Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1677/2024 15.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, Ərizəçi, Ərizəçinin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) “hüquqmüəyyənedici sənəddə göstərilən adın eyni şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) “hüquqmüəyyənedici sənəddə göstərilən adın eyni şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni ünvan 15ə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1963-cü ildə verilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportda “Arif’ kimi qeyd olunmuş şəxsin atası “X22”nun olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, Ərizəçi xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, doğum faktı xx.xx.1974-cü ildə Bakı şəhəri Suraxanı (keçmiş Orcinikidze) rayon X8 Qeydiyyatı şöbəsində doğum haqqında akt qeydləri kitabında 1459 nömrəli qeydlə qeydə alınmış və iddiaçıya həmin şöbədən İİİ-JQ-328353 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. X7, anası isə Hümmətova (Muradova) Niyarxanım Əzizbala qızı olmuşdur. Valideynlərinin xx.xx.1972-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Onların nikahı Bakı şəhəri Suraxanı rayonu (keçmiş Orcinikidze) rayonu VVAQ şöbəsində xx.xx.1972-ci ildə 175 saylı qeydlə qeydə alınmış və oradan onlara AZ-259916 saylı evlənmək haqqında şəhadətnamə verilmişdir. Onlar ailədə 3 (üç) uşaq olmuş, böyük bacısı Məmmədbəyova (Hümmətova) Gülarə Arif qızı 08 avqust 1973-cü ildə Bakı şəhərində anadan olmuş; digər bacısı Mustafayeva (Hümmətova) Elnarə Arif qızı xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. Onlar doğma bacı və qardaş olmuş, bacılarının doğum faktı da Bakı şəhəri Suraxanı (keçmiş Orcinikidze) rayon VVAQ şöbəsində qeydə alınmış və oradan bacısı Gülarə Hümmətova İİ-JQ-280829 saylı, bacısı Elnarə Hümmətova isə v-JQ-301219 saylı doğum haqqında şəhadətnamələr verilmişdir. Hər iki bacısı da doğum haqqında şəhadətnamələrinin ata qrafasında ata kimi X7, ana qrafasında isə ana kimi anası X4 göstərilmişdir. Bacılarının da doğum haqqında şəhadətnamələrinin və şəxsiyyət vəsiqələrinin notariat qaydasında təsdiqlənmiş surətlərini ərizəsinə əlavə edir. Hər iki bacısı hal-hazırda həyatdadırlar və ailələri ilə birgə Bakı şəhərində yaşayırlar. X1 xx.xx.1994-cü ildə “kəskin böyrək çatəşmamazlığından” vəfat etmişdir. Onun ölüm faktı Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi İcra Nümayəndəliyində xx.xx.1994-cü ildə 103 saylı qeydlə qeydə alınmış və ona İİ-JQ- 462048 saylı “ölüm haqqında şəhadətnamə” verilmişdir. X7 xx.xx.2015-ci ildə “qara ciyərin bəd xassəli şişindən” vəfat etmişdir. Atamızın ölüm faktı xx.xx.2015-ci ildə Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsində qeydə alınmış və oradan onlara AZ-1-744918 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. X7 və əmisi X15 aid Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən və 1963-cü ildə tikilmiş fərdi yaşayış evi olmuşdur. Həmin bu fərdi yaşayış evinə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1963-cü ildə tərtib edilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport verilmişdir. Həmin bu texniki pasportda 24 b saylı fərdi yaşayış evinin payçıları kimi “X49” və “Arif’ qeyd olunmuşdur.”X49” kimi qeyd olunan şəxs atasının əmisi “X25,”Arif’ kimi qeyd olunan şəxs isə ərizəçinin doğma atası “X34” oğludur. Onlar haqqında verilmiş həmin bu pasportda məlumatlar tam olaraq qeyd olunmamışdır. Atasının əmisi X47 ata adı, atasının soyadı və ata adı 24b saylı evin pasportunda yazılmamışdır. Həm onların, həm də atasının əmisi Əl Abasın ailə üzvləri, bütün qohumları və qonşuları tam təsdiq edə bilərlər ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, M.Əsədulla (keçmiş Çaparidze) küçəsində yerləşən 24b saylı fərdi yaşayış evi X25 və X7na paylı mülkiyyət kimi məxsus olmuşdur. 24b saylı evin pasportunda “Arif’ kimi yazılmış şəxs ərizəçinin doğma atası “X34” oğludur. ’’X49” kimi yazılmış şəxs isə “X49 Ribəs” oğludur.Atam ölən günə kimi 24b saylı evin onların ailəyə aid olan hissəsində öz ailəsi ilə birgə yaşamışdır. Həmin bu evin bir hissəsində hazırda o, ailə üzvləri ilə, digər hissəsində isə X12 qızı X13 öz ailə üzvləri ilə birgə yaşayır. O, 2023-cü ilin noyabr ayında Bakı şəhəri 9 saylı notariat ofosinə ərizə ilə müraciət edərək, xx.xx.2015-ci ildə vəfat etmiş, ünvan 2 ünvanında qeydiyyatda olmuş X7ndan miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni ünvan 3 ünvanında yerləşən əmlakdan paya dair “vərəsəlik hüququ haqqında” şəhadətnamə verilməsini xahiş etmişdir. ünvan 8ndən ona “vərəsəlik hüququ haqqında” şəhadətnamə verilməsindən imtina edilmiş və ünvan 8nin xüsusi notariusu R.Sadıqov ASAN Xidmət Mərkəzi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixli,3358 saylı məktub yazmış və həmin məktubda miras əmlakın üzərində (ünvan 4 ünvanında yerləşən əmlakdan pay) miras qalmış əmlaka, miras qoyan X11 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından,’’Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə və “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasma (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında” Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş arayışı (forma 37), sorğunu təqdim edən Ərizəçi vasitəsilə verilməsini təmin etməyi xahiş etmişdir. Ondan sonra o, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə 24b saylı fərdi yaşayış evinin 1/2 hissəsinə X7nun adına arayışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ərizələrlə müraciət etmişdir. Həmin bu ərizələr xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixidə 1 saylı Bakı Ərazi İdarəsində qeydə alınmışdır. Ancaq ərizəçi 24b saylı evin pasportundakı “Arif’ adlı şəxsin X7” olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edib bu faktın təsdiqlənməsini bildirmiş və ərizəsinə bu səbəbdən də imtina verilmişdir. Ərizəçiyə göndərilmiş xx.xx.2024cü il tarixli,3-21-3-30/2-H 1276/02-8/2023,**********80 saylı məktubda 1 saylı Bakı Ərazi İdarəsinin rəis müavini Aidə Məmmədli qeyd etmişdir ki, göndərdiyi və həmin idarədə qeyd alınmış xx.xx.2023- cü il tarixli və xx.xx.2023-cü il tarixli ərizələrinə baxılmışdır. Fərdi yaşayış evinə dair təqdim olunmuş texniki pasportda hüquq sahibinin soyad və ata adı qeyd edilməmişdir.Belə ki,’’Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir.Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir.Yuxarıda qeyd olunanlar nəzərə alınaraq ’Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Qeyd olunan məsələ ilə bağlı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ona X7ndan miras qalmış əmlakın qəbul edilməsi üçün ərizəçiyə lazımdır. Məhkəmə iclasında dindirilən Ərizəçi ərizəni müdafiə edərək, izahatında ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən ərizəçinin nümayəndəsi (vəkili) Vəkil ərizəni müdafiə edərək, izahatında ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X29 ifadəsində göstərdi ki, o, Ərizəçi tanıyır, atasının əmisi oğludur, onlar ərizəçi ilə eyni məhəllədə yaşayırlar. Onlar 1932-ci ildə həmin ünvana köçmüşlər. Hər birinin ünvanları Bakı şəhəri, Suraxanı rayonu, Yeni ünvan 15dir. Həmin ev üzrə sənədlər 1962-ci ildə verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X23 ifadəsində göstərdi ki, o, ərizəçinin bacısıdır. 1963-cü ildən həmin ünvanda yaşamışlar. Özü də həmin ünvanda doğulub. Ümumi evdi, evin bir hissəsində atasının evi olub, digəri isə əmisinin olub. Özü həmin evdə ailə həyatı qurana kimi yaşayıb. İş materiallarına əlavə edilmiş Orcanikidze rayon VVAQ şöbəsi tərəfindən 11.Xİ.1974-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1974-cü ildə doğulmuş və valideynləri X22 ilə X3r. İş materiallarına əlavə edilmiş Orcanikidze rayon VVAQ şöbəsi tərəfində xx.xx.1973cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X30 xx.xx.1973-cü ildə doğulmuş və valideynləri X26 ilə X3r. Orcanikidze rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1977-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X31 xx.xx.1977-ci il tarixdə doğulmuş və valideynləri X22 ilə X2r. Orcanikidze rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1972-ci il tarixdə verilmiş evlənmək haqqında şəhadətnamədən görünür ki, X26 ilə X9 arasında nikah 5.06.1972-ci il tarixdə bağlanmışdır. Suraxanı rayonu İH-ti Yeni Suraxanı QİH-nin xx.xx.1994-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.1994-cü il tarixdə ölmüşdür. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X26 xx.xx.2015-ci il tarixdə ölmüşdür. Yeni Suraxanı qəsəbə inibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, mərhum X24 həqiqətən vəfatına kimi (xx.xx.2015-ci il tarixli, (AZ-İ № 744918 ölüm haqqında şəhadətnamə) ünvan 6 ünvanında qəydiyyatda olmuşdur. Ailə tərkibi: Həyat yoldaşı -X32 bala qızı - xx.xx.1994-cü il tarixli vəfatına qədər qeydiyyatda olub; oğlu - Ərizəçi - qeydiyyatdadır.; qızı - X23 - qeydiyyatdan çıxıb; qızı - X18 - qeydiyyatdan çıxıb. Mərhumun başqa övladlarının olub-olmaması barədə qəsəbə nümayəndəliyində məlumat yoxdur. ünvan 8nin xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı məktubundan görünür ki, Ərizəçi, ünvan 8nə ərizə ilə müraciət edərək, xx.xx.2015-ci ildə vəfat etmiş, Bakı şəhəri, Y/Suraxanı qəs. M.Əsədulla k.ev 24 ünvanda qeydiyyatda olmuş X10 miras qalmış əmlaka (ünvan 10 ünvanında yerləşən əmlakdan pay) dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Miras əmlakın üzərində (ünvan 10 ünvanında yerləşən əmlakdan pay) miras qalmış əmlaka, miras qoyan X11 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə və “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yiiklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında” Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş arayışı (forma 37), sorğunu təqdim edən Ərizəçi vasitəsi ilə verilməsini təmin etməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli Ərizəçi etibarnamə üzrə nümayəndəsi X27 ünvanladığı məktubundan görünür ki, fərdi yaşayış evinə dair təqdim olunmuş texniki pasportda hüquq sahibinin soyad və ata adı qeyd edilməmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Texniki pasportdan görünür ki, Yeni ünvan 11 ünvanın texniki pasportu aprel 1963-cü ildə X49 və Arif-in adınadır. X21 xx.xx.2024-cü il tarixli arayışından görünür ki, ünvan 12 ünvana baxış keçirməklə və sənədlərə əsasən müəyyən olundu ki, 1963-cü il tarixli ev pasportunda qeyd olunan Yeni Suraxanı qəsəbəsi, M.Əsədulla (keçmiş Caparidze) i 24b ünvanı ilə hazırki, Yeni ünvan 14 fərdi yaşayış evi eyni ev və eyni ünvandır. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, yuxarıda qeyd edilən tədqiq olunmuş iş materiallarına və araşdırılmış sübutlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni ünvan 15 Ərizəçi mərhum atası X19 və ərizəçinin əmisi X15 məxsusdur. Həmin evə dair Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportda «X26» əvəzinə səhvən «Arif» yazılmışdır. Beləliklə, ərizəçi Bakı şəhəri, Suraxanı rayonu, Yeni ünvan 15ə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1963-cü ildə verilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportda “Arif’ kimi qeyd olunmuş şəxsin atası “X22”nun olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən. məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni ünvan 15 ünvanına dair Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportun «Arif» hissəsinin «X22» oxunmaqla həmin sənədin X14 məxsus olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Yeni ünvan 15 ünvanına dair Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportun «Arif» hissəsinin «X22» oxunmaqla həmin sənədin X14 məxsus olması faktı müəyyən edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-1677/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1677/2024
15.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver