Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1498/2021 04.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı İddiaçı “Xəzər İnşaat XXİ Əsr” Mənzil Tikinti Kooperativinin oğlunun Cavabdeh1 (X1) qarşı “mülkiyyət hüququna dair DƏDRX-nin Dövlət Reyestrindən Çıxarışın və Texniki pasportun ləğvi” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdə keçirib, məhkəmə müəyyən etdi: İddiaçı “Xəzər İnşaat XXİ Əsr” Mənzil Tikinti Kooperativi oğlunun Cavabdeh1 (X1) qarşı “mülkiyyət hüququna dair DƏDRX-nin Dövlət Reyestrindən Çıxarışın və Texniki pasportun ləğvi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Əmlək Məsələləri Komitəsi Yanında DƏDRX-a tərəfindən xx.xx.2018ci il tarixdə verilmiş Dövlət Reyestrdən Çıxarışın və Texniki Pasportun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" xx xxxxx 2015-ci il tarixli 4 saylı qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İddiaçıya izah olunmalıdır ki, ərizədə qeyd olunan məsələ ilə bağlı müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşnmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər üzrə Ərazi İdarəsinə), həmin orqanın hərəkətlərindən narazı qaldığı təqdirdə isə aidiyyatı üzrə inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : İddiaçı “Xəzər İnşaat XXİ Əsr” Mənzil Tikinti Kooperativinin oğlunun Cavabdeh1 (X1) qarşı “mülkiyyət hüququna dair DƏDRX-nin Dövlət Reyestrindən Çıxarışın və Texniki pasportun ləğvi” tələbinə dair ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunur ki, ərizədə qeyd olunan məsələ ilə bağlı müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşnmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər üzrə Ərazi İdarəsinə), həmin orqanın hərəkətlərindən narazı qaldığı təqdirdə isə aidiyyatı üzrə inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-1498/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1498/2021
04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver