Məhkəmə qərarları › İş №2(010)-1536/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1536/2023

04.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1536/2023 04.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Həmzəyev Hicran Qənahət oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azəriqaz İB-nin Bakı Regional Qaz satışı departmanentinə qarşı “kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı cavabdeh Azəriqaz İB-nin Bakı Regional Qaz satışı departmanentinə qarşı “kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək “Azəriqaz” İstehsalat Birliyi İdarəsi tərəfindən ona qeyri-qanuni olaraq şişirdilmiş 4*47,20 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası “Azəriqaz” İstehsalat Birliyinin Bakı X5 Departamenti tərəfindən 30.*2.2022 tarixində bir saatlıq qəza kənar qoşulmaqla qazın işlənməsinə görə iddiaçıya 4*47.20 manat cərimə yazılmışdır. O, ailəsi ilə birlikdə Cəbrayıl rayonu Stansiya Mahmudlu kəndində məcburi köçkünlüyünü, həyat yoldaşı Həmzəyev Hicran Qənaət oğlu birinci Qarabağ müharibəsinin İİ-qrup qazisi, ikinci Vətən müharibəsinin könüllü iştirakçısı fəxri fərmanı ilə təltif olunduğu və hazırda oğlunun N saylı hərbi hissədə Kəlbəcər rayonunda hərbi xidmətdə olduğunu bildirdi. Onun ailə vəziyyətini nəzərə alaraq ona köməklik göstərilməsini, qeyri qanuni olaraq şişirdilmiş borcun silinməsini xahiş edir. Tərəflərin izahatları. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Həmzəyev Hicran Qənahət oğlu iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə icasında iştirak edən cavabdeh Azəriqaz İB-nin Bakı Regional Qaz satışı departmanentinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbər verilməsinə baxmayraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş materialları. İş materiallarına əlavə edilmiş 02 fevral 2023-cü il müraciətə baxılması məktubundan görünür ki, Həmzəyev Hicran Qənahət oğlu borcu barəsində “Azəriqaz” İstehslat Birliyinə müraciət etmiş, müraciətə baxılması nəticəsində müəyyən edilmişdir ki, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsi, ev 83 yerləşən istehlakçı İddiaçı adına olan mənzildə sayğacdan kənar təbii qazdan istifadə olunması aşkar olunaraq, bu barədə **.*0.2023-cü il tarixində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib edilərək 4*47,20 manat dəymiş ziyan hesablanmışdır. İş materialarına əlavə olunmuş Cəbrayıl rayon VVADQ şöbəsi tərəfindən verilmiş 23.0*.2004-cü il tarixli AZ-İ 079836 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Həmzəyev Hicran Qənahət oğlu və X2 arasında 23.0*.2004-cü il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 42 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Həmzəyeva soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Fəxri Fərmanlardan görünür ki, Həmzəyev Hicran Qənahət oğlu “44 günlük Vətən muharibəsinin” könülü iştirakçısı olmuşdur. İş materialarına əlavə eidlmiş qaz sayğacının quraşdırılması və istismarı qəbulu haqqında 02.05.20*8-ci il ******* nömrəli aktdan görünür ki, sayğacın istismar müddəti bitdiyi üçün sayğac dəyişdirilmişdir. İş materiallarında olan 02.05.20*8-ci il tarixli, An 2/36638 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, qazpaylayıcı ilə istehlakçı İddiaçı arasında fərdi yaşayış evinin qazla təmin edilməsi barədə razılığa gəlinmişdir. İs materiallarına əlavə edilmiş 29.*2.2022-ci il tarixli foto şəkillərdən görünür ki, qaz sayğacına qeyri-qanuni müdaxiləsi askar edilmişdir. *0*203900000030 kodlu 25 aprel 2023-cü il tarixli abonentin saldosundan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Qərb hissə BİNA 0000 Mənzil 0030 ünvanda yerləşən mənzilə 02.05.20*8-ci il tarixdə sayğac quraşdırılmış, həmin abonentə 2023-cü ilin mart ayının *2-dən “borc” adlı sütünda 4*47,2 manat məbləği göstərimişdir. 3*.0*.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Qərb hissəsi ünvanında yerləşən sayğacda olan qüsura görə 34560 m3 həcmində dəymiş zərər hesablanmışdır. Qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmalı və hesablanmış məbləğ ödənilməli idi. Hesablaşma qaydası: 4x24x360=34560 m3. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” *0.0*.2023-cü il tarixli, 03749668 №-li aktdan görünür ki, istehlakçı İddiaçı Qərb hissəsi ünvanında yerləşən sayğaca “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, abonentin sayğacdan kənar qazdan qeyri-qanuni istifadəsi aşkar edilmiş, dəymiş ziyanın hesablanmalı və ödənilməli olduğu müəyyən edilmişdir. Aktdan görünür ki, itirilmiş qazın həcmi 34560 m3 həcmində müəyyən edilmişdir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin *7.07.2023-cü il tarixli, *0/4344 nömrəli ekspert rəyindən görünür ki, məhkəmə ekspertizası aparılmasından imtina edilmişdir. Qeyd edilmişdir ki, kommunal xidmət (qaz, su elektrik) xətlərinə hər hansı qanunsuz qoşulmaların olub-olmamasının müəyyən edilməsi xüsusi bilik tələb etmədyi üçün ekspertiza fəaliyyətinin vəzifəsinə aid deyil. Əvvələr qanunsuz (sayğacdankənar) qoşulma hallarının mövcudluğunun müəyyən edilməsi istiqamətində ekspert tərəfindən hər hansı tədqiqat aparıması metodiki baxımdan mümkün deyil. ünvan 3 ünvanında X* adına olan mənzildə istifadə edilən qaz işlədicilərinin növü, işləmə müddətləri, onların gücü, sayı, qazın təyziqi, qaz xəttinin diametri barədə məlumatların ekspertizaya təqdim edilməsi və həmin ünvanda yaşayış sahəsinə gedən qaz xəttində qaz sızmasının olub-olmamasının müəyyən edilməsi üçün ekspertin, məhkəmə nümayəndəsinin, "xxxx" QSC-nin əməkdaşının (istidafəsində olan qazanalizator cihazı ilə birlikdə), iddiaçının və cavabdeh “Azəriqaz”İB-nin əməkdaşının iştirakı ilə 06 iyul 2023-cü il tarixdə göstərilən ünvana baxış keçirilməsinin təşkili barədə *6 iyun 2023-cü il tarixli vəsatət verilmişdir. Vəsatət verilən tarixdən *7 iyul 2023-cü il tarixinə kimi vəsatətdə göstərilənlər barədə Mərkəzlərinə hər hansı sənəd, məlumat daxil olmamışdı. İş materiallarına əlavə edlmiş 28 aprel 2023-cü il tarixində Socar “Azəriqaz” İstehsalat Birliyinin Bakı X6 Departamentinin mütəxəssisinin məhkəmə tərəfindən sorğu verilmişdir. Tətbiq edilən hüquq. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 3. İstehlakçıların hüquqları. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: ... öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə. Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 3. Ümumi tələblər ...7. İstehlakçılar qaz qurğularının bu Qanuna müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar.... Maddə 6-2. Müayinə *. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın *-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı nöqsan və (və ya) pozuntular aşkar edildikdə müayinə aktında texniki xidmətin qaz paylayıcısı, ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən bir aydan çox olmayan müddətdə həyata keçirilməsi barədə istehlakçının seçimi qeyd edilməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun *3-cü maddəsinin 8-*-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Qaz paylayıcısı tərəfindən müayinənin keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

2. Qaz paylayıcısı tərəfindən müayinə ödənişsiz həyata keçirilir.

3. İstehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. İstehlakçı təkrar müayinə üçün il ərzində * (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, bu Qanunun 6-3-cü maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir.

4. Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə *3. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması. ...8. Bu Qanunun *3-cü maddəsinin 8-*-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın *0-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir)..... 8-*. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun **-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Maddə **. Qaz fəaliyyəti sahəsində müqavilələr *. Qaz nəqli xidmətlərinin təşkili, qaz paylayıcı şəbəkələrinin tikintisi və yeraltı qaz anbarlarının yaradılması, onların istismarı, yenidən qurulması energetika müqavilələri olmadan həyata keçirilə bilməz. Belə müqavilələr podratçı ilə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum arasında bağlanılır. Müqavilələr nəzarət orqanı tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir. Müqavilənin təsdiq olunma tarixi onun qüvvəyə minmə tarixi hesab edilir...

6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin *2.05.20**-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”.

4. Qaz sayğaclarının quraşdırılması və istismarı. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın * (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), * (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-*. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-*.*. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-*.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-*.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.*.*0-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-*-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-*-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin *2.05.20**-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”.

4. Qaz sayğaclarının quraşdırılması və istismarı. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının Qərarı Təbi qazın olkə daxili tarifləri - Tariflər (ƏDV ilə, manat/min m3) 6.*. Əhali - illik istehlak həcminin *200 m3 -dək (*200 m3 daxil) olan hissəsi üçün – *20 manat. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77. Sübut etmə vəzifəsi 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə **2. İddianın qiyməti **2.*. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir:...**2.*.*. pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə;... Maddə **9. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. **9.*. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... **9.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.... Maddə *24. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi *24.*. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.*.*. iddia qiyməti *.000 manatadək olduqda - 30 manat. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.*. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.*.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. İşin müəyyən edilmiş faktiki hаllаrındаn göründüyü kimi, iddiaçının abonent olduğu ünvanda quraşdırılmış qaz sayğacında cavabdehin əməkdaşları tərəfindən aşkarlanan qaz xəttinə müdaxilə qanunsuz qoşulma kimi qiymətləndirilmiş və dəymiş ziyan akta əsasən borc kimi abonentin saldosuna yazılmışdır. Həmçinin iddiaçın nümayəndəsi (əri) özü də qeyd edir ki, * günlük qaza müdaxilə edilmişdir. Eyni zamanda, iş Ekspertiza Mərkəzinə göndərilmiş, ekspert vəsatət vermiş, lakin cavabdeh ekspertiza mərkəzinə getməmiş və hər hansı bir sənəd də göndərməmişdir. İlk növbədə məhkəmə qeyd edir ki, *0*203900000030 kodlu 25 aprel 2023-cü il tarixli abonentin saldosundan və iddiaçının nümayəndəsinin idafələrindən görünür ki, iddiaçı daimi olaraq sözügedən sahədə yaşamır. Məhkəmə onu da qeyd edir ki, qaz sayğacında nöqsanların olduğu müəyyən edilsə də, bunun sayğacdan keçən qazın sərfiyyatının düzgün aparılıb-aparılmaması ilə hər hansı əlaqəsinin olması da cavabdeh tərəfindən sübut edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqsiri sübuta yetirilmədiyi halda dəymiş zərərin əvəzinin iddiaçıdan tutulması yolverilməzdir. Yuxarıda göstərilən qanunvericiliyin tələblərinə uyğun olaraq maksimum hesablama müddəti *2 ay olduğu təqdirdə, cavabdehin iddiaçıya zərərin hansı səbəbdən maksimum hesablanması məsələsi aydın deyildir. Eyni zamanda, dəymiş zərərin həcminin hesablanmasında görünür ki, qaz sayğacının nominal qaz sərfi 4m 3 orta günlük iş *2 saat əvəzinə, 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Bu səbəbdən də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları, aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər istehlakçı tərəfindən ödənilə bilməz. Azərbaycan Respublikası Tarif Şurası tərəfindən müəyyən edilmiş tarifə uyğun olaraq *m3 = 0.*2 AZN-dır. Məhkəmə hesab edir ki, dəymiş ziyanın bərpasına dair tələbnamədə hesablaşma qaydası aşağıdaki kimi olmalı idi: 4 x *2 x 4* =2000m3, yəni 4 m3 vurulur *2 saata və vurulur 4* günə, yəni hesablanma qış mövsümünün başlanmasından məyyən edilməlidir. 2000 m3 x 0.*2 AZN = 240 AZN. Bu hissədə məhkəmə qeyd edir ki, iş materiallarında olan müvafiq akta əsasən iddiaçıya nə qədər borc hesablandığı görünməsə də, akta görə 34560 m3 həcmində qaz itkisi hesablandığı və məhz həmin itkiyə görə dəymiş zərərin iddiaçıdan tələb edildiyi görünür. Belə olan halda məhkəmə hesab edir ki, müvafiq akta əsasən 34560 m3 həcmində qaz itkisinə görə iddiaçıya hesablanmış borc onun hesabından silinməlidir. Göründüyü kimi qanunvericilikdə istənilən zərərin yox, məhz istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində dəymiş zərərin istehlakçı tərəfindən ödənilməsi müəyyən edilmişdir. Belə olan halda, yalnız iddiaçının təqsiri mötəbər sübutlar əsasında təsdiq edildikdən, belə bir təqsirin olduğu məhkəmə tərəfindən müəyyən edildikdən sonra dəymiş zərər iddiaçıdan tələb edilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı əsassız hesablanmış 4*47,20 məbləğində borc silinməlidir və ödəniləcək borc məbləği 240 manat kimi müəyyən edilməlidir. İstehlakçılar hüquqlarının pozulması ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Qərb hissə Bına 0000 Mənzil 0030 ünvanı (abonent kodu: *0*2039********) üzrə İddiaçı hesablanmış 4*47,20 məbləğində borc silinsin və 240 manat kimi müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar