Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-157/2022 02.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas kаtibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən ünvan 1 ünvanında yerləşən mülkə (abonent kodu: **********00010) əsassız olaraq borc kimi yazılmış olan 216 manatın Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-4394/2021 saylı qərardadı ilə xx.xx.2021-ci il tarixdə ölmüş iş üzrə İddiaçı hüquq varisi müəyyən edilənədək İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə icraat dayandırılmışdır. Daha sonra mərhum İddiaçı hüquq varisi olduğunu bildirən X1 ərizə ilə məhkəməyə müraciət edərək, mərhumun arvadı kimi qanun üzrə vərəsəsi olduğunu, sonradan məhkəməyə müraciət edərək Cavabdeh İB tərəfindən hesablanmış borcun silinməsinə nail olduğunu bildirmiş, bu səbəbdən iş üzrə icraatın təzələnərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını, ərizəyə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Eyni zamanda məhkəmədən ərizəsinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ərizəyə xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surəti əlavə edildiyindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-157/2022 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddiaçının hüquq varisi tərəfindən verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə nəticəyə gələrkən məhkəmə, iclas barədə lazımınca xəbərdar edilmiş cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsini onun işə mahiyyəti üzrə baxılmasına dair tələbinin olmaması kimi qiymətləndirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 259. Ərizənin baxılmamış saxlanmasının əsasları. 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə. Maddə 260. Ərizənin baxılmamış saxlanması qaydası və nəticələri. 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-157/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-157/2022
02.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver