Məhkəmə qərarları › İş №2(010)-1515/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(010)-1515/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1515/2021 17.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 12 dekabr 2019-cu il tarixli MAS-1697 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməsi, lizinq obyekti olan 2019-cu il buraxılışlı, “KHAZAR LX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFKF522700 ban nömrəsi, göy rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılmasını, Cavabdeh 28 dekabr 2019-cu il tarixli MAS-1803 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 29 yanvar 2021-ci il tarixə 1903,98 manat gecikdirdirilmiş əsas, 718,47 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 617,01 manat dəbbə pulu, ümumilikdə 3239,46 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12 dekabr 2019-cu il tarixli MAS-1697 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən Cavabdeh sifarişi ilə 2019-cu il buraxılışlı, “KHAZAR LX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFKF522700 ban nömrəli, göy rəngli avtomobil 10800 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 17 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 385.05 manat, ümumilikdə isə 13862 manat məbləğində pulu ‘İddiaçı” MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 13862 manatın 10800 manatı əsas məbləğ təşkil edir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 13 iyul 2020-ci il tarixdə 500 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 12 dekabr 2019-cu il tarixli MAS-1697 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 29 yanvar 2021-ci il tarixə 1903.98 manat gecikdirilmış əsas, 718.47 manat gecikdirilmış mükafat və həmin günə hesablanmış 617.01 manat dəbbə pulu, ümumilikdə 3239.46 manat borcu yaranmışdır. Bununla əlaqədar İddiaçı MMC, onun Cavabdeh ilə arasında bağlanmış 12 dekabr 2019-cu il tarixli MAS-1697 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməsi, lizinq obyekti olan 2019-cu il buraxılışlı, “KHAZAR LX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFKF522700 ban nömrəsi, göy rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılmasını, Cavabdeh 28 dekabr 2019-cu il tarixli MAS-1803 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 29 yanvar 2021-ci il tarixə 1903,98 manat gecikdirdirilmiş əsas, 718,47 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 617,01 manat dəbbə pulu, ümumilikdə 3239,46 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1515/2021 nömrəli iş üzrə qəbul etdiyi 16.04.2021-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı MMC Cavabdeh ilə arasında bağlanmış 12 dekabr 2019-cu il tarixli MAS-1697 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilmiş, Cavabdeh 12.12.2019-cu il tarixli MAS-1697 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 29.01.2021-ci il tarixinə 1903,98 (bir min doqquz yüz üç manat doxsan səkkiz qəpik) manat əsas borc, 718,47 (yeddi yüz on səkkiz manat qırx yeddi qəpik) manat mükafat borcu, 50 manat cərimə borcu olmaqla, cəmi 2672,45 (iki min altı yüz yetmiş iki manat qırx beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.İddia qalan hissədə rədd edilmişdir. İddiaçı MMC-ilə Cavabdeh arasında bağlanmış 12 dekabr 2019-cu il tarixli MAS- 1697 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyekti olan 2019-cu il buraxılışlı, “KHAZAR LX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFKF522700 ban nömrəsi, göy rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması tələbi qoyulsa da, araşdırılması təsviri əsaslandırıcı hisssəsində aparılsa da, məhkəmə tərəfindən 16 aprel 2021-c il tarixli məhkəmə qətnaməsinini nəticəvi hissəsində həmin tələbə münasibət bildirməmişdir. Bunununla əlaqədar məhkəmə bu nəticəyə gəlir ki, öz təşəbbüsü ilə İddiaçı MMC-ilə Cavabdeh arasında bağlanmış 12 dekabr 2019-cu il tarixli MAS-1697 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyekti olan 2019-cu il buraxılışlı, “KHAZAR LX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFKF522700 ban nömrəsi, göy rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması barədə iş üzrə əlavə qətnamə qəbul etməlidir. Tərəflər məhkəmə iclasının keçirilməsi barədə xəbərdar olunmuş lakin onlar, məhkəmə iclasında iştrak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər əlavə qətnamə məsələsinin məhkəmə iclasında müzakirə edilməsi məqsədi ilə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər, lakin onların gəlməməsi əlavə qətnamə çıxarılması məsələsinə baxmağa mane olmur. Bu səbəbdən məhkəmə hesab edir ki, tərəflərin iştrakı olmadan işə baxılması mümkün hesab edilməlidir. Həmin Məcəllənin 229.1.3-cü maddəsinə əsasən məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə, iş üzrə qətanəmə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə əlavə qətnamə çıxara bilər. Mülki iş materiallarında olan 12.12.2019-cu il tarixli MAS-1697 saylı “Daxili lizinq müqaviləsinin surətindən görünür ki, alıcı - Cavabdeh sifarişi ilə İddiaçı MMC-nin mülkiyyətinə alınmış 2019-cu il buraxılışlı, “KHAZAR LX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFKF522700 ban nömrəli, göy rəngli avtomobil 10800 manat məbləğinə sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Mülki iş materiallarında olan 12.12.2019-cu il tarixli MAS-1697 saylı “Daxili lizinq müqaviləsinə 3 saylı əlavəsindən görünür ki, alıcı- Cavabdeh illik 17 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 385.05 manat, ümumilikdə isə 13862 manat məbləğində pulu ‘İddiaçı” MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 16 mart 2021-ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə 12.12.2019-cu il tarixli MAS-1697 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, 29 yanvar 2021-ci il tarixinə 1903,98 manat əsas borc, 718,47 manat mükafat borcu, 617,01 manat cərimə borcu olmaqla, cəmi 3239,46 manat məbləğində borcu yaranmışdır. Mülki iş materiallarında olan 25 noyabr 2020-ci il tarixli xəbərdarlıq məktubunun surətindən məlum olur ki, İddiaçı MMC tərəfindən Cavabdeh borcunun yaranması və ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 18.11.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Cavabdeh 12 dekabr 2019-cu il tarixli MAS-1697 saylı “Daxili lizinq” müqaviləsinə əsasən kredit borcunu və faizləri ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyə əməl etməmiş, beləliklə də müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 12 dekabr 2019cu il tarixli MAS-1697 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748.1-ci maddəsinə əsasən, lizinq müqaviləsi yazılı formada bağlanılır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 390.5-ci maddəsinə görə, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məcəllənin 748-11.1-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: 1. lizinq obyektinin amortizasiya ödənişləri; 2.lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; 3.lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; 4.lizinq verənin mükafatının məbləği; 5.lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; 6.lizinq verənin əlavə xidmətlərinin haqqı; 7. lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. Həmin Məcəllənin 748-1.12. və 748-1.12.4-cü maddəsinin tələblərinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə, lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyəndəşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq, hesab edir ki, əlavə qətnamə qəbul edilməli, İddiaçı MMC-ilə Cavabdeh arasında bağlanmış 12 dekabr 2019-cu il tarixli MAS-1697 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyekti olan 2019-cu il buraxılışlı, “KHAZAR LX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFKF522700 ban nömrəsi, göy rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 229-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh arasında bağlanmış 12 dekabr 2019-cu il tarixli MAS-1697 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyekti olan 2019-cu il buraxılışlı, “KHAZAR LX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFKF522700 ban nömrəsi, göy rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılsın. Əlavə qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Əlavə qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar