Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1459/2022 18.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Qafarova Rübabə Nurulla qızı Ərizəçi “maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi) «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə Suraxanı rayon məhkəməsinə müraciət edərək, ərizəçi tərəfindən 07.0*.*985-ci il tarixdən 0*.07.20*5-ci l tarixinədək müddət ərzində yaşı 70-dən yuxarı olan X* qulluq etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirəm ki, Ərizəçi ərizəsinə ümumi məhkəmədə məhkəmə qaydasında baxılmalı olmadığından, Azərbaycan Respublikası MPM-nin *53-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *53.2.* və *53.3-cü maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad çıxarır. Eləcə də işə məhkəmə qaydasında baxılmalı deyildirsə, qərardadda iddiaçının hansı orqana müraciət etməli olması göstərilir. Məhkəmə qeyd edir ki, ərizəçi ilk öncə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə müraciət etməli, həmin qurum tərəfindən iş stajı, əmək fəaliyyəti barəsində sənədlərin üzrlü səbəbdən təqdim edilə bilinməməsi və həmin sənədlərin başqa qaydada bərpa edilməsinin mümkün olmaması müəyyən edildikdə, məhkəməyə müraciət etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin *53, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi (maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi) «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən sonra *0 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə verilə bilər. Hakim Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-1459/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1459/2022
18.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver