Məhkəmə qərarları › İş №2(010)-1726/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1726/2020

11.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1726/2020 11.06.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “xxxxxxx” MTK-nın nümayəndəsi və vəkili Vəkil2 və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Həsənpaşa oğlunun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiаçı “xxxxxxx” MTK-nın cavabdehlər Cavabdeh1 Həsənpaşa oğlu və Cavabdeh2 qarşı müqavilələrin etibarsız hesab edilməsi və maddi ziyan tələbinə dair ilk, iddiaçı Cavabdeh1 Həsənpaşa oğlunun cavabdeh “xxxxxxx” MTK-ya qarşı mənzilin təhvil verilməsi, mənzillərin plan-cizgilərinin, eləcə də açarlarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, mənzildən maneəsiz istifadə edilməsinə şərait və imkan yaradılması, istifadə zamanı müdaxilələrə son qoyulması vəzifəsinin cavabdehin üzərinə qoyulması və mənəvi ziyanın ödənilməsinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı “xxxxxxx” MTK cavabdehlər Cavabdeh1 Həsənpaşa oğlu və Cavabdeh2 qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “xxxxxxx” MTK ilə Cavabdeh1 arasında xx xxxxx 2016-ci il tarixli müqavilələr bağlanılmışdır. Belə ki, “xxxxxxx” MTK ilə Cavabdeh1 arasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, məhəllə 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 12-ci mərtəbə ümumi sahəsi 104.6 kv.m olan 3 otaqlı 65 saylı mənzilə dair xx xxxxx 2016-cı il tarixli müqavilə imzalanmış və müqavilənin 4.1-ci maddəsinə əsasən mənzilin dəyəri hər kv.m sahəsi üçün 500 manat təyin edilmiş, cəmi 104.6 kv.m sahə üçün 52300 manat təşkil etmişdir. Həmin müqavilənin 4.2-ci maddəsində qeyd edilmişdir ki, müqavilə qiymətindən 100% miqdarında, yəni 52300 ( əlli iki min üç yüz manat) məbləğində pul ödənilmişdir. Bundan başqa “xxxxxxx” MTK ilə Cavabdeh1 arasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, məhəllə 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 14-cü məhəllə, ümumi sahəsi 104.6 kv.m olan 3 otaqlı 75 saylı mənzilə dair xx xxxxx 2016-cı il tarixli müqavilə də bağlanmışdır. Müqavilənin 4.1-ci maddəsinə əsasən mənzilin dəyəri bir kv.m sahəsi üçün 500 manat təyin edilmiş, cəmi 104,6 kv.m sahə üçün 52300 manat təşkil etmişdir. Həmin müqavilənin 4.2-ci maddəsində qeyd edilmişdir ki, müqavilə qiymətindən 100% miqdarında, yəni 52300 (əlli iki min üç yüz) manat məbləğində pul ödənilmişdir. Müqavilələr formal olaraq bağlanmışdır. Çünki həmin müqavilələr cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təkidi ilə məcburiyyət qarşısında qalaraq bağlanılmışdır. Müqavilənin bağlanmasının əsas səbəbləri isə tam başqadır. Belə ki, Cavabdeh1 Bakı şəhər prokurorluğunun keçmiş əməkdaşı Samir adlı şəxsi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etmişdir. Araşdırma nəticəsində Samir adlı şəxs həbs edilmiş və sonuncunun bacanağı olan İldirim adlı şəxs MTK rəhbərliyinə müraciət edərək onun Cavabdeh1 tanımasını və onun sözünü eşitməsini bildirərək razı salıb, şikayətini geri götürməsini xahiş etmişdir. MTK rəhbərliyi Cavabdeh1 şikayətinin geri götürməsini xahiş etmiş, sonuncu isə bildirmişdir ki, Samirlə onun arasında başqa pul söhbətləri vardır. Həmin pul söhbətlərində də onun başqa bir tanışı da vardır ki, pul ona məxsusdur. Bir sözlə bu pul söhbətləri onun tanışına aid olan məsələdir. Həmin pul söhbətləri də onun tanışı ilə əlaqəli olduğundan Azər həmin adama girov kimi əmlak göstərməlidir. Əgər girov kimi əmlak göstərilsə Cavabdeh1 Samir adlı şəxsi şikayətini geri götürməklə bir həftəyə buraxdıracağına söz verir. Cavabdeh1 və Cavabdeh2 MTK rəhbərliyini məcbur edərək (xahiş mənasında) bildirir ki, mənzillərin verilməsi ilə bağlı müqavilə bağlanılsın və o müqaviləni tanışına (pul sahibinə) göstərməklə Azər o adama pulun əvəzi kimi mənzilləri göstərib şikayəti geri götürəcəyinə razılıq alacaq. Eyni zamanda digər Cavabdeh2 MTK rəhbərliyini belə bir müqavilə bağlamağa vadar edir. Belə olan halda Cavabdeh1 girov kimi Samirin “avtomaşın yuma və təmizləmə” yeri və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, məhəllə 4048/49 ünvan inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 104.6 kv.m olan 3 otaqlı 65 saylı mənzil və həmin ünvandakı yaşayış binasının 2-ci blok 14-cü mərtəbə, ümumi sahəsi 104.6 kv.m olan 3 otaqlı 75 saylı mənzillə bağlı müqavilə bağlanılaraq sonuncuya verilir. Cavabdeh1 ortada olan digər şəxs inansın deyə, bu mənzillərlə bağlı başqa şübhə yaranmasın deyə hər iki mənzillə bağlı müqavilə bağlanılarkən pulun ödənilməsinin göstərilməsini xahiş edir. Eyni zamanda, digər Cavabdeh2 isə heç bir problemin olmayacağını bildirir. Müqavilələr formal olaraq bağlanılır. Sadəcə ortada olan adam bilməli idi ki, aralarında olan pul söhbətinə görə iki müqavilə bağlanılmışdır. Bir neçə aydan sonra isə həmin müqavilələr elə öz aralarında ləğv ediləcəkdi. MTK rəhbərliyi onun dediyi kimi razılaşaraq müqavilələri bağlayır. Müqavilələr tərtib edilib bağlanılarkən Elçin Əsədov, Zahid Nəcəfov, Rəsul Əhmədov, Bəxtiyar, İldırım adlı şəxslər yanlarında olmuşlar. Daha sonra Cavabdeh1 Samir ilə bağlı olan şikayətini vaxtında geri götürmür. Cavabdeh2 MTK rəhbərliyinə bildirir ki, Cavabdeh1 şikayətini vaxtında geri götürmədiyi üçün həmin müqavilələri öz aralarında ləğv olunacaqdır. Bu hadisələrdən bir müddət keçdikdən sonra MTK rəhbərliyi fikirləşir ki, Cavabdeh1 artıq öz öhdəsinə götürdüyü sözü yerinə yetirmədiyindən müqavilələr ləğv olunmuş kimidir. Daha sonra xx xxxxxx 2019-cu il tarixdə ünvana göndərilən bildiriş nəticəsində məlum olur ki, Cavabdeh1 “xxxxxxx” MTK-ya qarşı “müqavilənin ləğv edilməsi və pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Məlumdur ki, Cavabdeh1 onda olan müqavilələrdən istifadə edərək pul tələb edir. Halbuki, Cavabdeh1 “xxxxxxx” MTK-dan göstərilən mənzilləri almamışdır. Bununla bağlı o “xxxxxxx” MTK-ya hər hansı bir formada pul ödənişi belə etməmişdir. Əgər mənzillərlə bağlı pul ödənişi edilsəydi Cavabdeh1 əlində ödəniş qəbzləri olmalı idi. Həmçinin bununla bağlı MTK tərəfindən ona maliyyə arayışı təqdim edilməli idi. Bu səbəbdən də xx xxxxx 2016-cı il tarixli müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Sonra ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “xxxxxxx” MTK-nın nümayəndəsi və vəkili Vəkil2 dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2016-ci il tarixli müqavilələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “xxxxxxx” MTK-nın nümayəndəsi və vəkili Vəkil2 dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxx” Mənzil Tikinti Kooperativi ilə Cavabdeh1 Həsənpaşa oğlu arasında xx xxxxx 2016-ci il tarixdə bağlanmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 104.6 kv.m olan 65 saylı mənzilin izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi verilməsinə dair və “xxxxxxx” Mənzil Tikinti Kooperativi ilə Cavabdeh1 Həsənpaşa oğlu arasında xx xxxxx 2016-ci il tarixdə bağlanmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 14-cü mərtəbə, ümumi sahəsi 104.6 kv.m olan 75 saylı mənzilin izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi verilməsinə dair müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “xxxxxxx” MTK-nın nümayəndəsi və vəkili Vəkil2 dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxx” Mənzil Tikinti Kooperativi ilə Cavabdeh1 Həsənpaşa oğlu arasında xx xxxxx 2016-ci il tarixdə bağlanmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 104.6 kv.m olan 65 saylı mənzilin izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi verilməsinə dair və “xxxxxxx” Mənzil Tikinti Kooperativi ilə Cavabdeh1 Həsənpaşa oğlu arasında xx xxxxx 2016-ci il tarixdə bağlanmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 14-cü mərtəbə, ümumi sahəsi 104.6 kv.m olan 75 saylı mənzilin izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi verilməsinə dair müqavilələrin etibarsız hesab edilməsi və Cavabdeh2 dəymiş ziyanın əvəzi olaraq 10000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Daha sonra, qarşılıqlı iddiaçı Cavabdeh1 Həsənpaş oğlu qarşılıqlı cavabdeh “xxxxxxx” MTK-ya qarşı “mənzilin təhvil verilməsi, mənzillərin plan-cizgilərinin, eləcə də açarlarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, mənzildən maneəsiz istifadə edilməsinə şərait və imkan yaradılması, istifadə zamanı müdaxilələrə son qoyulması vəzifəsinin cavabdehin üzərinə qoyulması və mənəvi ziyanın ödənilməsi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən “xxxxxxx” MTK-nın Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi 4048/49 məhəllədə inşa etdiyi yüksək mərtəbəli yaşayış kompleksinin 2-ci blokunun 12-ci mərtəbədə, 3 otaqdan ibarət, ümumi sahəsi 104,6 kv.m olan, 65 saylı mənzili və Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış kompleksinin 2-ci blokunun 14-cü mərtəbədə, 3 otaqdan ibarət, ümumi sahəsi 104,6 kv.m olan, 75 saylı mənzilin naturada ona təhvil verilməsi, həmin mənzillərin plan-cizgilərinin, eləcə də mənzillərin açarlarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması; mülkiyyət hüququ ilə ona məxsus olan və “xxxxxxx” MTK tərəfindən inşa edilən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi 4048/49 məhəllədə yerləşən yüksək mərtəbəli yaşayış kompleksinin 2-ci blokunun 12-ci mərtəbədə, 3 otaqdan ibarət, ümumi sahəsi 104,6 kv.m olan, 65 saylı mənzildən və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış kompleksinin 2-ci blok, 14-cü mərtəbədə, 3 otaqdan ibarət, ümumi sahəsi 104,6 kv.m olan, 75 saylı mənzilindən maneəsiz istifadə edilməsinə şərait və imkan yaradılması, istifadə zamanı müdaxilələrə son qoyulmasının cavabdehin üzərinə qoyulması və cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş 50 000 manat məbləğində mənəvi ziyanın “xxxxxxx” MTK-dan alınaraq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “xxxxxxx” MTK ona qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, guya müqavilə üzrə 104 600 manat pulu MTK-ya ödəməmişdir. xx xxxxx 2016-cı il tarixdə İddiaçı ilə onun arasında mənzil sahəsinin alınması ilə əlaqədar iki müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blokunun 12-ci mərtəbədə, 3 otaqdan ibarət, ümumi sahəsi 104,6 kv.m olan, 65 saylı mənzili və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blokunun 14-cü mərtəbədə, 3 otaqdan ibarət, ümumi sahəsi 104,6 kv.m olan, 75 saylı mənzili tərəfindən alınmışdır. Mənzillərin dəyəri tərəfindən tam şəkildə ödənilmiş və bununla bağlı İddiaçı tərəfindən xx xxxxx 2016-cı il tarixdə mənzillərə dair borcun olmaması barədə maliyə arayışları verilmişdir. Lakin buna baxmayaraq MTK ona mənzili təhvil vermək istəmir. Qanunvericiliyin tələblərinə baxmayaraq, mənzil mülkiyyətçisi olaraq ona İddiaçı tərəfindən mənzil naturada təhvil verilməmişdir, mənzili ona verməkdən imtina edirlər, bəhanələr tapırlar. Hazırda mülkiyətindən məhrum olduğumdan stres və sarsıntı keçirir. İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili, qarşılıqlı iddia üzrə cavabdeh “xxxxxxx” MTK-nın nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, MTK ilə Cavabdeh1 Həsəpaşa arasında müqavilələrin bağlanılması həqiqətən formal xarakter daşımışdır. Belə ki, əgər mənzillərlə bağlı pul ödənişi edilsəydi Cavabdeh1 MTK tərəfindən pulun ödənilməsinə dair qəbz verilməli idi. Həmçinin, Cavabdeh1 Həsənpaşa oğlu MTK-nın üzvlüyünə qəbul edilməmiş və bu məsələyə ümumiyyətlə MTK tərəfindən baxılmamış, MTK-nın ümumi yığıncağının da bu barədə hər hansı bir qərarı mövcud deyildir. Digər tərəfdən göstərdiyi xüsusatların sübutu olaraq bildirmişdir ki, bu hal Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olmuş 1(101)-317/2017 saylı cinayət işi materiallarında öz əksini tapmışdır. Belə ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsiin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair həmin cinayət işi materiallarına əlavə edilmiş xx xxx 2016-ci il tarixli şahidi əlavə dindirmə protokolunda Cavabdeh1 Həsənpaşa oğlu bildirmişdir ki, o, Bakı şəhəri 19 saylı Notariat Kontorunda ərizə yazmışdır. xx xxxxx 2016-ci il tarixdə X6 barəsində Binəqədi rayon məhkəməsinin qərarına əsasən həbs qətimkan tədbiri seçildikdən sonra Samirin İldirim adlı qohumu onunla əlaqə saxlayaraq görüşmək istədiyini bildirmişdir. O İldirimi əvvəllər tanımamış, bir dəfə Samirin yanında görmüşdür. İldırım Azər ilə söhbət edərək Samirin ona olan borcunu ödəməsini bildirdiyini demişdir. O isə İldırıma Samirin ona 183.000 ABŞ dolları borcu olduğunu demişdir. İldırım isə ona bu qədər pulunun olmadığını bildirərək əvəzində bir neçə əmlak təklif etmişdir. İldırım söhbət zamanı bildirmişdir ki, 6 ay ərzində Azər 150000 manat pulu ödədikdən sonra bütün əmlakları geri qaytaracaqdır. Azər isə razılaşmış və daha sonra birlikdə notariusa getmişlər. İldırım Bakı şəhəri, Qaraçuxur qəsəbəsində yerləşən yeni tikili binada 2 ədəd 3 otaqlı mənzil, Samirin yaşadığı mənzilin yaxınlığında olan 1 ədəd avtoyuyucu və Bakı şəhəri, Yeni Yasamal qəsəbəsində 60 kv.m ölçüdə qeyri-yaşayış obyektini onun adına keçirmişdir. Bundan sonra Cavabdeh1 Notariat Kontorunda X3 şikayət və tələbinin olmadığını bildirmişdir. Vəkil2 bildirmişdir ki, işin hallarından da görünür ki, MTK ilə Cavabdeh1 Həsənpaşa arasında müqavilələrin bağlanılması formal xarakter daşımış və sonuncu MTK-ya heç bir ödəniş etmədiyindən müqavilələr etibarsız hesab edilməli və Cavabdeh2 MTK rəhbərliyini digər Cavabdeh1 ilə tanış etdiyindən, ona olan inam nəticəsində Cavabdeh1 ilə MTK arasında formal müqavilə bağlanılmış və nəticədə MTK maddi ziyan çəkmişdir. Eyni zamanda qarşılıqlı iddia ərizəsinə isə münasibət bildirərək göstərmişdir ki, müqavilə formal xarakter daşıdığı üçün Cavabdeh1 MTK-ya ödəniş etmədiyi üçün sonuncunun “xxxxxxx” MTK-ya qarşı mənzilin təhvil verilməsi, mənzillərin plan-cizgilərinin, eləcə də açarlarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, mənzildən maneəsiz istifadə edilməsinə şərait və imkan yaradılması, istifadə zamanı müdaxilələrə son qoyulması vəzifəsinin cavabdehin üzərinə qoyulması və mənəvi ziyanın ödənilməsinə dair qarşılıqlı iddia ərizəsini qəbul etmirlər. Bu səbəbdən də ilkin iddia tələbinin təmin edilərək, “xxxxxxx” Mənzil Tikinti Kooperativi ilə Cavabdeh1 Həsənpaşa oğlu arasında xx xxxxx 2016-ci il tarixdə bağlanmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 104.6 kv.m olan 65 saylı mənzilin izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi verilməsinə dair və “xxxxxxx” Mənzil Tikinti Kooperativi ilə Cavabdeh1 Həsənpaşa oğlu arasında xx xxxxx 2016-ci il tarixdə bağlanmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 14-cü mərtəbə, ümumi sahəsi 104.6 kv.m olan 75 saylı mənzilin izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi verilməsinə dair müqavilələrin etibarsız hesab edilməsi və Cavabdeh2 dəymiş ziyanın əvəzi olaraq 10000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Həsənpaşa oğlunun nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək bildirdi ki, ilkin iddia tələbini qəbul etmir. Belə ki, MTK ilə Cavabdeh1 Həsənpaşa oğlu arasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 104.6 kv.m olan 65 saylı mənzilin izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi verilməsinə dair və “xxxxxxx” Mənzil Tikinti Kooperativi ilə Cavabdeh1 Həsənpaşa oğlu arasında xx xxxxx 2016-ci il tarixdə bağlanmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 14-cü mərtəbə, ümumi sahəsi 104.6 kv.m olan 75 saylı mənzilin izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi verilməsinə dair xx xxxxx 2016-ci il tarixli müqavilə bağlanılmışdır. Eyni zamanda MTK tərəfindən həmin mənzillərlə bağlı borcun olmamasını təsdiq edən maliyyə arayışı verilmişdir. Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Həsənpaşa oğlunun nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə təqdim edərək göstərmişdir ki, tərəflər arasında müqavilə xx xxxxx 2016-cı il tarixində rəsmiləşdirilmişdir. Müqavilə bağlandığı gündən artıq 3 il 11 ay vaxt keçmişdir. İddia müddəti keçdiyi üçün Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddianın onun icrasına başlandığı gündən 1 il ərzində irəli sürülə bildiyinə istinad edərək iddiaçı “xxxxxxx“ MTK-nın Cavabdeh1 Həsənpaşa oğluna qarşı “xx xxxxx 2016-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi ” tələbinə dair mülki iş üzrə iddia müddəti tətbiq edərək iddianın rədd olunması və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş ilkin iddia tələbi üzrə Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azər-bay-can Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə ilkin iddia üzrə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, işin hallarını və dəlillərini araşdıraraq hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx xxxxx 2016-ci il tarixli müqavilədən görünür ki, “xxxxxxx” MTK ilə Cavabdeh1 Həsənpaşa oğlu arasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 104.6 kv.m olan 65 saylı mənzilin izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi verilmişdir. Müqavilənin 4.1-ci maddəsinə əsasən mənzilin dəyəri hər kv.m sahəsi üçün 500 manat təyin edilir, cəmi 104.6 kv.m sahə üçün 52300 manat təşkil edir. Həmin müqavilənin 4.2-ci maddəsində qeyd edilmişdir ki, müqavilə qiymətindən 100% miqdarında, yəni 52300 (əlli iki min üç yüz manat) məbləğində pul ödənilibdir. Bundan başqa, “xxxxxxx” MTK ilə Cavabdeh1 Həsənpaşa oğlu arasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, məhəllə 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 14-cü məhəllə, ümumi sahəsi 104.6 kv.m olan 3 otaqlı 75 saylı mənzilə dair xx xxxxx 2016-cı il tarixli müqavilə də bağlanmışdır. Müqavilənin 4.1-ci maddəsinə əsasən mənzilin dəyəri bir kv.m sahəsi üçün 500 manat təyin edilir, cəmi 104,6 kv.m sahə üçün 52300 manat təşkil edir. Həmin müqavilənin 4.2-ci maddəsində qeyd edilmişdir ki, müqavilə qiymətindən 100% miqdarında, yəni 52300 (əlli iki min yüz) manat məbləğində pul ödənilibdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 1(101)-317/2017 saylı hökmündən görünür ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsiin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq olunaraq xx xxxxx 2016-ci il tarixdən hökm çıxarıldığı günədək həbs qətimkan tədbiri qismində saxlanıldığı 9 (doqquz) ay, 14 (on dörd) gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş əsas cəzadan çıxılmaqla üzərində qalan 07 (yeddi) il 02 (iki) ay 16 (on altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 2 il sınaq müddəti müəyyən edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin “xxxxxxx” MTK-nın nümayəndəsi və vəkili Vəkil2 sorğusuna əsasən ona ünvanlanmış xx xxx 2020-ci il tarixli, 1(101)-317/2017 saylı məktubu ilə Cavabdeh1 Həsənpaşa oğlunun şikayət və tələbinin olmaması ilə bağlı ərizənin və sonuncunun istintaq dövründə xx.xx.2016-ci il tarixdə şahid qismində dindirilməsi barədə protokolun surəti təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə baxış zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 Həsənpaşa oğlu xx xxx 2016-ci il tarixdə Bakı şəhəri 19 saylı Notariat Kontorunun xüsusi notariusu X5 iştirakı ilə X4 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanındığını, ona dəymiş ziyanın tam ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Eyni zamanda Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin İstintaq idarəsinin mühim işlər üzrə müstəntiqi, İİ dərəcəli hüquqşqnas X9 xx xxx 2016-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Prosssesual Məcəlləsinin 227 və 230-cu maddələrinə riayət etməklə Cavabdeh1 Həsənpaşa oğlunu şahid qismində dindirmiş və bu barədə xx xxx 2016-ci il tarixli, 159 №-li şahidi əlavə dindirmə protokolu tərtib etmişdir. Həmin protokolda Cavabdeh1 Həsənpaşa oğlu müstəntiqin sualına cavab olaraq göstərmişdir ki, xx xxxxx 2016-ci il tarixdə X6 barəsində Binəqədi rayon Məhkəməsinin qərarına əsasən həbs qətimkan tədbiri seçildikdən sonra sonuncunun İldirim adlı qohumu onunla əlaqə saxlayaraq görüşmək istədiyini bildirmişdir. O, İldirimi əvvəllər tanımamış və bir dəfə Samirin yanında görmüşdür. İldırım Azər ilə söhbət edərək Samirin ona olan borcunu ödəyəcəyini bildirmişdir. O isə İldırma Samirin ona 183.000 ABŞ dolları borcu olduğunu demişdir. İldırım isə ona bu qədər pulunun olmadığını əvəzində isə bir neçə əmlak təklif etmişdir. İldırım söhbət zamanı bildirmişdir ki, 6 ay ərzində Azər 150000 manat pulu ödədikdən sonra bütün əmlakları geri qaytaracaqdır. Azər isə buna razılaşmış və daha sonra birlikdə notariusa getmişlər. İldırım Bakı şəhəri, Qaraçuxur qəsəbəsində yerləşən yeni tikili binada 2 ədəd 3 otaqlı mənzil, Samirin yaşadığı mənzilin yaxınlığında olan 1 ədəd avtoyuyucu və Bakı şəhəri, Yeni Yasamal qəsəbəsində 60 kv.m ölçüdə qeyri-yaşayış obyektini onun adına keçirmişdir. Bundan sonra Cavabdeh1 Notariat Kontorunda X3 şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, ilkin iddiaçı “xxxxxxx” MTK ilə Cavabdeh1 Həsənpaşa oğlu xx xxxxx 2016-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 104.6 kv.m olan 65 saylı mənzilin izolə olunmuş 3 otaqdan ibarət payın verilməsi, bundan başqa eyni tarixli başqa bir müqavilə ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, məhəllə 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 14-cü məhəllə, ümumi sahəsi 104.6 kv.m olan 3 otaqlı 75 saylı mənzilə dair bir payın verilməsi razılaşdırılmış, “xxxxxxx” MTK tərəfindən verilmiş arayışlara əsasən müqavilələrdə qeyd edilən mənzillərin tam dəyəri ödənilmişdir. Hazırda “xxxxxxx” MTK həmin müqavilələri mübahisələndirərək onların etibarsız sayılması ilə bağlı ilkin iddia, Cavabdeh1 Həsənpaşa oğlu isə MTK-ya qarşı mənzilin təhvil verilməsi, mənzillərin plan-cizgilərinin, eləcə də açarlarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, mənzildən maneəsiz istifadə edilməsinə şərait və imkan yaradılması, istifadə zamanı müdaxilələrə son qoyulması vəzifəsinin cavabdehin üzərinə qoyulması və mənəvi ziyanın ödənilməsinə dair qarşılıqlı iddia qaldırmışlar. Əvvəlcə ilkin iddianın verilməsinin əsasları ilə bağlı qeyd edilməlidir ki, ilkin iddiaçı “xxxxxxx” MTK həmin müqavilələrin görüntü olaraq, başqa əqdi pərdələmək üçün bağlandığına dair dəlillər irəli sürür. Belə ki, MTK-nın rəhbərliyinə yaxın olan şəxsin İldirim adlı tanışı MTK-ya onların tanışı olan Samirin tutulmaması üçün, eləcə də dəymiş ziyanı ödəmək üçün qeyd olunan 2 mənzilə dair müqavilə bağlanılmasını bildirmiş, sonradan Cavabdeh1 6 (altı) ay sonra həmin mənzilləri geri qaytaracağını bildirmiş, işə başlamaq üçün onun şəxsiyyət vəsiqələrini gətirdiyi şəxsə (Cavabdeh1) kooperativin tikdiyi yaşayış binasından mənzil payı ayrılması üçün müqavilə bağlanmasını xahiş etmişdir. Ona görə də cavabdehlə qeyd olunan müqavilələr bağlanmışdır. Sonradan 6 ay müddət keçdiyinə görə aralarında olan ortaq tanışlarına görə etibar edib müqavilənin ləğvi və ya etibarsızlığı ilə bağlı iddia qaldırılmamış və xx xxxxxx 2019-cu il tarixdə ünvana göndərilən bildiriş (iş materiallarında mövcuddur) nəticəsində məlum olur ki, Cavabdeh1 “xxxxxxx” MTK-ya qarşı “müqavilənin ləğv edilməsi və pul tələbinə dair” iddia ərizəsi ilə Suraxanı rayon Məhkəməsinə müraciət etmişdir. Həmin hal, yəni mübahisələndirilən müqavilələrin görüntü olaraq, başqa əqdi pərdələmək üçün bağlandığı məhkəmə tədqiqi zamanı müəyyən edilmiş və tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmışdır. Mülki qanunvericiliyə görə, əqdin varlığı baxımından onun ən əsas qurucu şərti, iradə ifadəsidir, iradə ifadəsi isə həqiqi olmalıdır. Etibarlı əqddən bəhs oluna bilməsi üçün iradənin ifadə olunması; ifadə olunan iradənin müəyyən bir hüquqi nəticəyə yönəldilmiş (ünvanlanmış) olması və hüquq sisteminin də bu iradə ifadəsinə uyğun hüquqi nəticəni əmələ gətirmiş olması lazımdır. Əqddə iradə ifadəsi müəyyən hərəkətlərin yerinə yetirilməsində özünü göstərir. İlkin iddiaçı “xxxxxxx” Mənzil Tikinti Kooperativi ilə Cavabdeh1 Həsənpaşa oğlu arasındakı müqavilələrdən irəli gələn öhdəlik (Kooperativin pay haqqının ödənilməsi) cavabdeh tərəfindən icra olunmamışdır, habelə Kooperativ bundan irəli gələn hüquqi hərəkətləri (pay haqqını ödəmiş şəxsin kooperativə üzv qəbul olunması barədə üzvlərin ümumi yığıncağının qərarının qəbulu) həyata keçirməmişdir (bunun səbəblərinə izah veriləcəkdir). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113.1-ci maddəsinə əsasən mənzil tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 109.1-ci maddəsinə əsasən kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır; 109.2-ci maddəsinə əsasən kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. Hazırkı baxılan iş üzrə ilkin iddia üzrə Cavabdeh1 Həsənpaşa oğlunun “xxxxxxx” Mənzil Tikinti Kooperativinə üzv qəbul edilməməsinin mühüm şərtləri olaraq onun tərəfindən mənzil-tikinti kooperativi binasında mənzil, yaşayış sahəsi əldə etmək üçün pay haqqı ödənilməmişdir və onun kooperativə üzv qəbul olunması barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı da qəbul edilməmişdir. Həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən mənzillərin dəqiq ölçüləri, mərtəbələri göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, verilən mənzillərin plancizgisi bu qərara əlavə olunmalı idi. Hansı ki, cavabdehin həmin şərtlər altında ilkin iddiaçı “xxxxxxx” MTK-nın üzvü olmalarına dair sübutlar cavabdehdə yoxdur və məhkəmə tədqiqi ilə də müəyyən edildi ki, belə şərtləri özündə əks etdirən sübutlar ümumiyyətlə mövcud olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 342.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. İşin faktiki halları ilə müəyyən olunur ki, ilkin iddia üzrə Cavabdeh1 Həsənpaşa oğlunun iradə ifadəsi heç də ilkin iddiaçı “xxxxxxx” MTK-dan mənzil sahəsi əldə etməyə yönəlməmişdir, o, məhz Samir Nəsirovun ona olan borcunun bir qisminin əvəzi olaraq, yəni görəcəyi işin dəyərinin ödəniləcəyinin təminatı baxımından kooperativin tikdiyi yaşayış binasından mənzil payı ayrılmasının təmin edilməsi üçün, İldırımın xahişi ilə şəxsiyyət vəsiqəsini vermiş və sözügedən müqavilələrin onun adına bağlanmasına razı olmuşdur. Məhkəmə hesab edir ki, mübahisələndirilən müqavilələr (yalan əqdlər) görünüş xarakteri daşımaqla, qanuna və hüquqi aktlara uyğun olmadıqları, onların bağlanması zamanı hüquq pozuntularına yol verildiyi üçün müqavilələrin etibarsızlığı ilə bağlı məsələ müzakirə edilməlidir. Göründüyü kimi, həmin tərəflər arasında bağlanmış müqavilələr (əqdlər) başqa əqdi pərdələmək məqsədi ilə bağlanmış yalan əqdlərdir. Hansı ki, yalan əqd görünüş xarakteri daşıyır və əgər pərdələnən əqd qanuna və yaxud başqa hüquqi aktlara uyğun olarsa, yalnız bu halda tərəflər arasındakı münasibətlərə həmin əqdin qaydaları tətbiq edilə bilər, əksinə, əqddə hüquq pozuntusu olarsa, həmin əqd etibarsız hesab edilməlidir. Mülki qanunvericiliyə görə, sırf görünüş üçün bağlanan və həqiqətdə heç bir hüquqi nəticə (haqq və öhdəlik) əmələ gətirmək niyyəti olmadan edilən iradə ifadəsi nəticəsində bağlanan əqd, uydurma əqddir. Sırf görünüş üçün edilən iradə ifadələri ilə bağlı təşkil edən yalan əqdin mövcudluğunun qəbul edilə bilinməsi üçün uydurma əqdlə bağlı şərtlərin olması ilə yanaşı eyni vaxtda aşağıdakı şərtlərin olması da zəruridir: iki ayrı əqd bağlanmış olmalıdır; bu əqdlərdən biri onu bağlayanların həqiqi iradə ifadəsini əks etdirməsinə baxmayaraq gizlədilmiş olmalıdır; bu əqdlərdən digəri olan görünüşdəki əqd isə, sırf həqiqi iradəyə uyğun əqdi pərdələmək, yəni onu gizlətmək məqsədilə bağlanmış olmalıdır. Yalan əqdin olduğu hallarda əqdi bağlayanlar əslində bağladıqları əqdin heç hüquqi nəticə əmələ gətirməyəcəyini deyil, başqa mahiyyət və nəticə əmələ gətirməsini istəyirlər. Başqa sözlə, görünüşdəki əqdi ona uyğun hüquqi nəticələri əmələ gətirmək məqsədilə deyil, əsl niyyətlərində tutduqları başqa bir əqdə dair faktiki nəticələrin əmələ gəlməsinə hüquqi şərait yaratmaq məqsədilə bağlayırlar. Beləliklə, sırf başqa əqdi gizlətmək məqsədilə edilən və görünüşdəki mənasına uyğun hüquqi nəticələri meydana gətirmək niyyəti olmadan edilən iradə ifadəsinin əmələ gətirdiyi əqdlər yalan əqdlərdir. İki ayrı əqdin bağlanmış olmasına dair şərtlə bağlı qeyd edilməlidir ki, Mülki Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. İlkin iddiaçı “xxxxxxx” MTK mənzil tikintisini həyata keçirən kooperativdir, kooperativin rəhbərliyinə yaxın olan şəxsin xahişi ilə ilkin iddia üzrə cavabdehin mənzil payının verilməsi ilə əlaqədar müqavilə bağlanılır. Öhdəliyin yerinə yetirilməsinin təminatı üçün isə onlar arasında əqd hesab olunacaq şifahi razılıq əldə edilmiş, İldırım adlı şəxsin təklifi ilə Azər X2 şikayətinin geri götürülməsi üçün təminat qismində, onun şəxsiyyət vəsiqəsi götürülmüş və kooperativin tikdiyi yaşayış binasından mənzil payı ayrılması üçün müqavilə bağlanması razılaşdırılmış, nəticədə ilkin iddia üzrə cavabdehlə müqavilələr bağlanmışdır. Bununla da artıq iki əqd bağlanmış olmuşdur. Bu əqdlərdən birinin onu bağlayanların həqiqi iradə ifadəsini əks etdirməsinə baxmayaraq gizlədilmiş olmasına dair şərtlə bağlı qeyd edilməlidir ki, birinci şərtdə göstərilən şifahi razılığa dair əqdin şərtləri (onu bağlayanların həqiqi iradə ifadəsi), yazılı bağlanmış görünüşdəki xx xxxxx 2016-ci il tarixli müqavilələrdə öz əksini tapmamış, faktiki gizlədilmişdir. Bu əqdlərdən digəri olan görünüşdəki əqdin, sırf həqiqi iradəyə uyğun əqdi pərdələmək, yəni onu gizlətmək məqsədilə bağlanmış olmasına dair şərtlə bağlı qeyd edilməlidir ki, bu hal müqavilə tərəflərinə əvvəlcədən məlum olmuşdur, əqdin varlığı baxımından onun ən əsas qurucu şərti olan həqiqi iradə ifadəsi mövcud olmamışdır. Xüsusən nəzərə alınmalıdır ki, yuxarıda qeyd edildiyi kimi, cavabdehlər tərəfindən mənziltikinti kooperativi binasında mənzil, yaşayış sahəsi əldə etmək üçün pay haqqı ödənilməmişdir və onların kooperativə üzv qəbul olunması barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı qəbul edilməmişdir. Pay haqqının ödənilməsini təsdiq edəcək maliyyə arayışları ilə bağlı qeyd edilməlidir ki, həm müqavilələrin etibarsız olması ilə bağlı əsaslar müəyyən edilmişdir, həm də müəssisəyə pay haqqının ödənilməsini təsdiq edən ciddi hesabat blankı (mədaxil qəbzi) təqdim edilməmişdir. Mənzilə dair “xxxxxxx” MTK ilə Cavabdeh1 Həsənpaşa oğlu arasında olan müqavilələr görünüş üçün bağlanmış, əslində cavabdehin həmin mənzilləri almaq niyyəti olmamışdır. Həmin müqavilələrin bağlanmasında cavabdehin məqsədi bu yolla Samir adlı şəxsin ona vurmuş olduğu maddi ziyanın geri qaytarılmasını təminat altına almaq olmuşdur. Bu bir daha xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh1 “xxxxxxx” MTK-ya qarşı “müqavilənin ləğv edilməsi və pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etməsi ilə təsdiq olunur. Yəni, cavabdeh müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbi ilə deyil, məhz pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 1.4-cü bəndinə əsasən ciddi hesabat blankları təşkilati-hüquqi formasından asılı olmayaraq, təşkilatların və fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətində əmtəəpul dövriyyəsini əks etdirən, forma və rekvizitləri müəyyən olunmuş qaydada təsdiq edilən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən ciddi hesabat blanklarını onlara oxşar rekvizitlərə malik olan, ciddi hesabat blankları sayılmayan ilkin uçot sənədləri ilə əvəz etmək yol verilmir. Göründüyü kimi, mənzillərin pay dəyərinin ödənilməsini təsdiq edən, mötəbər sübut qismində qəbul ediləcək xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədi, ciddi hesabat blankı mövcud deyildir. Bütün bunlar mübahisələndirilən müqavilələrin ifadə olunan iradənin müəyyən hüquqi nəticəyə, yəni həqiqi iradə ifadəsini əks etdirməyə yönəlmədiyini (ünvanlanmadığını) göstərir. Əlavə olaraq qeyd edilməlidir ki, mübahisələndirilən müqavilələrin predmeti olan mənzillər heç vaxt cavabdehə təhvil verilməmişdir, ilkin iddia üzrə cavabdeh də daha əvvəl mənzillərin onlara təhvil verilməsi ilə bağlı məhkəmədə iddia qaldırmamışdır, bununla bağlı tələbi yalnız ilkin iddianın verilməsindən sonra irəli sürmüşdür. Bununla da, məhkəmə hesab edir ki, sırf başqa əqdi gizlətmək məqsədilə edilən və görünüşdəki mənasına uyğun hüquqi nəticələri meydana gətirmək niyyəti olmadan edilən iradə ifadəsinin əmələ gətirdiyi mübahisələndirilən əqdlər etibarsız hesab olunmalıdır. İlkin iddia üzrə cavabdehin nümayəndə və vəkili Vəkil1 iddia müddətinin tətbiq olunaraq ilkin iddianın rədd olunması barədə ərizəsi ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Hansı ki, hazırda mübahisələndirilən əqdlər, Mülki Məcəllənin 340.2-ci maddəsinin tələbləri baxımından, növünə görə əhəmiyyətsiz, yalan əqdlər hesab olunur, mülki qanunvericiliyə görə isə, əhəmiyyətsiz əqd tərəflər üçün hüquq və vəzifələr yaratmadığına görə Mülki Məcəllənin 354.1-ci maddəsi məntiqli olaraq yalnız onun nəticələrinin tətbiqi barədə tələblər üçün müddət müəyyən etmişdir. Əhəmiyyətsiz əqdin nəticələrinin tətbiqi barədə iddia həmin əqdin icrası nəticəsində tərəflərin əldə etdiklərini bir-birinə qaytarması ilə əlaqədar tələbləri nəzərdə tutur. Qanun əhəmiyyətsiz əqdin nəticələrinin tətbiqi haqqında iddialar üçün bir il müddət müəyyən etmişdir. Bu müddətin axımı əqdin icrasına başlanıldığı vaxtdan hesablanır. Bu zaman əqd üzrə icranın əqdin hansı iştirakçısı tərəfindən başlanılmasının əhəmiyyəti yoxdur. Məhkəmə iclasında müəyyən edildi ki, mübahisələndirilən əqdlər əhəmiyyətsiz, yalan əqdlər olduğuna görə onların icrası da həyata keçirilməmişdir, həmin əqdlər başqa əqdi pərdələmək üçün bağlandığına görə mənzillər payçı qismində müqavilə bağlanmış şəxsə təhvil verilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlər baxımından əqdlərin icrasına başlanmadığı üçün müddətin axımı da başlanmamışdır, ona görə ilkin iddia üzrə cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsində göstərdiklərinin əsası yoxdur, nəzərə alınmamalıdır. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, həmin iddia Cavabdeh1 Həsənpaşa oğlu tərəfindən qaldırılmışdır, MTK-ya qarşı mənzilin təhvil verilməsi, mənzillərin plan-cizgilərinin, eləcə də açarlarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, mənzildən maneəsiz istifadə edilməsinə şərait və imkan yaradılması, istifadə zamanı müdaxilələrə son qoyulması vəzifəsinin cavabdehin üzərinə qoyulması və mənəvi ziyanın ödənilməsi təşkil edir. Lakin mənzilin dəyərinin ödənilib-ödənilmədiyi məsələsinə artıq ilkin iddia tələbi daxilində hüquqi qiymət verilmişdir. Müəyyən edilmişdir ki, mənzillərin pay dəyərinin ödənilməsini təsdiq edən, mötəbər sübut qismində qəbul ediləcək xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədi, ciddi hesabat blankı mövcud olmamaqla, müqavilələrin bağlandığı tarixlərdə verilən arayışlar həmin sənədləri əvəz edəcək mühasibatlıq sənədi sayılmır. Habelə, təhvil verilmələri iddia edilən mənzillərə dair tərəflər arasında bağlanmış müqavilələrin etibarsız, başqa əqdi pərdələmək məqsədi ilə bağlanmış yalan əqdlər olduğu müəyyən edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, qanuni əsaslar olmadığından qarşılıqlı iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə xx xxxxx 2004-cü il tarixli qərarında göstərilmişdir ki, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverin Məhkəmənin “Maksimov Rusiyaya qarşı” xx xxxx 2010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Bu isə o deməkdir ki, tərəf şikayətində qeyd etdiyi dəlillərin nə üçün məhkəmə tərəfindən qəbul olunmadığını məhkəmə qərarından aydın şəkildə başa düşməli, dəlilinə cavab almalıdır. X10 Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” xx xxxxxx 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən,bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil,iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(68-ci paraqraf) “Qavazov Bolqarıstana qarşı” işi üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(93-cü paraqraf) Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, “xxxxxxx” Mənzil Tikinti Kooperativi ilə Cavabdeh1 Həsənpaşa oğlu arasında xx xxxxx 2016-ci il tarixdə bağlanmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 104.6 kv.m olan 65 saylı mənzilin izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi verilməsinə dair və “xxxxxxx” Mənzil Tikinti Kooperativi ilə Cavabdeh1 Həsənpaşa oğlu arasında xx xxxxx 2016-ci il tarixdə bağlanmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 14-cü mərtəbə, ümumi sahəsi 104.6 kv.m olan 75 saylı mənzilin izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi verilməsinə dair müqavilələrin etibarsız hesab edilməlidir, qarşılıqlı iddia tələbi təmin olunmamalıdır. Məhkəmə ilkin iddianın Cavabdeh2 dəymiş ziyanın əvəzi olaraq 10000 manat pulun tutulması hissəsində razılaşmır. Belə ki, ilkin iddiaçı tərəfindən Cavabdeh2 hansı hərəkəti nəticəsində ona dəymiş ziyanı sübuta yetirə bilmədiyindən iddia bu hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ : İlkin iddia tələbi qismən təmin edilsin. “xxxxxxx” Mənzil Tikinti Kooperativi ilə Cavabdeh1 Həsənpaşa oğlu arasında xx xxxxx 2016-ci il tarixdə bağlanmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 104.6 kv.m olan 65 saylı mənzilin izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi verilməsinə dair və “xxxxxxx” Mənzil Tikinti Kooperativi ilə Cavabdeh1 Həsənpaşa oğlu arasında xx xxxxx 2016-ci il tarixdə bağlanmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 14-cü mərtəbə, ümumi sahəsi 104.6 kv.m olan 75 saylı mənzilin izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi verilməsinə dair müqavilələri etibarsız hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar