Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1635/2024 14.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) “vəsiyyətnamənin ləğv edilməsi və çıxarışın verilməsinin inzibati orqana həvalə edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) “vəsiyyətnamənin ləğv edilməsi, alqı-satqı müqaviləsinin etibarsız sayılması, çıxarışın ləğv edilməsi və çıxarışın verilməsinin inzibati orqana həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən X2 tərəfindən nəvəsi Cavabdeh3 2014-cü il tarixdə verilən vəsiyyətnamənin, 2021-ci il tarixdə Cavabdeh1 verilmiş 2V-134 reyestr nömrəli vəsiyyətnamənin ləğv edilməsi və X2 ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması, bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi və barışıq sazişində nəzərdə tutulan əmlakların ona qaytarılması, həmçinin əmlaklara dair çıxarışın verilməsinin DƏDRX-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, X2 ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması, bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi hissəsində iddiasını geri götürdüyünü bildirmişdir. Həmçinin ərizə verərək, vəsiyyətnamələrin ləğvini yox, etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə baxışının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə iddia tələbini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata “əmlaklara dair çıxarışın verilməsinin DƏDRX-yə həvalə edilməsi” hissəsində xitam verilməlidir. Belə ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmaq və bu barədə müvafiq sənədi (çıxarışı) təqdim etmək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin səlahiyyətindədir ki, bu orqan inzibati orqandır. Ümumi məhkəmə olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin isə inzibati orqanının üzərinə daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasına dair çıxarış verilməsi vəzifəsi qoymaq kimi bir səlahiyyəti yoxdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Odur ki, iddiaçı daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi tələbi ilə əvvəlcə müvafiq inzibati orqana müraciət etməli, onun bu müraciətinin təmin edilməsindən imtina edilərsə, inzibati icraat qaydasında inzibati məhkəməyə müraciət etməli, daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin həmin orqanın üzərinə qoyulmasını tələb etməlidir. Beləliklə, işə yuxarıda qeyd edilən hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 261. İcraata xitam verilmə əsasları. 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri. 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə icraata müvafiq hissədə xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261-262, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) “vəsiyyətnamənin ləğv edilməsi və çıxarışın verilməsinin inzibati orqana həvalə edilməsi” tələbinə dair iş üzrə icraata “əmlaklara dair çıxarışın verilməsinin DƏDRX-yə həvalə edilməsi” hissəsində xitam verilsin. Tərəflərə izah edilsin ki, iş üzrə icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisəyə dair məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-1635/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1635/2024
14.06.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver