Məhkəmə qərarları › İş №2(010)-1629/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1629/2023

05.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1629/2023 05.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, Ərizəçi X*4, Ərizəçi X*4 nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi X*4 (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi) “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X2* ərizə ilə müraciət edərək torpağa Mülkiyyət Hüququna dair JN-064F saylı Dövlət X3 yazılmış hissəsinin X2* və X23 yazılmış hissəsinin Ərizəçi kimi oxunmaqla həmin sənədin X*6 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, Göygöl (Xanlar) Aqrar İslahat Komissiyasının 03.**.*997-ci il tarixli *6 saylı qərarına əsasən onun ailə üzvlərinin mülkiyyətinə fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı üçün 0,08 ha torpaq sahəsi verilmişdir. Bu barədə torpağa mülkiyyət hüququna dair JN-064F saylı Dövlət Aktı var. Həmin Dövlət X4, Ərizəçi əvəzinə səhvən X*5 və X8 yazılmışdır. Həmin səhvin mövcudluğu onun və ailə üzvlərinin mülkiyyət hüququnu pozduğundan həmin ərizə ilə məhkəməyə muraciət etmiş, lakin həmin ərizədə ərizə tələbi səhv göstərildiyinə görə tələbimizi deqiqleşdirilməsi barədə məhkəməyə yeni ərizə vermişlər. Məhkəmə iclasında ərizəçi X27 ərizəni müdafiə edərək, izahatında ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X*4 nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək izahatında tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X30 ifadəsində göstərdi ki, ərizəçi X27 onun anasının qardaşıdır. X5 atasının adı Gürzalı, anasının adı Minayədir. Dayısıgildə ailənin yarısı Abbasov soyadında, yarısı isə Məmmədov soyadındadır. Dayısının Göygöl rayonunun Yeni Zod kəndində 8 sot torpaq sahəsi vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X28 ifadəsində göstərdi ki, ərizəçi X27 atasının həm dayısı oğlu, həm də bibisi oğludur. Ərizəçi X*4 ata adı Gürzalı, ana adı Minayədir. Ərizəçi X*4 Göygöl rayonunun Yeni Zod kəndində 8 sot torpaq sahəsi vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, ərizəçi X27 ilə həm kəndçidirlər, həm də qonşudurlar. Ərizəçi X*4 ata adı Gürzalı, ana adı Minayədir. Ərizəçi X*4 Göygöl rayonunun Yeni Zod kəndində 8 sot torpaq sahəsi vardır. İş materiallarına əlavə edilmiş Dövlət Notariat Arxivinin 05/0*-A-6*/3 saylı 07.06.202*ci il tarixli X*7 məktubundan görünür ki, Göygöl rayon Dövlət Notariat Ofisində 06 dekabr 2007-ci il tarixdə 2V-*-*48 reyestr nömrəsi ilə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi yoxlanıldıqdan sonra dublikatının verilməsi barədə Dövlət notariat arxivinə daxil olmuş müraciətinə baxılmışdır. Qeyd olunan şəhadətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, *4.04.2007-ci ildə vəfat etmiş X24 vərəsəsi Xanlar rayonu, Yeni Zod kəndində yaşayan həyat yoldaşı X*7 miras əmlakdan bərabər hissələrdə irs qalmışdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair İN-064E №-li kod 50802038 olan şəhadətnaməsinə AR DƏDRX-in Gəncə Ərazi İdarəsinin verdiyi *560 №-li *2.07.2007-ci il tarixli arayışına əsasən Xanlar r-n Yeni Zod kəndində olan 0,08 ha torpaq sahəsindən ibarətdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli «daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə» bildirişdən görünür ki, Göygöl rayonu, Yeni Zod kəndində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 08 sentyabr 2022-ci il tarixli, *522026*92 qeydiyyat nömrəli ərizənizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Aparılan araşdırma zamanı, təqdim edilmiş sənədlərlə Ərazi İdarəsinin arxiv məlumatlarında mülkiyyətçilərin adında olan uyğunsuzluğun aradan qaldırılması müvafiq düzəlişin aparılmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim edilmədiyi və hüquq sahiblərindən birinin vətəndaşlığı olmayan şəxs olduğu, həmçinin, əmlaka müayinə baxışına şərait yaradılmadığı müəyyən edilmişdir. Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.3-2.4-cü maddəsinin müddəalarına əsasən Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bacjlı mübahisələr məhkəmə qaydasında həll edilir. Yeni Zod kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X*2 Göygöl rayon Yeni Zod kənd icra nümayəndəliyi ərazisində yerləşən Yeni Zod kəndində keçmiş DTXK tərəfindən verilmiş 03-Noyabr *997-ci il tarixli *6 nömrə ilə qeydə alınmış (JN-064F, KOD: ********) torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunan şəxslərin soyadlarında, adlarında və ata adlarında texniki səhvlər edilmişdir. X2* AZE №04926805 —X*5, Ərizəçi DYİ №002226* — X23. JN-064F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, X25, X26, X*5 və X7 rayon Aqrar İslahat Komissiyasının 03.**.*997-ci il tarixli *6 saylı qərarı ilə 0.08 hektar mülkiyyətinə verilmişdir. Erm. SSR Vardenis rayon Zod kənd soveti tərəfindən *6.*2.*98*-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.*98*-ci ildə ER SSR-nin Vardenis rayonunda anadan olmuş, valideynləri X22 və X*8r. Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən **.06.20*2-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X25 *4.04.2007-ci ildə ölmüşdür. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, yuxarıda qeyd edilən tədqiq olunmuş iş materiallarına və araşdırılmış sübutlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi X27 xx.xx.*98*-ci ildə ER SSR-nin Vardenis rayonunda anadan olmuşdur. Göygöl (Xanlar) Aqrar İslahat Komissiyasının 03.**.*997-ci il tarixli *6 saylı qərarına əsasən X25, X26, X*5 və X*3 mülkiyyətinə fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı üçün 0,08 ha torpaq sahəsi verilmişdir. Bu barədə torpağa mülkiyyət hüququna dair JN-064F saylı Şəhadətnamə verilmişdir. Həmin X2, Ərizəçi əvəzinə səhvən müvafiq olaraq X*5 və X8 yazılmışdır. Beləliklə, o da Torpağın Mülkiyyətə Verilməsinə dair JN-064F saylı X* yazılmış hissəsinin X2* və X23 yazılmış hissəsinin Ərizəçi kimi oxunmaqla həmin sənədin X*9 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən şahidlər ərizəçinin qeyd etdiklərini təsdiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*7.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən. məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. MPM-in *4.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.* -ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 2*7.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-064F saylı X* yazılmış hissəsinin X2* və X23 yazılmış hissəsinin X9 oxunmaqla həmin sənədin *4.04.2007-ci ildə vəfat etmiş X*9 məxsus olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Torpağın Mülkiyyətə Verilməsinə dair JN-064F saylı X* yazılmış hissəsinin X2* və X23 yazılmış hissəsinin X9 oxunmaqla həmin sənədin *4.04.2007-ci ildə vəfat etmiş X*9 məxsus olması faktı müəyyən edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar