Məhkəmə qərarları › İş №2(010)-1674/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1674/2021

14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1674/2021 14.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsindən imtina edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 14 oktyabr 2021-ci il tarixdə, Suraxanı rayon məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsindən imtina edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1849, ev 1/93, mənzil 64-də yerləşən ümumi sahəsi 49,31 kv/m olan iki otaqlı yaşayış sahəsinə dair 4 saylı Bakı “ASAN xidmət” mərkəzində 18 avqust 2020-ci il tarixli daşınmaz əmlakın Cavabdeh bağışlama müqaviləsindən imtina edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, mülkiyyət hüququ əsasında ona məxsus olan mübahisəli mənzili 4 saylı Bakı "ASAN xidmət" mərkəzində 18 avqust 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh bağışlamışdır. Cavabdeh onun arvadıdır. O, mülkiyyət hüququ əsasında məxsus olmuş evini arvadına bağışlasa da, sonuncu həmin əmlakı qəbul etməmiş və həmin vaxtdan pasport qeydiyyatından çıxaraq valideynlərinə məxsus evdə yaşayır. Hədiyyə verilən əmlakla bağlı o, dəfələrlə həmin öhdəliklərin yerinə yetirilməsi üçün cavabdehə müraciət etsə də, arvadı imtina etmişdir. Evin bağışlanmasına dair müqavilədən imtina etmək barədə cavabdehə telefonla SMS-lə yazılı bildirsə də, o susmuş və cavab verməmişdir. Odur ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1849, ev 1/93, mənzil 64-də yerləşən ümumi sahəsi 49,31 kv/m olan iki otaqlı yaşayış sahəsinə dair 4 saylı Bakı “ASAN xidmət” mərkəzində 18 avqust 2020-ci il tarixli daşınmaz əmlakın Cavabdeh bağışlama müqaviləsindən imtina edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1849, ev 1/93, mənzil 64-də yerləşən ümumi sahəsi 49,31kv.m olan iki otaqlı yaşayış sahəsinə dair 4 saylı Bakı ASAN Xidmət mərkəzində 18 avqust 2020-ci il tarixli daşınmaz əmlakın Cavabdeh bağışlama müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X1 həm yazılı, həm şifahi vəsatətlə çıxış edərək, hazırkı mülki işin aidiyyat qaydalarına riayət edilmədiyindən Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Həmin vəsatəti onunla əsaslandırmışdır ki, iddianın predmeti 2(010)-1674/2021 saylı mülki iş üzrə iddia ərizəsi Suraxanı Rayon Məhkəməsinə verilərkən mülki prosessual normaya uyğun verilməmişdir, Cavabdeh qeydiyyatı Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, ev 8A, mənzil 11-də olduğuna görə mülki işin aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin ləğv edilməsi tələbinə dair iddianın predmeti birbaşa bağışlanma müqaviləsi və həmin müqavilə üzrə öhdəliklərin icra edilib-edilməməsinin müəyyən edilməsi ilə bağlıdır. Hesab olunur ki, həmin halda iddia ərizəsi müqavilənin predmeti olan , Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1849, ev 1/93, mənzil 64-də yerləşən ümumi sahəsi 49,31kv.m olan iki otaqlı yaşayış sahəsinin yerləşidiyi ərazi üzrə, yəni müstəsna aidiyyat qaydalarına uyğun olaraq veriləməməli, bağışlanma müqaviləsinin tərəfi olan Cavabdeh qeydə alındığı yerinə görə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 35.1-ci maddəsinə əsasən, Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 32.4-cü maddəsinə əsasən aidiyyat haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.4.-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar sözügedən iddia ərizəsinin aidiyyəti üzrə Azərbaycan Respublikası Bakı şəhər Yasamal rayon məhkəməsinə göndərilməsi üçün əsasdır. Cavabdeh haqqında olan şəxsiyyət vəsiqəsinin məlumatlarına əsasən hal-hazırda Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, ev 8A, mənzil 11-də qeydiyyatdadır. (AZE seriyalı 15018507 nömrəli, 14.03.2016-cı il tarixli şəxsiyyət vəsiqəsi). Məhkəmə hesab edir ki, hazırki mülki iş baxılması üçün Bakı şəhər Yasamal Rayon məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.2-ci, 45.4-cü və 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin ləğvi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Bakı şəhər Yasamal Rayon Rayon məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar