Məhkəmə qərarları › İş №2(010)-1679/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1679/2020

09.06.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1679/2020 09.06.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, x1 oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi x2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 0.12 ha bağ sahəsinin iddiaçıya verilməsinə dair Azərbaycan SSR Bakı şəhər x6 İcrayyə Komitəsinin 04 sentyabr 1990-cı il tarixli, 6/265 saylı qərarında "ata adının "Balamirzə" əvəzinə "Balaşir" kimi oxunması və həmin sənədin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi x3 məhkəmə iclasında Ərizəçi tərəfindən verilmiş ərizəsində göstərilənləri müdafiə edərək, göstərmişdir ki, Azərbaycan SSR Bakı şəhər x6 İcrayyə Komitəsinin 04 sentyabr 1990-cı il tarixli, 6/265 saylı qərara əsasən, Köçərli 204 saylı bağ-tikinti kooperativinə ayrılmış Sabunçu rayonu Pirşağı bağ massivindən iddiaçıya 0.12 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə verdiyi müraciətə maraqlı şəxs 01 may 2019-cu il tarixli məktubu ilə sözü gedən bağ sahəsinə aid təqdim edilmiş qərarın arxiv arayışında ata adının "Balamirzə" kimi qeyd olunmasını və əslində ata adının "Balaşir" olduğundan ərizəçiyə imtina cavabı vermişdir. Buna görədə həmin bağ sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi üçün Azərbaycan SSR Bakı şəhər x6 İcrayyə Komitəsinin 04 sentyabr 1990-cı il tarixli, 6/265 saylı qərarında ata adının "Balamirzə" əvəzinə "Balaşir" kimi oxunması və həmin sənədin ərizəçiyə məxsus olması faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla əlaqədar, ərizəçi Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 0.12 ha bağ sahəsinin iddiaçıya verilməsinə dair Azərbaycan SSR Bakı şəhər x6 İcrayyə Komitəsinin 04 sentyabr 1990-cı il tarixli, 6/265 saylı qərarında "ata adının "Balamirzə" əvəzinə "Balaşir" kimi oxunması və həmin sənədin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi x3 Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, Azərbaycan SSR Bakı şəhər x6 İcrayyə Komitəsinin 04 sentyabr 1990-cı il tarixli, 6/265 saylı qərarında göstərilən “Ərizəçi Balamirzə qızı”nın və AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsində olan Ərizəçi eyni şəxs olması faktın müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 sayı Bakı Ərazi İdarəsi məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış digər sübutları araşdıraraq və onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikasinin Milli arxiv idarəsinin Azərbaycan Respublikasi dövlət arxivinin Baki filialinın məktubuna əsasən Azərbaycan SSR Bakı şəhər x6 İcrayyə Komitəsinin 04 sentyabr 1990-cı il tarixli, 6/265 saylı qərara və həmin qərarın əlavəsinə əsasən, Köçərli 204 sayl bağ-tikinti kooperativi üzvlərinin siyahısında ünvan 1 ünvanında yaşayan Ərizəçi Balamirzə qızı göstərilmişdir. Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məktubuna əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli 11.04.2019-cu il tarixli ərizənizə cavab olaraq bildirilmişdir ki, ərizədə sözügedən bağ sahəsinin təqdim edilmiş qərarın arxiv arayışında Mərdəkan qəsəbəsi, “Köçərli” bağ massivində yerləşdiyi qeyd olunsa da faktiki göstərilən sahə Pirşağı bağ massividir. Bundan əlavə təqdim edilmiş qərarın arxiv arayışında bağ sahəsinin nömrəsi və ölçüsü qeyd olunmamışdır. Əlavə olaraq bildirilmişdir ki, qeyd olunan qərarın arxiv arayışında ata adı “Balamirzə” kimi qeyd olunduğuna görə qeyd olunan səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Mülki işə əlavə edilmiş “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri icra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 141 sayıl Mənzil-kommunal istismar sahəsi tərəfindən verilmiş 405 saylı 03.06.2020-ci il tarixli arayışa əsasən Ərizəçi Bakı şəhəri T.Abbasov küçəsi, 24 ünvanında 28.10.2005-ci il tarixə qədər yaşamışdır. AZE seriyal 0******* nömrəil 09.07.2012-ci il tarixli şəxsiyyət vəsiqəsinə əsasən Ərizəçi Bakı şəhərində, xx.xx.1961-ci il tarixdə, ünvan 4 mənzil 4 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata kecirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma ücün əsasdır. Məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır və Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyi üçün ərizə təmin olunmalı və Azərbaycan SSR Bakı şəhər x6 İcrayyə Komitəsinin 04 sentyabr 1990-cı il tarixli, 6/265 saylı qərarında göstərilən “Ərizəçi” ilə AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi Balamirzə qızı”nın eyni şəxs olması faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Republikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edlisin. Azərbaycan SSR Bakı şəhər x6 İcrayyə Komitəsinin 04 sentyabr 1990-cı il tarixli, 6/265 saylı qərarında göstərilən “Ərizəçi Balamirzə qızı” ilə AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi”nın eyni şəxs olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətidə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar