Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1544/2023 20.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X26 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın məyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İşin halları: *. O, (ərizəçi) 09.*0.2005-ci ildə vəfat etmiş Fatma Əlixan qızının vərəsəsidir, bu hal Bakı şəhəri 24 saylı Notariat Ofisinin verdiyi *0 dekabr 2022-ci il tarixli, *055 nömrəli məktubla da təsdiq edilir. Belə ki, o, Fatma Əlixan qızının qızıdır. X2* ilə nikahda olmuş atası Ağakişi Gəraybəy oğlu isə 29.07.20*3-cü ildə vəfat etmişdir. Bütün sənədlərdə, o cümlədən ölüm haqqında şəhadətnamədə, evlənmək haqqında şəhadətnamədə, onun (ərizəçinin) doğum haqqında şəhadətnaməsində və digər sənədlərdə anasının (Fatma) atasının adı “Əlixan” kimi göstərilmişdir. O cümlədən, Qaraçuxur qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin **0 №-li, 27.0*.2023-cü il tarixli arayışında göstərilmişdir ki, mərhum X2* ölən günə qədər Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Fərman Kərimzadə küçəsi (keçmiş Bazarnaya) ev 2* ünvanda qeydiyyatda olmuşdur. Həm mərhum X2*, həm də o, ailəsi ilə Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Fərman Kərimzadə (əvvəllər Bazarnaya) küçəsi, ev 2*-də qeydiyyatda olaraq yaşayıblar, hazırda o, ailəsi ilə həmin evdə qeydiyyatdadır və yaşayır. Qeyd edilən ev və yerləşdiyi torpaq sahəsi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin verdiyi “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport” əsasında mərhum X2*na verilmişdir. Lakin mərhum anasının atasının adı Əlixan olduğu halda həmin sənəddə Elxan kimi yazılmışdır. Ərizəçinin tələbi.
2. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin verdiyi Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Bazarnaya (hazırki Fərman Kərimzadə) küçəsi, ev 2*-ə dair “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə” aid pasportun mərhum X2*na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları.
3. Ərizəçi məhkəmə iclasında ərizədə göstərdiyi xüsusatları müdafiə edərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
4. Maraqlı tərəf – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı tərəfin nümayəndəsi olmadan işə baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə iclasında şahid qismində dindirilən X5 bildirdi ki, ərizəçinin bacısıdır. X*7 09.*0.2005-ci il tarixdə ölmüşdür. Anasının ata adı sənəddə səhvən Elxan kimi qeyd edilib.
6. Məhkəmə iclasında şahid qismində dindirilən X4 bildirdi ki, ərizəçinin bacısıdır. X*7 09.*0.2005-ci il tarixdə ölmüşdür. Anasının ata adı sənəddə səhvən Elxan kimi qeyd edilib.
İş materialları.
7. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Qaraçuxur Qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilən 27.0*.2023-cü il tarixli, **0 nömrəli arayışdan görünür ki, 09.*0.2005-ci il tarixdə vəfat etmiş Fatma Əlixan qızı ölən günə kimi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Fərman Kərimzadə küçəsi (keçmiş Bazarnaya) ev 2* ünvanında qeydiyyatda olmuşdur.
8. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilən şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndrilməsinə aid pasportdan və evlər idarəsi üzrə texniki inventarizasiyanın ev sahibliyinin kartoçkasından görünür ki, Qaraçuxur qəsəbəsi, Bazarnaya, 2* nömrəli evin sahibinin soyadı, adı və atasının adı hissəsində Fatma Elxan qızı qeyd edilmişdir.
9. Vİİİ-ЖГ seriyalı 723647 nömrəli pasportunun surətindən görünür ki, X*9 Sosialist Respublikaları İttifaqı Vətəndaşı olmuşdur. *0. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 *4.0*.*920-ci il tarixdə anadan olmuşdur. **. Fatma Əlixan qızına məxsus 29 may *946-cı il tarixli əmək kitabçası, 67 nömrəli sığorta şəhadətnaməsi əlavə edilmişdir. *0. AZE seriyalı 03966495 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, xxx Fatma Əlixan qızı *4.06.*925-ci il tarixdə anadan olmuşdur. **. AZ seriyalı 040*74 nömrəli evlənmək haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ağakişi Gəraybəy oğlu ilə Fatma Əlixan qızı 06 aprel *959-cu il tarixdə nikaha daxil olmuşlar. *2. AZ-İ seriyalı 62*082 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ağakişi Gəraybəy oğlu 29.07.20*3-cü il tarixdə ölmüşdür. *3. AZ-İ seriyalı *6*882 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Fatma Əlixan qızı 09.*0.2005-ci il tarixdə ölmüşdür. *4. AЗ seriyalı 05*02* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.*96*-ci il tarixdə anadan olmuşdur, atası Ağakişi Gəraybəy oğlu, X2*dır. *5. AЗ seriyalı *305537 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 04.05.*967-ci il tarixdə anadan olmuşdur, atası Ağakişi Gəraybəy oğlu, X2*dır. *6. AЗ seriyalı 733584 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 *7.07.*964-cü il tarixdə anadan olmuşdur, atası Ağakişi Gəraybəy oğlu, X2*dır. *7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 24 saylı Notariat Ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış *0 dekabr 2022-ci il tarixli məktubda qeyd edilir ki, Ərizəçi, X2, X* və X3 müraciəti əsasında 09.*0.2005-ci ildə vəfat etmiş Fatma Əlixan qızının adına Bakı şəhəri 24 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küşəsi, ev 2* ünvanında yerləşən fərdi yaşayış evinə çıxarış verilməsi xahiş edilmişdir. *8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə *7.0*.2023-cü il tarixli bildirişdən görünür ki, idarədə mövcud arxiv məlumatlarına əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən *962-ci il tarixində tərtib edilən “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportun”da hüquq sahibinin ata adı “Elxan” kimi, lakin təqdim edilən vərəsəlik işi üzrə vərəsələrin dairəsinin müəyyən olunmasına dair notariat ofisinin məktubunda mərhumun ata adı “Əlixan” kimi göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun *5-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. *9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən qeyd edilən əmlaka dair sənəd surətinin təqdim edilməsi haqqında *0.03.2023-cü il tarixli məktubda qeyd olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi (köhnə Bazar küçəsi), ev 2* ünvanında yerləşən fərdi yaşayış evinə dair Fatma Elxan qızının adına tərtib edilmiş *962-ci il tarixli texniki pasport İdarənin arxivində mövcuddur. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi (köhnə Bazar küçəsi), ev 2* saylı fərdi yaşayış evinə dair texniki pasportun məxsus olduğu Fatma Elxan qızının Fatma Əlixan qızı olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı məlumat (sənəd) təqdim edilməsi məqsədəuyğundur.
20. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilən yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Fərman Kərimzadə küçəsi, ev 2* ünvanında Ərizəçi – xx.xx.*96*, X6 - 03.03.*998; X4 - 04.05.*967; X5 - *7.07.*964; X*0 - *7.03.2002; X*8 - 05.08.*985; X*2 - 06.0*.*994; X*3 - *3.03.*995; X7 - 07.05.*97*. qeydiyyatdadır. 2*. 26.07.*993-cü il tarixli arayışdan görünür ki, Əlixan Əbdülqasım oğlu *880-ci ildə anadan olmuşdur, 04.07.*94*-ci ildə həbs edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının 04.05.*960-cı il tarixli qərarı ilə Əlixan Əbdülqasım oğluna bəraət verilmişdir.
22. 2*.0*.*980-ci il tarixli arayışın surətindən görünür ki, Fatma Əlixan qızı Bazarnaya küçəsi, 2* nömrəli evdə yaşayır.
Tətbiq edilən hüquq.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 307.*. Məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.5. Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 2*7.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
24. Məhkəmə ərizəçinin izahatını və şahidləri dinləyib, ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir.
25. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarın 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı şəhəri Ərazi İdarəsinin *7.0*.2023-cü il tarixli bildirişindən görünür ki, Fatma Əlixan qızından miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Fərman Kərimzadə küçəsi, ev 2* ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı təqdim olunmuş sənədlərdə mərhumun ata adında uyğunsuzluq mövcuddur.
26. Məhkəmə iclasında ərizəçinin izahatı və iş materialları ilə təsdiq olundu ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilən şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport 09.*0.2005-ci il tarixdə vəfat etmiş Fatma Əlixan qızına verilmiş və sonuncuya məxsus olmuşdur. Əriəçinin mərhum X2*na verilmiş Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin *962-ci il tarixində tərtib edilən “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportunda Fatma Əlixan qızının ata adı səhvən “Elxan” kimi göstərildiyindən, ərizəçi hazırda Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Fərman Kərimzadə küçəsi, ev 2* ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı çıxarış ala bilmir.
27. Ərizəçinin dəlillərini, iş üzrə tədqiq olunan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir.
28. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilən şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid X8 məxsus olması barədə ərizə əsaslıdır.
Məhkəmə xərcləri.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
30. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin **9.*-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin gəldiyi nəticə.
3*. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməklə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilən mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid X8 məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunsun.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q ə t e t d i: Ərizə təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Bazarnaya (hazırki Fərman Kərimzadə) küçəsi, ev 2* ünvanında yerləşən fərdi yaşayış evinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilən şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun 09.*0.2005-ci il tarixdə vəfat etmiş Fatma Əlixan qızına məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.