Məhkəmə qərarları › İş №2(010)-1622/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1622/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1622/2021 02.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, İddiaçı nümayəndəsi Nəcəfli ElnurTofiq oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Baxışev Rası̇ m Rafael oğluna qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nin cavabdeh Baxışev Rası̇ m Rafael oğluna qarşı lizinq müqaviləsi üzrə mübahisələr tələbi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 22 sentyabr 2018-ci il tarixli MAS-465 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməsi və Cavabdeh 22 sentyabr 2018-ci il tarixli MAS-465 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 23 oktyabr 2020-ci il tarixə 614.60 manat gecikdirilmiş əsas, 187.30 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 323.79 manat dəbbə pulu, 4025 manat dəymiş zərər ümumilikdə 5150.69 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1622/2021 nömrəli iş üzrə qəbul etdiyi 19.04.2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı MMC ilə cavabdeh X7 arasında bağlanmış 22 sentyabr 2018-ci il tarixli MAS-465 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi və Cavabdeh 22 sentyabr 2018-ci il tarixli MAS-465 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 23 dekabr 2020-ci il tarixə 614.60( altı yüz on dörd, 60) manat gecikdirilmiş əsas, 187.30 (yüz səksən yeddi manat 30 qəpik) manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 323.79 (üç yüz iyirmi üç 79) manat dəbbə pulu, 4025 (dörd min iyirmi beş) manat manat dəymiş zərər ümumilikdə və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla – cəmi 5.180,69 (beş min yüz səksən manat 69 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh Baxışev Rası̇ m Rafael oğlu məhkəməyə 08.05.2021-ci il tarixli ərizə ilə müraciət edərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1622/2021 saylı, 19.04.2021-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilib, işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1622/2021 nömrəli iş üzrə qəbul etdiyi 19.04.2021-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi barədə cavabdeh Baxışev Rası̇ m Rafael oğlunun ərizəsi təmin olunmuş işin mahiyyəti üzrə baxılması 03 iyun 2021-ci tarixə, saat 15:30-a təyin edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nəcəfli ElnurTofiq oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, İddiaçı MMC ilə Baxışev Rası̇ m Rafael oğlu arasında bağlanmış 22 sentyabr 2018-cu il tarixli MAS-465 №-li X6 əsasən Baxışev Rası̇ m Rafael oğlunun sifarişi ilə “KHAZAR SD” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı NVAW01HHFLE135050 ban nömrəli, tünd rəngli avtomobil 13800 manat məbləğində İddiaçı MMCnin mülkiyyətinə alınmış və sifarişçisinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Lizinq Şirkəti ilə Baxışev Rası̇ m Rafael oğlu arasında imzalanmış ödəniş cədvəlinə əsasən o, illik 15 faiz hesablanmaqla, 48 ay müddətinə hər ay 384,06 manat, ümumilikdə isə 18.435 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18.435 manatın 13800 manatı əsas məbləğ təşkil edir. Baxışev Rası̇ m Rafael oğlu tərəfindən lizinq Şirkətinə sonuncu ödəniş 23 oktyabr 2020-ci il tarixdə 350 manat məbləğində olmuşdur. “Baxışev Rası̇ m Rafael oğlunun 22 sentyabr 2018-cu il tarixli MAS-465 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 aprel 2021-ci il tarixə 1599.90 manat gecikdirilmiş əsas, 401.84 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 307.51 manat dəbbə pulu, ümumilikdə 2309.25 manat borcu yaranmışdır. Ona görə də, məhkəmədən iddia tələbinin təmin edilərək, İddiaçı MMC ilə bağlanmış 22 sentyabr 2018-ci il tarixli MAS-465 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməsi və Cavabdeh 22 sentyabr 2018-ci il tarixli MAS-465 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 23 oktyabr 2020-ci il tarixə 614.60 manat gecikdirilmiş əsas, 187.30 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 323.79 manat dəbbə pulu, 4025 manat dəymiş zərər ümumilikdə 5150.69 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 03.06.2021-ci il tarixli məhkəmə iclasında cavabdeh Baxışev Rası̇ m Rafael oğlunun nümayəndəsi X2 iddia tələbləri ilə razılaşmayaraq izahatında göstərmişdir ki, cavabdeh İddiaçı MMC ilə bağlanmış 22 sentyabr 2018-ci il tarixli MAS-465 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “KHAZAR SD” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilini istifadəsinə götürmüş və 2 il ərzində 9500 manat ödəniş etmişdir. Lakin cavabdehin səhhətində olan problemlərlə əlaqədar taksi fəaliyyəti ilə məşğul ola bilməmiş və dəfələrlə lizinq müqaviləsinin ləğv edilməsi və avtomobilin geri qaytarılmasını xahiş etmişdir. Lakin Lizinq verən buna heç bir reaksiya verməmiş, bu isə lizinq müqaviləsi üzrə borcların şişirdilməsinə səbəb olmuşdur. Lizinq verənin mülkiyyətində olan avtomobilə zərər vurulması ilə bağlı tələb də şişirdilmişdir. Belə ki, yol-nəqliyyat hadisəsi zamanı həmin avtomobilin yalnız sol qapı əzilmişdir. Bu isə heç bir halda 4025 manat miqdarında zərər vurulmasına gətirib çıxarda bilməzdi. Cavabdeh Baxışev Rası̇ m Rafael oğlu məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 22 sentyabr 2018-cu il tarixli MAS-465 №-li X5 müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, lizinq verən İddiaçı MMC ilə lizinq alan Baxışev Rası̇ m Rafael oğlu arasında bağlanmış müqaviləyə əsasən “KHAZAR SD” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil Baxışev Rası̇ m Rafael oğluna 48 ay müddətinə lizinqə verilmişdir. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, lizinqverən lizinq alanın sifariş etdiyi və bu Lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı öz mülkiyyətinə əldə edilməsini və muzdla Lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürür. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən,bu Lizinq müqaviləsinin əsas məbləği 13800 manat təşkil edir. Həmin Müqavilənin 7.2-ci bəndinə əsasən, gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0.3 % dəbbə pulu hesablanır və lizinq alan tərəfindən Lizinq verənə ödənilir. İş materiallarından görünür ki, Baxışev Rası̇ m Rafael oğlunun 22 sentyabr 2018-cu il tarixli MAS-465 №-li Daxili Lizinq müqaviləsi üzrə Lizinq Şirkətinə 08 aprel 2021-ci il tarixə 1599.90 manat gecikdirilmiş əsas, 401.84 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 307.51 manat dəbbə pulu, ümumilikdə 2309.25 manat borcu qalmışdır. İş materiallarından görünür ki, cavabdehə borcun vaxtında ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, lizinq alan Baxışev Rası̇ m Rafael oğlu 22 sentyabr 2018-cu il il tarixli X10 müqaviləsi üzrə, öz öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Buna görə də, İddiaçı MMC ilə cavabdeh Baxışev Rası̇ m Rafael oğlu arasında bağlanmış 22 sentyabr 2018-cu il tarixli MAS-465 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, və cavabdeh Baxışev Rası̇ m Rafael oğlundan 22 sentyabr 2018-cu il tarixli MAS-465 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 23 dekabr 2020-ci il tarixə 614,60 manat gecikdirilmiş əsas, 187.30 manat gecikdirilmiş mükafat hissədə iddia tələbi əsaslıdır. Bununla belə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə borcu 10 manat məbləğinə qədər azaldılmalıdır. Vurulmuş zərərin məbləğini müzakirə edən məhkəmə ilki olaraq onu qeyd edir ki, cavabdehin sahibliyində və istifadəsində olan zaman yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya (lizinq verənə) məxsus avtomobilə zərər vurulması işin mübahisəsiz halıdır. Bununla belə, iddiaçı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş zərəri 4025 manat məbləğində qiymətləndirsə də, zərərin məhz həmin həcmdə olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin vəsatəti əsasında təyin olunmuş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 08.09.2021-ci il tarixli, 9/4799 saylı rəyə əsasən, iddiaçı tərəfindən təqdim edilmiş 23.12.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alıqmaqla 2018-ci il buraxılışlı “Khazar SD” minik markalı, 90-PU 602 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3827 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər Sadalanan xüsusatları və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh tərəf ekspert rəyini şübhə altına alan hər-hansı sübut təqdim etməmiş, məhkəmə baxışı zamanı zərərin daha az olmasına ehtimal verən hallar aşkar edilməmişdir. Bu baxımdan iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək, avtomobilə dəymiş ziyanın ekspert rəyi ilə müəyyən edilmiş mədləğdə işin hallarına uyğun olmaqla ağlabatan və ədalətli hesab edir və bu nəticəyə gəlir ki, son nəticədə cavabdeh X3 iddiaçının xeyrinə 3827 manat tutulmalıdır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə,lizinq alan Baxışev Rası̇ m Rafael oğlu 22 sentyabr 2018-cu il il tarixli X10 müqaviləsi üzrə, öz öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Buna görə də, İddiaçı MMC ilə cavabdeh Baxışev Rası̇ m Rafael oğlu arasında bağlanmış 22 sentyabr 2018-cu il tarixli MAS-465 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, cavabdeh Baxışev Rası̇ m Rafael oğlundan 22 sentyabr 2018-cu il tarixli MAS-465 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 23 dekabr 2020-ci il tarixə 614.60 manat gecikdirilmiş əsas, 187.30 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 10 manat dəbbə pulu, eləcə də vurulmuş maddi zərər görə 3827 manat cavabdeh X3 İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Bundan əlavə iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, 100 manat ekspertiza xərcinə görə cavabdeh X4 aid edilməli və həmin vəsait ondan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944SVVİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu : 142319, büdcə səviyyəsinin kodu:3 hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. İddiaçı MMC ilə cavabdeh Baxışev Rası̇ m Rafael oğlu arasında bağlanmış 22 sentyabr 2018-ci il tarixli MAS-465 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilsin. Cavabdeh 22 sentyabr 2018-ci il tarixli MAS-465 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 614.60 ( altı yüz on dörd, 60) manat gecikdirilmiş əsas, 187.30 (yüz səksən yeddi manat 30 qəpik) manat gecikdirilmiş mükafat və 10 (on) manat dəbbə pulu, cəmi müqavilə üzrə 811,90 qəpik və vurulmuş maddi zərərə görə 3827 (üç min səkkiz yüz iyirmi yeddi) manat, eləcə də 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdeh Baxışev Rası̇ m Rafael oğlundan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944SVVİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu : 142319, büdcə səviyyəsinin kodu:3 hesabına ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar