Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1604/2021 08.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi İmanov Rəşadət Rəvayət oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X2, Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcunun silinməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcunun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC tərəfindən ona hesablanmış 820,60 AZN manat məbləğində debitor borcun əsassız hesab edilərək, silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 iddia tələbini müdafiə edib, o, ünvan 1 ünvanında yaşayır. Həmin evdə yaşayıb elektrik enerjisindən mütəmadi istifadə etmiş və öz borcunu da «xxxx» ASC-nin əməkdaşları tərəfindən ona verilmiş «bildiriş xəbərdarlıq» vərəqəsində göstərilən məbləğdə ödəmişdir. O, həmin ev sahəsində işlətdiyi enerjiyə görə 27.01.2020-ci il tarixdə «xxxx» ASC-nın işçiləri gələrək həmin mülkiyyətində olan enerji saygaçının möhürü və düzgün quraşdırılmaması barədə akt tərtib edərək 820.60 qəpik borc yazaraq akt tərtib etmişdir. O zaman «xxxx» ASC-nin əməkdaşları həmin sayğaca müdaxilə etmədiyini bildirərək onun gunahi olmadığını dedi və o, bu barədə Suraxanı rayon «xxxx» ASC-yə müraciət edərək oradan onu işıq departamentinə göndərdilər və orada bildirdilər ki, “sayğac düzgün quraşdırılmamışdır ama sizin istifadə etdiyiniz işıq sərfiyatı və ödədiyiniz çeklərlə düzgün gəlir lakin biz bu barədə heç bir tədbir görə bilmədiyimizdən ərazi üzrə məhkəməyə müraciət edəsiniz”. Bu səbəbdən də o, ərizə üzrə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. «xxxx» ASC-nin əməkdaşları tərəfindən həmin borc məbləğinin ondan tələb edilərkən o, onlara yaranmış borc məbləğinin ona heç bir aidiyyətinin olmamasını bildirmişdir. Bununla əlaqədar İddiaçı “xxxx” ASC tərəfindən ona hesablanmış 820,60 AZN manat məbləğində debitor borcun əsassız hesab edilərək, silinməsi barədə qətnamə qəbul eidlməsini xahiş etmişdir. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X3 iddia ərizəsinə etiraz edərək, 27.01.2020-ci il tarixində sayğaca baxış keçirilmiş, sayğacda aşkar olunmuş faktlarla bağlı akt tərtib olunmuş və 820 manat hesablanmışdır. Akt tərtib olunduqdan sonra qapı döyülmüş, lakin açan olmamışdır. Həmin borc sərfiyyatla bağlı deyil, enerji itkisi ilə bağlıdır. Son olaraq iddianın rədd edilməsini və buna dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsinin və cavabdehin etibarnamə üzrə nümayəndəsinin izahatlarını və çıxışlarını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş materiallarını nəzədə keçirərək, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xxxx ASC tərəfindən Suraxanı rayonu, Əmircan kəndi, ünvan 2 ünvanında yerləşən istehlakçı İddiaçı məxsus sayğaca 27 yanvar 2021-ci il tarixli akt tərtib olunmuşdur. Həmin akta göstərilmişdir ki, yoxlama zamanı məlum oldu ki, elektrik sayğacının alt qapaq möhürü yerində yoxdur. Sayğacın qoşulma sxemi səhvdir, faz xətləri eyni yuvaya bərkidilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh iddiaçının mənzilinə yeni sayğac quraşdırmış, daha sonra vurulmuş ziyana görə akt tərtib etmiş və iddiaçıdan pul tələb etmiş, istehlakçı isə cavabdehin tələbi ilə razılaşmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.3.-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır.Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. Elektrik enerjisinin alqı-satqı müqavilələri bu Qaydalara əlavə edilmiş birtipli müqavilələrə (1-5 nömrəli əlavələr) uyğun bağlanmalıdır. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 7.9-cu bəndinə əsasən, məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin Qaydaların 7.10-cu bəndinə əsasən, istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Həmin Qaydaların 7.11-ci bəndinə əsasən, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, sayğac iddiaçının cavabdehliyi sərhəddində quraşdırılmadığından onun (iddiaçı) tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda iddiaçıya əsassız olaraq 820,60 manat məbləğində əlavə sərfiyyat hesablanması qanunsuz olmuşdur. Halbuki həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Həmçinin nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin həyətində deyil, ondan kənarda yolda yerləşdirilmişdir. İddiaçının mənzilində elektrik sayğaclarının öz vəsaiti hesabına quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya qarşı qanunsuz və əsassız tələb irəli sürmüş, yəni istehlakçıdan itirilmiş elekrik enerjisinə və sayğacın dəyərinə görə pul tələb etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı və İddiaçı yaşadığı Bakı şəhəri, xxxx ASC tərəfindən Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsi, dalan 1, ev 2 ünvanına (abonent kodu: **********10002) hesablanmış 820,60 (səkkiz yüz iyirmi manat altmış qəpik) manat məbləğində borc “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı yaşadığı Bakı şəhəri, xxxx ASC tərəfindən Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsi, dalan 1, ev 2 ünvanına (abonent kodu: **********10002) hesablanmış 820,60 (səkkiz yüz iyirmi manat altmış qəpik) manat məbləğində borc “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-1604/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1604/2021
08.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver