Məhkəmə qərarları › İş №2(010)-1685/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1685/2021

05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1685/2021 05.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X9 qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonrakı mətndə İddiaçı MMC) Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 08 yanvar 2019-cu il tarixli MAS-623 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2018-ci il buraxılışlı “Khazar LX” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFKF520031 ban, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh 08 yanvar 2019-cu il tarixli MAS-623 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 11 fevral 2021-ci il tarixə 1407,60 manat əsas, 619,55 manat mükafat və həmin günə hesablanmış 324,18 manat dəbbə pulu, cəmi 2351,33 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək sənədlər təqdim etdi və bildirdi ki, İddiaçı MMC ilə X7 arasında bağlanmış 08 yanvar 2019-cu il tarixli MAS-623 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən X1 ilə 2018-ci il buraxılışlı, “KHAZAR LX” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFKF520031 ban nömrəli, ağ rəngli avtomobil 11800 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X7 illik 17 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 340.49 manat, ümumilikdə isə 16344 manat məbləğində pulu İddiaçı MMCnin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 16344 manatın 11800 manatı əsas məbləğ təşkil edir. 11 aprel 2019-cu il tarixdə X7, X5 və İddiaçı MMC arasında MAS-623 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 08 yanvar 2019-cu il tarixli MAS-623 saylı “Daxili lizinq” müqaviləsi üzrə X5 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 15 aprel 2019-cu il tarixdə X5, X8 və İddiaçı MMC arasında MAS-623 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 08 yanvar 2019-cu il tarixli MAS- 623 saylı “Daxili lizinq” müqaviləsi üzrə X8 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 15 oktyabr 2019-cu il tarixdə X8, Cavabdeh və İddiaçı MMC arasında MAS-623 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 08 yanvar 2019-cu il tarixli MAS-623 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 19 avqust 2020-ci il tarixdə 758 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 08 yanvar 2019-cu il tarixli MAS-623 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 11 fevral 2021-ci il tarixə 1407.60 manat gecikdirilmiş əsas, 619.55 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 324.18 manat dəbbə pulu, ümumilikdə 2351.33 manat borcu yaranmışdır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə X7 arasında bağlanmış 08 yanvar 2019-cu il tarixli MAS-623 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən X1 ilə 2018-ci il buraxılışlı, “KHAZAR LX” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFKF520031 ban nömrəli, ağ rəngli avtomobil 11800 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir.“Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X7 illik 17 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 340.49 manat, ümumilikdə isə 16344 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 16344 manatın 11800 manatı əsas məbləğ təşkil edir. 11 aprel 2019-cu il tarixdə X7, X5 və İddiaçı MMC arasında MAS-623 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 08 yanvar 2019-cu il tarixli MAS-623 saylı “Daxili lizinq” müqaviləsi üzrə X5 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 15 aprel 2019-cu il tarixdə X5, X8 və İddiaçı MMC arasında MAS-623 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 08 yanvar 2019-cu il tarixli MAS-623 saylı “Daxili lizinq” müqaviləsi üzrə X8 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 15 oktyabr 2019-cu il tarixdə X8, Cavabdeh və İddiaçı MMC arasında MAS-623 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 08 yanvar 2019-cu il tarixli MAS-623 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh illik 17% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit olaraq 340,49 manat, ümumilikdə isə 11,800 manat məbləğində pulu lizinq şirkətinə ödəməyi öhdəsinə götürmüşdür. 15 oktyabr 2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, X8, Cavabdeh və X4 istifadəsində və İddiaçı MMC-nin mülkiyyətində olan “Daewoo Gentra” minik markalı, **-PS- *** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimini aparmışlar. 25.12.2020-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehə müqavilənin ləğvi, lizinq obyektinin qaytarılması və borcun ödəməsi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir. 25.01.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. 30.03.2021-ci il tarixli, 551 N-li maliyyə arayışından görünür ki, Cavabdeh 08 yanvar 2019-cu il tarixli MAS-623 saylı “Daxili Lizinq” müqaviləsi üzrə 11 fevral 2021-ci il tarixə 1407,60 manat əsas, 619,55 manat mükafat və həmin günə hesablanmış 324,18 manat dəbbə pulu, cəmi 2351,33 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı lizinq müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı cavabdehə vermiş, lakin cavabdeh lizinq müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş və nəticədə onun iddiaçının qarşısında borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada lizinq müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü Cavabdeh 08 yanvar 2019-cu il tarixli MAS-623 saylı “Daxili Lizinq” müqaviləsi üzrə 1407,60 manat əsas və 619,55 manat mükafat borcunun tutulması barədə tələb əsaslıdır, lakin müqavilə üzrə hesablanmış 324,18 manat dəbbə pulu yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 324,18 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 20 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, İddiaçı MMC ilə bağlanmış 08 yanvar 2019-cu il tarixli MAS-623 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməli, lizinq obyekti olan 2018-ci il buraxılışlı “Khazar LX” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFKF520031 ban, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılmalı, Cavabdeh 08 yanvar 2019-cu il tarixli MAS- 623 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 11 fevral 2021-ci il tarixə 1407,60 manat əsas, 619,55 manat mükafat, 20 manat dəbbə pulu, ümumilikdə 2047,15 manat pul tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin olunmamalıdır. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 26 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 4 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış 08 yanvar 2019-cu il tarixli MAS- 623 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilsin. Lizinq obyekti olan 2018-ci il buraxılışlı “Khazar LX” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFKF520031 ban, ağ rəngli avtomobil Cavabdeh alınaraq mülkiyyətçi İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə geri qaytarılsın. Cavabdeh 08 yanvar 2019-cu il tarixli MAS-623 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 11 fevral 2021-ci il tarixə 1407,60 manat əsas, 619,55 manat mükafat və 20 manat dəbbə pulu olmaqla, ümumilikdə 2047,15 (iki min qırx yeddi manat on beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 26 (iyirmi altı) manat məbləğində pul Cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinın xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 4 (dörd) manat hissəsi İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinın özünə aid edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar