Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1663/2023 19.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-0077 KOD 80504049 saylı dövlət aktının ona, X*, X3 və X2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Masallı rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ona və ailə üzvlərinə torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı ilə paybəlli torpaq sahəsi verilmişdir. Lakin qeyd edilən torpaq sahəsi verilərkən onun və digər ailə üzvlərinin adı və ata adı səhv qeyd edilmişdir. Onlara Masallı rayonun Böyük Xocavar kəndində paybəlli torpaq sahəsi verilsə də, müəyyən sənədləşmə işlərini aparmaq istəyəndə həmin torpaq sənədində onun və digər şəxslərin ata adı düzgün qeyd edilmədiyindən sənədləşmə edə bilməmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə ərizəçini dinləyib, hazırki iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan *3.*2.20*9-cu il tarixli arayışdan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN-0077 KOD 80504049 saylı dövlət aktında Ərizəçi adı səhvən Mahirə kimi yazılmışdır və düzgün yazılışın Ərizəçi olduğu qeyd edilmişdir. Ərizənin mahiyyətindən aydın olur ki, ərizəçinin məqsədi həmin sənəddə onun adının səhv qeyd olunmasının müəyyən edilməklə torpağa dair sənədin ona və digərlərinə məxsus olmasının müəyyən edilməsindən ibarətdir. Lakin yuxarıda qeyd olunan arayışdan göründüyü kimi, səlahiyyətli dovlət orqanı öz arayışı ilə sənəddə olan texniki səhvi düzəltmişdir. Başqa sözlə, ərizəçinin məhkəmədən müəyyən edilməsini xahiş etdiyi halı səlahiyyətli dövlət orqanı artıq müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, hüquq əhəmiyyətli halların müəyyən edilməsinə xüsusi icraat qaydasında o zaman baxılır ki, şəxs həmin halı başqa qaydada təsdiq edə bilməsin. Bu baxımdan məhkəmə hesab edir ki, ərizəçi hüquqmüəyyənedici sənədlərin alınması üçün müvafiq inzibati orqana müraciət etməli, müraciət müsbət qarşılanmadığı təqdirdə isə həmin orqanın qərarından Bakı İnzibati Məhkəməsinə şikayət verə bilər. Azərbaycan Respublikası MPM-nın 26*.0.*-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə görə, bu Məcəllənin 26*.0.*-ci və ya 26*.0.8ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Ərizəçi hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İş üzrə ödənilmiş *00 manat dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, torpağa dair müvafiq sənəddə düzəliş edilməsi ilə bağlı müraciət etdiyi inzibati orqan qərarı ilə bağlı şikayətlə Bakı İnzibati Məhkəməsinə müraciət edilə bilər. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-1663/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1663/2023
19.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver