Cavabdeh1, X26 və X30 arasında bağlanmış xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş fərdi yaşayış evi ipotekadan azad edilmişdir. Bank tərəfindən qərardaddan verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadı ilə təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardad əsasında hər iki əmlak üzərində olan yüklülük DƏDRX tərəfindən götürülmüşdür. Bundan sonra, fərdi yaşayış evi xx.xx.2019-cu il tarixli, qeyri-yaşayış binası isə xx.xx.2019-cu il tarixli bağışlama müqavilələri əsasında Cavabdeh2 mülkiyyətinə keçmişdir. Sonradan Cavabdeh2 X7 əvvəlcə 300000 (üç yüz min), daha sonra 100000 (dörd yüz min) manat olmaqla, cəmi 400000 (dörd yüz min) manat məbləğində borc pul almış, aralarında notariat qaydasında təsdiq edilmiş kredit müqaviləsi bağlanmış və borc öhdəliyinin təminatı olaraq fərdi yaşayış evi X8 xeyrinə ipoteka ilə yüklü edilmişdir. Qeyri yaşayış binasına gəldikdə isə bina bağışlama müqaviləsi ilə Cavabdeh2 mülkiyyətinə keçdikdən sonra xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Cavabdeh3 MMC-yə 700000 (yeddi yüz min) manata satılmışdır. Cavabdeh3 MMC həmin əmlakı X13 lizinqə vermiş, tərəflər arasında daxili lizinq müqaviləsi bağlanmış, lizinq obyekti lizinq alanın istifadəsinə verilmişdir. Hazırda İddiaçı ASC iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək hər iki obyektin Cavabdeh2 bağışlanmasına dair müqavilələrin və Cavabdeh3 MMC-yə satılmasına dair alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini, əmlaklar üzərində yüklülüyün bərpa edilməsini tələb edir. İlk növbədə, məhkəmə işin aidiyyəti ilə bağlı qeyd edir ki, həm İddiaçı ASC-nin, həm də Cavabdeh3 MMC-nin sahibkarlıq fəaliyyəti subyekti olmasına və iddianın hər iki tərəfin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə baxmayaraq, işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, iddiaçı Bank iddia ərizəsi ilə Məhkəməyə müraciət edərkən Cavabdeh3 MMC-ni cavabdeh kimi göstərməmiş, ona qarşı heç bir tələb irəli sürməmişdir. Bu səbəbdən məhkəmə tərəfindən aidiyyət qaydalarına riayət edilməklə iş icraata qəbul edilərək baxılmışdır. Lakin sonradan iddiaçı MPM-in 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin həcmini artırıraraq, Cavabdeh3 MMC-ni də cavabdeh kimi göstərməklə ona qarşı tələb yönəltmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, MPM-in 31.2-ci maddəsinə əsasən, işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, MPM-in 31.2-ci maddəsinə əsasən, aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. İddia tələbinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçı Bank müvafiq bağışlama müqavilələrinin etibarsız hesab edilməsi ilə bağlı mövqeyini əsaslandırarkən hər iki müqavilə üzrə bağışlanan obyektlərin Bankın xeyrinə ipoteka ilə yüklü olmasına, buna baxmayaraq, Bankın razılığı olmadan bağışlanmış olmasına istinad etmişdir. Bankın mövqeyinə görə obyektlərin ipoteka ilə yüklülüyü ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində yanlış qeyd aparılaraq əmlaklar yüklülükdən azad kimi göstərilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən məhkəmənin sorğusuna verilmiş cavabda isə göstərilmişdir ki, hər iki obyekt üzərində olan yüklülük Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-2392/2018 saylı qərardadına əsasən götürülmüşdür. İş materiallarında olan həmin qərardadda Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-2392/2018 saylı qətnaməsi ilə müəyyən edilən 500 ABŞ dolları məbləğində borcun ödənildiyi təqdirdə obyektlərin ipoteka yüklülüyündən azad edilməsi göstərilmiş, qərardad icra edilməsi üçün DƏDRX-yə göndərilmişdir. Lakin, qərardadın icrasının həvalə edildiyi orqan tərəfindən eyni obyektlərin digər bir kredit müqaviləsi üzrə də Bankın xeyrinə ipoteka ilə yüklü olması nəzərə alınmamış, əmlaklar üzərində olan yüklülük tam götürülmüş və hər iki əmlak yüklülükdən azad əmlak kimi dövlət reyestrində qeydə alınmışdır. Buna baxmayaraq, məhkəmə hesab edir ki, müqavilələrin etibarsız hesab edilməsi mümkün deyil. Belə ki, daşınmaz əşya üzərində əşya hüquqlarının qeydiyyatını dövlət özü aparır və qəbul etdiyi qanunlar vasitəsilə də şəxsləri özünün apardığı bu qeydiyyata görə hərəkət etməyə vadar və məcbur edir. Bu səbəbdən də mülki hüquq subyektləri dövlət tərəfindən aparılan bu qeydiyyata arxayın olaraq daşınmaz əşya ilə bağlı əşya hüquqlarını əldə etdiklərini güman etməkdə tam haqlı hesab olunurlar (“N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxxxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarı). Konstitusiya Məhkəməsi Plenumunun bu mövqeyi hazırkı işə tətbiq edildikdə qeyd edilməlidir ki, iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X1 Kamran Rauf oğluna vermiş olduğu 400000 manat məbləğində borc pulun təminatı olaraq mübahisə predmeti olan fərdi yaşayış evinin öz xeyrinə ipoteka ilə yüklü edilməsinə dair müqavilə bağlayarkən, Cavabdeh3 MMC mübahisə predmeti olan qeyri-yaşayış binasını iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X13 lizinqə vermək üçün alarkən və eyni zamanda, X17 həmin əmlakı istifadəsinə götürüb lizinq verənlə daxili lizinq müqaviləsi bağlayarkən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın doğruluğuna güman etməyə, buna güvənməyə tam haqlı olmuşdur. X32 həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun “Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı). Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Həmin Məcəllənin 182.1-ci maddəsinə görə isə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, hər iki daşınmaz əmlak üzərində olan yüklülüyün tam götürülməsi ilə daşınmaz əmlakın dövlət reyestrində yanlış qeyd aparılmış olsa da bundan sonra bağlanmış müqavilələr etibarsız hesab edilə, əmlaklar üzərində yüklülük bərpa edilə bilməz. Çünki bu müqavilələrin etibarsız hesab edilməsi, eləcə də onlar üzərində yüklülüyün bərpa edilməsi dövlət reyestrinin həqiqiliyinə güvənərək bu əmlaklarla bağlı müqavilə bağlayan, 400000 manat məbləğində borc pul verib borcun təminatı kimi obyekti ipoteka saxlayan, 700000 manat məbləğində pul verib obyekti lizinqə vermək üçün alan, lizinq müqaviləsi bağlayaraq obyekti istifadəyə götürən, aylıq lizinq ödənişləri edən şəxslərin hüquqlarının qəbuledilməz dərəcədə pozulması deməkdir. Məhkəmə hesab edir ki, bu dərəcəli bir pozuntunun mübahisə tərəflərini iddiaçı Bankla müqayisə olunmayacaq dərəcədə hədsiz məhrumiyyətlə üzləşdirəcəyi aşkardır və bu cür pozuntu Bankın mənafelərinin qorunması ilə izah edilə bilməz, çünki bu halda pozulan mənafelər arasında Bankla müqayisədə hansısa balansın qorunmasından söhbət gedə bilməz. Bu hissədə məhkəmə qeyd edir ki, bu müqavilələrin uydurma və ya yalan əqd olması inandırıcı deyil. Belə ki, göstərilən məbləğlər kifayət qədər yüksək məbləğlərdir və hər biri notariusun depozit hesabına köçürülərək ödənilmiş, bu barədə sənədlər iş materiallarına əlavə edilmişdir. Həmçinin, məhkəmə bağlanmış alğı-satqı müqaviləsinin etibarsızlığını obyektin real bazar dəyərindən çox aşağı qiymətə satılması ilə əlaqələndirən iddiaçı tərəfin diqqətinə çatdırır ki: “..mübahisəli mənzilin bazar dəyərindən ucuz qiymətə satılmasına dair qeydi ilə bağlı isə vurğulanmalıdır ki, qanunvericilik baxımından satıcının satış qiymətini özü üçün müəyyənləşdirmək azadlığı vardır”. (“N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxxxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarı). Müvafiq alğı-satqı müqaviləsinin görünüş üçün bağlanmasına dair iddiaçı tərəfin mövqeyi ilə əlaqədar əlavə olaraq qeyd edilməlidir ki, mülki işin hallarından görünür ki, Cavabdeh2 və Cavabdeh3 MMC arasında bağlanmış olan müqavilə üzrə tərəflər öz öhdəliklərini yerinə yetirmişlər. Yəni satıcı qismində çıxış edən Cavabdeh2 satış predmeti olan obyekti alıcı Cavabdeh3 MMC-nin mülkiyyətinə vermiş, Cavabdeh3 MMC isə bunun müqabilində müqavilədə nəzərdə tutulan pul məbləğini ödəmişdir. Bu isə tərəflərin alğısatqı müqaviləsi üzrə yaranacaq nəticə ilə bağlı hüquqi niyyətlərinin və iradə ifadələrinin mövcudluğunu göstərir. Hər hansı müqavilənin sırf görünüş üçün bağlanması ilə bağlı nəticəyə gəlinməsi üçün isə zəruri olan hal tərəflərin müqaviləyə uyğun nəticələrin yaranması ilə bağlı hüquqi niyyətlərinin olmamasıdır (Mülki Məcəllənin 340.1-ci maddəsi). Ümumilikdə, müvafiq müqavilələrin etibarsızlığı tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci madəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir Hüquq ədəbiyyatında əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması göstərilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Mülki qanunvericilik əqdlərin etibarsızlığı haqqında vacib və prinsipial əhəmiyyətə malik olan ümumi hüquqi prinsip müəyyən edir: “Mülki Məcəllənin tələblərinə uyğun gəlməyən və ya bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, əgər bu Məcəllədə bu cür əqdin puç (əhəmiyyətsiz) olduğu müəyyənləşdirilməyibsə və ya pozuntunun digər nəticələri nəzərdə tutulmayıbsa, etibarsızdır. Konkret mülki-hüquqi mübahisəni həll edən məhkəmə göstərilən qaydadan kənara çıxa bilməz. Məhkəmələr əqdin etibarlı olması şərtlərinə cavab verən, lakin qanunun tələblərinə zidd olan əqdi etibarlı əqd saya bilməzlər”. Etibarsız əqdlər elə hüquqazidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən heç olmazsa birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnmir. Mübahisə edilən (nisbi etibarsız) əqd odur ki, bu əqd avtomatik yox, yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildiyi halda etibarsız sayılır. Hazırkı işdən görünür ki, iddianın predmetini təşkil edən əqdlərin etibarsız sayılması üçün qanunda əqdin etibarsız sayılması ilə bağlı nəzərdə tutulan imperativ şərtlərdən heç biri mövcud deyil. Hər bir halda, məhkəmə iddiaçı Bankın qanuni mənafeyinin müdafiəsi məqsədilə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Göründüyü kimi, üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqların saxlanıldığı bu maddədə də qeyd olunsa da daşınmaz əmlakın dövlət reyestrində aparılmış yanlış qeydiyyata görə dəymiş zərərin əvəzinin ödənilməsinin Bank tərəfindən tələb edilməsi istisna edilməmişdir. Odur ki, Bank bu cür tələblə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə (üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Əmlak Məsələlər Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, X21, X17 və X26) qarşı “bağışlama və alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və daşınmaz əmlak üzərində yüklülüyün bərpa edilməsi” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar