Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1510/2021 17.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi X1 Cavabdeh nümayəndələri X7, X3 İddiaçı tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs Hüseynbala qızının iştirakı ilə, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin Cavabdeh qarşı təxliyyə çıxışının əvvəlki vəziyyətə qaytarılması və əlavə inşa edilmiş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi Cavabdeh qarşı təxliyyə çıxışının əvvəlki vəziyyətə qaytarılması və əlavə inşa edilmiş tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, 18 ünvanda olan 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən sakinlərin təxliyəsi üçün nəzərdə tutulmuş çıxışın bərpa edilməsi və həmin çıxışın qarşısında inşa edilmiş tiklinin sökülərək əvvəlki vəziyyətə qaytarılmasını xahiş etmişdir. İşə məhkəmə iclasında baxılarkən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə Maraqlı şəxs 3-cü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, əvvəllər Azərbaycan Respublikası Dövlət Neft şirkətinin Sosial İnkişaf idarəsinin Kommunal xidmətlər departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri, o cümlədən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi 18 ünvanında yerləşən bina qeyriyaşayış sahəsi daxil olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 435 saylı sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 029 saylı sərəncamı və Bakı şəhəri MKTD-nin xx.xx.2012-ci il tarixli, 19 saylı sərəncamı ilə Bakı şəhə İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına 137 saylı Mənzil-Kommunal İstismar sahəsinin xidməti dairəsinə verilmişdir. Balanslarında olan Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi 18 ünvanda yerləşən binada yaşayan sakinlər tərəfindən 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə və Suraxanı rayon İcra Hakimiyyətinə ünvanlanmış şikayət xarakterli ərizə əsasında həmin ünvana baxış keçirilmişdir. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən icazəverici sənəd olmadan, özbaşına olaraq qeyri-qanuni şəkildə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi 18 ünvanda 2 mərtəbəli binanın 1-ci mərtəbəsində sakinlərin təxliyyəsi üçün nəzərdə tutulmuş çıxışı tutmuş və sakinlərin hərəkətini məhdudlaşdırmışdır. Təxliyyə çıxışının qarşısında isə heç bir icazə sənədi olmadan əlavə tikili inşa etmişdir. Müvafiq icazəverici sənədi olmadığı üçün cavabdehə qanunsuz hərəkətlərə son qoyulması, təxliyyə çıxışının bərpa edilməsi və əlavə inşa edilmiş tikililəri sökərək əvvəlki vəziyyətə qaytarılması barədə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh edilən xəbərdarlıqlara məhəl qoymamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Maraqlı şəxs Hüseynbala qızı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbinə etirazını bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbinə etirazını bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən tərəflərin izahatlarını və çıxışlarını dinləyib, hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1-ci maddəsinə görə tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: Maddə 95.1.2. bu Məcəllənin 92.4.1ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda; Maddə 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə. Maddə 95.2. Bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 95.3-cü maddəsinə görə bu Məcəllənin 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan respublikasının 2012-ci il 29 iyun tarixli 392-ıvq nömrəli qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanının 4.10-cu bəndinə görə həmin Məcəllənin 53.2-ci maddəsində, 53.3-cü maddəsinin birinci cümləsində, 54.4-cü maddəsinin birinci və üçüncü cümlələrində, 54.5-ci maddəsində, 58.2-ci maddəsinin ikinci cümləsində, 80.5-ci, 82.1-ci (üçüncü halda), 82.2-ci (üçüncü halda), 92.1-ci maddələrində, 92.3-cü maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 92.4-cü maddəsində, 92.5-ci maddəsinin birinci cümləsində, 92.8-ci maddəsinin birinci (hər iki halda), ikinci, dördüncü, beşinci və altıncı cümlələrində,93.1-ci maddəsinin ikinci cümləsində (Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı ilə), 94.2-ci maddəsində, 95.2-ci maddəsinin birinci cümləsində, 95.3-cü, 95.5-ci (birinci halda) maddələrində, 97.2-ci maddəsinin birinci cümləsində, 97.3-cü, 97.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir; Hazırkı mübahisə ilə bağlı məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. Bu mənada, məhkəmə qeyd edir ki, iddiaçı hazırkı iddianı irəli sürmək üçün səlahiyyətləndirilmiş müvafiq icra hakimiyyəti orqanı olmadığına görə onun bu iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin istinad edilən maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Cavabdeh qarşı təxliyyə çıxışının əvvəlki vəziyyətə qaytarılması və əlavə inşa edilmiş tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-1510/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1510/2021
17.03.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver