Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1666/2024 13.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiаçı İddiaçı cаvаbdeh Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh tərəfindən **********00000 saylı abonent kodu üzrə ona hesablanmış 1026.1 manat debitor borcun əsassız hesab edilərək silinməsi, həmin borca görə cavabdehin tələb hüququna xitam verilməsi və ondan tutulmuş 295.35 manat pul vəsaitinin Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ə.Əsgərov küçəsi, ev 12 ünvanında yaşayır. Həmin yaşayış evi onun atasına məxsus olmuş, qeyd olunan yaşayış evinə Cavabdeh tərəfindən qaz xətti çəkilmiş, **********00000 saylı abonent kodu açılaraq yaşadıqları evdə “Zenner G4” markalı, Smartkart tipli sayğac quraşdırılmışdır. Bu vaxta qədər həmin evə dair abonent kodu atası Əzizağa Əsədovun adına olmuş, sonradan isə onun adına keçmişdir. O, bu vaxta qədər smart-karta pul yükləyərək, yüklədiyi pulun həcmində qazdan istifadə etmiş, kartda pul qurtaran zaman qaz kəsilmiş, normal olaraq yenidən pul yükləmədən qazdan istifadə edə bilməmişdir. O, bu yaxınlara qədər heç bir məbləğdə borcu olmadan qazdan istifadə etmiş, lakin sonradan onun smart-karta yüklədiyi pul vəsaitinin yarısı ondan tutulmuş, bu barədə cavabdehdən məlumat aldıqda isə onun 1321.45 manat məbləğində borcunun olması və 23 yanvar 2024-cü il tarixə onun borcunun 1026.10 manat qalması bildirilmişdir. O, həmin borcun əsassız hesablanmasına görə borcun silinməsi tələbi ilə Cavabdehnə müraciət etmiş, lakin cavabdeh 1026.10 manat borcun onun tərəfindən ödənilməli olduğunu bildirilmişdir. Hətta o, cavabdehdən həmin borcun hansı əsasla hesablanmasını soruşduqda, cavabdeh onun borcunun 2007-ci ildə akt əsasında hesablanmasını şifahi olaraq bildirsə də, bu barədə ona hər hansı rəsmi sənəd təqdim etməmişdir. Cavabdeh tərəfindən təqdim edilən “abonentin saldosu”ndan da görünür ki, həmin borc 2010-cu ildən əvvəl yaranmışdır və o, cavabdehdən 2010-cu ildən əvvələ olan bu məlumatları tələb etsə də, cavabdeh ona bu məlumatları təqdim etməmiş, həmin məlumatların saxlanmamasını bildirmişdir. Göründüyü kimi əsası olmayan və ya əsası bilinməyən bir borcu cavabdeh qanunsuz olaraq ondan tutur ki, bu da onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdeh həmin borcun ona 2007-ci ildən hesablanmasını desə də, “Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borcların silinməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2009-cu il tarixli Fərmanına əsasən həmin borcu silməli olduğu halda həmin borcu silməmişdir. Halbuki, “Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borcların silinməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2009-cu il tarixli Fərmanına əsasən əhalinin sosial müdafiəsinin gücləndirilməsi və istehlak edilmiş təbii qazın dəyərinin ödənilməsində yaranmış vəziyyətin tənzimlənməsi məqsədilə istehlak edilmiş təbii qaza görə əhalinin 1 oktyabr 2009-cu il tarixinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə yaranmış 327 milyon manat məbləğində borclarının silinməsi qərara alınmışdır. Abonent saldosundan da göründüyü kimi, cavabdehin ondan tələb etdiyi 1321.45 manat borc sonuncu dəfə 2013-cü ildə yaranmış borcdur və həmin borcun əsasını təşkil edən heç bir sənədi cavabdeh ona təqdim edə bilməmişdir. Əgər cavabdehin şifahi qaydada məlumatı nəzərə alınarsa, yəni ondan tələb edilən həmin borcun 2007-ci ildən hesablanması nəzərə alınarsa, o zaman həmin borc Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2009-cu il tarixli Fərmanına əsasən silinməli idi. Hətta həmin borcun abonent saldosunda göstərildiyi kimi, 2010-cu ildən sonra və 2013-cü ilədək yaranması nəzərə alınarsa, bu zaman həmin tələb üçün qanunla nəzərdə tutulan müddət ötdüyünə görə həmin tələb də qüvvəsini itirir. Beləliklə, hesab edir ki, Cavabdeh tərəfindən ona hesablanmış 1026.1 manat debitor borc əsassız hesab edilərək silinməli, həmin borca görə cavabdehin tələb hüququna xitam verilməli və ondan tutulmuş 295.35 manat pul vəsaiti cavabdehdən tutularaq ona ödənilməlidir.
İddia tələbinin həcminin azaldılması.
3. Daha sonra İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İB tərəfindən ona hesablanmış 1026.1 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
4. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh İB-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək əlavə ediləcək başqa sübutlarının olmadığını, məhkəmə iclasının digər işlə bağlı baxış iclası ilə eyni vaxta düşdüyünü bildirmiş, bu səbəbdən məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İş materialları.
6. İddiaçı abonent olduğu Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ə.Əsgərov küçəsi, ev 12 ünvanında yerləşən sayğaca (**********0000 saylı abonent kodu) dair abonent saldosunda 01.2024-cü il tarixə 1026.1 manat məbləğində borcun olduğu qeyd olunmuşdur.
İşin faktiki halları.
7. Cavabdeh İstehsal Birliyinin əməkdaşları tərəfindən İddiaçının abonent olduğu ünvanda (ünvan 1ş sayğaca dair borc hesablanmışdır.
8. İddiaçı həmin borcun əsasız hesablanmasını və bu səbəbdən hesablanmış borcun silinməsini xahiş edir.
Tətbiq edilən hüquq.
9. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 3. İstehlakçıların hüquqları. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə. Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.
10. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu.
Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”.
4. Qaz sayğaclarının quraşdırılması və istismarı. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 560. Hüquqdan sui-istifadənin qadağan edilməsi. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.5.2. istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
14. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanunu.
Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar.
Məhkəmənin mövqeyi.
15. Yuxarıda qeyd edilmiş normalardan göründüyü kimi, istehlakçı tərəfindən qazdan istifadə qaydalarının pozulması nəticəsində zərər dəyibsə, müəssisə (Cavabdeh ASC) həmin zərəri istehlakçıdan (İddiaçı) tələb etməkdə haqlıdır. Lakin bunun üçün ilk növbədə, bu zərərin həqiqətən iddiaçının təqsirli hərəkətləri nəticəsində dəymiş olduğu sübut edilməlidir. Bu halı sübut etmək isə hər bir halda cavabdehin üzərinə düşür.
16. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
17. İş materiallarından görünür ki, iddiaçının təqsirli hərəkətləri nəticəsində dəymiş zərəri sübut etmək üçün cavabdeh tərəfindən məhkəməyə iddia edilən pozuntuların (qazdan qeyri-qanunu istifadə) aşkar edilməsi barədə sübutlar təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, ancaq abonentin saldosu əsasında iddiaçının abonent olduğu ünvanda qazdan qeyri-qanuni istifadə edildiyi nəticəsinə gəlmək mümkün deyil. Ona görə ki, cavabdeh tərəfindən bu halı təsdiq edəcək hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.
18. İddiaçının qazdan qeyri-qanuni istifadə etməsini təsdiq edən hər hansı sübüt təqdim edilmədiyindən məhkəmə belə nəticəyə gəlir ki, iş materialları əsasında İddiaçı abonent olduğu ünvanda qazdan qeyri-qanuni istifadə edildiyi sübuta yetirilməmişdir. Bu səbəbdən iddiaçıdan pul tələb edilə bilməz. Odur ki, iddia təmin edilməli, iddiaçıya hesablanmış borc onun hesabından silinməlidir.
Məhkəmənin gəldiyi nəticə.
19. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən dəymiş zərər kimi İddiaçı məxsus **********00000 saylı abonent koduna hesablanmış 1026.1 manat məbləğində borc silinməlidir.
20. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı hesablanmış (**********00000 saylı abonent kodu) 1026.1 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva