Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1597/2020 19.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh Maraqlı şəxs1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh, Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı mirasın qəbulu üçün müəyyən edilmiş müddətin uzadılması, vərəsəlik üzrə payların müəyyənləşdirilməsi, mirasın bölüşdürülməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə, maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı mirasın qəbulu üçün müəyyən edilmiş ğmüddətin uzadılması, vərəsəlik üzrə payların müəyyənləşdirilməsi, mirasın bölüşdürülməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X3, X1 və X5 mərhum X6 vərəsəsi olaraq tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəsatəti əsasında Maraqlı şəxs1 və Maraqlı şəxs2 cavabdeh kimi tanımasıbarədə qərardad qəbul olunmuşdur. İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə poçt vasitəsi ilə daxil olmuş ərizəsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Ayvazov küçəsi (əvvəlki 4048/49 məhəllə) ev 1 ünvanında yerləşən 170 saylı mənzilə dair mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətin üzürlü səbəbdən ötürülməsini müəyyən edərək, ötürülmüş müddətin bərpa edilməsi barədə zəmin əmlakın 1/3 payına dair onun vərəsəlik hüququnun müəyyən olunması və bu paya dair vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, Maraqlı şəxs1 və Maraqlı şəxs2 müvafiq olaraq qardaşı və bacısıdır. Ataları - X7 xx.xx.2017- ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Ayvazov küçəsi (əvvəlki: 4048/49 məhəllə), ev 1 ünvanında yerləşən 170 saylı mənzil atasının mülkiyyətində olmuşdur. O, xx xxxxxx 2020-ci il tarixdə mirasın qəbulu üçün Cavabdehnə müraciət etmiş, həmin notariat ofisi ona 59 nömrəli imtina cavabında bildirmişdir ki, mirasın qəbulu üçün müddət buraxıldığı və digər vərəsələrlə onun arasında mübahisə olduğu üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Mərhum atasının ondan başqa vərəsələri yoxdur. Onun atası rəhmətə getdikdən sonra mirasın qəbulu üçün 3 ay müddətin olduğunu bilmirdi. Buna görə də notariat ofisinə gec müraciət etmişdir. Onun notariat ofisinə gec müraciət etməsi məcburi pay hüququndan imtina anlamına gəlmir. Belə ki, hüquqdan yalnız bilikli imtinaya yol verilir, yəni şəxs öz hüququndan imtina edərkən həmin hüququn məzmununu və imtinanın nəticələrini aydın şəkildə dərk etməlidir. Onun 3 ay ərzində mirası qəbul etməməsinin və ya ondan imtina etməməyin (vərəsənin susması) onun hüququndan imtina kimi qiymətləndirilə bilməz, çünki o, bilikli olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 9.3-cü maddəsinə görə qanunu bilməmək qanunun tətbiq edilməməsinə əsas verə bilməz. Bu müddəa qanunu bilməməyi üzrlü səbəb hesab etməyi məhkəməyə qadağan etmir. Məhkəmə qanunu bilməməyi işin digər halları ilə birlikdə qiymətləndirərək müddətin ötürülməsinin üzrlü səbəbi hesab edə bilər. Bundan başqa, iş üzrə maraqlı şəxslərlə onun arasında payların bölünməsi ilə bağlı da mübahisə vardır. Buna görə də o, məhkəməyə müraciət edərək həm ötürülmüş müddətin uzadılması, həm də payların bölgüsünü tələb etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Maraqlı şəxs1 iddiaçının iddia tələbinin əsassız hesab etdiyini bildirərək izahatında göstərdi ki, Azərbaycan Respublikası MM-nin 1243 maddəsinin tələbinə əsasən miras o vaxt vərəsə tərəfindən qəbul edilmiş saylırıb ki, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi təqdirdə ərizə versin və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayəiş etdirsin. Lakin iddiaçı tərəfindən mirasın qəbul edilməsi barədə notariat ofiisinə ərizə verilməmiş, nə əmlaka sahiblik etmiş, nə də əmlakı idarə etməyə faktiki başlamışdır. İddiaçı mirasın qəbulu üçün müəyyən edilmiş 3 və 6 aylıq müddəti heç bir üzürlü səbəb olmadan ötürmüşdür. Odur ki, iddiaçının iddia tələbini əsassız hesab edir və təmin edilməməsini xahiş edir. Cavabdehnə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Maraqlı şəxs2 məhkəməyə xx.xx.2020-ci il tarixdə poçt vasitəsi ilə daxil olmuş ərizəsindən müəyyən olunur ki, ailə vəziyyəti ilə əlaqədar üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. İddia tələbini əsassız hesab edir. İddiaçı mirasın qəbulu üçün müəyyən edilmiş müddəti heç bir üzürlü səbəb olmadan ötürmüşdür. İddiaçı tərəfindən iddia tələbi yalnız formal mülahizələr əsasında qurulmuş və iddia ərizəsində qeyd olunanları təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, o, xx.xx.2017-ci il tarixində vəfat etmiş atası X2 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Ayvazov küçəsi (əvvəlki: 4048/49 məhəllə), ev 1, mənzil 170 ünvanında yerləşən 4 otaqlı mənzilə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Təqdim etdiyi sənədlərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, mirasın qəbul edildiyi müddət buraxılmışdır. Vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Odur ki, müddət burazıldıbı və digər vərəsələrlə aralarında mübahisə olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunur. İş materiallarında olan “xxxxxxxx” MTK tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, qara Qarayev prospekti 2517/18 məhəllə, 1 № evin 89 “a” mənzilində yaşayır. Beləliklə də məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2017-ci ildə vəfat etmiş X7 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, (əvvəlki 4048/49 məhəllə) ev 1 ünvanında yerləşən 170 saylı mənzildən miras qalmışdır. İddiaçı mirasın qəbul etdiyi müddəti buraxmışdır. İddiaçı qanunla müəyyən edilmiş müddətdə Notariat kontoruna müraciət etməmişdir. İddiaçı Cavabdehnə ərizə ilə müraciət etmiş, lakin iddiaçıya, mirasın qəbul edildiyi müddəti buraxıldığından və digər vərəsələrlə iddiaçı arasında mübahisə olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı X4 qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasın qəbulu üçün müraciət etməmişdir. Eləcə də sonuncu tərəfindən miras əmlakı faktiki qəbul etməsi təsdiq olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2.-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Sadalanan xüsusatlara və qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, İddiaçı mərhum atasının vəfatından sonra mirası faktiki olaraq qəbul edərək, idarə etməsinə, həmçinin, miras açıldığı gündən altı ay ərzində bu barədə notariat kontoruna ərizə ilə müraciət etmədiyindən, eləcə də həmin müddəti üzrlü səbəbdən ötürməsini təsdiq edən hər hansı sübutu təqdim edə bilməmişdir. Belə olan halda onun miras payının tanınmasına dair iddiası əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə, cavabdehlər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı mirasın qəbulu üçün müəyyən edilmiş müddətin uzadılması, vərəsəlik üzrə payların müəyyənləşdirilməsi, mirasın bölüşdürülməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbi barədə iddiası rədd edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-1597/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1597/2020
19.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver