Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1459/2024 15.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında olan 23 avqust 2022ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddianı qəbul etmir, cavabdehin tək ona deyil, başqa adamlara borcu olduğunu bildirmişdir. Əlavə olaraq həmin məsələ ilə bağlı digər məhkəməni utduğunu qeyd etmiş, qətnaməni təqdim etmişdir. İş üzrə İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyindən və bunun səbəbləri barədə məlumat vermədiyindən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarına nəzər salaraq, hesab edir ki, mülki işin icraatına xitam verilməlidir. İş materialalrında olan xx.xx.2022-ci il tarixli Bakı şəhəri 51 saylı Notariat Kontorunda bağlanmış kredit müqaviləsindən görünür kİ, Məmmədov X1 Səid Dadaş oğluna 12500 manat borc vermiş borcalan krediti xx.xx.2022-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Salyan Rayon Məhkəməsinin 2(010)-1029/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 51 saylı Notariat Kontorunda bağlanmış kredit müqaviləsinə əsasən 12500 manat məbləğində borc pul və ödənilmiş 128 manat dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən “işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Belə ki, iş materiallarından görünür ki, həmin kredit (borc) ilə bağlı eyni tərəflər arasında Salyan Rayon Məhkəməsinin 2(010)-1029/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi mövcuddur. Qətnamə üzrə İddiaçı tərəfindən 12500 manat məbləğində borc xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh ödənilməlidir. Qətnamədən görünür ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi etibarsız hesab edilməmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, İddiaçı eyni əsaslarla və eyni predmet üzrə təkrar müraciət etməsi yolverilməzdir və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №2(010)-1459/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1459/2024
15.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver