Məhkəmə qərarları › İş №2(010)-1549/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1549/2023

28.02.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1549/2023 28.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs olmaqla, barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxs olmaqla, barışıq sazişinin təsdiq edilməsi tələbi ilə məhkəməyə müraciət edərək, 24 sentyabr 2022-ci il tarixli Barışıq sazişinin və ona 02 oktyabr 2022-ci il tarixində edilmiş Əlavənin qızıl-zinət əşyasının qaytarılması hissəsi cavabdeh Maraqlı şəxs tərəfindən könüllü icra edilmədiyi üçün məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi xahişini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə aralarında 4 saylı Bakı “Asan Xidmət” Mərkəzi qeydiyyat şöbəsində akt qeydləri kitabında xx.xx.2018-ci il tarixində 1661 nömrə ilə nikah qeydə alınmışdır. Aralarında tez-tez mübahisə olduğundan nikahın pozulması qərarına gəlmişdirlər. İlk öncə nikahın pozulması barədə Maraqlı şəxs mediasiya prosesinin tətbiqi barədə təklif irəli sürmüşdür. Təklifə münasibət bildirmədiyi üçün Maraqlı şəxs baxılması üçün Bakı 2 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Sonradan aralarında “nikahın pozulması, cehiz əşyalarının və qızıl-zinət əşyalarının qaytarılması” mübahisəsinin mediasiyada baxılması ilə bağlı 24 sentyabr 2022-ci il tarixində “Mediasiya xidmətlərinin göstərilməsi” barədə Bakı 2 saylı X1 bağlanmışdır. Bundan sonra aralarında 24 sentyabr 2022-ci il tarixində mübahisə predmetinə dair “Mediasiya haqqında” AR Qanununun 33-cü maddəsinə müvafiq olaraq Barışıq Sazişi bağlanmışdır. Bununla yanaşı 24 sentyabr 2022-ci il tarixli Barışıq sazişinə 02 oktyabr 2022-ci il tarixində Əlavə edilmişdir. Həmin Əlavəyə əsasən; - Barışıq Sazişinin “Mübahisənin həlli istiqamətində Tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri” hissəsinin 5, 6-cı bındlərini - mətbəx mebelini ikinci tərəfin götürməsini və qızıl-zinət əşyalarının Birinci tərəfdə olmasını və 24 oktyabr 2022-ci il tarixində qaytaracağını nəzərə alaraq, həmin bəndlər qüvvədən düşmüş hesab edilmişdir. Əlavə 02 oktyabr 2022-ci il tarixindən qüvvəyə minmişdir. Barışıq sazişinin şərtlərinin 1, 2, 3, 4-cü bəndlərinin yerinə yetirilməsinə baxmayaraq, maraqlı şəxs Alıyev X3 şərtlərini yerinə yetirməmişdir. Belə ki, Maraqlı şəxs birgə nikahda hədiyyə etdiyi dəyəri 3,000.00 (üç) min manat olan ağ qızıl dəstini hazırki tarixədək qaytarmamışdır. Əlavə olaraq qeyd edir ki, aralarında bağlanmış nikah 4 saylı Bakı Asan xidmət mərkəzinin qeydiyyat şöbəsində 24 oktyabr 2022-ci il tarixində (№139) pozulmuşdur. Eyni zamanda 02 oktyabr 2022-ci il tarixində ünvan 1 ünvanında akt tərtib olunmuş və akt-a əsasən cehiz əşyaları qeyd olunan ünvandan götürülmüş və ağ qızıl dəstinin Maraqlı şəxs tərəfindən 24 oktyabr 2022-ci il tarixində təhvil verəcəyi barədə öhdəlik götürülmüşdür. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanlara uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: - İş materiallarında olan xx.xx.2022 tarixli barışıq sazişindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında qeyd olunan şərtlərlə barışıq sazişi imzalanmışdır: 4 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində akt qeydləri kitabında xx.xx.2018-ci il tarixində 1661 nömrə ilə qeydə alınan nikahın davam etdirilməməsi və pozulması, tərəflərin nikahın pozulması üçün 4 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsinə müraciət etməsi, Sazişin tərkib hissəsi olan təhvil-təslim aktı əsasında ünvan 1 ünvanında cehiz əşyalarının İkinci tərəfə təhvil verilməsi və əşyaların Birinci tərəfin vəsaiti hesabına təşkil etdiyi yükdaşıma şirkəti vasitəsilə Kürdəmir rayonunun Muradxan kəndinə göndərilməsi, cehiz əşyalarının qaytarılmasına dair Təhvil-təslim aktı imzalandıqdan sonra İkinci tərəfin cehiz əşyalarına dair iddiasının olmaması, İkinci tərəfə mətbəx mebelinin əvəzinə Birinci tərəfdən 700 manatın verilməsi, İkinci tərəfin qızıl-zinət əşyalarının qaytarılması tələbinin Birinci tərəfin həmin əşyaların onda olmadığını bildirərək mübahisənin bu hissəsində Tərəflərin hər hansı bir razılaşmasının olmaması, birgə nikah dövründə uşaqlarının olmaması və əmlak əldə edilməməsi, tərəflər razılaşdırılmış şərtlərin Saziş imzalandığı tarixdən nikahın pozulması hissəsində ən geci 10 iş günü, cehiz əşyalarının qaytarılması hissəsində ən geci 10 iş günü ərzində yerinə yetirilməsi. - xx.xx.2022 tarixli barışıq sazişinə xx.xx.2022-ci il tarixli Əlavədən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2022 tarixli barışıq sazişinə qeyd olunan əlavə razılaşdırılmışdır - Barışıq Sazişinin “Mübahisənin həlli istiqamətində Tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri” hissəsinin 5 və 6-cı bəndlərini – mətbəx mebelini İkinci tərəfin götürməsi və qızıl zinət əşyalarının Birinci tərəfdə olmasını və 24 oktyabr 2022-ci il tarixində qaytaracağını nəzərə alaraq, həmin bəndlər qüvvədən düşmüş hesab edilmişdir. - xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, ünvan 1 ünvanında X2 məxsus aktda qeyd olunan cehiz əşyaları təhvil verilmiş və nəqliyyat vasitəsilə Kürdəmir rayonunun Muradxan kəndinə göndərilmişdir. Eyni zamanda, Maraqlı şəxs mübahisələndirilən ağ qızıl dəstini xx.xx.2022-ci il tarixdə X2 təhvil verəcəyini, çatışmayan mebel hissələrini və məişət əşyasını yerinə bərpa edəcəyini bildirmişdir. - AZ-İ 427881 saylı “nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Maraqlı şəxs ilə X4 arasında olan nikah xx.xx.2022-ci il tarixdə pozulmuşdur. Nikak pozulduqdan sonra qadına Hacıyeva soyadı verilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər nikaha daxil olmuş və birgə nikahdan övladları olmamışdır. Daha sonra, tərəflər arasında olan nikah pozulmuşdur. Tərəflər arasında xx.xx.2022 tarixdə Barışıq Sazişi imzalanmışdır. xx.xx.2022 tarixli Barışıq Sazişinə xx.xx.2022-ci il tarixli Əlavə ilə həmin Barışıq Sazişinin 5 və 6-cı bəndləri qüvvədən düşmüş hesab edilmişdir. İşin hallarından və ərizəçinin izahatından aydın olmuşdur ki, həmin saziş qismən icra edilmişdir. Hazırda ərizəçi Barışıq Sazişinə edilmiş əlavə əsasında ona qaytarılmalı olan qızıl-zinət əşyasının qaytarılamadığına görə barışıq sazişinin bu hissəsinin (əlavənin) təsdiq edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən irəli sürülən tələb təmin edilməlidir. Hazırkı işdə tərəflər arasında imzalanmış barışıq sazişinin şərtlərinə - sazişdə qeyd olunan qızıl-zinət əşyasının qaytarılması hissəsində maraqlı şəxs tərəfindən riayət edilməməsi müəyyən edilmişdir. Bu hal, ərizəçinin bildirdikləri ilə yanaşı, iş materiallarına təqdim edilmiş xx.xx.2022-ci il tarixli aktda da öz əksini tapmışdır. Həmin aktdan göründüyü kimi ərizəçiyə məxsus bir sıra əmlaklar qaytarılmış, bundan əlavə Maraqlı şəxs mübahisələndirilən ağ qızıl dəstini xx.xx.2022-ci il tarixdə X2 təhvil verəcəyini öhdəsinə götürmüşdür. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə görə, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə görə əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə görə barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə görə barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə, Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-ci maddəsinə görə, Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə görə, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın müvafiq maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Tərəflər arasında bağlanmış 24 sentyabr 2022-ci il tarixli barışıq sazişi və ona edilmiş 02 oktyabr 2022-ci il tarixli Əlavə qızıl-zinət əşyalarının Maraqlı şəxs olması və 24 oktyabr 2022-ci il tarixində qaytaracağı hissəsində təsdiq edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar