Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1642/2023 01.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə iddiaçı arasında X1 iştirakı ilə xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi, Maraqlı şəxs 2023-cü ilin fevral ayından etibarən hər ayın 10-20-si tarixləri arasındə birgə nikahdan anadan olmuş övladı xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçının adına açılmış bank hesabına ödənilməklə hər ay 220 manat sabit pul məbləğində aliment (hər il uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq artım nəzərə alınmaqla) tutularaq iddiaçıya verilməsi, habelə mediatora ödədiyi 70 manat pulun və məhkəmə üçün ödədiyi 100 manat məbləğində dövlət rüsumunun Maraqlı şəxs alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Ərizəçi ilə Maraqlı şəxs xx.xx.2008-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X4 adlı övladları doğulmuşdur. Suraxanı rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, uşaq iddiaçının himayəsində saxlanılmış, cavabdehdən iddiaçının xeyrinə bir uşağının saxlanması üçün hər ay 120 manat məbləğində aliment təyin edilmişdir. Hal-hazırda «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanuna əsasən uşaqlar üçün yaşayış münimumu 2023-cü il yanvar ayının 1-dən 220 manat müəyyən edilmişdir. 7 il bundan əvvəl bir uşağı üçün təyin olunmuş 120 manat məbləğində aliment az miqdarda olduğundan həmin pul uşağın tələbatını ödəmir, 120 manat pula uşaq saxlamaq olmur, ona görə də alimentin həcminin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək istəyirdi. Odur ki, məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu üçün mediasiyaya müraciət etmiş, X1 iştirakı ilə mübahisəni qarşılıqlı həll etmək üçün Maraqlı şəxs ilə iddiaçı arasında xx.xx.2023-cü il tarixdə barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinin 1-ci bəndinə görə Maraqlı şəxs 2023-cü ilin fevral ayından etibarən hər ayın 10-20-si tarixləri arasında birgə nikahdan anadan olmuş övladı xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçının adına açılmış bank hesabına 220 manat sabit pul məbləğində aliment (hər il uşaqlar üçün yaşayış mininmumuna uyğun olaraq artım nəzərə alınmaqla) ödəməsi barədə öz üzərinə öhdəliklər götürmüşdür. Bağlanmış barışıq sazişinin 2.-ci bəndinə görə, Maraqlı şəxs Rafael oğlu alimenti gecikdirərsə və ya ödəməkdən imtina edərsə barışıq sazişinin 1-ci bəndini pozmuş sayılır və bu məhkəməyə müraciət etmək üçün əsasdır. Maraqlı şəxs fevral ayından başlayaraq hər ayın 10-20-si arası iddiaçıya 220 manat məbləğində aliment ödəməli idi, lakin o, fevral ayı üçün iddiaçıya yenə də 120 manat məbləğində aliment ödəmiş və bununla da, iddiaçıya 220 manat aliment ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi (vəkili) Vəkil ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclasında maraqlı şəxs iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəçinin nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Mediasiya prosesi nəticəsində Ərizəçi (Birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında xx.xx.2023-cü il tarixli, MŞB/16-00182 nömrəli barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlirlər: Maraqlı şəxs 2023-cü ilin fevral ayından etibarən hər ayın 10-20-i tarixləri arasında birgə nikahdan anadan olmuş övladları xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün birinci tərəfə (Ərizəçi) adına açılmış hesaba 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment (hər il uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq artım nəzərə alınmaqla) ödəyəcək. Maraqlı şəxs alimenti gecikdirərsə və ya ödəməkdən imtina edeərsə barışıq sazişinin 1-ci ndini pozmuş sayılır və bu məhkəməyə müraciət üçün əsasdır. Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçidərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. Tərəflər Sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən, Sazişin könüllü icrasından qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı Tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar. Sazişin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(010)- 4073/2016 saylı qətnaməsindən görünür ki, İddiaçı Namazlı (nikahdan əvvəl - Zöhrabova) İradə Aydın qızı ilə cavabdeh Maraqlı şəxs arasında xx.xx.2008-ci ildə bağlanmış və həmin tarixdə Bakı Nikah evi tərəfindən akt qeydləri kitabında 3329 nömrəsi ilə qeydə alınmış nikah pozulmuş hesab edilməsi, xx.xx.2009-cu il təvəllüdlü X3 iddiaçı Namazlı (Zöhrabova) İradə Aydın qızının yanında qalması müəyyən edilməsi, xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Maraqlı şəxs hər ay 120 (yüz iyirmi) manat olmaqla sabit pul məbləğində aliment tutularaq iddiaçı Namazlı (Zöhrabova) İradə Aydın qızına verilməsi qət edilmişdir. 22 fevral 2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, Ərizəçi məxsus olan hesaba xx.xx.2023-cü il tarixində 120 manat məbləğində vəsait köçürülmüşdür. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Ərizəçi ilə Maraqlı şəxs rəsmi nikah münasibətlərindən xx.xx.2009-cu il tarixdə X4 adlı övladı doğulmuşdur. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış olan nikah pozulmuş, ərizəçi ilə maraqlı şəxsin övladı Aydın ərizəçinin himayəsində saxlanılmışdır. Tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixli, MŞB/16-00182 nömrəli barışıq sazişi bağlanmış və bu sazişlə Maraqlı şəxs tərəfindən 2023-cü ilin fevral ayından etibarən hər ayın 10-20-i tarixləri arasında birgə nikahdan anadan olmuş övladları xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün birinci tərəfə (Ərizəçi) adına açılmış hesaba 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment (hər il uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq artım nəzərə alınmaqla) ödənilməsi qarşılıqlı razılıq əsasında həll edilmişdir. Daha sonra, barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli, MŞB/16-00182 nömrəli Barışıq Sazişi təsdiq edilməlidir. Son olaraq, məhkəmə onu da qeyd edir ki, tərəflər arasında bağlanmış barışıq sazişində xərclərlə bağlı qeyd edilmişdir ki: “...Əgər hər hansı tərəf digər tərəfə qarşı sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görümək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir”. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçi tərəfindən mediasiya prosesi üçün ödənilmiş 70 manat və barışıq sazişinin təsdiqi barədə ərizə ilə bağlı məhkəməyə müraciət üçün ödənilmiş 100 manat məbləğində vəsait Maraqlı şəxs Rəfail oğlundan tutularaq Ərizəçi xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya qaydasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/16-00182 nömrəli Barışıq Sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: “Maraqlı şəxs 2023-cü ilin fevral ayından etibarən hər ayın 10-20-i tarixləri arasında birgə nikahdan anadan olmuş övladları xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün birinci tərəfə (Ərizəçi) adına açılmış hesaba 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment (hər il uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq artım nəzərə alınmaqla) ödəyəcək. Maraqlı şəxs alimenti gecikdirərsə və ya ödəməkdən imtina edərsə barışıq sazişinin 1-ci bəndini pozmuş sayılır və bu məhkəməyə müraciət üçün əsasdır. Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. Tərəflər Sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən, Sazişin könüllü icrasından qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı Tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar. Sazişin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.” Ərizəçi tərəfindən mediasiya prosesi üçün ödənilmiş 70 manat və barışıq sazişinin təsdiqi barədə ərizə ilə bağlı məhkəməyə müraciət üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Maraqlı şəxs Rəfail oğlundan tutularaq Ərizəçi xeyrinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-1642/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1642/2023
01.03.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver