Məhkəmə qərarları › İş №2(010)-1603/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1603/2021

12.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1603/2021 12.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Qafarova Rübabə Nurulla qızı Әrizəçi Әrizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair” ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜӘYYӘN ETDİM: Әrizəçi Әrizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək xahiş etmişdir ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A№220143 nömrəli “torpaq sahəsinin planı və ölçüsü”ndə qeyd olunmuş Eybaliyeva Göyçək Şükür qızının, AR ӘMDK yanında Daşınmaz Әmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya RX № ******* nömrəli çıxarışda mülkiyyətçi kimi qeyd olunmuş Eybaliyeva Göyçəy Şükür qızının, Dövlət Bələdiyyə Fondunun (DBF) siyahısında torpaq sahibi kimi 206-cı şəxs olan Eyvazova Göyçək Şükür qızının, seriya AZE № 03342182 nömrəli şəxsiyyət vəsiqəsinin sahibi Eybaliyeva Göyçəy Şükür qızı ilə eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Belə ki, AR MPM-in 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanları nəzərə alaraq, hesab edirəm ki, ərizəçinin sözügedən tələbinə məhkəmədə baxılmalı olmadığından ərizəçinin həmin ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, AR MPM-nin 153.2.1 və 153.3-cü maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad çıxarır. Eləcə də işə məhkəmə qaydasında baxılmalı deyildirsə, qərardadda iddiaçının hansı orqana müraciət etməli olması göstərilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264-cü maddəsini rəhbər tutaraq, QӘRARA ALDİM: Әrizəçi Әrizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair” ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. Әrizəçiyə izah edilsin ki, o, hazırki ərizəsindəki məsələ ilə bağlı Daşınmaz Әmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməlidir. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakı̇ m Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar