Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-170/2023 11.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, Ərizəçi Maraqlı şəxsin nümayəndəsi X*0 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 25.07.*955-ci il təvəllüdlü X*nın fəaliyyət qabiliyyətli olmayan hesab edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o və X* Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 69, mənzil *2-də birlikdə yaşayırlar. X* uzun müddətdir ki, (20*2-ci ildən başlayaraq) şiddətli beyin atrofıyasından əziyyət çəkir, həmçinin epilepsiya xəstəliyi də vardır, qeyd edilən xəstəliklər nəticəsində bütün fiziki hərəkət davranışlarını, nitq və digər bacarıqlarını itirmişdir. O, hərəkət edə bilmir, danışa bilmir, öz fikirlərini ifadə edə bilmir, sanitariya məsələlərini də həll edə bilmir,(daim pampers taxmaq məcburiyyətindədir), onun bütün sanitariya məsələlərini də o, həll edir. xx.xx.2022-ci ildə anası 2 nömrəli psixiatriya xəstəxanasında müayinə olunmuş və ona demensiya (əqli zəiflik) diaqnozu qoyulmuş və daim kənar şəxsin köməyinə ehtiyacının olması qeyd edilmişdir. O, anasının üzərində qəyyum təyin olunması məqsədi ilə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Suraxanı rayonu İcra Hakimiyyəti özünün Ə- *88-099 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu ilə anasının “fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı" məhkəməyə müraciət etməli olduğunu bildirdi. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi X*2 hazırki ərizəyə münasibət bildirilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Doğum haqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.*984-cü ildə anadan olmuşdur. X9 ,X*dır. - AR SN 2 nömrəli X5 xx.xx.2022-ci il tarixli, */2*84 nömrəli “X**”nın rəyindən görünür ki, X3 Baş beynin üzvı xəstəliyi nəticəsində demensiya (ağıl zəifliyi) müşahidə olunur və onun daima kənar şəxslərin qulluğuna ehtiyacı vardır. -Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının Ərizəçi müraciətinə cavab olaraq ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, hazırki məsələ ilə bağlı məhkəməyə müraciət etməsi məqsədəuyğun hesab edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə-psixiatrik ekspertizasının *2.**.2022-ci il tarixli 2995 saylı rəyindən görünür ki, X3 Baş Beynin Atrofik Xəstəliyi nəticəsində Dərin Demensiya (ağıl zəifliyi) (F 02.8) formasında xroniki psixi xəstəlik müəyyən edilir. Bunu anamnestik məlumatlar və hazırki psixiatrik müayinənin nəticələri – 20*2-ci ildən psixi vəziyyətində dəyişikliklərin meydana çıxması, yaddaş və intellekt pozuntularının özünü büruzə verməsi, mütəmadi olaraq müalicə olunmasına baxmayaraq psixi vəziyyətinin pisləşməkdə davam etməsi, 2 saylı Klinik Psixiatriya xəstəxanasında yuxarıda qeyd olunan diaqnozla stasionar müalicədə olması, hazırki müayinə zamanı kobud yaddaş pozuntularının aşkar olunması, təfəkkürünün az produktivliyi intellektinin zəifləməsi, maraq dairəsinin məhdudluğu, emosional iradi sferasının məhdudluğu, tənqidinin olmaması və s. sübut edir. Belə nəticəyə gəlinir ki, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Bu səbəbdən də onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Hazırki psixi vəziyyət onun məhkəmədə iştirak etməsinə imkan vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*7.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 3*7.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 32*.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, işə əlavə edilən sənədlərlə müəyyən edilir ki, X2 fəaliyyət qabiliyyəti yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli və 2*.04.*952-ci il təvəllüdlü X*3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. 25.07.*955-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-170/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-170/2023
11.01.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver