Məhkəmə qərarları › İş №2(010)-1498/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1498/2023

14.06.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1498/2023 14.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Almuradov Ülvi Ramiz oğlunun katibliyi, İddiaçı3 və onun etibarnamə üzrə nümayəndəsi Vəkil2, Cavabdehlər X2, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər X2 və Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə və yaşayış sahəsindən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər X2 və Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə və yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özlərinin ünvan 1 ünvanına köçürülmələri və həmin evdə yaşayan Cavabdeh həmin yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 X2 ilə 1996-cı ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və 1997-ci ildə isə qaynanası Zeynəb Babayevanın adına olan ünvan 1 ünvanındakı həyət evində yaşamağa başlamışdır. Ailə qurandan sonra bütün cehiz əşyalarını və avadanlıqlarını da həmin ünvana gətirmişdir. Qaynanası evin həyətini 3 yerə bölərək bir hissəsini qaynı Nüftəliyə, bir hissəsini qaynı Mehmana,13 sotunu isə onlara vermişdir. Qaynı Mehman subay idi və o cavan yaşlarında rəhmətə getdiyi üçün ona ayrılmış paydan dünyasını dəyişən qaynı Dadaşın ailəsi istifadə edir. Onlara ayrılmış 13 sot torpaq sahəsində iki otaq və kənarda əlavə tikililəri vardır. Onlara aid hissənin qaz, işıq və sudan istifadə üzrə kommunal ödənişlərə dair sənədlər onun adınadır. Evdə o, həyat yoldaşı, bir oğlu və iki qızı ilə yaşamışdırlar. Bir oğlu və iki qızı həmin evdə dünyaya gəlmişdir. Həyat yoldaşı Qılman Babayev ailə qurana qədər bir dəfə məhkum olunmuşdur. Ailə qurandan sonra isə o, narkotikə görə 8 il müddətinə həbs edilmişdir. O cəzasını çəkib gələndən sonra onunla mütəmadi olaraq dava-dalaş salırdı, onu və uşaqları açıq-aşkar surətdə öldürməklə hədələdiynə görə məcbur olub o və uşaqlarının həyatları üçün təhlükə hiss edib uşaqlarını da götürüb valideynlərinin yanına getmişdr. X4 ailə qurması ilə əlaqədar başqa yerdə yaşayır. Oğlu Mirəli və qızı Aytən onunla birlikdə yaşayır. Həyat yoldaşı Qılman bildirirdi ki, evi satıb oğlunun adına ev alacaqdır ki, onlar orada yaşasın. 15 noyabr 2022-ci il tarixdə Qılman onlara xəbər göndərdi ki. evə müştəri tapmışdır və evi 41500 manata satır. Həmin pulun 20 min manatını onlara verir ki, oğluna ev alsınlar. Qılman Hövsan qəsəbəsində ev alveri ilə məşğul olan maklerlər Şəhriyar, Elşən və Ələsgərlə birlikdə gəlmişdi. Maklerlər də onu inandırmağa çalışdılar ki, evi alan şəxs vəkil işləyir, alqı-satqıda heç bir problem ola bilməz. Evi əsas satan və qiyməti danışan Qılman və maklerlər idi. Onlar ona dedilər ki, evi 41500 manata satırlar. Həmin pulun 1500 manatı maklerlərindir və qalan 40 min manatdan 20 min manatına ona və uşaqlarına ev alıb verəcəkdir. O da ona inanıb etiraz etməmişdir. Qılman və maklerlər ona dedilər ki, notariusa gedib orada sənədlərə qol çəkməlidir. Qeyd edir ki, evin çıxarışı yoxdur, yalnız evin kommunal sənədləri onun adınadır və eyni zamanda həmin ünvan da o, 3 uşağı və Qılman özü qeydiyyatdadırlar. xx.xx.2022-ci il tarixdə maklerlər və Qılman onu Hövsan qəsəbəsində olan 35 saylı notariat kontoruna çağırdılar. O da işdən taksi ilə notariusa getmişdir. Notariusda Qılman ona dedi ki, sən evin satılmasına etiraz etməməyin barədə hazır yazılmış sənədlərə qol çəkməlisən. O isə Qılmana əgər problem yaranacaqsa qol çəkməyib çıxıb gedəcəyini demişdir. Qılman və maklerlər bildirmişdir ki, heç bir problem yoxdur. O da inanaraq notariusada hazır yazılmış sənədlərə qol çəkmiş və çıxıb işə getmişdir. Maklerlər ona bildirdi ki, indi gedib ev baxıb orada pulu sayıb verəcəklər. O da oğlu Mirəliyə demişdir ki, getsin evə atası pulu alandan sonra onun üçün alacağı evə baxıb pul verəcəkdir. Oğlu Mirəli dərhal evə getmiş və ona zəng etmişdir ki, evi alan pulu sayıb maklerlərə verib, onlar da sayıb pulu Qılmana vermişdirlər. Ancaq Qılman pulu alıb və uşağa deyib ki, indi gecdir, çıx get evə, səhər gələrsən 23 min manata bir ev var, ona baxıb sənin üçün alarıq.Səhəri gün Qılman uşağı çağırmamış və o məcbur olub dərhal 35 saylı notariusa getmiş, ona imzaladılmış sənədləri ləğv etdirmiş və notarius sənədlərə xitam vermişdir. Sonradan əri Qılmanla aparılan söhbətlər də heç bir nəticə verməmişdir. Qılman cavabdeh- Cavabdeh aldığı pulun müqabilində onu evə yerləşdirmiş, özü isə hazırda başqa yerdə yaşayır. Məhkəmə iclasında İddiaçı3 və onun etibarnamə üzrə nümayəndəsi (eyni zamanda digər İddiaçı2 etibarnamə üzrə nümayəndəsi və İddiaçı1 nümayəndəsi və vəkili) Vəkil2 ərizə təqdim edərək, iddia tələbindən imtina etdiklərini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 iş üzrə icraata xitam verilməsinə etirazlarının olmadığını bildirdilər. Məhkəmə iclasında, eyni zamanda digər cavabdeh X2 da iş üzrə icraata xitam verilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib və təqdim olunmuş ərizəni, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nın 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər və bu yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinin tələbinə görə iddiaçının iddiasından imtina etməsi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtinasını təsdiq edənə qədər, ona müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nın 261.0.4-cü maddəsinin tələbinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 261.0.4; 262-264; 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər X2 və Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə və yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara geri qaytarılsın. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar