Məhkəmə qərarları › İş №2(010)-1673/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1673/2024

20.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1673/2024 20.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxs "xxxx" ASC) qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (üçüncü şəxs "xxxx" ASC) “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh1 və Cavabdeh2 tərəfindən abunə kodu **********5001112 olan, ona məxsus ünvan 1 ünvanda yerləşən 112 saylı mənzillə bağlı ilə elektrik enerjisindən sərfiyyata görə yaranmış 7656.49 manat borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən mülki prosessual qanunvericiliyin aşağıda göstərilən tələblərinə əməl edilmədiyindən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, cavabdehlər Cavabdeh1 və Rüstəmov X2 rayonunda qeydiyyatdadırlar. Buna baxmayaraq, iddiaçı iddia ərizəsində cavabdehlərin məcburi köçkün kimi Suraxanı rayonunda müvəqqəti məskunlaşmasını əsas götürərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin iddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-741/2019 saylı qətnaməsindən görünür ki, X1 ailə üzvləri ilə birlikdə (iddia ərizəsində cavabdeh kimi qeyd edilmiş şəxslər) İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən 112 saylı mənzildən çıxarılması qət edilmişdir. Göründüyü kimi, cavabdehlərin məcburi köçkün kimi Suraxanı rayonu ərazisində müvəqqəti məskunlaşması iş materiallarından görünmür. Lakin məhkəmə hesab edir ki, bu hal müəyyən edilsə belə bu, iddiaçının hazırkı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etməsinə əsas verməzdi. Belə ki, məcburi köçkünlərin qeydiyyatda olduqları işğaldan azad edilmiş rayonlarda sakinlərin kütləvi yerləşdirilməsi hələ ki tam təmin edilmədiyindən onların demək olar ki hamısı respublikanın müxtəlif rayonlarında müvəqqəti məskunlaşmışdır. Lakin bu o demək deyil ki, məcburi köçkünlərin işlərinə birmənalı olaraq müvəqqəti məskunlaşdıqları rayonun məhkəməsində baxılmalıdır. Əks halda məcburi köçkünlərin rəsmi qeydiyyatda olduqları məhkəmələrin fəaliyyətinə ümumiyyətlə zərurət qalmazdı. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasında yurisdiksiyası Zəngilan rayonu olan məhkəmə - Zəngilan Rayon Məhkəməsi Bakı şəhərində fəaliyyət göstərir və rəsmi olaraq Zəngilan rayonunda qeydiyyata alınmış cavabdehlərin işlərinə də ümumi aidiyyət qaydasında həmin məhkəmə baxmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, Zəngilan rayonundan məcburi köçkün olan və rəsmi olaraq Zəngilan rayonunda qeydiyyatda olan cavabdehlərin faktiki olaraq Suraxanı rayonu ərazisində yaşaması onların cavabdeh olduğu işə ümumi aidiyyəti qaydasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmalı olduğunu mənasına gəlmir. Bu vəziyyətdə hazırkı iddia ərizəsinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxıla bilməz. Ona görə ki, cavabdehlər Cavabdeh1 və Rüstəmov X2 rayonunda qeydiyyatda olduğundan işə ümumi aidiyyət qaydasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılması istisna edilir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Bundan əlavə, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla nəzərdə tutulmuş dövlət rüsumunu ödəməmişdir. Nəzərə alınmalıdır ki, hazırkı iddia istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verilən iddia deyil. Bu baxımdan iddiaçı bu iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumunun ödənilməsindən azad olmamışdır. Belə olan halda hazırkı iddia ərizəsi həm ərazi aidiyyəti qaydalarına riayət edilmədən verilmədiyindən, həm də lazımi qaydada dövlət rüsumu ödənilmədiyindən iddia ərizəsi və ona əlavə ediilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxs "xxxx" ASC) qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar