Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1595/2020 28.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, iddiaçının nümayəndəsi Gasan Guseinovun, Cavabdeh iştirakları ilə, İddiaçı X7 Cavabdeh qarşı “lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X12 (bundan sonrakı mətndə İddiaçı ASC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə bağlanmış xx xxxxxx 2014-cü il tarixli AL-1274 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2014-cü il buraxılışlı “Daewo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA583556 ban, 0101 mühərrik nömrəli, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı ASC-yə geri qaytarılması, Cavabdeh xx xxxxxx 2014-cü il tarixli AL-1274 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxx 2020-ci il tarixə 11821,01 manat əsas, 4961,21 manat mükafat və həmin günə hesablanmış 30.041,9 manat dəbbə pulu, cəmi 46.824,12 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı ASC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, lizinq obyekti olan 2014-cü il buraxılışlı “Daewo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA583556 ban, 0101 mühərrik nömrəli, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı ASC-yə geri qaytarılması, Cavabdeh xx xxxxxx 2014-cü il tarixli AL-1274 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxx 2019-cu il tarixə 11821,01 manat əsas, 4961,21 manat mükafat və həmin günə hesablanmış 24.155,05 manat dəbbə pulu, cəmi 40.937,27 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Gasan Guseinov iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, "İddiaçı” ASC ilə X11 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli AL-1274 saylı “Daxili lizinq” müqaviləsinə əsasən X1 ilə 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA583556 ban, 0101 mühərrik nömrəli, ağ rəngli avtomobil 12.550 manat məbləğinə İddiaçı ASC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. xx xxxxxxxx 2014-cü il tarixdə X11, X2 və İddiaçı ASC arasında AL- 1274(1) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlamış və xx xxxxxx 2014-cü il tarixli AL-1274 saylı “Daxili Lizinq" müqaviləsi üzrə X2 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx xxxxxxxx 2014-cü il tarixdə X2, X4 və İddiaçı ASC arasında AL-1274(2) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlamış və xx xxxxxx 2014-cü ıl tarixli AL- 1274 saylı “Daxili Lizinq” müqaviləsi üzrə X4 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx xxxxxx 2015-ci il tarixdə X4, X9 və İddiaçı ASC arasında AL-1274(3) saylı “Öhdəliklərin ötürülməsi" müqaviləsi bağlamış və xx xxxxxx 2014-cü il tarixli AL-1274 saylı "Daxili Lizinq” müqaviləsi üzrə X9 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx xxxx 2015-ci il tarixdə X9, X6 və İddiaçı ASC arasında AL-1274(4) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlamış və xx xxxxxx 2014-cü il tarixli AL-1274 saylı “Daxili Lizinq” müqaviləsi üzrə X6 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx xxxx 2015-ci il tarixdə X6, Cavabdeh və İddiaçı ASC arasında AL- 1274(5) saylı "Öhdəliklərin ötürülməsi" müqaviləsi bağlamış və xx xxxxxx 2014-cü il tarixli AL-1274 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Lizinq şirkəti ilə Cavabdeh arasında imzalanmış yeni ödəniş cədvəlinə əsasən o illik 17 % hesablanmaqla 53 aylıq müddətə hər ay sabit olaraq 322,83 manat, ümumilikdə isə 17.109,25 manat lizinq şirkətinə ödəməyi öhdəsinə götürmüşdür. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçı tərəfindən verilmiş iddia müddətinin tətbiqi ilə bağlı ərizə isə tamamilə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Qeyd olunan müqavilənin müddəti isə 2019-cu il tarixdə bitmişdir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, lizinq şirkəti ilə onun arasında imzalanmış ödəniş cədvəlinə əsasən o, illik 17 % hesablanmaqla 53 aylıq müddətə hər ay sabit olaraq 322,83 manat, ümumilikdə isə 17.109,25 manat lizinq şirkətinə ödəməyi öhdəsinə götürmüşdür. O, həmin maşına görə 2350 manat ilkin ödəniş etmiş, 7 ay ərzində isə hər ay 222,83 manat ödəniş etmişdir. Sonuncu dəfə 2015-ci ilin may ayında ödəniş etmişdir. Lakin hazırda lizinq obyekti olan maşın artıq onda deyil, çünki həmin maşın 2015ci ilin may ayında Nicat adlı şəxs tərəfindən oğurlanmışdır. Hal-hazırda isə maşının harda olduğu barədə məlumatsızdır. Maşının oğurlanması barədə Polis Bölməsinə də yazılı müraciət etmiş və onun izahatı alınmışdır. Hətta bu məsələ ilə bağlı Baş Prokurorluğa da gedib müraciət etmişdir. Bundan əlavə, o, məhkəməyə təqdim etmiş olduğu ərizəsini müdafiə edərək bildirdi ki, qeyd olunan mülki iş üzrə iddia müddəti ötmüşdür. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "İddiaçı” ASC ilə X11 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli AL-1274 saylı “Daxili lizinq” müqaviləsinə əsasən X1 ilə 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA583556 ban, 0101 mühərrik nömrəli, ağ rəngli avtomobil 12.550 manat məbləğinə İddiaçı ASC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. X11, X2 və İddiaçı ASC arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli AL-1274(1) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən xx xxxxxx 2014-cü il tarixli AL-1274 saylı “Daxili Lizinq" müqaviləsi üzrə X2 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. X2, X4 və İddiaçı ASC arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli AL-1274(2) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən xx xxxxxx 2014-cü il tarixli AL- 1274 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən X4 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. X4, X9 və İddiaçı ASC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli AL-1274(3) saylı “Öhdəliklərin ötürülməsi" müqaviləsinə əsasən xx xxxxxx 2014-cü il tarixli AL-1274 saylı "Daxili Lizinq” müqaviləsi üzrə X9 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. X9, X6 və İddiaçı ASC arasında bağlanmış xx xxxx 2015-ci il tarixli AL-1274(4) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən xx xxxxxx 2014-cü il tarixli AL-1274 saylı “Daxili Lizinq” müqaviləsi üzrə X6 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. X6, Cavabdeh və İddiaçı ASC arasında bağlamış xx xxxx 2015-ci il tarixli AL-1274(5) saylı "Öhdəliklərin ötürülməsi" müqaviləsinə əsasən xx xxxxxx 2014-cü il tarixli AL-1274 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh illik 17% hesablanmaqla 53 aylıq müddətə hər ay sabit olaraq 322,83 manat, ümumilikdə isə 17.109,25 manat lizinq şirkətinə ödəməyi öhdəsinə götürmüşdür. xx xxxx 2015-ci il tarixli təhvil-təslim aktından görünür ki, X6, Cavabdeh və İddiaçı ASC İddiaçı ASC-nin mülkiyyətində olan “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimini aparmışlar. xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehə müqavilənin ləğvi, lizinq obyektinin qaytarılması və borcun ödəməsi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2020-ci il tarixli, 352 N-li maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxxx 2014-cü il tarixli AL-1274 saylı “Daxili Lizinq” müqaviləsi üzrə xx xxxxxx 2019-cu il tarixə 11821,01 manat əsas, 4961,21 manat mükafat və həmin günə hesablanmış 24.155,05 manat dəbbə pulu, cəmi 40.937,27 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı lizinq müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı cavabdehə vermiş, lakin cavabdeh lizinq müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş və nəticədə onun iddiaçının qarşısında borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada lizinq müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü Cavabdeh xx xxxxxx 2014-cü il tarixli AL-1274 saylı “Daxili Lizinq” müqaviləsi üzrə 11821,01 manat əsas və 4961,21 manat mükafat borcunun tutulması barədə tələb əsaslıdır, lakin müqavilə üzrə hesablanmış 24.155,05 manat dəbbə pulu yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 24.155,05 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 50 manat müəyyən edilməlidir. Məhkəmə Cavabdeh tərəfindən məhkəməyə daxil olmuş iddia müddəti tətbiq etməklə iddianın rədd edilməsi barədə ərizəsinə münasibət bildirərək qeyd edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İş materiallarında olan ödəniş qrafikinə əsasən, Cavabdeh illik 17% hesablanmaqla 53 aylıq müddətə hər ay sabit olaraq 322,83 manat, ümumilikdə isə 17.109,25 manat lizinq şirkətinə ödəməyi öhdəsinə götürmüşdür və müqavilənin bitmə tarixi xx.xx.2019-cu il tarixidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Göründüyü kimi iddiaçı müqavilə müddəti bitdiyi tarixdən 5 ay 27 gün sonra məhkəməyə müraciət etməklə 3 illik müddətinini ötürməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, lizinq obyekti olan 2014-cü il buraxılışlı “Daewo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA583556 ban, 0101 mühərrik nömrəli, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı ASC-yə geri qaytarılmalı, Cavabdeh xx xxxxxx 2014-cü il tarixli AL-1274 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxx 2019-cu il tarixə 11.821,01 manat əsas, 4961,21 manat mükafat, 50 manat dəbbə pulu, ümumilikdə 16.832,22 manat pul tutularaq İddiaçı X10 ödənilməli, iddia qalan hissədə təmin olunmamalıdır. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 12,33 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 17,67 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Lizinq obyekti olan 2014-cü il buraxılışlı “Daewo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA583556 ban, 0101 mühərrik nömrəli, ağ rəngli avtomobil Cavabdeh alınaraq mülkiyyətçi İddiaçı X10 geri qaytarılsın. Cavabdeh xx xxxxxx 2014-cü il tarixli AL-1274 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxx 2019-cu il tarixə 11.821,01 manat əsas, 4961,21 manat mükafat və 50 manat dəbbə pulu olmaqla, ümumilikdə 16.832,22 (on altı min səkkiz yüz otuz iki manat iyirmi iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı X10 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 12,33 (on iki manat otuz üç qəpik) manat məbləğində pul Cavabdeh İddiaçı X8 xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 17,67 (on yeddi manat altmış yeddi qəpik) manat hissəsi İddiaçı X8 özünə aid edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-1595/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1595/2020
28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver