Məhkəmə qərarları › İş №2(010)-1503/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1503/2024

13.05.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1503/2024 13.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmək haqqı qalıqlarının düzgün hesablanması və ödənilməsi, əmək qanunvericiliyi üzrə əmək müqaviləsinə xitam verilərkən digər yekun ödənişlərinin ödənilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdehnə qarşı “əmək haqqı qalıqlarının düzgün hesablanması və ödənilməsi, əmək qanunvericiliyi üzrə əmək müqaviləsinə xitam verilərkən digər yekun ödənişlərinin ödənilməsi” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdehndə işlədiyi əmək haqqı qalıqlarının düzgün hesablanması və ödənilməsi, əmək qanunvericiliyi üzrə əmək müqaviləsinə xitam verilərkən digər yekun ödənişlərinin cavabdeh tərəfindən hesablanaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar. İddia onunla əsaslandırılmışdır ki, o, *9.06.2020-ci il tarixindən cavabdeh təşkilatı olan Cavabdehndə əmək müqaviləsi əsasında sürücü kimi işə qəbul olunmuşdur və *3.05.2023-cü il tarixə gədər işləmişdir. *3.05.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a-bəndinə əsasən müəssisə ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək haqqı isə 748 manat hesablanırdı. Əmək müqaviləsinə xitam verilərkən əmək hüquqları pozulmuşdur. Bununla bağlı o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsinə müraciət etmişdir. Onlar isə onun müraciəti əsasında araşdırma aparmış və ona verilən *9 avqust 2023cü il tarixli 3-*7-5/2-C-3*037/2023 saylı məktubunda Əmək Məcəlləsinin *72-ci maddəsinin 4cü hissəsinin (işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğində işdən çıxdığı gün verilir) tələblərinin pozulması ilə əlaqədar Cavabdeh vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin *92.4-cü (işçinin əmək və məzuniyyət haqlarının, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi) maddəsinə əsasən tərəflərindən xx.xx.2023-cü il tarixində inzibati xəta haqqında protokol tərtib edilərək *0.08.2023-cü il tarixli MN *29*025 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. O, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə şikayət edərkən Cavabdeh tərəfindən ona 2*00 manat ödənilmişdir, lakin yenədə də tam məbləğ ödənilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin *44-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən işəgötürən əmək müqaviləsinə xitam verilməsinin səbəblərindən və əsaslarından alılı olmayaraq istifadə olunmamış əmək məzuniyyətinə görə ona pul əvəzi ödəməli idi. Lakin, cavabdeh MMC ilə əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi və bütövlükdə son haqq-hesab istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi və bütövlükdə son haqq-hesab hesablanaraq ona ödənilməmişdir. Bu hal cavabdehə xidmət göstərən bankın verdiyi hesabdan çıxarışla da təsdiq edilir. Qeyd olunanlar onu sübut edir ki, o, işdən azad edildiyim vaxtda əmək haqqının və son haqq-hesabının ödənilməsi qanunsuzdur. “Mediyasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinə əsasən ilkin mediyasiya sessiyasında iştirak etmişdir və bu barədə məhkəməyə arayış da təqdim edir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə etdiyini bildirmişdir. Cavabdehə və müstəqil tələb irəli sürməyən maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər idarəsinin vətəndaş İddiaçı ünvanladığı 3-*7-5/2-C- 3*037/2023 saylı *9.08.2023-cü il tarixli məktubdan görünür ki, tərəflərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən İddiaçı ilə Cavabdeh MMC arasında 0*.03.2022-ci il tarixli əmək müqaviləsinin bağlanmasına dair bildirişin 0*.05.2023-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi (tərəflərdən birinin təşəbbüsü) ilə qüvvədən salındığı məlum olmuşdur. Şəxsə təqdim edilən əməkhaqqına dair bank çıxarışından Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixində hesabına 500 (beş yüz) manat vəsaitin köçürüldüyü müəyyən edilmişdir. Həmçinin izahatında Cavabdeh MMC tərəfindən hesabına xx.xx.2023-cü il tarixində 500 (beş yüz) manat, 0*,08.2023-cü il tarixində *000 (bir min manat) məbləğində vəsaitin köçürüldüyünü bildirmişdir. Qeyd olunanlar nəzərə alınaraq, Əmək Məcəlləsinin *72-ci maddəsinin 4-cü hissəsinin (İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) tələblərinin pozulması ilə əlaqədar Cavabdeh MMC -nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasınin İnzibati Xətalar Məcəlləsinin *92.4-cü (işçinin əmək və məzuniyyət haqlarının, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi) maddəsinə əsasən tərəflərindən xx.xx.2023-cü il tarixində inzibati xəta haqqında protokol tərtib edilərək *0.08.2023-cü il tarixli MN *29*025 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan Bakı * saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/*/2023- 00363 saylı *3.0*.2024-cü il tarixli “X* (İMS) iştirak edilməməsi barədə” arayışından görünür ki, tərəflər arasında mediasiya işi açılmış, *3 yanvar 2024-cü il tarixə təyin edilmiş X* İddiaçı iştirak etmiş, Cavabdeh isə ilkin mediasiya sessiyada iştirak etməmiş və bu barədə hər hansı məlumat verməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı tərəfindən 60 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. İş materiallarında olan 000283 kodlu xx.xx.*972-ci il təvəllüdlü İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı *9.06.2020-ci ildə Cavabdeh MMC-yə sürücü vəzifəsinə qəbul edilmiş, 0*.*2.2020-ci ildə əmək müqaviləsinə xitam verilmiş, 0*.03.2022-ci ildə yenidən Cavabdeh MMC-də sürücü vəzifəsinə qəbul edilmiş və 0*.05.2023-cü il tarixdə tutduğu vəzifədən azad edilmişdir. İş materiallarına əlavə edilən xx.xx.2024-cü il tarixli, İddiaçı 5*0307******7948 nömrəli əmək haqqı kartı üzrə çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə 500 manat, 0*.08.2023-cü il tarixdə *000 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, *0.*0.2023-cü il tarixdə 300 manat mədaxil olunmuşdur. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 0*.04.2024-cü il tarixli, 2(0*0)- *503/2024 saylı qərardadı ilə müəyyən olunmuş sorğusuna əsasən, "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı məxsus 5*0307******7948 nömrəli əmək haqqı kartına *7.03.2022-ci il tarixdə 600 manat, xx.xx.2022-ci il tarixdə 740,25 manat, xx.xx.2022-ci il tarixdə *50 manat, *0.06.2022-ci il tarixdə 740,25 manat, *8.07.2022-ci il tarixdə 740,25 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, *7.08.2022-ci il tarixdə 740,25 manat, xx.xx.2022-ci il tarixdə 740,25 manat, 07.*0.2022-ci il tarixdə 740,25 manat, *7.**.2022-ci il tarixdə 740,25 manat, 29.*2.2022-ci il tarixdə 740,25 manat olmaqla, cəmi 6872 manat mədaxil olunmuşdur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 35. Əmək hüququ İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Maddə 37. İstirahət hüququ İ. Hər kəsin istirahət hüququ vardır. İİ. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 2* təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi. Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları *. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü;... Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası ...2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə **0. İşçilərin məzuniyyət hüququ *. İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər....

3. İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. Maddə ***. Məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatları *. Məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir.... Maddə **3. Əmək məzuniyyəti və onun verildiyi iş ili *. Əmək məzuniyyəti — işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır....

3. Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər. Maddə *43. Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun həyata keçirilməsi *. Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla, qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir.

2. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin *44-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Maddə *44. İstifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin verilməsi

2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.

3. Əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin **5 və **6-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir.

4. Müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər. Maddə *72. Əmək haqqının verilməsi müddətləri ...4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Maddə *78. Əməyin ödənilməsinin təminatları *. İşəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin *72-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə **9. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. **9.*. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir..... Maddə *24. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi *24.*. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı 2*7.*. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 2*7.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - *00 manat. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri 9.*. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.*.*. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar;.. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. İddiaçı Cavabdehndə işlədiyi dövrdı əmək haqqı qalıqlarının düzgün hesablanması və ödənilməsi, əmək qanunvericiliyi üzrə əmək müqaviləsinə xitam verilərkən digər yekun ödənişlərinin cavabdeh tərəfindən hesablanaraq ona ödənilməsini tələb etmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, İddiaçı 000283 kodlu əmək kitabçasına əsasən, 0*.03.2022-ci - Cavabdeh MMC-yə sürücü vəzifəsinə qəbul edilmiş və 0*.05.2023-cü il tarixdə tutduğu vəzifədən azad edilmişdir. İddiaçı bildirmişdir ki, əmək müqaviləsinə xitam verilərkən onun əmək hüquqları pozulmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər idarəsinin İddiaçı ünvanladığı məktuba əsasən, iddiaçının hüquqları pozulduğuna görə Cavabdeh MMC-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasınin İnzibati Xətalar Məcəlləsinin *92.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, əmək haqqı kartı üzrə çıxarışa əsasən, Cavabdeh MMC tərəfindən əmək müqaviləsinə xitam verildikdən sonra iddiaçıya xx.xx.2023-cü il 500 manat, 0*.08.2023-cü il *000 manat, xx.xx.2023-cü il 300 manat, *0.*0.2023-cü il 300 manat olmaqla, ümumilikdə 2*00 manat ödənilmişdir. "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş çıxarışa əsasən, əmək müqaviləsi qüvvədə olduğu dövr ərzində (0*.03.2022-ci il - 0*.05.2023-cü il tarixlərdə) Cavabdeh MMC tərəfindən iddiaçıya ümumilikdə 6872 manat ödənilmişdir. Məhkəmə qeyd edir ki, bütün vergiləri və məcburi dövlət ödənişləri çıxıldıqdan sonra iddiaçı hər ay 740,25 əmək haqqı alırdı. Belə olan halda, iddaiçının müəsissədə çalışdığı *4 ay ərzində ona əmək haqqının (məzuniyyət da daxil olmaqla) ödənişlərin düzgün edilmədiyi, işdən çıxarkən ona düşən son ödənclərin hesablanmasının tam aparılmadığı aydın olmuşdur. Həmçinin, Cavabdehnə iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, müdafiəsini əsaslandıran heç bir dəlil və yaxud etiraz məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehndə işlədiyi dövr ərzində əmək haqqı qalıqlarının düzgün hesablanması və ödənilməsini, əmək qanunvericiliyi üzrə əmək müqaviləsinə xitam verilərkən digər yekun ödənişlərinin cavabdeh tərəfindən hesablanaraq ona ödənilməsini tələb etməkdə haqlı olmuş, onun tələbi tam əsaslıdır və təmin edilməlidir. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olan qiymətləndirməyən iddia üzrə *00 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220, 233-cü, 357-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən işlədiyi əmək haqqı qalıqlarının düzgün hesablanması və ödənilməsi, əmək qanunvericiliyi üzrə əmək müqaviləsinə xitam verilərkən digər yekun ödənişlərin cavabdeh tərəfindən hesablanaraq İddiaçı ödənilsin. Ödənilməmiş *00 manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar