Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-162/2022 01.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, X6 qızının katibliyi, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, iddiaçılar İddiaçı1 Hı̇ kmət oğlu və İddiaçı2 cavabdehlər Cavabdeh1 Şamı̇ l qızına, Cavabdeh2 və Baki Şəhəri 73̇ Sayli Dövlət Notarı̇ at Kontoruna qarşı müqavilənin etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 Hı̇ kmət oğlu və İddiaçı2 cavabdehlər Cavabdeh1 Şamı̇ l qızına, Cavabdeh2 və Baki Şəhəri 73̇ Sayli Dövlət Notarı̇ at Kontoruna qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında 21 oktyabr 2015-ci tarixində bağlanmış, Bakı şəhəri, 37 saylı notariat kontorunda 4Ə-200 nömrə ilə dövlət reyestrində qeydə alınmış “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışsdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında 21 oktyabr 2015-ci tarixində “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” bağlanmışdır. Müqavilə Bakı şəhəri, 37 saylı notariat kontorunda 4Ə-200 nömrə ilə dövlət reyestrinə daxil edilmişdir. Müqaviləyə əsasən Cavabdeh1 Bakı şəhəri, Zığ qəsəbəsi, Hətəm Allahverdiyev küçəsi 126C ünvanda yerləşən ümumi sahəsi 94.3 kv.m olan evi Cavabdeh2 bağışlamışdır. İddiaçı1 Hı̇ kmət oğlu həmin müqavilənin bağlanmasını xeyli sonar bilmiş və ona və digər qohumları həmin evdə qeydiyyatda olsalar da, onun razılığı olmadan bağışlanma müqaviləsi bağlanmışdır. Bakı şəhəri 37 saylı notariat kontoruna bağışlanma müqaviləsinə əsas olmuş sənədlərlə bağlı sorğu göndərilmiş və sorğuya cavab olaraq, təqdim olunmuş sənədlərin içərsində həmçinin İddiaçı1 Hı̇ kmət oğlunun razılıq ərizəsi olmuşdur. Lakin nəzərə alınmalıdır ki, İddiaçı1 Hı̇ kmət oğlu qeyd olunan müqavilənin bağlanılmasına və ya qeydə alınmasına razılıq ərizəsi verməmişdir və həmin ərizədəki imza İddiaçı1 Hı̇ kmət oğluna məxsus deyildir. Bundan başqa nəzərə alınmalıdır ki, qeyd olunan mənzildə həmçinin digər İddiaçı2 Bəhmən qızı qeydiyyatda olsa da, ondan da “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” bağlanarkən razılıq ərizəsi alınmamışdır. Lakin göründüyü kimi İddiaçı2 Bəhmən qızının razılıq ərizəsi olmadığı halda, həmçinin İddiaçı1 adına tərtib edilmiş razılıq ərizəsindəki imza ona məxsus olmadığı halda Bakı şəhəri, 37 saylı notariat kontoru qanunsuz olaraq “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”ni dövlət qeydiyyatına almışdır. 28.09.2021-ci il tarixdə məhkəmə iclasında izahat vermiş İddiaçı1 oğu, eləcə də hər iki iddiaçının nümayəndəsi qismində izahat vermiş onların vəkili Vəkil1 Vəkil1 iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Növbəti məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçılar və ya onların nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iddiaçıların iştirakı olmadan işin davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmədə Cavabdeh2 Məhəmməd qızı iddianı qəbul etməyərək izahatında bildirdi ki, onlar 2002-ci il tarixində ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 94.3 kv.m olan ev 8000 manat satışa qoyulmuş, o isə 12000 manat ödəniş edəndən sonra həmin evi ona bağışlamışlar. İddiaçı Bakı şəhəri, 37 saylı notariat kontorunda müqavilə bağlanması zamanı öz razılığını bildirsə də, hazırda əsassız olaraq hazırki iddianı qaldırmışdır. Məhkəmə araşdırılması zamanı təyin olunaraq keçirilmiş ekspertiza rəyi ilə idiaçıların dəlillərinin əsassız olması bir daha təsdiq olunmuşdur. İddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarına əlavə olunmuş və məhkəmə iclasında təqdiq olunmuş 4Ə/-200 saylı reyestrdə qeydə alınmış 21 oktyabr 2015-ci il tarixdə bağlanmış bağışlanma müqaviləsi üzrə notariat işindən görünür ki, Bakı şəhəri Zığ qəsəbəsi Hətəm Allahverdiyev küçəsi, 126C ünvanında yerləşən ümumi sahəsi 94.3 kv/m, yaşayış sahəsi 59.3 kv/m, yardımçı sahəsi 35 kv/m olan üç otaqlı fərdi yaşayış evinin Cavabdeh2 Cavabdeh1 tərəfindən bağışlanmışdır. Həmin notariat işində olan X2, X4 və İddiaçı1 tərəfindən mübahisələndirilən mənzilin hədiyyə şəklində Cavabdeh2 bağışlanmasına etiraz etmədikləri barədə yazılı ərizə yazmışlar. Məhkəmə baxışı zamanı iddiaçı tərəfin vəsatəti əsasında keçirilmiş məhkəməxəttşünaslıq ekspertizasının 22 aprel 2022-ci il tarixli 4/399-5/331 saylı rəyi ilə ekspertizaya təqdim olunmuş Bakı şəhəri 37 saylı notariat kontorunda 4Ə-200 nömrəli dövlət reyestrndə qeydə alınmış işin 19-cu vərəqəsində İddiaçı1 adından olan 21.10.2015ci il tarixli 7E-6548 reystr nömrəli razılıq ərizəsində “İddiaçı1” yazıları önündəki imza və “X5 yazılıb oxudum Razıyam” yazıları aşağıdakı imza İddiaçı1 tərəfindən icra olunması və İddiaçı1 tərəfindən verilmiş 21.10.2015-ci il tarixli 7E-6548 nömrəli razılıq ərizəsində “İddiaçı1” oğlu çap mətnin qarşısında olan imza “İddiaçı1” sözləri, “X5 yazılıb oxudum Razıyam” sözləri və həmin sözlərin alt hissəsində olan imza hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsiilə icra edilməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 666.1-ci maddəsində bağışlama müqaviləsinə verilmiş anlayışdan görünür ki, müqavilənin nəticəsində əmlak üzərində mülkiyyət hüquq hədiyyə verəndən hədiyyə alana keçir. Məhkəmə hesab edir ki, Cavabdeh2 tam qanuni əsaslarla bağlanmış müqavilə əsasında mübahisəli mənzili vicdanlı surətdə öz mülkiyyətinə qəbul etdiyindən onun mülkiyyət hüququ hər cür qəsdlərdən qorunmalıdır. Məhkəmə qeyd edir ki, İddiaçı1 mübahisələndirilən bağışlama müqaviləsinin bağlanması barədə məlumatı olmaması, buna dair yazılı razılıq verməməsi barədə dəlilləri iş üzrə keçirilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının rəyi ilə təkzib olunur. İddiaçı2 Bəhmən qızına münasibətdə isə məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, həmin iddiaçı mübahisəli evdə qeydiyyatda olduğunu bildirsə də, yuxarıda qeyd olunan və məhkəmədə tədqiq edilmiş notariat işinin materiallarından göründüyü kimi, mübahisələndirilən bağışlanma müqaviləsi bağlandığı zaman İddiaçı2 Bəhmən qızı ümumiyyətlə ünvan 3 ünvanında qeydiyyatda olmamışdır. Əksinə, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin məlumatlarından müəyyən olunur ki, İddiaçı2 Bəhmən qızı mübahisələndirilən müqavilə bağlanmasından 6 il sonra həmin ünvanda qeydiyyata alınmışdır. Sadalanan xüsusatalara və qanunvericiliyin tələblərinə əsaslanaraq məhkəmə bu nəticəyə gəlir ki, hazırkı mübahisə üzrə tərəflər arasında bağlanılmış daşınmaz əmlakın bağışlanmasına dair müqaviləsinin etibarlılığını şübhə altına alan hallar müəyyən edilmədiyindən və bağışlanma müqaviləsi bu cür bir əqdin həyata keçirilməsi üçün qanunla müəyyən edilmiş qaydada həyata keçirildiyindən cavabdehlərə qarşı irəli sürülmüş bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası əsassızdır. Eyi zamanda İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 22 aprel 2022-ci il tarixli bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 ( iki yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, həmin ekspertiza xərci iddiaçılardan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu : 142595, büdcə səviyyəsinin kodu:3 hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 Hı̇ kmət oğlunun və İddiaçı2 cavabdehlər Cavabdeh1 Şamı̇ l qızına, Cavabdeh2 və Baki Şəhəri 73̇ Sayli Dövlət Notarı̇ at Kontoruna qarşı müqavilənin etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsi təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti İddiaçı1 Hı̇ kmət oğlundan və İddiaçı2 alınaraq dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22) keçirilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-162/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-162/2022
01.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver